Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1273/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “kirayə haqqının və vurulmuş mənəvi zərərin ödənilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçıların və onların nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “kirayə haqqının və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3143/2023 saylı işi üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək) cavabdeh "Poleks” MTK-dan 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək ödənilməmiş 9500 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 100 manatın, mənəvi zərərə görə 5000 manatın, dövlət rüsumuna görə ödənilmiş 134 manat məbləğində pulun, ümumilikdə 14734 manat məbləğində pulun, eləcə də 2023-cü ilin avqust ayından təhvil verilməli mənzilin ona təhvil veriləcəyi günədək hər ay 500 manat hesablanmaqla kirayə haqqının cavabdeh "Poleks” MTK-dan tutularaq İddiaçı2 ödənilməsi, 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək ödənilməmiş 7600 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 100 manatın, mənəvi zərərə görə 5000 manatın, dövlət rüsumuna görə ödənilmiş 129 manat pulun, ümumilikdə 12829 manat məbləğində pulun, eləcə də 2023-cü ilin avqust ayından təhvil verilməli mənzilin ona təhvil veriləcəyi günədək hər ay 400 manat hesablanmaqla kirayə haqqının cavabdeh "Poleks” MTK-dan tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3143/2023 saylı işi üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Mənzil Tikinti Kooperativindən 2022-ci ilin yanvar ayından 2023- cü ilin iyul ayınadək (iyul ayı daxil olmaqla) ödənilməmiş 9500 manat kirayə haqqı, mənəvi zərərə görə 700 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 134 manat pulun 95 manatı olmaqla, cəmi 10395 manat məbləğində pul, həmçinin 2023-cü ilin avqust ayından təhvil verilməli mənzilin təhvil veriləcəyi günədək hər ay 500 manat hesablanmaqla kirayə haqqı tutularaq İddiaçı2 ödənilməsi, cavabdeh “Poleks" MTK-dan 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək (iyul ayı daxil olmaqla) ödənilməmiş 7600 manat kirayə haqqı, mənəvi zərərə görə 700 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 129 manat pulun 85 manatı olmaqla, cəmi 8485 manat məbləğində pul, həmçinin 2023-cü ilin avqust ayından təhvil verilməli mənzilin təhvil veriləcəyi günədək hər ay 400 manat hesablanmaqla kirayə haqqı tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarına; Mülki Məcəllənin 5.3, 6.1.5, 165, 385.1, 390.1, 425, 442, 448, 452.1; Mülki Prosessual Məcəllənin 121.1, 119.1 -ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh iddiaçıları təmirli mənzillə təmin edənədək kirayə haqqı ödəməyi öhdəsinə götürdüyündən, mənzillərin təhvil verilməməsinə baxmayaraq onun kirayə haqqını ödəməkdən yayınması qanunsuz olmuş, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün iddia əsaslıdır. Bu səbəbdən qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası vəzifəsi onun üzərinə qoyulmalıdır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hazırki işdən göründüyü kimi, müqavilələrin 2017-ci ildə bağlanmasına və 24 ay müddətində icra edilməli olmasına baxmayaraq cavabdeh hazırki vaxtadək müqavilə şərtlərinə uyğun şəkildə öhdəliklərini icra etməmişlər. İddiaçıların xəstə və yaşlı vaxtlarında hüquqlarının müdafiəsi üçün məcbur qalaraq məhkəməyə müraciət etmələri, bu müddət ərzində kirayədə yaşamaları onların mənəvi sarsıntı və iztirab keçirmələrinə səbəb olmuşdur. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 5000 manatın iddiaçıların xeyrinə tutulması, onların pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşmələrinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Həmçinin nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçıların hər birinə ayrılıqda 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi qərara alınmışdır. Məhkəmə mənəvi zərər həddinin hər bir iddiaçıya ayrılıqda 700 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 №-li müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan İddiaçı1 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 otaqlı mənzili İddiaçı2 mülkiyyətinə verməyi, tikintini başa çatdırana kimi İddiaçı2 kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq, hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi, İddiaçı2 isə qeyd edilən mənzili qəbul etməyi öhdəsinə götürmüşdür; - Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 №-li müqaviləyə əsasən Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan İddiaçı2 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi, tikintini başa çatdırana kimi İddiaçı1 kompensasiya şəklində aylıq 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq, hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi, İddiaçı1 isə qeyd edilən mənzili qəbul etməyi öhdəsinə götürmüşdür; - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı "müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddialarının qismən təmin edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı2 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla, cəmi 4740 manat məbləğində pulun ödənilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı1 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 3200 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 300 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla,cəmi 3840 manat məbləğində pulun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 853/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3621/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4900/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-853/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-106/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzillərin və qarajların təhvil verilməsi, kirayə haqqının ödənilməsi tələbinə dair” iddiaları qismən təmin edilmiş, Cavabdeh MMC (MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan - İddiaçı1 qonşu olmaqla) ümumi sahəsi 81.0 kv.metr olan təmirli, 3 otaqlı mənzilin İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan İddiaçı2 qonşu olmaqla) ümumi sahəsi 62.0 kv.metr olan təmirli iki otaqlı mənzilin İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 071 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.metr olan, 2 ədəd (cəmi 48 kv.metr) təmirli qarajların İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun, cəmi 8340 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6400 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul, cəmi 6740 manat məbləğində pulun Cavabdeh MTK-dan tutuluraq İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3649/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5516/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılar X7 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3649/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni mənəvi zərərin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "Poleks” Mənzil Tikinti Kooperativindən 1000 manat mənəvi zərərin tutularaq İddiaçı2 və 1000 manat mənəvi zərərin tutularaq İddiaçı1 ödənilməsi qərara alınmışdır; - Mədaxil qəbzinə əsasən İddiaçı2 tərəfindən Nümayəndə 61 saylı müqavilə (vəkillə bağlanmış müqavilə) üzrə 100 manat məbləğində ödəniş edilmişdir; Mədaxil qəbzinə əsasən İddiaçı1 tərəfindən Nümayəndə 62 saylı müqavilə (vəkillə bağlanmış müqavilə) üzrə 100 manat məbləğində ödəniş edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçılar apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-3143/2023 saylı qətnaməsinin iddia tələblərinin təmin edilmədiyi mənəvi zərərə dair hissədə ləğv edilməsinə, iddia tələblərinin mənəvi zərərə dair hissədə tam təmin edilərək, mənəvi zərərə görə 5000 manatın cavabdehdən tutularaq İddiaçı2, 5000 manatın isə İddiaçı1 ödənilməsinə, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214 Mülki Prosessual Məcəllənin 218.1, 220-cü maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005- ci il tarixli 4 nömrəli qərarına; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddia ərizəsində də qeyd etdikləri kimi qüvvədə olan məhkəmə qərarlarının olmasına baxmayaraq, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmir. Hər ikisi yaşlı və xəstə olmaqla təqaüdçüdür. Cavabdeh MTK onları çox ağır vəziyyətə salmışdır. Hər ikisi ali məktəb müəllimləri olmuşlar. Hazırda pensiyaları heç dərmanlarına da çatmır. İddiaçı1 karsinoma xəstəliyinə tutulmuşdur, kimya və şüa terapiyası almaq məcburiyyətində qalmışdır. Cavabdeh MTK-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, xəstə və yaşlı vaxtlarında hüquqlarının müdafiəsi üçün məcbur olub artıq neçənci dəfədir ki, məhkəməyə müraciət etmələri, ağır maddi vəziyyətə düşmələri və s. Onların psixikasına çox böyük mənfi təsir göstərmiş, özlərinə, etdikləri hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdeh tərəfindən onlara vurulmuş mənəvi ziyanı simvolik olaraq 10000 manat məbləğində qiymətləndirlər. Həmin məbləğin 5000 manatı cavabdehdən tutularaq X6, 5000 manatı isə İddiaçı1 ödənilməsini xahiş etmişdilər. Hesab edirlər ki, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarına istinad edərək, iddia tələblərini mənəvi ziyana dair hissədə tam şəkildə təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual qanunvericilik normalarının tələbləri “mənəvi ziyana aid iddia tələblərinin təmin edilmədiyi hissədə” pozulmuş, əsassız olaraq mənəvi ziyana dair hissədə iddia tələblərini tam şəkildə təmin edilməmişdir.
5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cüil tarixli, e-2(005)-3143/2023 saylı Qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 1097; Mülki Prosessual Məcəllənin 76, 77, 88, 217-ci maddələrinə; “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasıran mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 №- li müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan- İddiaçı1 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın taktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 otaqlı mənzili İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.3-cü bəndinə əsasən Cavabdeh MTK inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı2 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı2 kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 №-li müqaviləyə əsasən Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı2 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.3-cü bəndinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və X3 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı1 kompensasiya şəklində aylıq 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 071 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.m olan, 2 ədəd (cəmi 48 kv.m) təmirli qarajı İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Onlarla Cavabdeh MTK arasında bağlanmış müqavilələrin 2.2.4-cü bəndinə əsasən cavabdeh təşkilat yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzilləri onlara təhvil verməyi öhdəsinə götürmüşdür. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MTK tərəfindən İddiaçı2 2020ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla, cəmi 4740 manat məbləğində pulun ödənilməsi, Cavabdeh MTK tərəfindən İddiaçı1 2020-ci ilin yanvar- avqust ayları üçün ödənilməmiş 3200 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 300 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla, cəmi 3840 manat məbləğində pulun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilmiş və təmin edilməmişdir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-106/2022 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan - İddiaçı1 qonşu olmaqla) ümumi sahəsi 81.0 kv.metr olan təmirli, 3 otaqlı mənzilin X1 və istifadəsinə (mülkiyyətinə) verilməsi, Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan İddiaçı2 qonşu olmaqla) ümumi sahəsi 62.0 kv.metr olan təmirli iki otaqlı mənzilin İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin, Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-cil tarixli 071 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.metr olan. 2 ədəd (cəmi 48 kv.metr) təmirli qarajların İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyinin Cavabdeh MTKnın üzərinə qoyulması, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul, cəmi 8340 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6400 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul, cəmi 6740 manat məbləğində pulun Cavabdeh MTK-dan tutuluraq İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3649/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5516/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3649/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni mənəvi zərərin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Mənzil Tikinti Kooperativindən 1000 manat mənəvi zərərin tutularaq İddiaçı2 və 1000 manat mənəvi zərərin tutularaq İddiaçı1 ödənilməsi qərara alınmışdır.Nəsimi Rayon Məhkəməsinin2(006)-106/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təhvil verilməsi qət edilmiş mənzillərin iddiaçılara təhvil verilməsi hazırki vəziyyətdə təhvil verilməsi mümkün deyildir. Belə ki, müqavilədə nəzərdə tutulanlara tamamilə cavab verən mənzillər qətnamə qüvvəyə mindiyi an yeni tikilmiş binada olmamışdır. Cavebdeh tərəfindən müqavilədə nəzərdə tutulanlarla eyni sahəli, lakin otaqlarının sayı fərqli olan mənzillərin təhvil verilməsi təklif olunmuş, amma iddiaçılarla razılığa gəlinməsi mümkün olmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən icra üsulunun dəyişdirilərək mənzillərin bazar dəyərinə uyğun pul ödənişinin edilməsinə dair ərizə verilmişdir. Sözügedən iş Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatındadır və qətnamədə nəzərdə tutulmuş mənzillərin bazar dəyərinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-3143/2023 saylı qətnaməsi ilə Cavabdehndən 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək (iyul ayı daxil olmaqla) ödənilməmiş 9500 manat kirayə haqqı, mənəvi zərərə görə 700 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 134 manat pulun 95 manatı olmaqla, cəmi 10395 manat məbləğində pul, həmçinin 2023-cü ilin avqust ayından təhvil verilməli mənzilin təhvil veriləcəyi günədək hər ay 500 manat hesablanmaqla kirayə haqqı tutularaq İddiaçı2 ödənilməsi, cavabdeh “Poleks" MTK-dan 2022-ci ilin yanvar ayından 2023cü ilin iyul ayınadək (iyul ayı daxil olmaqla) ödənilməmiş 7600 manat kirayə haqqı, mənəvi zərərə görə 700 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 129 manat pulun 85 manatı olmaqla, cəmi 8485 manat məbləğində pul, həmçinin 2023-cü ilin avqust ayından təhvil verilməli mənzilin təhvil veriləcəyi günədək hər ay 400 manat hesablanmaqla kirayə haqqı tutularaq İddiaçı1 ödənilməsinə, iddia tələbinin qalan hissədə təmin edilməməsinə qət edilmişdir. Birinci instansiya məhkəməsi kirayə haqqı tələbinə dair hissədə müqavilədən yaranmış öhdəliklərin icra edilməməsinə əsaslanmış və Mülki Məcəllənin yanlış maddəsini tətbiq etmişdir. Belə ki, iddiaçılar kirayə haqqı tələbini tərəflər arasında olan müqavilədə nəzərdə tutulmuş mənzillərin hələ də təhvil verilməməsinə əsaslandırmışdırlar. Lakin, həmin mənzillərin təhvil verilməsinə fərqli məhkəmə prosesində baxılmış və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-106/2022 saylı qətnaməsi müqavilədə nəzərdə tutulmuş mənzillərin təhvil verilməsi öhdəliyi Cavabdeh MTKnın üzərinə qoyulmuşdur. Göründüyü kimi, mənzillərin təhvil verilməsi artıq müqavilə öhdəliklərinin icra olunmasına dair yox, qətnamənin icra olunmasına dair mübahisədir. İşin faktiki hallarında da qeyd edildiyi kimi, həmin mənzillərin təhvil verilməsi isə faktiki olaraq mümkünsüz olduğundan icra üsulunun dəyişdirilməsinə dair ərizə verilmiş və iş ekspertiza mərhələsindədir. Qeyd edilənlərdən çıxış edərək, qətnamənin icra olunmasının gecikməsi Cavabdeh MTK-dan asılı olmayan səbəblərdən gecikməkdədir. Buna görə də, 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayına qədər kirayə haqqının iddiaçılara ödənməsinə görə məsuliyyət daşımır. Lakin, iddiaçılar öz şəxsi maraqları naminə işin faktiki hallarını təhrif etmiş və əsassız varlanma məqsədində olmuşdurlar. Birinci instansiya məhkəməsi isə səhv hüquqi əsas tətbiq etməklə onların tələbini təmin etmişdir. Həmçinin, iddiaçılar iddia ərizəsində 2023cü ilin avqust ayından təhvil verilməli mənzilin təhvil veriləcəyi günədək hər ay 500 manat hesablanmaqla kirayə haqqının cavabdehdən tutulmasını tələb etmişdirlər. "Təhvil veriləcəyi günədək ” ifadə kimi qeyri-müəyyən müddətə qədər davam edən dəqiq olmayan iddia qiymətiylə tələbi qanuni və əsaslı hesab oluna bilməz. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tələbin bu hissəsi barədə iddiaçılara heç bir qüsur bildirməmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilməsini tələb etməmişdir. Əksinə iddia tələbini bu hissədə də təmin etmişdir. Birinci instansiya məhkəməsinə İddiaçı2 və İddiaçı1 fiziki və mənəvi sarsıntılar keçirmələri barədə, bu sarsıntıların aradan qaldırılmasına çəkdikləri xərclər barədə heç bir sübut təqdim edilməmişdirlər. Lakin, məhkəmə kifayət qədər sübut və əsas olmadan mənəvi zərərin tutulmasına qət etmişdir. Həmçinin, kirayə haqqı tələbi ilə əlaqəli hissədə qeyd edildiyi kimi, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-106/2022 saylı qətnaməsinin icrasının gecikməsi Cavabdeh MTK-dan asılı olmayan səbəblərdən baş vermişdir. Cavabdeh MTK daim tərəflərilə razılığa gəlməyə çalışmış, müxtəlif təkliflər etmişdir, lakin iddiaçılar əsassız və icrası mümkün olmayan tələbləri ilə qətnamənin icrasının gecikməsinə səbəb olmuşdurlar. Birinci instansiya məhkəməsi bu faktları nəzərə almamış, əsassız qətnamə qəbul etmişdir. İddiaçılar tərəfindən mənəvi zərərin mövcud olduğu bildirilsə də, bu barədə hər hansı bir sübut təqdim edilməmiş, iddia kifayət qədər əsaslandırılmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə proses iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətlərini müdafiə edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçılara mənəvi zərərin vurulduğunu müəyyən etsə də, müəyyən edilmiş məbləğlə razı deyillər, belə ki, cavabdehin üzərinə götürdüyü öhdəliklər yerinə yetirməməsi nəticəsində iddiaçılar 7 ildir məhkəmə mübahisələrinə cəlb ediliblər, hər iki iddiaçı ali məktəb müəllimləri olmuş, yaşlı və xəstə olmaqla təqaüdçüdürlər, hazırda pensiyaları heç dərmanlarınıza da çatmır, İddiaçı1 karsinoma xəstəliyinə tutulmuşdur, kimya və şüa terapiyası almaq məcburiyyətində qalmışdır. Bildirmişdir ki, tərəflər arasında olan əvvəlki iki məhkəmə qərarları da icra edilməmiş və iddiaçıların 3-cü dəfə məhkəməyə müraciət etmək məcburiyyətində qalmaları onları həm maddi cəhətdən, həm mənəvi cəhətdən çətinliyə salmış, özlərinə, etdikləri hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Qeyd etmişdir ki, digər məhkəmə mübahisələri üzrə mənəvi zərərlə bağlı tələbləri birinci və apellyasiya instansiya məhkəmələrində təmin edilməmiş, həmin qərardan verdikləri kassasiya şikayətləri təmin edilmiş və iddiaçılara dəymiş mənəvi zərərin məbləği 2000 manat müəyyən edilmişdir, bu baxımdan iddiaçıların apellyasiya şikayətlərinin təmin edilməsini, iddia tələbinin mənəvi zərər hissəsində tam təmin edilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını, cavabdehin apellyasiya şikayətini isə əsassız hesab etdiklərindən təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim etməklə, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, tərəflərindən icra üsulunun dəyişdirilməsi ilə bağlı müraciət edildiyini, Nəsimi rayon məhkəməsinin qərardadı ilə təhvil verilməsi təklif olunan mənzillərin əvəzinə pul şəklində kompensasiya ödənilməsinin qərara alındığını, həmin qərardaddan iddiaçılar tərəfindən şikayət verildiyini bildirmişdir. Qeyd edilən edilən səbəbdən, işə onların iştirakları olmadan baxıb, iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsi, onların apellyasiya şikayətlərinin təmin edilərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məlumatlanlandırlıması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
11. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 2 4 . İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 7 1 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
12. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolunun tələblərinə əsasən: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
13. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən: Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
15. Münasibətlər yaranan zaman Mülki Məcəllənin 178.8-ci maddəsinə (əvvəlki redaksiyasına) əsasən: Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
16. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən: Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Mülki Məcəllənin 443-cü maddəsinə əsasən: 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır; 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır; 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur; 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur; 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir; 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır; 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.
18. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Mülki Məcəllənin 662.1-ci maddəsinə əsasən Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür; 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 662.3. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.
20. Mülki Məcəllənin 663.1-ci maddəsinə əsasən Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir.
21. Mülki Məcəllənin 664-cü maddəsinə əsasən Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir.
22. Mülki Məcəllənin 665-cü maddəsinə əsasən Əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
25. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 6, 16, 139-179, 324, 385-390, 560; Azərbaycan Respublikasında mülkiyyət haqqında Azərbaycan Respublikasının Qanununa, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Protokolun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 372, 385-390 ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Qeyd edilməlidir ki, hüquqi şəxsin (MTK) təmsilçisinin (təsisçinin) imzaladığı rəsmi sənəd üzrə mülki məsuliyyət məhz hüquqi şəxsin özünə mənsub olduğundan, şikayətin iş üzrə müəyyən edilən hallara (müqavilə öhdəliklərə və ödənişlərə) aidiyyəti müəyyən edilmir.
26. Apellyasiya şikayətləri üzrə iddiaçıların mənəvi zərər üzrə, cavabdehin isə münasibətlərin (mübahisənin) müqavilə öhdəliklərindən deyil, məhkəmə qərarının icrası üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulunda tətbiqetmədə səhvə yol verməsi və ya sübutlara düzgün qiymət verilməməsi barədə dayanıqılı (sübutedici) dəlillər irəli sürməmişlər. Əvvəlki qərarlarla iddiaçıların hüquqlarının təmin edilməsi, 2017-ci ildə bağlanmış müqavilə münasibətlərindən irəli gələn tərəflərin mülki məsuliyyət həddi, iddiaçıların hüquqlarının təmin edilməsinə, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsinə dair sonuncu qərarın 2022-ci ildə qəbul edildiyi və bir il keçməmiş yeni (hazırki) iddianın qaldırılması, əvvəlki qərarlardan fərqli olaraq kirayə pulu üzrə cavabdehin öhdəliklərinin mənzilin təhvil verilənədək həyata keçirilməsinin qət edildiyi, hazırda icra üsulunun dəyişməsi ilə bağlı mübahisənin mövcudluğunu nəzərə alaraq mənəvi zərərin məbləğinin ehtimal edilən sarsıntılara hazırki mərhələdə mütənasib olmuşdur. Diqqətə çatdırılmalıdır ki, cavabdehin öhdəlikləri üzrə məhkəmə qərarının icrasından belə yayınaraq pozuntusunu davam etdirməsi və öncəki qətnamənin icra üsulunun dəyişməsi üzrə iddia tərəfi ilə razılığa gəlməməsi sonuncuların yenidən müvafiq iddialar irəli sürmək hüquqlarını istisna etmir.
27. Məhkəmə qərarının icra edilməsinin mümkünsüzlüyü barədə cavabdehin dəlilləri bir daha iddialarının etirafı kimi qiymətləndirilməlidir. Belə ki, öncədən eyni tərəflər arasında davam edən pozuntu müstəvisində mübahisə üzrə məhkəmə qərarlarının mövcudluğu nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, cavabdehin davam edən münasibətlər üzrə pozuntularının xüsusatlarına (yəni mövcud olmamasına) dair dəlillər irəli sürməmişdir. Öncədən qəbul edilmiş qərarın icra üsulunun dəyişməsi barədə, habelə işə baxılma üzrə qətnamənin yanlış hüquqi və faktiki əsaslarla qəbul edilməsinə dair cavabdeh sübutedici dəlillər təqdim etməmişdir.
28. Beləliklə, apellyasiya şikayətləri əsassız olduğundan, onların təmin edilməsi üçün əsaslar olmadığından onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.
29. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3143/2023 saylı işi üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.