Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1274/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçı X3, cavabdehin nümayəndəsi (vəkili) X6 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz 200” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satılması nəticəsində əldə etdiyi pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcmini artıraraq, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə Cavabdeh verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnaməyə əsasən “Mercedes 200” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş AD 163612 saylı şəhadətnamənin, AD 163612 saylı şəhadətnamə əsasında ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-4520/20) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova-sədrlik edən və məruzəçi, E.Mehdiyev və X.Sarıyev, iş №2(103)-3160/21) apellyasiya şikayəti təmin edilərək,Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuş, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə Cavabdeh verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən “Mercedes 200” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş AD 163612 saylı şəhadətnamə, eləcə də həmin AD 163612 saylı şəhadətnamə əsasında ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Cavabdeh alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 8.000,0 (səkkiz min) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov-sədrlik edən və məruzəçi, E.Vəliyeva və E.Şamayev, iş № 2(102)- 5506/21) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.05.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 15.09.2014-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuş və iddiaçı həmin avtomobili 12.12.2016-cı il tarixdə etibarnamə ilə X9 vermişdir. İslam Quliyev avtomobili qaytarmadığına görə iddiaçı 03.10.2017-ci il tarixdə etibarnaməni ləğv etmişdir. İslam Quliyevə qarşı avtomobilin qaytarılması barədə iddiaçı məhkəmədə iddia qaldırmış, Binəqədi Rayon Məhkəməsinin 05.06.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin X4 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs X11 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək iddiaçının tələbi rədd olunmuşdur. İddiaçı sonradan öyrənmişdir ki, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən avtomobil 27.03.2018-ci ildə Cavabdeh adına sənədləşdirilmiş, 30.03.2018-ci ildə avtomobil alqı-satqı müqaviləsinə əsasən Abas Əmirovun adına keçirilmiş, sonra isə 10.04.2018-ci il tarixdə X1. Beləliklə, avtomobil qanunsuz olaraq iddiaçının əlindən çıxmışdır. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 1091 və 1092.1-ci maddələrinə istinad etmişdir. İddiaçının vəsatəti əsasında X12 mübahisə predmeti barəsində müstəqil tələb sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdeh A. Hacaliyev məhkəmə iclasında iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçını tanımır və ondan avtomobil almamışdır; - qardaşı X10 “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili yararsız, əzik vəziyyətdə X4 2.700 manata almışdır; - qardaşı Sabirabad rayonunda qeydiyyatda olduğuna görə avtomobili onun adına sənədləşdirilmişdir. Onlar avtomobili sənədləşdirmək üçün BDYPİ-yə getmiş, avtomobilin qeydiyyat şəhadətnaməsini və İslam Quliyevin adına olan etibarnaməni, İslamın zəng etdiyi mülki geyimdə olan bir şəxsə təqdim etmişlər. Bir neçə saatdan sonra BDYPİ-də imza edərək, avtomobilin qeydiyyat şəhadətnaməsini əldə etmiş və avtomobilin qeydiyyat nişanını dəyişdirmiş, ** MZ *** qeydiyyat nişanı əldə etmişdir. Avtomobili təmir etdirmiş, lakin tez-tez xarab olduğuna görə 3.700 manata “turbo.az” saytı vasitəsilə satmışdır; - onun adına hazırlanmış və Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlumatı yoxdur. O, BDYPİ-də yalnız ərizəyə imza etmişdir; - onun İddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Hesab edir ki, İddiaçı avtomobilin pulunu ondan deyil, İslamdan tələb etməlidir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Şikayət iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qətnamə çıxararkən sübutları düzgün qiymətləndirməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş X11 teleqram göndərərək iddianı qəbul etmədiyini, mübahisəli avtomobili əldə edərkən onunla bağlı hər hansı mübahisə olduğunu bilmədiyini, vicdanlı əldə edən olduğunu bildirmiş və onun iştirakı olmadan işə baxmaqla apellyasiya şikayətini rədd etməyi xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X13 və X15 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, 15.09.2014-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuş və iddiaçı həmin avtomobili 12.12.2016-cı il tarixdə etibarnamə ilə X9 vermişdir. İslam Quliyev avtomobili qaytarmadığına görə iddiaçı ərizə ilə müraciət edərək 03.10.2017-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir. İddiaçı məhkəmədə İslam Quliyevə qarşı avtomobilin qaytarılması barədə iddia qaldırmış, Binəqədi Rayon Məhkəməsinin 05.06.2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, lakin həmin qətnamə maraqlarına toxunan şəxs X5 apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddiaçının tələbi rədd olunmuşdur. İşdən həmçinin görünür ki, mübahisəli avtomobil 27.03.2018-ci ildə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Qeydiyyat üçün əsas Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Cavabdeh 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən avtomobili 8000 manata Abas Əmirova satmışdır. Abas Əmirov isə öz növbəsində 10.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən avtomobili 7000 manata X2. Birinci instansiya məhkəməsində işə baxılarkən mübahisəli avtomobilin 27.03.2018-ci ildə Cavabdeh adına qeydiyyatdan keçməsi üçün əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin saxta olduğu, yəni Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən belə bir şəhadətnamənin verilmədiyi müəyyən olunmuşdur (bu faktla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilmişdir). Birinci instansiya məhkəməsi avtomobilin hazırkı mülkiyyətçisi Samir Məmmədovun əmlakı əldə edərkən vicdanlı olduğunu, avtomobilin ilkin olaraq İslam Quliyevə nisyə alqısatqı müqaviləsi əsasında satıldığını nəzərə alaraq iddiaçının avtomobilin pulunu İslam Quliyevdən tələb etməli olduğu qənaətinə gəlmiş və elə bu əsasla da iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayəti əsasında ilk dəfə işə baxarkən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddianı təmin edərək mübahisəli avtomobilin Cavabdeh adına qeydə alınmasını, qeydiyyat üçün əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni, X20 Əmirov arasında bağlanmış 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsini etibarsız saymış və müqaviləyə əsasən əldə olunmuş 8000 manatın Cavabdeh alınıb iddiaçıya verilməsini qət etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq həmin qətnaməni ləğv etmiş və işi yeni apellyasiya baxışına qaytarmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlər əsasən aşağıdakılardan ibarətdir: - mübahisəli avtomobilin 27.03.2018-ci ildə Cavabdeh adına qeydiyyatdan keçməsi üçün əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğu müəyyən edilməsə də, apellyasiya instansiyası məhkəməsi həmin şəhadətnaməni etibarsız saymış və bununla da Mülki Məcəllənin 337-ci maddəsinin tələbini pozmaqla iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. - iddia tələbi üzrə alıcı X18 cavabdeh kimi göstərilməsə də, onun tərəf olduğu 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi etibarsız saydığı müqavilənin tərəfi (alıcı) olan A.Əmirovu hər hansı qisimdə işə cəlb etməmiş, nəticədə sonuncunun maraqlarına toxunan qətnamə qəbul etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə görə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün əsasdır. - həmçinin, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə iddiaçı mülkiyyətində olmuş avtomobili etibarnamə ilə cavabdehə deyil, X9 vermiş, hətta Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.06.2018-ci il tarixli qətnaməsi ilə avtomoblin X4 alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Sonradan maraqlarına toxunan şəxs X5 verdiyi apellyasiya şikayəti əsasında həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilsə də, apellyasiya məhkəməsi işin bu halına qiymət verməmiş və pulun nəyə görə cavabdehdən tutulmalı olmasını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası mövcud olmayan qanun üzrə vərəsəlik şəhadətnaməsinin və eləcə də alıcı X18 cavabdeh kimi cəlb olunmadığı halda onun tərəf olduğu 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılmalarının qanuna zidd olması və pulun cavabdehdən tutulmalı olmasının əsaslandırılmaması ilə bağlı kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri əsaslı sayır və qəbul edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsini təmin etmək üçün ilk növbədə iddiaçının tələblərinin konkret olaraq nədən ibarət olduğunu və bu tələblərin kimlərə qarşı yönəldildiyini müəyyən etmək lazımdır. İşdə olan iddia ərizəsindən və iddia tələbinin həcminin artırılması barədə ərizədən göründüyü kimi, iddiaçının tələbləri aşağıdakılardan ibarətdir: - Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 25.12.2017-ci il tarixdə cavabdeh HacaliyevAsif Mövsüm oğluna verilmiş 2V-3/2196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnaməyə əsasən avtomobilin Asif Hacalıyevin adına qeydə alınması barədə şəhadətnamənin etibarsız hesab edilməsi; - avtomobilin alqı-satqısına dair bağlanmış 30.03.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında əldə edilən pulun Cavabdeh alınıb iddiaçıya verilməsi barədə. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 25.12.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələbini irəli sürsə də, araşdırma zamanı notariat kontoru tərəfindən belə bir şəhadətnamənin verilməsi müəyyən edilməmişdir. Bu baxımdan həmin şəhadətnamə əhəmiyyətsiz olmaqla öz-özlüyündə etibarsızdır və onun məhkəmə qaydasında etibarsız sayılmasına ehtiyac yoxdur. Lakin mübahisəli avtomobil həmin mövcud olmayan vərəsəlik şəhadətnaməsi əsasında dövlət orqanında cavabdehin adına qeydə alındığından X23 aparılmış bu qeydiyyat və onun əsasında verilmiş şəhadətnamə etibarsız hesab edilməlidir. İddiaçının məqsədi məhz qeydiyyatın etibarsızlığına yönəldiyindən və şəhadətnamənin etibarsızlığı ayrılıqda heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən məhkəmə kollegiyası bunu iddia tələbindən kənara çıxam kimi qiymətləndirmir. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində tələbinə cavab verməli şəxs, yəni cavabdeh kimi yalnız Asif Hacalıyevi göstərmişdir. İddiaçı 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia irəli sürsə də, həmin müqavilə üzrə tərəf olan alıcı Abbas Əmirovu cavabdeh kimi göstərməmiş, tələbi yalnız Asif Hacalıyevə qarşı yönəltmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əldə edən Abbas Əmirovu və 10.04.2018-ci il tarixli müqavilə üzrə əldə edən Samir Məmmədovu müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb etdi. Buna baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Müqavilə tərəfi olan Abbas Əmirova qarşı hər hansı tələb irəli sürülmədiyindən, eləcə də apellyasiya baxışı zamanı onun cavabdeh kimi cəlb edilməsi prosessual qanunvericilik baxımından qeyri-mümkün olduğundan onun avtomobili əldə edərkən və müqavilə bağlanarkən vicdanlı olub-olmamasına hazırkı icraat çərçivəsində qiymət verilə bilməz və bu baxımdan alqı-satqı müqaviləsi də etibarsız sayıla bilməz. Eləcə də, 10.04.2018-ci il tarixli müqavilə hazırkı işdə mübahisələndirilmədiyindən həmin müqavilə üzrə alıcı Samir Məmmədovun avtomobili əldə edərkən vicdanlı olubolmamasına hazırkı icraat çərçivəsində qiymət verilə bilməz. Əks halda bu, MPM-nin 218.3-cü maddəsinin tələbinin pozulması ilə nəticələnərdi. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi avtomobilin hazırkı mülkiyyətçisi Samir Məmmədovun əmlakı əldə edərkən vicdanlı olduğunu, avtomobilin ilkin olaraq İslam Quliyevə nisyə alqı-satqı müqaviləsi əsasında satıldığını nəzərə alaraq iddiaçının avtomobilin pulunu İslam Quliyevdən tələb etməli olduğu qənaətinə gəlmiş və elə bu əsasla da iddianı rədd etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Əvvəla, yuxarıda da qeyd olunduğu kimi, 10.04.2018-ci il tarixli müqavilə hazırkı işdə mübahisələndirilmədiyindən və həmin müqavilə üzrə alıcı olan Samir Məmmədova qarşı hər hansı tələb irəli sürülmədiyindən onun avtomobili əldə edərkən vicdanlı olubolmamasına hazırkı icraat çərçivəsində qiymət verilə bilməz. Əks halda bu, MPM-nin 218.3-cü maddəsinin tələbinin pozulması ilə nəticələnmiş olar. Digər tərəfdən, iddiaçı mübahisəli avtomobilə dair İslam Quliyevə verdiyi etibarnaməni ərizə ilə müraciət edərək 03.10.2017-ci il tarixdə ləğv etdirmiş, bundan sonra məhkəmədə İslam Quliyevə qarşı avtomobilin qaytarılması barədə iddia qaldırmış, lakin nəticə etibarilə iddiası uğursuz olmuş və müəyyən edilmişdir ki, avtomobil İslam Quliyevin sahibliyində yox, Samir Məmmədovun mülkiyyətindədir. Ona görə də iddiaçının tələbi rədd olunmuşdur. İşin müəyyən edilən hallarından həmçinin görünür ki, Samir Məmmədov mübahisəli avtomobili 10.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 7000 manata Abas Əmirovdan almışdır. Abas Əmirov isə onu 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 8000 manata Asif Hacalıyevdən almışdır. Avtomobilin Cavabdeh adına X23 qeydiyyatı isə saxta vərəsəlik şəhadətnaməsi əsasında aparılmışdır. Belə ki, araşdırma zamanı notariat orqanı tərəfindən belə bir şəhadətnamənin verilməsi müəyyən edilməmişdir. Vərəsəlik şəhadətnaməsində öldüyü qeyd edilmiş İddiaçı isə sağ olmaqla hazırkı iş üzrə iddiaçıdır. Göründüyü kimi, mübahisəli avtomobilin Cavabdeh adına qeydiyyatı qanunsuzdur. Belə ki, Cavabdehlə avtomobilin ilkin mülkiyyətçisi, yəni İddiaçı arasında heç bir mülki hüquqi əqd (müqavilə və s.) bağlanmamışdır. Eləcə də, X17 Quliyev arasında da hər hansı əqd bağlanması müəyyən edilməmişdir. Cavabdeh mübahisəli avtomobili 2700 manata İslam Quliyevdən aldığını, sənədləşmənin İslam Quliyev tərəfindən aparıldığını göstərsə də, bununla bağlı işə baxan məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, avtomobilin Cavabdeh adına qeydiyyatı qanunsuz olmaqla heç bir hüquqi əsasa söykənmədiyindən, eləcə də avtomobilin İslam Quliyevdən alınması ilə bağlı cavabdehin dəlilləri öz təsdiqini tapmadığından Cavabdeh 30.03.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əldə etdiyi 8000 manat pulu iddiaçıya qaytarmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı işdə Cavabdehlə İddiaçı arasında hər hansı müqavilə bağlandığı müəyyən edilmədiyindən mübahisəli hüquq münasibətinə mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları tətbiq olunmalıdır. Mülki Məcəlləyə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını və kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərin həmin hallara uyğun olduğunu nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. “Mercedes Benz 200” markalı, 1995-ci il buraxılışlı, ** CR *** (** MZ ***) dövlət qeydiyyat nişanlı avtomobilin 27.03.2018-ci ildə Baş Dövlət Yol Polisi İdarəsində Cavabdeh adına aparılmış qeydiyyatı və həmin qeydiyyat əsasında verilmiş AD 163612 saylı şəhadətnamə etibarsız hesab olunsun. Cavabdeh avtomobilin dəyəri olaraq 8000 (səkkiz min) manat pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1274/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1274/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver