Məhkəmə qərarları › İş №2(103)-1274/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1274/2024

08.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1274/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X5 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(008)-7392/2013 saylı qərardadından Ərizəçi hüquqi varisi X4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Sabunçu Rayon İcra Şöbəsinə qarşı itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2013-cü il tarixli, 2(008)- 7392/2013 saylı qətnaməsi ilə ərizə təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.1991-ci il tarixli 2-63/1991 saylı qətnaməsi üzrə itirilmiş icra icraatının bərpa edilməsi qət edilmişdir. 24 oktyabr 2019-cu il tarixdə Maraqlı şəxs2 Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2013-cü il tarixli, 2(008)-7392/2013 saylı qətnaməsindən apellyasiya şikayəti ilə yanaşı prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7392/2013 saylı, 30 yanvar 2020-ci il tarixli qərardadı ilə məhkəmənin 18 oktyabr 2013-cü il tarixli, 2(008)-7392/2013 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə Maraqlı şəxs2 tərəfindən verilmiş ərizə təmin edilməmiş və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7392/2013 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə birlikdə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(008)-7392/2013 saylı qərardadı ilə Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2020-ci il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(008)-7392/2013 saylı qərardadından Ərizəçi hüquqi varisi X4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət həmin məhkəmənin 27 noyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, mülki işin materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(008)-7392/2013 saylı qərardadı X2 nümayəndəsi X3 yanında elan edilmiş, lakin həmin qərardaddan şikayət A.Z.Zeynalovun nümayəndəsi Nümayəndə tərəfindən yalnız 10 oktyabr 2023-cü il tarixdə, yəni qərardadın elan olunduğu, vaxtdan 3 il 8 ay keçəndən sonra verilmişdir. Mülki işə baxılan zaman, yəni xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 268.2-ci maddəsi qüvvədə olmuş və yalnız 09 iyul 2021-ci il tarixli Qanunla həmin maddə ləğv edilmişdir (həmin Qanun 2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minmişdir “Azərbaycan” qəzeti, 18 iyul 2021-ci il). Bu səbəbdən də məhkəmə işə baxılan zaman Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinin əvəzinə həmin vaxtı qüvvədə olan 268.2-ci maddəsini tətbiq etməli idi. Bu səbəbdən şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7392/2013 saylı, 18 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməklə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 7392/2013 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(008)- 7392/2013 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, mülki iş materiallarından görünüdüyü kimi, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7392/2013 saylı, xx.xx.2020-ci il tarixli qərardadının Maraqlı şəxs2 xx.xx.2020-ci il tarixdə göndərilməsinə dair reyestr olsa da, həmin məktubun sonuncuya rəsmi qaydada çatmasına dair sübut müəyyən edilməmişdir. Maraqlı şəxs2 nümayəndəsinin müraciəti əsasında qərardad onun nümayəndəsinə xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza edilməklə təqdim edilmişdir. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən 2(008)-7392/2013 saylı, xx.xx.2020-ci il tarixli qərardadın Maraqlı şəxs2 yalnız xx.xx.2023-cü il tarixdə rəsmi qaydada verilməsi müəyyən edildiyindən qərardaddan şikayət verilməsi üçün buraxılmış müddət düzgün olaraq bərpa edilmişdir. Azərbaycan Respublikası MPM-nin 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Kollegiya işə baxılan zaman Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinin əvəzinə həmin vaxtı qüvvədə olan 268.2-ci maddəsini tətbiq edilməli olması ilə bağlı şikayətin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Beləliklə qeyd olunanları ümumləşirərək məhkəmə kollegiyası hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7392/2013 saylı, xx.xx.2020-ci il tarixli qərardadı tərəflərin iştirakı ilə elan edilməsinə baxmayaraq sözügedən qərardadın Maraqlı şəxs2 tərəfindən rəsmi qaydada alınması faktı təsdiq edilmədiyindən və Maraqlı şəxs2 nümayəndəsinin müraciəti əsasında qərardad onun nümayəndəsinə xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza edilməklə təqdim edildiyindən, sonuncu tərəfindən məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddət düzgün olaraq üzürlü hesab edilərək bərpa edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi hüquqi varisi X4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(008)-7392/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar