Məhkəmə qərarları › İş №2(103)-12773/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12773/2019

06.11.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12773/2019 06.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, onun vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək hüquqlarının bərpası” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-1627/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2019cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 123-k nömrəli xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi və İddiaçıov oğlunun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 123-k nömrəli xx.xx.2019-cu il tarixli əmrinə əsasən onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxxx 2019-cu il tarixdən xitam verilmişdir. Belə ki, xx xxxxxxxx 2018-ci il tarixdə “X12” Tarix-Memarlıq Qoruğunda təftiş keçirilmiş və bu barədə akt qəbul olunmuşdur. Həmin aktın tərtib olunmasından 7 ay keçir və həmin müddət ərzində İddiaçı həmin müəssisənin baş mühasibi vəzifəsində çalışmışdır. Bu müddət ərzində fəaliyyəti müsbət qiymətləndirilmişdir. Müəssiənin iddiaçı ilə bağlı heç bir şikayəti olmamış və əmək fəaliyyətinə lazımınca davam etmişdir. Belə ki, onun hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində işəgötürənə hər hansı maddi ziyan vurmamış və əmək fəaliyyəti zamanı hər hansı kobud səhvə, hüquq pozuntularına yol verməmiş, bunun nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1627/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “əmrlərin etibarsız hesab edilməsi, işə bərpa və əmək hüquqlarının bərpası” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 123-k nömrəli xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, hazırki iş üzrə cavabdehin istinad etdiyi aktda ona intizam tənbehi verilməsinə əsas olsa idi, bu pozuntunun aşkar olunmasından bir ay keçənədək verilməli idi. Belə ki, Əmək Məcəlləsinin 187.2ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezmiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması təyin olunmuşdur. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarət Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədikləriini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı, onun vəkili Elxan Quliyev apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişlər ki, iddiaçı intizam tənbehinin verilməsi üçün əsas olmuş hallar aşkar olunduqdan 7 ay sonra işdən çıxarılıb. Birinci instansiya məhkəməsində tərəflərə barışıq təklif olunsa da, tərəflər razılaşmamış, iddiaçı işəgötürənin əmrinin ləğv edilməsini tələb etmişdir. Bununla bağlı iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi Ülviyyə Süleymanova apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı 2014-cü ildən “X12” Tarix-Memarlıq qoruğunun baş mühasibi vəzifəsində çalışıb. “X12” Tarix-Memarlıq qoruğunun idarə olunmasında və kompleks təyinatı üzrə mədəniyyət təsisatı kimi istifadəsində buraxılan ciddi nöqsanlara görə 2015-ci ildə ona xəbərdarlıq edilərək qısa müddətdə maliyyə nöqsanlarının aradan qaldırılması tapşırılmışdır. Yol verdiyi nöqsanlar barədə xx xxxxxx 2016-cı il tarixində baş mühasib İddiaçı qoruğun 85 nömrəli əmri ilə şiddətli töhmət verilmiş, lakin iddiaçı verilən xəbərdarlıq və şiddətli töhmətdən heç bir nəticə çıxarmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin 7 saylı Regional maliyyə müfəttişliyi tərəfindən mövcud qanunvericiliyi uyğun dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədi ilə 2018-ci ilin 3-cü rübü üçün təsdiq edilmiş iş planına uyğun olaraq “X12” Tarix-Memarlıq qoruğunda 2015-ci ilin avqust ayından 2018-ci ilin avqust ayına kimi olan dövrdə dövlət büdcəsindən maliyyələşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanmış, nəticədə bu sahədə bir sıra nöqsanlara yol verildiyi və büdcə vəsaitinin artıq xərcləndiyi aşkar olunmuş, həmçinin mühasibat uçotu işlərinin milli mühasibat uçotu standartlarına uyğun təşkil olunmadığı aşkar olunmuşdur. Yoxlamadan sonra qoruğun direktoru və baş mühasibindən izahat vermələri tələb edilmiş, lakin baş mühasib İddiaçı izahat verməkdən və başqa vəzifəyə keçməkdən imtina etmişdir. Bu barədə qoruğun x xxxxxxx 2018- ci il tarixli 10 nömrəli və x xxxxxx 2018-ci il tarixli 12 nömrəli aktları tərtib edilmişdir. Həmçinin qoruqda həmkarlar ittifaqı təşkilatı mövcud deyil. Bunlar əsas götürülərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 123-K nömrəli x xxxxx 2019-cu il tarixli Əmri ilə baş mühasib İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların aşkar olunması ilə ƏM-nin 72-ci maddəsinin “e” bəndinin göstərişi iddiaçının intizam tənbehi almasına şərait yaratmışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 123-K nömrəli əmri x xxxxx 2019-cu il tarixli Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun qanuni şəkildə verilmişdir. İddiaçıya əvvəlcə xəbərdarlıq edilmiş, sonra isə şiddətli töhmət verilmişdir. Belə ki, təftiş aparılarkən akt tərtib olunmuşdur. Sentyabrda təftiş aparılmış, x xxxxxxxx 2018-də akt tərtib olunmuşdur ki, bu əsas aktdır. x xxxxxxx 2018-də izahatlarla bağlı akt tərtib edilmişdir. Müəssisənin maliyyə fəaliyyətinin təftişi keçirilmiş, təftiş nəticəsində müəyyən olunmuşdu ki, yeyintilər var. Eyni zamanda iddiaçı tərəfindən əmək funksiyaları düzgün yerinə yetirilməmişdir. Baş mühasib iqtisadçı olmalıdır, ancaq bu şəxsin iqtisad təhsili yoxdur. İddiaçıya humanist yanaşılaraq 7 ay sonra işdən çıxarılmışdır. Nazirlik tıərəfindən humanistlik göstərilmişdir. Hesab edir ki, işəgötürənin 2 il müddəti var idi. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 244-K nömrəli əmrə əsasən İddiaçı 2014-cü il iyulun 8-dən Hacıqabul rayon “X12” Tarix-Memarlıq qoruğunun baş mühasibi vəzifəsinə təyin edilməsi, vəzifə maaşının ştat cədvəli əsasında ödənilməsi və Hacıqabul rayon “X12” tarixmemarlıq qoruğunun direktoru (M.Xəlilov) İddiaçıla əmək müqaviləsinin bağlanmasının təmin edilməsi əmr edilmişdir. Əsas kimi İddiaçı ərizəsi və Hacıqabul rayon “X12” tarix-memarlıq qoruğunun xx xxxx 2014-cü il tarixli 28 nömrəli məktubu göstərilmişdir. Hacıqabul rayon “X12” Tarix-Memarlıq Qoruğunun xx xxxx 2014-cü il tarixli, 46 nömrəli İddiaçı baş mühasib vəzifəsinə təyin olunması barədə əmrinə əsasən İddiaçı baş mühasib əvəzi 2014-cü il iyulun 08-dən Hacıqabul rayonu “X12” Tarixi-Memarlıq Qoruğuna baş mühasib vəzifəsinə təyin edilməsi əmr edilmiş, əsas kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xx.xx.2014-cü il tarixli 244-K nömrəli Əmri göstərilmişdir. Hacıqabul rayon X12 X7 baş mühasib İddiaçı işdə yol verdiyi nöqsanlar barədə xx xxxxxx 2016-cı il tarixli 85 nömrəli Əmrinə əsasən işə müntəzəm gəlmədiyinə görə, öz vəzifəsini layiqincə icra etmədiyinə görə, rəhbərliyin tapşırdığı lazımı köçürmələri vaxtında etmədiyinə və işdə özünü intizamsız apardığına görə şəxsi işinə tikilməklə şiddətli töhmət elan edilməsi əmr edilmişdir. Hacıqabul rayon “X12” Tarix-Memarlıq qoruğunun 10 nömrəli xx xxxxxxx 2018-ci il tarixli akta əsasən 2018-ci il oktyabr ayının birində qoruğda ümumi iclas keçirilmişdir. İclasda qoruğun baş mühasibi İddiaçı qoruğun direktoru tərəfindən işlədiyi müddətdə dəfələrlə kobud səhvlərə yol verildiyi bildirilmiş, bunun nəticəsi olaraq 2018-ci ilin avqust ayında Maliyyə Nazirliyinin Maliyyə Nəzarət Xidmətinin 7 saylı müfəttişliyi tərəfindən qoruqda təftiş aparılarkən mühasibatlıq sənədlərində ciddi çatışmazlıqlar aşkar edilmişdir. Buna görə də qoruq rəhbərliyi ciddi cəzalandırılmış, xeyli məbləğdə vəsait (5600 manat) geri ödəməli olmuşdur. 12 nömrəli xx xxxxxx 2018-ci il tarixli akta əsasən 2018-ci il tarixdə Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Müfəttişliyi tərəfindən aparılmış təftiş yekununa dair Mədəniyyət Nazirliyinin X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tələbinə uyğun olaraq qoruğun direktoru baş mühasib İddiaçı izahat yazmağı tələb etmişdir, o isə cavabında izahat yazmayacağını bildirmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 123-K nömrəli xx.xx.2019-cu il tarixli İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin surətinə əsasən aparılan son maliyyə yoxlamasının nəticələrinə əsasən vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyinə görə, maliyyə sənədlərində dəfələrlə ciddi nöqsanlara yol verdiyinə görə “X12” Tarix-Memarlıq Qoruğunun baş mühasibi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxxx 2019-cu il tarixində xitam verilmiş, əsas kimi isə X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 13-Q nömrəli xx xxxx 2019-cu il tarixli məktubu, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin DX- 03/xx-xx- 1116 nömrəli xx xxxxxxx 2018-ci il tarixli məktubu və “X12” Tarix-Memarlıq Qoruğunun 10 nömrəli xx xxxxxxx 2018-ci il və 12 nömrəli xx xxxxxx 2018-ci il tarixli aktları göstərilmişdir. xx xxxxxxxx 2018-ci il tarixli aktda təftişin Azərbaycan Respublikası Prezident Fərman və Sərəncamlarına, Azərbaycan Respublikasının Konstitusiyasına, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli Q-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən nəzarət tədbirlərinin planlaşdırılması, aparılması və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları”na və Q-21 nömrəli xx xxxxxx 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən nəzarət tədbirlərinin aparılması zamanı nəzarət obyektlərində ayrı-ayrı sahələrin və sualların seçmə üsulu ilə yoxlanılmasına dair Metodik Tövsiyyələr”ə uyğun hazırlanmış proqram əsasında aparılmaqla, 2017-ci ilin avqust tarixində başlanıb, 05 sentyabr tarixdə başa çatdırıldığı qeyd olunur. Həmçinin həmin aktda təftişin nəticələri göstərilir. Apellyasiya baxışı zamanı təqdim edilmiş X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 13-Q nömrəli xx xxxx 2019-cu il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, “Pir-Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun idarəolunmasında və kompleksin təyinatı üzrə mədəniyyət təsisatı kimi istifadəsində buraxılan ciddi nöqsanlara görə 2015-ci ildə sabiq direktor Mübariz Xəlilov Nazirliyin müvafiq əmrinə əsasən işdən azad edilmiş (öz xahişi əsasında), qoruğun baş mühasibi İddiaçı isə xəbərdarlıq edilərək qısa müddətdə maliyyə nöqsanlarının aradan qaldırılması tapşırılmışdır. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Regional maliyyə müfəttişliyi tərəfindən “Pir-Hüseyn Xanəgahı” qoruğunda 2015-ci ilin avqust ayından 2018-ci ilin avqust ayına kimi olan müddətdə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması zamanı maliyyə nöqsanları, həmçinin mühasibat uçotu işlərinin milli mühasibat uçotu standartlarına uyğun təşkil olunmadığı müəyyən edilmişdir. Nöqsanların yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin ğörülməsi barədə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyinə ünvanlanmış DX-03/xx-xx-1116 nömrəli xx xxxxxxx 2018-ci il tarixli məktuba əsasən 2016- cı ilin 23 may tarixindən qoruğa direktor təyin edilmiş Məhərrəm Müslümov və qoruğun baş mühasibi İddiaçı Dövlət Xidmətinə dəvət edilmiş və məsələyə dair izahat verilməsi tələb edilmişdir. Lakin, İddiaçı izahat verməkdən imtina etmişdir. Qoruğun direktoru M.Müslümovun verdiyi izahata əsasən maliyyə müfəttişliyi tərəfindən 5600 manat məbləğində çərimə müəyyən edilmişdir. Məbləğin 2800 manatı baş mühasibin sabiq direktor Mübariz Xəlilovun dövründə yol verdiyi və ödəmədiyi cərimə idi. Azərbaycan Beynəlxalq Universitetinin X2 fakultəsini bitirmiş İddiaçı 2012-ci ildə qoruğa böyük elmi işçi vəzifəsinə təyin edilmiş, 2014-cü ildə isə baş mühasib vəzifəsinə keçirilmişdir. İşlədiyi müddət ərzində maliyyə sənədlərində dəfələrlə ciddi nöqsanlara yol vermişdir. Aparılan son maliyyə yoxlamasının nəticələri İddiaçı baş mühasib kimi vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyini bir daha təsdiq etmiş və ona qoruğun ümumi iclasında baş fond mühafizi vəzifəsinə keçirilməsi təklif edilmişdir. Qoruğun əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli akta əsasən İddiaçı bu vəzifədən imtina etmişdir. Qoruğun maliyyə problemlərinin aradan qaldırılması və nizam-intizam məsələlərinə riayət edilməsi üçün qoruq rəhbərliyinin xahişinə əsasən baş mühasib İddiaçı Dövlət Xidmətinə dəvət edilmiş və onunla söhbət aparılmışdır. Lakin, aparılan danışıqlar nəticə verməmiş və verilən tapşırıqlar yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin DX-03/xx-xx-1116 nömrəli xx xxxxxxx 2018-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Regional maliyyə müfəttişliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində nəzarəti təmiri etmək məqsədi ilə 2018-ci ilin İİİ rübü üçün təsdiq edilmiş iş planına uyğun olaraq “Pir-Hüseyn Xanəgahı” X8 2015-ci ilin avqust ayından 2018-cı ilin avqust ayına kımı olan dövrdə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılmış, nəticədə bu sahədə bir sıra nöqsanlara yol verildiyi və bu hesaba büdcə vəsaitinin artıq xərcləndiyi aşkar olunmuşdur. Belə ki, Qoruqda aparılmış yoxlama ilə avtonəqliyyat vasitələrinə hər 100 km məsafə üçün onların texniki göstəricilərinə əsasən müəyyən edilmiş normadan 2,86 min manat dəyərində yanacağın, habelə müvafiq silgi aktlarında Qoruğun direktorunun və digər aidiyyəti şəxslərin imzaları olmadığı halda maddi-məsul şəxslərin hesablarından 2.24 min manat dəyərində maddi qiymətlilərin əsassız olaraq silindiyi, Mədəniyyət Nazirliyinin müvafiq dəvəti olmadığı halda Bakı şəhərinə ezamiyyətə göndərilməsi rəsmiləşdirilmiş işçilərə 0.48 min manat məbləğində ezamiyyə xərcinin artıq ödənildiyi, işçilərə hesablanmış əmək haqlarından 0.04 min manat məbləğində gəlir vergisinin az tutulduğu, həmçinin mühasibat uçotu işlərinin milli mühasibat uçotu standartlarına uyğun təşkil olunmadığı müəyyən edilmişdir. Aparılmış yoxlama ilə aşkar edilmiş nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilmiş, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş inzibati xətala'r törətdiyinə görə 2 nəfər vəzifəli şəxsə 1.6 min manat məbləğində cərimə tətbiq edilmiş və həmin cərimələrin vəzifəli şəxslər tərəfindən nağd qaydada dövlətbüdcəsinə ödənilməsi təmin olunmuşdur. Yoxlama ilə aşkar olunmuş nöqsanların aradan qaldırılması, gələcəkdə belə nöqsanlarır təkrarına yol verilməməsi məqsədi ilə, habelə həmin nöqsanlara yol verilməsində təqsiri olar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi və görülmüş tədbirlər barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə məlumat verilməsi xahiş olunmuşdur. Hacıqabul rayon “X12” Tarix-Memarlıq Qoruğunun 10 nömrəli xx xxxxxxx 2018-ci il aktından görünür ki, 2018-ci il oktyabr ayının birində qoruqda ümumi iclas keçirilmiş, iclasda qoruğun baş mühasibi İddiaçı qoruğun direktoru tərəfindən işlədiyi müddətdə dəfələrlə kobud səhvlərə yol verdiyi bildirilmiş, bunun nəticəsi olaraq 2018-ci ilin avqust ayında Maliyyə Nazirliyinin Maliyyə Nəzarət Xidmətinin 7 saylı müfəttişliyi tərəfindən qoruğda təftiş aparılarkən mühasibatlıq sənədlərində ciddi çatışmazlıqlar aşkar edilmiş, buna görə də qoruq rəhbərliyi ciddi cəzalandırılmış, xeyli məbləğdə vəsait (5600 manat) geri ödəməli olmuş, bunun nəticəsi olaraq qoruğun rəhbəri onunla baş mühasib vəzifəsində işləyə bilməyəcəyini bildirmiş və qoruqda vakant olan Baş Elmi işçi və ya Baş fond Mühafizi vəzifələrində işləməsini təklif etmiş, İddiaçı cavabında baş mühasib vəzifəsindən başqa heç bir vəzifədə işləməyəcəyini bildirmiş, qoruğun direktoru bir neçə dəfə təkrar bu vəzifələri təklif etməsinə baxmayaraq o fikrinin qəti olduğunu bildirmişdir. 12 nömrəli xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, 2018-ci il tarixdə Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinin 7 saylı Müfəttişliyi tərəfindən aparılmış təftiş yekununa dair Mədəniyyət Nazirliyinin X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tələbinə uyğun olaraq qoruğun direktoru baş mühasib İddiaçı izahat yazmağı tələb etmiş, o isə cavabında izahat yazmayacağını bildirmiş, qoruq direktorunun dəfələrlə tələb etməsinə baxmayaraq o, izahat yazmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X4 bildirmişdir ki, 2016-cı ildə həmin qoruğun direktoru vəzifəsinə təyin edilmiş, təftiş 2015-ci il tarixdən 2018-ci il tarixədək olan dövrü əhatə etmiş, 2800 manat vəsaitin ondan öncə bu vəzifələri icra etmiş direktorun dövründə, 3600 manat məbləğdə olan vəsaitin isə onun dövründə məxaric sənədləri olmadan silindiyi aşkarlanmışdır. Əvvəlki direktor vəzifəsini icra edən şəxsə zəng etdikdə sonuncu günahın İddiaçı olduğunu qeyd etmişdir. Məhərrəm Müslümov həmin məbləği ödəmək üçün İddiaçı 1600 manat pul məbləği verdiyini qeyd etmişdi. Eyni zamanda dəfələrə onun tərəfindən iddiaçıya muxtəlif vakant vəzifələrə keçməsini təklif etmiş, lakin İddiaçı bununla razılaşmamışdır. Beləliklə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 123-K nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə yuxarıda göstərilənlər nəzərə alınaraq İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad olunması ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli əmrə görə iddiaçı xx.xx.2019-cu il tarixdən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin surətinə əsasən aparılan son maliyyə yoxlamasının nəticələrinə əsasən vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyinə görə, maliyyə sənədlərində dəfələrlə ciddi nöqsanlara yol verdiyinə görə) tutduğu vəzifədən azad edilmişdir. Əmək Məcəlləsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70, ç). Bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71). Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən onun tərəfindən əmək funksiyalarının və öhdəliklərin yerinə yetirilməməsinə istinad olunsa da, barəsində intizam tənbehi qanunvericilikdə müəyyən edilmiş müddətdə verilməmişdir. Belə ki, iddiaçı tərəfindən yuxarıda göstərilən nöqsanlara yol verildiyinin aşkar olunduğu, yəni xx xxxxxxxx 2018-ci il tarixli aktın tərtib olunduğu vaxtdan təxminən 7 ay sonra, xx.xx.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Əmək Məcəlləsinin 187.3-cü maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının aşkar edilən vəzifə hüquqpozması müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri ilə bağlı olduğundan ona həmin xətaların törədildiyi gündən vaxtında, yəni iki il müddətində intizam tənbehi verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, əvvəla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Həmin Məcəllənin 187.3-cü maddəsinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, qanunvericilik intizam tənbehinin işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi gündən bir ay müddətində verilməsini nəzərdə tutmuşdur. Digər normada qeyd olunan “maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı aşkar edilmiş vəzifə hüquqpozması ilə əlaqədar intizam xətalarına görə nəzərdə tutulmuş iki illik müddət” isə intizam tənbehinin verilməsi üçün müəyyən edilmiş son müddət kimi deyil, intizam tənbehinin verilməsinin həmin müddətdən sonra qeyri-mümkünlüyünü nəzərdə tutan müddət kimi qəbul edilməlidir. Belə ki, qanunun normasından da görünür ki, sözügedən hüquqpozmaya görə intizam tənbehinin iki illik müddət keçdikdən sonra verilməsi qeyrimümkündür, yəni həmin müddətin iki il müəyyən edilməsi əslində üzrlü səbəblərə görə işəgötürən tərəfindən intizam tənbehinin iki il müddətində verilməsinin mümkünlüyü ilə bağlıdır. Hazırki işdən müəyyən olunur ki, işçi barəsində intizam tənbehi onun tərəfindən müvafiq hüquqpozmalara yol verildiyi aşkar olunduqdan 7 ay sonra verilmiş, həmin 7 ay ərzində işçi ilə əmək münasibətləri davam etdirilmiş və bu müddət ərzində ona hər hansı tənbeh tədbiri görülməmiş, irad belə bildirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub- olunmadığı da müəyyən edilməlidir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, uzun müddət həmin qurumda işləməsi nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan xx.xx.2019-cu il tarixli əmr ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “X12” X6 baş mühasibi vəzifəsinə bərpa olunmalıdır. Kollegiya onu da qeyd edir ki, iddiaçı iddia tələbində məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi xahişini irəli sürməsə də, onun əvvəlki işinə bərpa olunması xahişi özüözlüyündə həmin tələbi də ehtiva edir; çünkü işinə bərpa olunan işçinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməli olduğu bilavasitə qanundan irəli gələn göstərişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1627/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 123-k nömrəli xx.xx.2019-cu il tarixli əmri ləğv edilsin. İddiaçı “X12” X6 baş mühasibi vəzifəsinə bərpa edilsin. xx xxxxx 2019-cu il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar