Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1278/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili X4, Üçüncü şəxs “xxxxxxx” Firmasının nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Sabunçu RayonMəhkəməsinin 2(008)-67/2019 saylı, xx xxxxxxxx 2019cuiltarixliqətnaməsindən iddiaçıtərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı "İddiaçı" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxs "xxxxxxx" Firması olmaqla xx.xx.2012-ci il tarixli **********12 №-li kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borc alan "xxxxxxx" Firması tərəfidən kredit üzrə ümumilikdə 1 427 077,06 (bir milyon dörd yüz iyirmi yeddi min yetmiş yeddi ABŞ dolları 06 sent) ABŞ dolları məbləğində ödəniş həyata keçirildiyini (qeyd edilən ödənişin 1 336 005,34 ABŞ dolları vaxtı keçmiş əsas borcun tam şəkildə qaytarılmasına, 50 000,59 (əlli min ABŞ dolları 59 sent) ABŞ dolları xx.xx.2016-cı il tarixədək əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun bir hissəsinin, 41 071,13 ABŞ dolları isə xx.xx.2016-cı il tarixdən (kreditin verilməsi müddətinin bitdiyi tarixdən) xx.xx.2019- cu il tarixədək (əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək) vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın (zərərin) bir hissəsinin ödənilməsinə yönəldilmişdir) nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü («İddianın dəyişdirilməsi») maddəsinin tələblərini rəhbər tutaraq xx.xx.2016-cı il tarixli iddia ərizəsində (iddia ərizəsinə dəyişikliklər nəzərə alınmaqla) göstərilmiş tələblərimizin 1-ci bəndinə müvafiq dəyişikliyi edib "xx.xx.2012-ci il tarixli 003001/0209/12/12 No-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6 küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 9 otaqlı, 201,7 kv.m yaşayış, 134 kv.m köməkçi sahədən ibarət 54 mən. 1 nömrəli fərdi yaşayış evinə („1-ci Əmlak") və xx.xx.2013-cü il tarixli **********12/01 ip No-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan digər Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,0527 ha torpaq sahəsində yerləşən 54 nömrəli binanın 1-ci mərtəbəsində 147,8 kv.m ümumi, 147,8 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsinə (“2-ci Əmlak”) tutma yönəldilsin, ipoteka predmetləri açıq hərracda satılsın və xx.xx.2012-ci il tarixli **********12 No-li kredit müqaviləsi üzrə borc alan "xxxxxxx" Firmasının iddiaçı ASC "Xalq" Bankı qarşısında xx.xx.2016-cı il tarixinə (kreditin verilməsi müddətinin bitməsi tarixinə) kimi əsas borc məbləğinə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanmış 85 622,65 (səksən beş min altı yüz iyirmi iki ABŞ dolları 65 sent) ABŞ dolları məbləğində adi faiz borcu, xx.xx.2019-cu il tarixinə (əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixə) qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 648 530,83 (altı yüz qırx səkkiz min beş yüz otuz ABŞ dolları 83 sent) ABŞ dolları məbləğində hesablanmış penya, xx.xx.2016-cı il tarixdən (kreditin verilməsi müddətinin bitdiyi tarixdən) xx.xx.2019-cu il tarixədək (əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək) vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış 587 287,83 (beş yüz səksən yeddi min iki yüz səksən yeddi ABŞ dolları 83 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 1 321 441,31 (bir milvon üç yüz iyirmi bir min dörd yüz qırx bir min ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində pul vəsaitinin, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 74 (yetmiş dörd) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "Xalq" Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu RayonMəhkəməsinin 2(008)-67/2019 saylı, xx xxxxxxxx 2019cuiltarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6 küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 9 otaqlı, 201,7 kv.m yaşayış, 134 kv.m köməkçi sahədən ibarət 54 mən. 1 nömrəli fərdi yaşayış evinə və Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,0527 ha torpaq sahəsində yerləşən 54 nömrəli binanın 1-ci mərtəbəsində 147,8 kv.m ümumi, 147,8 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, dəbbə pulunun məbləği ödənilən andan manata olan məzənnə ilə 40000 ABŞ dolları, Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6 küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 9 otaqlı, 201,7 kv.m yaşayış, 134 kv.m köməkçi sahədən ibarət 54 mən. 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 550000 manat, Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,0527 ha torpaq sahəsində yerləşən 54 nömrəli binanın 1-ci mərtəbəsində 147,8 kv.m ümumi, 147,8 kv.m əsas sahədən ibarət qeyri- yaşayış sahəsinin satış qiyməti 750000 manat müəyyən edilməsi, qeyd edilən ipoteka predmetlərinin açıq hərracda satılması və xx.xx.2012-ci il tarixli **********12 №-li kredit müqaviləsi üzrə borc alan "xxxxxxx" Firmasının iddiaçı ASC "Xalq" Bankı qarşısında xx.xx.2016-cı il tarixinə (kreditin verilməsi müddətinin bitməsi tarixinə) kimi əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış 85 622,65 (səksən beş min altı yüz iyirmi iki ABŞ dolları 65 sent) ABŞ dolları məbləğində adi faiz borcu və 40000 (qırx min) ABŞ dolları məbləğində hesablanmış penya, eləcə də ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 74 (yetmiş dörd) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "Xalq" Bankının xeyrinə tutulması, ipoteka predmetlərinin satışı ilə əlaqədar qeyd edilən məbləğlər ödənildikdən sonra qalan məbləğlər müvafiq olaraq mülkiyyətçilər Cavabdeh2 və Cavabdeh1 qaytarılması qərara alınmışdır. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı ASC qətnamədən apelyasiya şikayəti verərək əldən çıxmış fayda formasında zərər və cərimə borcu hissəsində iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili T.Şahbazov apellyasiya şikayətini müdafiə edərək məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “xxxxxxx” Firmasının nümayəndəsi A.İbrahimov apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki,apelyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki,xx xxxxx 2018-ci il tarixli 5282 saylı ekspertizanın rəyinə əsasən hesabdan çıxarış məlumatları xx xxx 2012-ci il tarixli **********12 saylı kredit xətti müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2016-ci il tarixə «xxxxxxx» firmasının "İddiaçı" ASC-yə olan borcu 1.459.233,63 ABŞ dolları məbləğində müəyyən edilmiş, o cümlədən: əsas kredit borcu 1.336.005,34 ABŞ dolları, faiz borcu 123.228,29 ABŞ dolları, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək iliik 5% dərəcəsi ilə hesablanan faizin həcmi 27.276,78 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Beləliklə, xx.xx.2016-ci il tarixə «xxxxxxx» firmasının "İddiaçı" ASC-nə olan borcu 1.486.510,41 ABŞ dolları məbləğində, o cümlədən: əsas kredit borcu 1,336.005,34 ABŞ dolları, faiz borcu 150.505,07 (123.228,29+272,76) ABŞ dolları müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə keçirilmiş məhkəmə ekspertizasından sonra, cavabdehlər tərəfindən müvafiq ödənişlər edilməsi, bununla əlaqədar iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə iddia ərizəsinə əlavə ilə müraciət etməsi, belə olan cavabdehlərin hazırki iddia tələbləri çərçivəsində illik 15 % hesablanmış penyanm, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək illik 18 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın düzgün hesablanıb-hesablanmaması barədə sualların cavablandırılmasına zərurət yarandığından, mübahisənin həlli üçün cavabdehlərin hazırki iddia tələbləri çərçivəsində illik 15 % hesablanmış penyanm, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək illik 18 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın düzgün hesablanıb- hesablanmaması barədə sualların cavablandırılmasına zərurət yaranmasını müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli 18106 saylı ekspertizasının rəyinə əsasən hesabdan çıxarış məlumatları xx xxx 2012-ci il tarixli **********12 saylı kredit xətti müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdə aparılan ödəniş nəzərə alınmaqla xx.xx.2016-ci il tarixə «xxxxxxx» firmasının "İddiaçı» ASC-yə olan borcu 1.596.205,8 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 1.286.105,34 ABŞ dolları (1.336.005,34-49,900,0) faiz borcu 73.228,29 ABŞ dolları (123.228,29 - 50.000,0) əldən çıxmış fayda üzrə borcu, 98.196,4 ABŞ dolları, penya üzrə borcu 138.675,77 ABŞ dolları. xx.xx.2016-cı il tarixdən ekspertizanın təyini haqqında qərardadın tarixinə - xx.xx.2018-ci il tarixədək illik 18% dərəcəsi ilə hesablanan əldən çıxmış faydanın həcmi 377.421,5 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Beləliklə xx.xx.2018-ci il tarixdə aparılmış ödəniş nəzərə alınmaqla məhkəmənin ekspertiza təyini haqqında qərardadının tarixinə xx.xx.2018-ci il tarixə «xxxxxxx» firmasının "İddiaçı" ASC-yə olan borcu 2.288.145,2 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: əsas kredit borcu 1.286.105,34 ABŞ dolları (1.336.005,34-49.900,0) faiz borcu 73.228,29 ABŞ dolları (123.228,29 - 50.000,0) əldən çıxmış fayda üzrə borc 475.617,9 (98.196,4 + 377.421,5) ABŞ dolları, penya üzrə borc 453.193,67 ABŞ dolları. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə mübahisənin həlli üçün iş üzrə təkrar ekspertiza təyin edilmiş, ipoteka predmeti olan əmlakların dəyəri yenidən müəyyən edilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X7 küçəsi, mənzil 54, 1 saylı fərdi yaşayış evinin və Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 54 saylı qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricinin təyin edilməsi və rəyin alınması, müstəqil qiymətləndirici kimi rəy alınması "Heba Consulting" X1 həvalə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 67/2019 saylı qərardadının icrası ilə bağlı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X9 küçəsində, istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 299.0 m ümumi, 176.2 m" yaşayış, 1*22.8 m" yardımçı sahədən ibarət yaşayış evi (liter A), 1 mərtəbəli, 2 otaqlı, 36.7 m ümumi, 25.5 m" yaşayış, 11.2 m" yardımçı sahədən ibarət yaşayış evi (liter B) və tikintialtı sahəsi 18.5 m" olan daş hasar (liter'İ), metal darvaza (liter İİ), metal qapıdan (liter İİİ) ibarət 54 mən. 1 nömrəlifərdi yaşayış evinin və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 54 ünvanında, 5 mərtəbəli, köhnə tikili binanın 1-ci mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan, 147.8 m2 ümumi, 147.8 m2 əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi ilə əlaqədar "Heba Consulting" X2 xx.xx.2019-cu il tarixli hesabatının nəticə hissəsinə əsasən Qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X7 küçəsində, istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 299.0 m2 ümumi, 176.2 m 2 yaşayış, 122.8 m2 yardımçı sahədən ibarət yaşayış evi (liter A), 1 mərtəbəli, 2 otaqlı, 36.7 m2 ümumi, 25.5 m2 yaşayış, 11.2 m2 yardımçı sahədən ibarət yaşayış evi (liter B) və tikintialtı sahəsi 18.5 m2 olan daş hasar (liter İ), metal darvaza (liter İİ), metal qapıdan (liter İİİ) ibarət 54 mən. 1 nömrəli fərdi yaşayış evini hazırda mövcud olan real qiyməti 550000 manat, Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,0527 ha torpaq sahəsində yerləşən 54 nömrəli binanın 1-ci mərtəbəsində 147,8 kv.m ümumi, 147,8 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin qiyməti 750000 manat təşkil edir. Rəyin qeyd hissəsində göstərilmişdir ki, təftiş zamanı müəyyən olundu ki, obyektin Liter "B" tikilisi sökülmüş və Texniki pasportda əksini tapmayan əlavə tikililəri mövcuddur. Hüquqi dəyərəndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əldən çıxmış faydanın tutulması hissəsində əsassızdır və həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə borcun məbləğinə proporsional şəkildə azaldılmamışdır, bu səbəbdən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cərimə hissəsində dəyişdirilərək cərimə əsas borca adekvat şəkildə olmaqla müəyyən edilməli, iddiaçı tərəfindən hesablanmış 648 530,83 ABŞ dolları məbləğində penyanın on faizi həcmində, yəni 64 853,083 ABŞ dolları dəbbə pulu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin halları nəzərə alınaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi tətbiq edilməklə, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq 40000 ABŞ dolları penya artırılaraq, 64 853,083 ABŞ dolları müəyyən edilməli, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu RayonMəhkəməsinin 2(008)-67/2019 saylı, xx xxxxxxxx 2019cuiltarixli qətnaməsi qismən, dəbbə puluna aid hissədə dəyişdirilsin və cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulunun məbləği 64 853,083 (altmış dörd min səkkiz yüz əlli üç ABŞ dolları, sıfır səksən üç sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə cavabdehin apelyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-1278/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1278/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver