Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1279/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ilkin müqavilə üzrə evin alqı-satqısı üçün ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “ilkin müqavilə üzrə evin alqı-satqısı üçün ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa eldiyi və xx xxxxxx 2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh istifadəsinə verdiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3153-3152 məhəlləsində yerləşən 2-ci binanın, 6-cı mərtəbəsindəki, ümumi sahəsi 166,7 kv.metrdən ibarət 4 otaqlı mənzilə (hazırda Bakı səhəri, Yasamal rayonu, A.M,Şərifzadə küçəsi, ev 168, mənzil 13) dair istifadə hüququ xx xxxxxxx 2013-cu il tarixdə Bakı şəhəri 14 nömrəli notariat kontorunca təsdiq edilmiş ilkin müqavilə əsasında İddiaçı 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinə satılmışdır. Bununla bağlı iddiaçı tərəfindən 120.000 (bir yüz iyirmi min) manat pul vəsaiti xx xxxxxxx 2013-cü il tarixdə “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialında yerləşən Bakı şəhəri 14 nömrəli notariat kontorunun depozit hesabına köçürülmüş, bununla bağlı əlavə olaraq 240 (iki yüz qırx) manat məbləğdə pul vəsaiti eyni hesaba notariusda bağlanmış müqavilə üçün rüsum kimi ödənilmiş və xəzinə mədaxil orderləri alınmışdır. Cavabdeh həmin vəsaiti xx xxxxxxx 2013-cü il tarixində almışdır. Satıcı-Cavabdeh həmin mənzili müqaviləyə əsasən alıcının istifadəsinə verməli olsa da, indiyə qədər müqavilə öhdəliklərinə əməl etməmişdir. Bu səbəbdən alıcı istifadə hüququ ilə aldığı mənzildən hələ də istifadə edə bilməmişdir. Bir müddətdən sonra mənzilinə gəldikdə və mənzilin qapısını döydükdə onun açılmadığını və orada kimsənin yaşamadığını görmüşdür. O, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinə müraciət etdikdə ona bildirmişdilər ki, anlaşılmazlıq olub və həmin mənzildə satıcı-Cavabdeh Maksi qızı artıq yaşamır və sözügedən mənzilin kimin istifadəsinə verilməsini aydınlaşdırıb ona xəbər veriləcəkdir. Həmin zamandan artıq xeyli vaxt keçməyinə baxmayaraq Cavabdeh və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mənzilini ona təhvil vermək istəmirlər. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı mənzili müqavilə bağlandığı andan alıcıya verməli idi. Göründüyü kimi altı ildən artıq bir müddətdir ki, cavabdehlər müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmirlər. Yuxarıda qeyd edilmiş müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə onun tərəfindən pretenziya qaydasında Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində şəxsən direktor Şakir Qarayevə xx xxxxx 2019-cu il tarixdə bildiriş verilmişdir. Lakin bu günə qədər sözügedən mənzil onun istifadəsinə və sahibliyinə verilməmişdir. Bu səbəbdən onun tərəfindən həmin mənzilin ona təhvil verilməsinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə iclasları zamanı ona məlum olmuşdur ki, Cavabdeh mübahisəli mənzili 2017-ci ildə başqa şəxsə satmışdır. Lakin ilkin müqavilədə mənzilin 120.000 (bir yüz iyirmi min) manat qiymətə satıldığı nəzərdə tutulsa da, həmin alqısatqının nə zaman bağlanacağı göstərilməmişdir. Bu səbəbdən da qanunun tələbi ilə 1 (bir) il müddətində alqı-satqı müqaviləsi bağlanmadığından ilkin müqaviləyə xitam verilir. Belə olan halda ilkin müqavilə üzrə tərəflər, yəni Cavabdeh və İddiaçı əvvəlki vəziyyətə qayıtması Cavabdeh 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitini İddiaçı qaytarması ilə baş verə bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 120.000 (bir yüz iyimri min) manat məbləgində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir (sədrlik edən: Gültəkin Əsədova). Qətnamədən cavabdeh X14 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində, “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialının xx xxxxxxx 2013-cü il tarixli xəzinə mədaxil orderinin surətinə görə İddiaçı tərəfindən 120.000 manat məbləğində pul vəsaiti notariat kontorunun depozit hesabına köçürülməsi, X1 adına “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialında açılmış AZ63DEKB******************** nömrəli hesabına xx xxxxxxx 2013-cü il tarixdə 120.000 manat məbləğində pul vəsaiti daxil edilməsi müəyyən edilməsi göstərilir. Eyni zamanda, həmin qətnamədə göstərilir ki, Ləğv prosesində olan “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli **********401 nömrəli məktubunun məzmunundan görünür ki, X5 hesabından çıxarışda 120.000 manat məbləğində vəsaitin məxaric edilməsi göstərilmiş, lakin arxivdə X12 tərəfindən X1dan hesabından 120.000 manat məbləğində pul vəsaitinin alınmasına dair kassa məxaric qəbzinin əsli və ya surəti aşkar edilməmişdir. Göründüyü ki, iş materiallarında Cavabdeh, habelə etibarnamə ilə onun adından çıxış edən Elçin Vəliyevin iddia olunan 120000 pul vəsaitini almalarına dair hər hansı sübut yoxdur. Məhkəmə yalnız iddiaçının (əslində isə bankın) təqdim etdiyi və həqiqiliyi şübhə doğuran sübutlara istinad etməklə yanlış nəticəyə gəlmişdir. Bundan başqa, İddiaçı xx xxxxxxx 2013-cü il tarixli ilkin müqaviləyə istinad edərək cavabdehin müqavilə üzrə öhdəliklərinə əməl etmədiyini bildirmiş və 7 ilə yaxın müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qətnamədə istinad olunan hazırki iddiadan əvvəl verilmiş mübahisəli mənzil tələbi üzrə iddia ərizəsində, iddiaçı illərlə heç bir tələblə çıxış etməməsinin səbəbi kimi o zaman mənzilə ehtiyacı olmamasını göstərmişdir. Bütün bunlar ağlabatan olmasa da, hazırki iş üzrə birinci instansiya məhkəməsi üçün keçərli olmuşdur. Məhkəmə tələb olunan pul vəsaitini iddiaçı tərəfindən alınmasını təsdiq edən sübut olmadan qeyri-qanuni qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddinın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Səadət Sarayı tərəfindən xx xxxxxxx 1997-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 460473 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X8 arasında xx xxxxxxx 1997-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxx 1997-ci il tarixdə 1678 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada Vəliyeva soyadı verilmişdir; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti-icraçı ilə Cavabdeh-sifarişçi arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, sifarişçi ailəsinin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Yasamal rayonu, 3153/3157 nömrəli məhəllədə inşa edilən yaşayış sahəsində 2-ci binanın 6-cı mərtəbəsində 4 otaqlı (ümumi sahəsi 116,7 kv.metr olan) mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərclərin ödənilməsini öz öhdəsinə götürür (1-ci bənd). İcraçı sifarişçinin istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz üzərinə götürür (2-ci bənd). Mənzilin dəyəri qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir (3-cü bənd). Sifarişçi mənzilin dəyərini birdəfəlik yaxud hissəhissə ödəyə bilər və mənzilin dəyəri tam ödənildikdən sonra mənzil üzərində tam sərəncam vermək hüququna malik olur (4-cü bənd). Mənzilin inşaası başa çatdıqdan sonra tərəflər arasında alqı-satqı müqaviləs bağlanaraq, qeydiyyat qanunvericiliyə müvafiq qaydada dövlət notariat orqanları tərəfindən həyata keçirilir (6-cı bənd); Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx xxxx 2007-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Musabəyov yaşayış sahəsi, A.Şərifzadə küçəsi, 3153-3157-ci yaşayış binasına ünvan 2 nömrəli ünvan təyin edilmişdir; Bakı şəhəri 14 nömrəli notariat kontoru tərəfindən 7-E-18-15253 nömrəli reyestrlə qeydiyyatdan keçərək təsdiq edilmiş ƏN-İ seriyalı 393369 nömrəli xx xxxxxxx 2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh bütün əmlakının idarə edilməsi, onun üzərində sərəncam verməyi və bununla bağlı bütün zəruri işlərin görülməsini X9 etibar etmişdir. Həmin etibarnamə ilə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə beş il müddətinə verilmiş və xx xxxxxxx 2018-ci ilədək qüvvədə olması müəyyən edilmişdir; ünvan 4 ünvanında yaşayan X6 notariat kontoruna ünvanladığı və müvafiq notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2013-cü il tarixli ərizənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, (A.Şərifzadə küçəsi) 3153-3152 nömrəli məhəllədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən 4 (dörd) otaqlı, ümumi sahəsi 166,7 kv.metr olan mənzilə dair ilkin müqavilə bağlanmasına və gələcəkdə satılmasına etiraz etməmişdir; X7 notariat kontoruna ünvanladığı ərizənin surətindən və məzmunundan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə yerləşən 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,70 kv.metrdən ibarət 4 otağının İddiaçı 120.000 (bir yüz iyirmi min) manat qiymətə satılması ilə bağlı razılığa gəlmişlər. Həmin məbləğin müvafiq müqavilə tərəflərin təsdiqi həyata keçirildikdən sonra müvafiq notariat kontorunun depozit hesabı vasitəsi ilə ödəniləcəyi barədə qanunvericiliyin tələbləri ona izah olunmuşdur; İddiaçı notariat kontoruna ünvanladığı ərizənin surətindən və məzmunundan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə yerləşən 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,70 kv.metrdən ibarət 4 otağının ona 120.000 (bir yüz iyirmi min) manat qiymətə satılması ilə bağlı razılığa gəlmişlər. Alqı-satqı müqaviləsinin notariay qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini öz üzərinə götürmüşdür Bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin müvafiq notariat kontorunun depozit hesabına qəbul olunması xahiş edilmişdir; “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialının xx xxxxxxx 2013-cü il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən müvafiq mənzilin alqı-satqı qiyməti olan 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti notariat kontorunun depozit hesabına köçürülmüşdür; “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialının xx xxxxxxx 2013-cü il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən xidmət haqqı olaraq 240 (iki yüz qırx) manat məbləğində rüsum ödəmişdir; X5 adına “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialında açılmış AZ63DEKB******************** nömrəli hesabının xx xxxxxxx 2013-cü il tarixinə olan çıxarışının surətindən və məzmunundan görünür ki, 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti xx xxxxxxx 2013-cü il tarixdə müvafiq hesaba daxil edilmişdir; Bakı şəhəri 14 nömrəli notariat kontorunun “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialına ünvanladığı xx xxxxxxx 2013-cü il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, ünvan 5 mənzil 9 ünvanında yaşayan İddiaçı notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinin müvafiq müqavilə qeyd edilən notariat kontoru tərəfindən təsdiq edildikdən sonra həmin notariusun məktubu əsasında ünvan 4 ünvanında yaşayan X10verilməsi üçün müraciət edilmiş bankda olan ******************** nömrəli depozit hesabına qəbul olunması xahiş edilmişdir; Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 14 nömrəli notariat kontorunda təsdiq edilmiş xx xxxxxxx 2013-cü il tarixli ilkin müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, (A.Şərifzadə küçəsi) 3153-3152 məhəllədə “AVE-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,70 kv.metrdən ibarət 4 otağına dair alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir (1.1-ci bənd). Bu müqavilənin predmeti olan mənzilin qiyməti 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən olunmuşdur (2.1-ci bənd). Tərəflər arasında mənzilin qiyməti ilə əlaqədar hesablaşma qaydası: alıcı mənzilin bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətini notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir (2.2-ci bənd). Bu müqavilə ilə barəsində gələcəkdə alqısatqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir (2.3-cü bənd). Satıcı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2005-ci il tarixli müqaviləsinə əsasən istifadəsində olan, Bakı şəhəri, Yasamal rayonu, (A.Şərifzadə küçəsi) 3153-3152 məhəllədə “AVE-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,7 kv.metrdən ibarət 4 otağını, bu müqavilə bağlandığı andan alıcıya verməyə borcludur (3.1-ci bənd). Alıcı isə Bakı şəhəri, Yasamal rayonu, (A. Şərifzadə küçəsi) 3153-3152 məhəllədə “AVE-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,7 kv.metrdən ibarət 4 otağını istifadə üçün öhdəsinə götürür və gələcəkdə qeyd olunan mənzilin sənədləşdirmə işlərini və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın alınmasını öz üzərinə götürür (3.2-ci bənd). Tərəflərin üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsində asılı olmayan səbəblərdən mümkün olmazsa, satıcı alıcıdan aldığı vəsaiti geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur (4.3-cü bənd); ünvan 4 ünvanında yaşayan X6 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı və Bakı şəhəri 53 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli ərizəsinin surətindən və məzmunundan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 nömrəli məhəllədə inşa edilən yaşayış sahəsində 2-ci binanın, 6-cı mərtəbəsində, 4 (dörd) otaqlı, ümumi sahəsi 166,7 kv.metr olan mənzillin və pay haqqının, arvadı Cavabdeh tərəfindən vətəndaş X2 xeyrinə imtina etməsinə etiraz etməmiş və gələcəkdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı heç bir iddia və tələbi olmayacağını bildirmişdir; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti-icraçı ilə X4 sifarişçi arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, sifarişçi ailənin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 168A (köhnə ünvan: 3153/3157 nömrəli məhəllədə) inşa edilən yaşayış sahəsində 2-ci binanın 6-cı mərtəbəsində 4 otaqlı (ümumi sahəsi 116,7 kv.metr olan) 13 nömrəli mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərclərin ödənilməsini öz öhdəsinə götürür (1-ci bənd). İcraçı sifarişçinin istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz üzərinə götürür (2-ci bənd). Mənzilin dəyəri qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir (3-cü bənd). Sifarişçi mənzilin dəyərini birdəfəlik yaxud hissə-hissə ödəyə bilər və mənzilin dəyəri tam ödənildikdən sonra mənzil üzərində tam sərəncam vermək hüququna malik olur (4-cü bənd). Mənzilin inşaası başa çatdıqdan sonra tərəflər arasında alqı-satqı müqaviləs bağlanaraq, qeydiyyat qanunvericiliyə müvafiq qaydada dövlət notariat orqanları tərəfindən həyata keçirilir (6- cı bənd); “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq maliyyə arayışının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, 168A ünvanında yeni tikilən yaşayış binası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Bu binanın 2-ci giriş, 6-cı mərtəbəsində ümumi sahəsi 166,7 kv.metr olan, 4 otaqlı,13 nömrəli yaşavış sahəsinin dəyəri X4 tərəfindən tam ödənilmişdir və hazırda Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu yoxdur; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4216/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “mənzilin cavabdehlər tərəfindən qanunsuz istifadə və sahibliyinin qarşısının alınması və mənzilin iddiaçının istifadə və sahibliyinə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi təmin edilməmiş, iddiaçı şəxs tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 13424/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4216/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Ləğv prosesində olan “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli **********401 nömrəli məktubunun məzmunundan görünür ki, X5 hesabından çıxarışda 120.000 (bir yüz iyirmi min) manat məbləğində vəsaitin məxaric edilməsi göstərilmişdir. Nəsimi RPİ tərəfindən xx xxxxx 2006-cı il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1970ci il tarixdə Ermənistanın Kalinin rayonunda anadan olmuş İddiaçı ünvan 8 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxx 2019-cu il tarixli arayışın məzmunundan görünür ki, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 9, mənzil 24 ünvanında qeydiyyatdadır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır; Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir; Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aAşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2.icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi; Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən müəyyən etmişdir ki, X12 ilə X8 arasında xx xxxxxxx 1997-ci il tarixdə nikah bağlanmışdır. “xxxx” MMC-icraçı ilə Cavabdeh-sifarişçi arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, sifarişçi ailəsinin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Yasamal rayonu, 3153/3157 nömrəli məhəllədə inşa edilən yaşayış sahəsində 2-ci binanın 6cı mərtəbəsində 4 otaqlı (ümumi sahəsi 116,7 kv.metr olan) mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərclərin ödənilməsini, icraçı sifarişçinin istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz üzərinə götürmüşdür. Cavabdeh bütün əmlakının idarə edilməsi, onun üzərində sərəncam verməyi və bununla bağlı bütün zəruri işlərin görülməsini xx xxxxxxx 2013-cü il tarixli etibarnamə ilə X9 etibar etmişdir. X13 ilə İddiaçı arasında Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə yerləşən 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,70 kv.metrdən ibarət 4 otağının 120.000 (bir yüz iyirmi min) manat qiymətə satılması ilə bağlı razılıq əldə edilmiş və “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialının xx xxxxxxx 2013-cü il tarixli xəzinə mədaxil orderinə əsasən İddiaçı tərəfindən müvafiq mənzilin alqı-satqı qiyməti olan 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti notariat kontorunun depozit hesabına köçürülmüş, həmçinin İddiaçı xidmət haqqı olaraq 240 (iki yüz qırx) manat məbləğində rüsum ödəmişdir. X1 adına “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialında açılmış AZ63DEKB******************** nömrəli hesabına xx xxxxxxx 2013-cü il tarixdə 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti daxil edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli ilkin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, (A.Şərifzadə küçəsi) 3153-3152 məhəllədə “AVE-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,70 kv.metrdən ibarət 4 otağına dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi tərəflərin öhdəlikləridir. Müqaviləyə əsasən mənzilin qiyməti 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən olunmuşdur. Alıcı mənzilin qiymətini notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir. Satıcı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2005-ci il tarixli müqaviləsinə əsasən istifadəsində olan, Bakı şəhəri, Yasamal rayonu, (A.Şərifzadə küçəsi) 3153-3152 məhəllədə “AVE-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,7 kv.metrdən ibarət 4 otağını, bu müqavilə bağlandığı andan alıcıya verməyə borcludur. Tərəflərin üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmazsa, satıcı alıcıdan aldığı vəsaiti geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti-icraçı ilə X4-sifarişçi arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən sifarişçi ailənin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 168A ünvanda (köhnə ünvan: 3153/3157 nömrəli məhəllədə) inşa edilən yaşayış sahəsində 2-ci binanın 6-cı mərtəbəsində 4 otaqlı (ümumi sahəsi 116,7 kv.metr olan) 13 nömrəli mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərclərin ödənilməsini, icraçı sifarişçinin istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz üzərinə götürmüşdür. Müvafiq yaşavış sahəsinin dəyəri X4 tərəfindən tam ödənilmiş və hazırda onun qeyd edilən Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4216/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “mənzilin cavabdehlər tərəfindən qanunsuz istifadə və sahibliyinin qarşısının alınması və mənzilin iddiaçının istifadə və sahibliyinə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 13424/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4216/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən satıcı mənzili müqavilə bağlandığı andan alıcıya verməli idi. Lakin cavabdeh şəxs müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etməmişdir. Cavabdeh mübahisəli mənzili 2017-ci ildə başqa şəxsə satmışdır. Halbuki, ilkin müqavilədə mənzilin 120.000 (bir yüz iyirmi min) manat qiymətə satıldığı nəzərdə tutulsa da, həmin alqı-satqının nə zaman bağlanacağı göstərilməmişdir. Bu səbəbdən də müvafiq qanunvericiliyin tələbi ilə 1 (bir) il müddətində alqı-satqı müqaviləsi bağlanmadığından ilkin müqaviləyə xitam verilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, ilkin müqavilə üzrə tərəflər, yəni Cavabdeh və İddiaçı əvvəlki vəziyyətə qayıtması, cavabdeh şəxsin 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmasından ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. İddia olunan 120000 manat pul vəsaitinin iddiaçı tərəfindən alınmasına dair hər hansı sübutun olmaması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarışa (i.v. 21) əsasən X12 tərəfindən xx.xx.2013-cü il tarixində 120.000 manat məbləğində vəsait hesabdan məxaric edilmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1279/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1279/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver