Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1280/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Şoşanova (Mustafayeva) Emma Ələkbər qızı, onun nümayəndəsi və vəkili X5 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)-711/2019 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Şoşanova (Mustafayeva) Emma Ələkbər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) bundan sonra-İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşı “təsərrüfat otağının boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təsərrüfat otağının boşaldılması və ona təhvil verilməsi, ona vurulmuş 10.000 (on min) manat məbləğində maddi ziyan və 10.000 (on min) manat mənəvi ziyan qismində pul vəsaitinin tutularaq, ona birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) bundan sonra-Cavabdeh ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Şoşanova (Mustafayeva) Emma Ələkbər qızına qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı Şoşanova (Mustafayeva) Emma Ələkbər qızının iddiasının rədd edilməsini, qarşılıqlı iddianın təmin edilərək Şoşanova (Mustafayeva) Emma Ələkbər qızından 2.500 manat məbləğində zərərin və 5.000 manat cərimə məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılır ki, Suraxanı rayon İcra Hakimiyyətinin xx xxxxxx 1998ci il tarixli2127 №-li sərəncamına əsasən yaşadıqları evin, yəni Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllədə yerləşən 1 saylı evin yanında yardımçı təsərrüfat otağının ər-arvad münasibətində olduğu vaxt birgə vəsait hesabına inşa etmiş və istifadə, sahiblik etmişdir. X19 1982ci ildə qeyd alınan nikah xx xxxxxx 2006-cı ildə rəsmi olaraq pozulmuşdur.2008-ci ilin əvvəlində o, Bakı şəhər Suraxanı rayon məhkəməsinə birgə nikah dövründə əldə olunmuş avtomobil, mənzil və təsərrüfat otağının birgə mülkiyyətində olan əmlakda payların müəyyən edilməsi, ayrılması iddia tələbi ilə cavabdeh keşmiş həyat yoldaşı Ramiz Mustafayevə qarşı müraciət etmişdir. Bakı Apellyasiyanın xx xxxxxx 2009-cu il tarixli 2(103)-4376/ 2009 saylı qətnaməsi ilə onun və Ramiz Mustafayevin arasında “VAZ-21074” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 və mənzilinin 1/2 hissəsi üzərində bərabər paylar müəyyən edilsə də, onun birgə vəsait hesabına tikilmiş təsərrüfat otağı tələbinə dair hissədə Qərardadla baxılmamış saxlanılmışdır. Həmin Qərardadda qeyd olunmuşdur ki, Suraxanı rayon Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx xxxx 2009-cu il tarixli i/k-8 saylı məktuba əsasən, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 1, mənzil 39da yaşayan X11 məxsusu 24 kv.m-lik mövcud qaraj üçün torpaq icarə müqaviləsi xx xxxx 2007-ci il tarixli etibarnamə əsasında x xxx 2007-ci ildə C.Qurbanov küçəsi, 95/63 ünvanda yaşayan Cavabdeh ilə bağlanmış və icarə haqqı həmin şəxs tərəfindən vaxtlı-vaxtında ödənilir. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2009-cu il tarixli 77 saylı Sərəncam ilə qaraj Cavabdeh adına rəsmiləşdirilmişdir. Ona görə də o, həmin yardımçı təsərrüfat otağından onun istifadə hüququnun müəyyən edilməsi və həmin tikiliyə Cavabdeh adına rəsmiləşdirilmiş Bakı şəhəri Suraxanı rayon icra Hakimiyyətinin xx xxxx 2009-cu il tarixli sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə sərəncam verənə və alana qarşı müraciət etmişdir. Cavabdeh Ramiz oğlu isə Ramiz Mustafayevin adına mübahisəli tikilinin rəsmləşdirilməsi barədə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin xx xxxxxx 1998-c il tarixli 2127 №-li sərəncamının etibarsız hesab edilməsinə dair ona Ramizə və digərlərinə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və yekun olaraq Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(010)-1065/2010 saylı və Bakı Apellyasiya məhkəməsinin xx xxxxx 2011-ci il tarixli 2(103)-1201/2011 saylı qətnaməsi ilə hər iki iddia tələbi təmin edilməmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin xx xxxxxx 1998-ci il tarixli2127 №-li sərəncamı əsasında nikah dövründə tikilmiş təsərrüfat otağı ər-arvad birgə vəsaiti hesabına onun razılığı olmadan guya keçmiş əri Ramiz Mustafayevin verdiyi xx xxxx 2007-ci il tarixli etibarnaməyə əsasən xx xxx 2007-ci ildə Cavabdeh ilə bağlanmış icarə müqaviləsi əsasında axırıncının adına tikiliyə dair xx xxxx 2009-cu ildə həmin icra hakimiyyəti tərəfindən Sərəncam verilmiş və həmin Sərəncamda Cavabdeh verilmiş qarajın ünvanının başqa yerdə yerləşdiyi göstərilmişdir. Həmin məhkəmə çəkişməsi gedişatında müəyyən olunmuşdur ki, Ramiz Mustafayevin adından Cavabdeh adına etibarnamə mövcud deyil. Sonrakı illər üzrə polis və prokurorluq orqanları tərəfindən dəfələrlə onun ərizələri araşdırılmış və nəticədə Bakı şəhəri Suraxanı RPİ 32-ci Polis Bölməsində olan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, xx xxxx 2019-cu ildə Bakı şəhəri Suraxanı İcra Hakimiyyəti tərəfindən Cavabdeh verilmiş 77 saylı “Sərəncam” saxtadır və müvafiq qanunvericiliyin tələblərinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti ötdüyünə görə həmin fakt üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxx 2018-ci ildə qərar qəbul edilmişdir. 2008-ci ildən başlayaraq cavabdeh ona məxsus təsərrüfat otağını zəbt edərək içində olan bütün əmlakları talamış, qıfılını dəyişmişdir. O, həmin qıfılı dəyişərək öz hüququnu bərpa etsə də cavabdeh öz qanunsuz əməllərindən əl çəkməyərək qıfılını dəyişib, hazırda orda tikinti materiallarını saxlayaraq anbar kimi istifadə edir. Beləliklə də, cavabdeh onun əşya hüququnu pozmuş və həmin pozma nəticəsində davamlı olaraq maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh tərəfindən ona məxsus 300 ABŞ dolları məbləğində 1ədəd arakəsmədən seyf qapı, 200 ABŞ dolları məbləğində 1 ədəd böyük dəmir şkaf, 7000 ABŞ dolları məbləğində 2 ədəd sex üçün toxuma maşınları, 1000 ABŞ dolları məbləğində 2 ədəd qırmızı polirovkalı fıstıq taxtasından taxta çarpayılar, 300 ABŞ dolları məbləğində 1 ədəd xalça, 300 ABŞ dolları məbləğində 2 ədəd ter xəlisi, 300 ABŞ dolları məbləğində 2 ədəd yemək servizi, 1000 ABŞ dolları məbləğində 4 ədəd dekorativ qablar, 50 ABŞ dolları məbləğində 2 ədəd yataq dəsti, 100 ABŞ dolları məbləğində 4 ədəd pakrıval və adiyal, 50 ABŞ dolları məbləğində 10 kq yorğan yunu talamış və nəticədə ona ümumilkdə 10.000 manat məbləğində maddi ziyan dəymiş və bu fakt Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin araşdırılması nəticəsində öz təsdiqini tapmışdır. Eləcə də bu hadisələrlə əlaqədar onda xəstəliklər yaranıb və ona 10.000 manat məbləğində mənəvi ziyan dəymişdir.Ona görə də iddia tələbinin təmin edilməsi və Cavabdeh tərəfindən təsərrüfat otağının boşaldılması və ona təhvil verilməsi, ona vurulmuş 10.000 manat məbləğində maddi ziyan və 10.000 manat mənəvi ziyan qismində pul vəsaitinin tutularaq ona birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, ilk iddia üzrə İddiaçıCavabdeh qarşı “təsərrüfat otağının boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi əsassızdır. Belə ki, ilk iddia üzrə iddiaçı mübahisəli tikili ilə əlaqədar dəfələrlə məhkəməyə müraciət etmiş, lakin iddiaları əsassız olduğundan rədd edilmişdir. Mübahisə olunan daş qaraj xx xxxx 2009-cu ildən Suraxanı rayon İcra Hakimiyyətinin 77 saylı Sərəncamı ilə ilk iddia üzrə cavabdehin adına rəsmiləşdirilmiş, lakin 2007-ci ilin may ayından bu günədək Qaraçuxur Bələdiyyəsinə torpaq vergisi ödəyir. Artıq 12 ildən artıq bir vaxtdır ki, həmin qaraj onun tam istifadəsindədir. Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarxli 2(010)- 1065/2010 saylı qətnaməsi ilə İddiaçı X7 və qeyrilərinə qarşı sərəncamın ləğvi və yardımçı otaqdan istifadə hüququnun müəyyən edilməsinə dair iddiası əsassız olduğu üçün təmin edilməmişdir. Beləliklə də, Şoşanova (Mustafayeva) Emma Ələkbər qızının mübahisə olunan qaraja dair heç bir hüququnun mövcüd olmaması öz əksini tapmışdır. Eləcə də məhkəmə araşdırması zamanı o da təsdiq olunmuşdur ki, İddiaçı keçmiş həyat yoldaşı Mustafayev Ramizlə ər-arvad münasibətləri korlandıqdan sonra o qarajda məskunlaşmış və qarajda Emmaya məxsus hər hansı bir əşyanın olmadığı müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların borgə mülkiyyəti sayılır. Lakin Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən X7 yardımçı təsərrüfat otağının tikintisinə icazə verilməsinə dair sərəncam İddiaçı ilə birgə nikahda olduqları dövrdə verilsə də, onların birgə mülkiyyəti sayıla bilməz. Belə ki, yardımçı təsərrüfat otağının yerləşdiyi torpaq sahəsi Suraxanı RİH-nin balansında olmuş və hal-hazıradək sonuncunun balansındadır. X13 isə istər torpaq sahəsinə, istərsə də yardımçı təsərrüfat otağına mülkiyyət hüququ əldə etməmişdir. Eyni zamanda ilkin iddia üzrə iddiaçının Polis orqanlarına və məhkəmə instansiyalarına əsassız şikayətləri ilk iddia üzrə Cavabdeh vaxtını alır. Ona görə də ilkin iddia üzrə İddiaçı iddiası əsassız olduğu üçü rədd edilməsi və qarşlıqlı iddia tələbinin təmin edilərək, İddiaçı 2.500 manat məbləğində zərərin və 5.000 manat cərimə məbləğinin Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)-711/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Şoşanova (Mustafayeva) Emma Ələkbər qızının ilk iddia üzrə Cavabdeh qarşı “təsərrüfat otağının boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia tələbinin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Şoşanova (Mustafayeva) Emma Ələkbər qızına qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. İddiaçı Şoşanova (Mustafayeva) Emma Ələkbər qızı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)-711/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki,Suraxanı RİH-nin xx xxxxxx 1998-ci il tarixli, 2127 N-li sərəncamına əsasən, yaşadıqları evin, yəni Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllədə yerləşən 1 saylı evin yanında yardımçı təsərrüfat otağının (bundan sonra - mübahisəli tikili) ər-arvad münasibətində olduqları vaxt birgə vəsait hesabına inşa edib və istifadə, sahiblik etmişdir. X19 1982-ci ildə qeydə alınan xx.xx.2006-cı il tarixdə nikah rəsmi olaraq pozulmuşdur. 2008-ci ilin əvvəlində o, Bakı şəhər Suraxanı rayon Məhkəməsinə birgə nikah dövründə əldə olunmuş avtomobil, mənzil və təsərrüfat otağının birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi, ayrılması iddia tələbi ilə cavabdeh keçmiş həyat yoldaşı Ramiz Mustafayevə qarşı müraciət etmişdir. Cavabdeh ona qarşı mülkiyyətdəki mənzildə payların müəyyən olunması və hərracda satılması yolu ilə payların bölgüsünə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. 2(010)-628/2008 nömrəli iş üzrə xx xxxxxx 2009-cu il tarixli qətnamə ilə adı çəkilən məhkəmə onun iddiasını təmin etmədən, qarşılıqlı iddianı qismən təmin etmişdir. Onun adına üç otaqlı mənzildə 1/4 payı müəyyən etmişdir. Həmin qətnamə onun və cavabdehin apellyasiya şikayətləri əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4376/2009 nömrəli iş üzrə xx xxxxxx 2009cu il tarixli qətnaməsi ilə ləğv olunmuşdur. İş üzrə yeni qətnamə qəbul edilmişdir. İlkin və qarşılıqlı iddialar qismən təmin olunmuşdur. Onunla cavabdeh arasında “VAZ - 21074“ markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 və mənzillərinin 1/2 hissəsi üzərində bərabər paylar müəyyən olunmuşdur. Qalan hissədə iddiaları təmin olunmamışdır. İddiaçının iddiası birgə vasait hesabına tikilmiş təsərrüfat otağı tələbinə dair hissədə qərardadla baxılmamış saxlanılmışdır. Qərardadda qeyd olunur ki, iş materiallarından görünür ki, Suraxanı rayon Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, i/k-8 saylı məktuba əsasən, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 1, mənzil 39-da yaşayan X7 məxsus 24 kv.m-lik mövcud qaraj üçün torpaq icarə müqaviləsi xx.xx.2007-ci il tarixli etibarnamə əsasında xx.xx.2007-ci il tarixində C.Qurbanov küçəsi, 95/63 ünvanda yaşayan Cavabdeh ilə bağlanmış icarə haqqı həmin şəxs tərəfindən vaxtı-vaxtında ödənilir. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncam ilə qaraj Cavabdeh adına rəsmiləşdirilmişdir. Bunu bilərək, iddiaçı Bakı şəhər Suraxanı rayon Məhkəməsinə qeyd olunan yardımçı təsərrüfat otağından onun istifadə hüququnun müəyyən edilməsi və həmin tikiliyə Cavabdeh adına rəsmiləşdirilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 77 N-li, xx xxxx 2009-cu il tarixli sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə sərəncam verənə və alana qarşı müraciət elmişdir.Cavabdeh Ramiz Mustafayevin adına mübahisəli tikilinin rəsmiləşdirilməsi barədə Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin 2127 N-li xx xxxxxx 1998-il tarixli il tarixli sərəncamın etibarsız hesab edilməsinə dair ona, R.Mustafayevə və digərlərinə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Adı çəkilən məhkəmə 2(010)-1065/2010 N-li iş üzrə xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə onun iddiasını təmin etmədən, qarşılıqlı iddianı təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1201/2011 N-li iş üzrə xx xxxxx 2011-ci il tarixli qətnamə ilə onun apellyasiya şikayəti qismən təmin olunmuşdur. İş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnamə qismən - “Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 2127 saylı xx xxxxxx 1998-ci il tarixli X8 yardımçı təsərrüfat otağının tikintisinə icazə verilməsi haqqında sərəncamın etibarsız hesab edilməsi hissəsində ləğv edilmişdir. İlyas Əziz oğlu X1, X3 və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı sərəncamın etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.1998-ci ildə verilmiş İcra Hakimiyyətinin Sərəncamı əsasında nikah dövründə tikilmiş təsərrüfat otağı ər-arvad birgə vəsait hesabına onun razılığı olmadan, guya keçmiş əri Mustafayev R.Y oğlunun verdiyi xx xxxx 2007-ci il tarixli etibarnaməyə əsasən xx xxx 2007-ci il tarixdə Cavabdeh ilə bağlanmış icarə müqaviləsi əsasında axırıncının adına onun tərəfindən tikilmiş təsərrüfat otağına dair xx xxxx 2009cu il tarixdə həmin icra hakimiyyəti tərəfindən sərəncam verilmişdir. Həmin sərəncamda Cavabdeh verilmiş “qaraj”ın ünvanının başqa ünvanda yerləşdiyi göstərilmişdir. Yeni məhkəmə çəkişməsi gedişatında müəyyən olunmuşdur ki, R.Y.Mustafayevin adından Cavabdeh adına etibarnamə mövcud deyil (yəni verilməmişdir). (xx.xx.2014-cü il tarixli 2(010)-81/2014 saylı iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qətnaməsi). Cavabdeh Ramiz Mustafayevin nümayəndəsi Firdovsə Baxşəliyeva təkid edirdi ki, belə etibarnamə verilməmişdir və mövcud deyil. Sonraki illər üzrə polis və prokurorluq orqanları tərəfindən dəfələrlə iddiaçının ərizələri araşdırılmış və nəticədə Bakı şəhəri RPİ 32-ci Polis Bölməsinin olan araşdırıİmaları nəticəsində müəyyən olmuşdur ki, xx xxxx 2009-cu il tarixdə Bakı şəhər Suraxanı icra hakimiyyəti tərəfindən Cavabdeh verilmiş 77 saylı “Sərəncam” saxtadır və müvafiq qanunvericiliyin tələblərinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti ötməyinə görə həmin fakt üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxx 2018-ci il tarixdə qərar qəbul olunmuşdur. Hazırki məhkəmə işi üzrə Cavabdeh nümayəndəsi vəkil Baxşəliyeva Firdovsə təmsil etdiyi şəxslə razılaşaraq etibarnamənin mövcud olduğunu qəbul etmişdir. 2008-ci ildən başlayaraq Cavabdeh ona məxsus təsərrüfat otağını zəbt edərək içində olan bütün əmlakını talamış, qıfılını dəyişmişdir. O, həmin qıfılı dəyişərək öz hüququnu bərpa etsə də, Cavabdeh öz qanunsuz əməllərindən əl çəkməyərək, qıfılını dəyişdi və hazırda orda tikinti materiallarını saxlayaraq anbar kimi istifadə edir. Beləliklə, cavabdeh onun əşya hüququnu pozmuşdur və həmin pozma davam olunmaqla ona maddi (siyahı əlavə olunur) və mənəvi ziyan yetirmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Şoşanova (Mustafayeva) Emma Ələkbər qızı, onun nümayəndəsi və vəkili X14 apelyasiya şikayətini müdafiə etdilər, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)-711/2019 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını və onun nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)- 711/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin edilməməsi ilə bağlı hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş materiallarında olan xx xxxx 2007-ci il tarixli ƏN-İ seriyalı 083576 №-li Etibarnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 İlyas Əziz oğluna Suraxanı RİH tərəfindən verilmiş xx xxxxxx 2998-ci il tarixli 2127 saylı sərəncama əsasən yaşadığı evin yanında 3x4m ölşüdə yardımçı təsərrüfat otağına sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi əlaqədar adından ərizə verməyi etibar etmişdir. Etibarnamə əlli il müddətinə verilib və xx xxxx 2057-ci ilədək qüvvədədir. İş materiallarından görünür ki, R.Mustafayev, Ş.Kərimov, Cavabdeh tərəfindən tərəfindən tərtib edilmiş xx xxxx 2007-ci il tarixli Aktla, R.Mustafayevin özünə məxsus 3x4 ölşüdə olan yardımçı təsərrüfat otağının Cavabdeh verərkən, həmin sahədə hər hansı bir əmlak və əşyanın olmadığı, göstərilən sahənin boş olaraq (tam boş sahə) təhvil verildiyi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2009cu il tarixli 77 №-li “Qarajın Cavabdeh adına sənədləşdirilməsi haqqında” Sərəncamın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı raonu, Qaraçuxur qəsəbəsi, 104 saylı məktəbin yaxınlığında yerləşən sahəsi 33,00 kv.m olan daş qaraj X10 adına sənədləşdirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh məxsus əmlakının məhv edilməsinə dair HK-1 N72 saylı və İddiaçı mülkiyyətinə qısd edilməsi ilə əlaqədar Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarla tərəflər arasında yaranan mübahisənin predmeti mülki xarakterli olduğundan toplanmış material üzrə İddiaçı və Cavabdeh əməlində cinayət tərkibi olmadığı nəzərə alıb, barələrində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı Bakı Apellyasiya Məhkəməsindən götürülmüş 2(103)-11201/2011 saylı mülki iş materiallarından görünür ki, iddiaçı X12 cavabdehlər X7, Cavabdeh və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğvi və yardımçı otaqdan istifadə hüququnun müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra Hakimiyyətinin xx xxxx 2009-cu il tarixli 77 saylı sərəncamının ləğv edilməsi və Qaraçuxur qəsbəsi 4042/60 məhəllə, ev1,39 saylı mənzilin yanında yerləşən yardımçı təsərrüfat otağından onun istifadə hüquqlarının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin xx xxxxxx 1998-ci il tarixli sərəncamının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(010)-1065/2010 saylı qətnaməsi ilə əlaqədar verilmiş apellyasiya şikayətinə baxıldığı zaman Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli 2(103)-1201/2011 saylı qətnaməsi ilə müəyən olunmuşdur ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin 2127 №-li 04 dekabr 1998-ci il tarixli X7 yardımçı təsərrüfat otağının tikintisinə icazə verilməsi haqqında sərəncamına əsasən sonuncuya yaşadığı evin yanında 3x4 ölçüdə yardımçı təsərrüfat otağının tikintisinə icazə verilmiş, təxminən 1-2 il sonra X13 orada 3x4 ölçüdə qaraj tikdirmiş və həmin tikilidən qaraj kimi istifadə etmişdir. Faktiki olaraq qaraj tikilisi gəlirlər hesabına əldə olunmuş əmlak hesab edilmir. Həmin tikili müvafiq icra hakimiyyətinin balansında olan tikili hesab olunur ki, Ramiz Mustafayev həmin tikiliyə yalnız sahiblik hüququ həyata keçirmişdir. Ramiz Mustafayev qaraj tikintisinə mülkiyyət hüququ əldə etməmişdir. Mülkiyyət hüququ olmadan qaraj tikintisinin uzunmüddətli istifadə etmək, həmin əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti yaratmır və ər-arvadın ümumi mülkiyyət qaydaları həmin münasibətə şamil edilmir. X4 izah edilməlidir ki, birgi nikah dövründə yardımçı təsərrüfat otağının tikintisinə vəsait sərf etmişsə, sərf etdiyi vəsait barədə tələblə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə arxivindən götürülmüş 2(010)-81/2014 saylı mülki iş materiallarından görünür ki, İddiaçı cavabdeh X7 qarşı “etibarnamənin etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaraçuxur qəsbəsi 4042/60 məhəllədə yerləşən 1 saylı evin yanında yardımçı təsərrüfat otağına dair X13 tərəfindən Cavabdeh verilmiş 30 mart 2007-ci il tarixli etibarnaməni və onunla bağlı irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2014cü il tarixli, 2(010)-81/2014 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş və iş üzrə müəyyən olunmuş hallar ondan ibarət olmuşdur ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin 2127 №-li 04 dekabr 1998-ci il tarixli X7 yardımçı təsərrüfat otağının tikintisinə icazə verilməsi haqqında sərəncamına əsasən sonuncuya yaşadığı evin yanında 3x4 ölçüdə yardımçı təsərrüfat otağının tikintisinə icazə verilmişdir. Həmin tikili Suraxanı rayon İcra Hakimiyətinin balansında olan tikili hesab olunmaqla, Ramiz Mustafayev həmin tikiliyə yalnız sahiblik hüququ həyata keçirmiş və mülkiyət hüququ əldə etməmişdir. Mülkiyyət hüququ olmadan həmin tikilidən istifadə etmək, həmin əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyətini yaratmır və ər-arvadın ümumi mülkiyyətin qaydaları həmin münasibətələrə şamil edilə bilməz. Beləliklə də, mübahisəli təsərrüfat otağı (daş qarajı) ilə əlaqədar çıxarılmış məhkəmə qərarları və eləcə də mülki iş materialları ilə mübahisələndirilməyən hallar ondan ibarətdir ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin 2127 №-li 04 dekabr 1998-ci il tarixli X7 yardımçı təsərrüfat otağının tikintisinə icazə verilməsi haqqında sərəncamına əsasən sonuncuya yaşadığı evin yanında 3x4 ölçüdə yardımçı təsərrüfat otağının tikintisinə icazə verilmişdir. Həmin tikili Suraxanı rayon İcra Hakimiyətinin balansında olan tikili hesab olunmaqla, Ramiz Mustafaüyev həmin tikiliyə yalnız sahiblik hüququ həyata keçirmiş və mülkiyyət hüququ əldə etməmiş, bununla da həmin əmlak sonuncu ilə İddiaçı birgə nikah dövründə əldə olunmuş birgə mülkiyyəti hesab olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Cavid İsmayılzadənin şikayəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2007- ci il tarixli qərarı). Məhkəmə qeyd etmişdir ki, mülki işin icraatı zamanı preyudisial faktlar sübut olunmur. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Subutetmə predmetinə daxil olan, tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə İddiaçı mübahisəli təsərrüfat otağına hüququ olduğuna qiymət verməsi və həmin qətnamələrin qəbul olunması üçün əsas olmuş bir sıra sənədlərin qanuna uyğun olamamasına istinad etməsi əsassızdır. Məhkəmə iclasında da İddiaçı bu faktla bağlı hər hansı yeni sübut təqdim etməmişdir. Belə olan halda isə məhkəmə mübahisələndirilən təsərrüfat otağının boşaldılaraq ona təhvil verilməsi barədə iddianı əsaslı hesab etməmişdir. Məhkəmə həmçinin ilkin iddianın cavabdehin hərəkətlərindən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair tələbi də əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bu baxımdan məhəkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı cavabdeh tərəfdən ona maddi zərər vurulmasını təsdiq edən heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir. İddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab etmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Bu xüsusatlar isə ona dəlalət edir ki, idiaçının 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, vurulan mənəvi ziyana görə maddi təzminatın göstərdiyi miqdarında hesablanmasının əsaslandırmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Kollegiya məhkəmənin ilkin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Şoşanova (Mustafayeva) Emma Ələkbər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)- 711/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1280/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1280/2021
03.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver