Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12813/2019 28.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Tərcüməçi X2, İddiaçı və onun nümayəndəsi və vəkili X18, Cavabdeh Heydərova Yuliya İqoryevna və onun vəkili X19 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4607/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdeh Bakı Şəhəri 18 saylı Notariat Kontoruna və X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdeh X6 adına xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il tarixdə ölmüş X1mış “KİA CARENS MİNİK” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab olunaraq ləğv edilməsi, həmin nəqliyyat vasitəsinə dair X13 adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AD N 380056 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və ona əsas olmuş qeydlərin ləğv edilməsi, Sidorova (Proydenko) Tatyana Pavlovna tərəfindən miras əmlakı faktiki qəbul etdiyindən həmin nəqliyyat vasitəsinə dair ölmüş əri X5 üzrə birinci növbədə olan vərəsə olduğunun tanınması, həmin nəqliyyat vasitəsinə Bakı Şəhəri 18 saylı Notariat Kontorunda vərəsəlik hüququndan onun tərəfindən imtina edilməsi barədə xx.xx.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və ona həmin əmlaka dair qanun üzrə birinci növbədə olan vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. (İddia ərizəsi dəqiqləşdirilmişdir) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4607/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, əri – xx.xx.1985-ci il təvəllüdlü X29 xx.xx.2018-ci il tarixdə Türkiyə Respublikasında əmək fəaliyyəti ilə məşğul olarkən gəmidə “beyin qan dövranının işemik tipli pozğunluğu” nəticəsində vəfat etmişdir. Bundan sonra o, xx.xx.2018-ci il tarixdə vərəsəlik hüququndan mərhumun bacısı Y.Heydərovanın xeyrinə imtina etmiş, lakin bu zaman o, matəm və faciə hissləri içində olmuş və hərəkətlərinin fərqində olmamışdır. Həmçinin, mərhum ərinin vəfatı ilə əlaqədar (xx.xx.2018 – xx.xx.2018 əmək haqqı dövrü üçün 10/2018 əhatə edən 3434 əmir ilə 1.180,12 manat; xx.xx.2018 – xx.xx.2018 əmək haqqı dövrü üçün 11/2018 əhatə edən 5.105 manat vəfat etdiyi işçinin vərəsəsinə kompensasiya; 5.000 manat mədəni istirahət günlərinin əvəzinə; 5.000 manat cari il üçün kompensasiya) tutmalardan sonra 7.289,40 manat və xx.xx.2018 – xx.xx.2018 əmək haqqı dövrü üçün 11/2018 əhatə edən onun öz adına 1.118,00 manat pul onun bank hesabına köçürülmüşdür. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək, qeyd etdi ki, vərəsəlikdən imtinaya dair ərizəni Bakı şəhəri 18 saylı Notariat Kontorunda cavabdeh Y.Heydərovanın təkidi ilə imzalamış, imza edərkən onun mətnindən xəbərdar olmamış və Azərbacan dilində olduğu üçün heç bir şey anlamamışdır. Belə ki, cavabdeh Y.Heydərova ona zəng edərək avtomobilin cəriməsi olduğunu, cərimə ödənilməsə maşının cərimə meydançasına aparılacağını bildirmiş, onu aldadaraq notariusda həmin əşyadan imtina barədə ərizəsini almışdır. İddiaçı mərhum ərinin iş yerindən aldığı pul vəsaitləri barədə, həqiqətən də, heç kəsə məlumat vermədiyini, bunu baldızından da gizli saxladığını təsdiq etdi. Eləcə də bu barədə heç kəsə məlumat verməyə borclu olmadığını və yalnız birinci instansiya məhkəməsində 100 manat yardım alması barədə məlumat verdiyini bildirdi. Bundan başqa, iddiaçı hansı səbəbdən üç ay müddətdində notariusa mirasın qəbulu barədə ərizə verməməsi barədə suala da inandırıcı və ağlabatan şəkildə cavab verə bilmədi. Göstərilənlərə əsasən, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili R.Abdullayev apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçı mirasdan imtina barədə ərizəni aldanma nəticəsində vermişdir, onu yalnız maşına etibarnamə vermə adı ilə aldadıb notariusa aparıblar, iddiaçı nəyə imza etdiyini bilməmiş, həmin imtinanı yanılma nəticəsində imzalamışdır, bu səbəbdən həmin imtina etibarsızdır. Göstərilənlərə əsasən, apelyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Y.Heydərova apelyasiya şikayəti ilə razılaşmayaraq, qeyd etdi ki, iddiaçı öz razılığı ilə vərəsəlikdən imtinaya dair ərizəni imzalamış, eləcə də, nəyə imza atdığından xəbərdar olmuşdur. Eyni zamanda, iddiaçı onların yanında, həm də öz rəfiqələrinin yanında dəfələrlə qeyd etmişdir ki, mənzil də, maşın da onların ata-anasından qalıb, o heç nə istəmir, heç nədə gözü yoxdur. Eyni zamanda, iddiaçı birinci instansiya məhkəməsində 100 manat yardım aldığını qeyd etmiş, sonradan onlara məlum olmuşdur ki, o, mərhum qardaşının iş yerindən 10000 manata yaxın pul vəsaiti almışdır, lakin bunların hamısını onlardan gizlətmişdir. Göstərilənlərə əsasən, apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili S.Məmmədov apelyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, iddiaçı ərinin iş yerindən pul vəsaiti almasını heç kəsə bildirməmiş, bunu gizlətmiş, yalnız məhkəmə mübahisəsi zamanı 100 manat yardım aldığını məhkəmədə bildirmişdir, eyni zamanda o, özü notariusa gedərək mirasdan imtina etmişdir, bunu birinci instansiya məhkəməsində dindirilən şahidlər də təsdiq etmişlər, iddiaçının üç ay müddətində mirasın qəbulu ilə bağlı notariusa heç bir ərizə ilə müraciət etməməsi də bunu təsdiq edir ki, o, həqiqətən də, mirasdan imtinanı şüurlu surətdə, dərk edilərək etmişdir. Sonradan sığorta məbləğini öyrənmiş, bundan sonra da hazırkı uydurma iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh Bakı şəhəri 18 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Sidorova (Proydenko) Tatyana Pavlovna ilə X29 xx.xx.2017-ci il tarixində rəsmi nikaha daxil olmuşdurlar (xx.xx.2017-ci il tarixli, AZ-İİ seriyalı, 234024 nömrəli “Nikah haqqında Şəhadətnamə”). X29 xx xxxxxx 1985-ci il tarixində anadan olmuş, Heydarova(Sidorova) Yuliya İqoryevna xx xxxx 1979-cu il tarixində anadan olmuşdur. Onların atası X26, anası isə X8. - X29 xx.xx.2018-ci il tarixində vəfat etmişdir (xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı 970587 nömrəli “Ölüm haqqında Şəhadətnamə”). X20 xx xxxxxx 2015-ci il tarixində vəfat etmişdir. - Sarayev küçəsi 20A saylı 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 144 saylı mənzil X25 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir (Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi xx.xx.2004-cü il tarixli ÖM seriyalı 195591 nömrəli Qeydiyyat Vəsiqəsi). “KİA CARENS MİNİK” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 adına qeydiyyata alınmışdır. Həmin avtomobili idarə etməyə dair X14 və X27 etibarnamə verilmişdir (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X30 xx.xx.2019-cu il tarixli məktubu və məktuba əlavə edilmiş kompyuter çıxarışı). xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx QSC-nin xx xxxx 2019-cu il tarixli MC 02/02- 339 nömrəli məktubundan görünür ki, Tatyana Sidrovanın xx.xx.2019-cu il tarixli ərizəsi nəzərə alınaraq, mərhum X25 vəfatı ilə əlaqədar siğorta məbləğinin ödənilməsi müvəqqəti dayandırılmışdır. Mərhum X25 mövcud qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilmiş və onun həyat yoldaşı X15 müvafiq ödənişlər edilmişdir. X21 Pavlovnanın ərizəsi əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx QSC-nin İşçilərə maddi yardım verilməsi” haqqında Əsasnaməsinə uyğun olaraq maddi yardım ödənilmişdir (xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx QSC-nin X16 xx xxxx 2019-cu il tarixli ET 02/02437 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərin surətləri) xx.xx.2019-cu il tarixində X22 Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş ərizəsi ilə xx.xx.2018-ci il tarixdə vəfat etmiş – mərhum əri X4 bütün miras əmlakın vərəsəlik payından onun bacısı – X10 xeyrinə imtina etmişdir. Buraxılmış müddətin bərpası və vərəsəlik payından imtina ərizəsinin ləğv etməyin mümkünsüzlüyü notarius tərəfindən ona izah edilmişdir. Gələcəkdə həmin miras əmlaka dair heç bir iddia tələbi olmayacaq (Bakı şəhər 18 saylı Notariat Kontoru tərəfindən təqdim edilmiş 200/2018 saylı vərəsəlik işi). xx.xx.2015-ci il tarixində ölmüş X9 vərəsəsi X17 “KİA CARENS MİNİK” markalı, **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir (Bakı şəhər 18 saylı Notariat Kontoru tərəfindən təqdim edilmiş 2V/301 saylı vərəsəlik işi). - Sidorova (Proydenko) Tatyana Pavlovna xx xxxx 2019-cu il tarixli ərizə ilə ASCOnun rəhbərliyinə müraciət etmişdir. Müraciətdə Sidorova (Proydenko) Tatyana Pavlovnanın mərhum həyat yoldaşından qalan miras əmlakdan mərhumun bacısının adına razılıq ərizəsi verdiyini, ona xx.xx.2019-cu il tarixində yoldaşının vəfatı ilə əlaqədar sığorta ilə bağlı ödənişləri almaqdan ötrü, mərhumun iş yerinə vərəsəlik haqqında şəhadətnaməni alınmasına görə müvafiq notariat kontoruna müraciət etdiyi göstərilmişdir (“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin xx xxxx 2019-cu il tarixli məktubu). Sidorova (Proydenko) Tatyana Pavlovna Bakı şəhəri 18 saylı Notariat Kontoruna 27 mart və xx xxxx 2019-cu il tarixlərində müraciət edərək, bildirmişdir ki, xx.xx.2019-ci il tarixdə ona məlum olmuşdur ki, mərhum ərinin vəfatı ilə əlaqədar sığorta və digər ödənişlər iş yerinə vərəsəlik haqqında şəhadətnamənin təqdim edildiyindən sonra ona veriləcək. O, bildirmişdir ki, daha əvvəl ona məlum olmayan hallar aşkar edildiyindən hesab edir ki, o, yanılmışdır və vərəsəlik hüququndan imtina edilməsi barədə xx.xx.2018ci il tarixli ərizənin etibarsız hesab edilməsini xahiş edir. Sidorova (Proydenko) Tatyana Pavlovna “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə 28 mart tarixində müraciət edərək, bildirmişdir ki, xx.xx.2019-ci il tarixdə ona məlum olmuşdur ki, mərhum ərinin vəfatı ilə əlaqədar sığorta və digər ödənişlər iş yerinə vərəsəlik haqqında şəhadətnamənin təqdim edildiyindən sonra ona veriləcək. Bu hal ona öncə məlum olmamışdır. Vərəsəlik hüququndan imtina edilməsi barədə xx.xx.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və mübahisə məhkəmə qaydasında həll edilənədək ondan başqa digər şəxslərə vərəsəlik haqqında Şəhadətnamənin verilməməsi üçün müvafiq notariat kontoruna müraciət etmişdir. İddiaçı xahiş etmişdir ki, mübahisə məhkəmə qaydasında həll edilənədək ondan başqa digər şəxslərə sığorta və digər ödənişlər verilməsin (X11 xx.xx.2019-cu il tarixli məktubu). Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birincisi, iddiaçı mirasdan imtina barədə ərizəni aldanma nəticəsində verdiyini qeyd edir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı mirasdan imtinanı aldanma nəticəsində verdiyini bildirsə də, mirasın qəbulu ilə bağlı notariusa üç ay müddətində ərizə verməməsinin səbəbini ağlabatan şəkildə izah edə bilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İkincisi, Məhkəmə kollegiyası iddiaçının mərhum ərinin əmək haqqını alması barədə qeyd edir ki, bu, mirasın faktiki qəbulu sayıla bilməz, belə ki, iddiaçı bunu yalnız və yalnız maddi ehtiyaclarını ödəmək üçün etmişdir və həm də bunu hər kəsdən, o cümlədən də, xeyrinə mirasdan imtina etdiyi baldızı, iş üzrə cavabdeh Y.Heydərovadan da gizlətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayişetdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan normalardan göründüyü kimi qanunvericilikdə miras əmlakın qəbulunun aşağıda göstərilən 2 (iki) forması nəzərdə tutulmuşdur. - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə ərizə vermək; (mirasın qəbul edilməsinin formal üsulu) - əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq. (mirasın qəbul edilməsinin qeyri-formal üsulu) Göründüyü kimi mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özünün də 2 (iki) növü var. - miras əmlaka faktiki sahiblik etmək; - miras əmlakı faktiki idarə etmək. Miras əmlaka faktiki sahiblik etmək konkludent hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir, təsdiqləyir. (vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin həmin mənzildə yaşamaqda davam etməsi, vərəsənin miras qoyana məxsus əşyalardan faktiki istifadə etməsi, miras qoyana məxsus əşyaları özünün yaşadığı mənzilə aparması və s. kimi hərəkətlər buna misal ola bilər.) Miras əmlakı faktiki idarə etmək isə vərəsənin miras əmlaka özünkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verən hərəkətlərin edilməsində ifadə olunur və bu hal bir qayda olaraq, vərəsənin həmin əmlaka yiyələnməsindən sonra baş verir. (miras qoyanın əmlakını lazımi vəziyyətdə saxlamaq, miras qoyanın əmlakını təmir etdirmək, miras əmlakla bağlı vergi, sığorta haqqı ödəmək və s. kimi hərəkətlər buna misal ola bilər.) Üçüncüsü, Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən mərhum ərininin əmək haqqının alınması mirasın faktiki qəbulu kimi müəyyən edilsə belə, Mülki Məcəllənin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Hazırkı halda, iddiaçının xx.xx.2018-ci il tarixli mirasdan imtinası Mülki Məcəllənin qeyd edilən maddəsinin təsiri altına düşür və tamamilə qanuni olmuşdur. Dördüncüsü, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Kollegiya bununla bağlı qeyd edir ki, həmin müddət iddia müddəti olmayıb, kəsici müddətdir, yəni hüquqların həyata keçirilməsi üçün müəyyən edilmiş müddətdir. Hazırkı halda, iddiaçı xx.xx.2018-ci il tarixdə mirasdan imtina barədə ərizə vermiş, xx.xx.2019-cu il tarixdə isə həmin ərizəni mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işə baxan rayon məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, qətnamə qanuni və əsaslıdır. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4607/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-12813/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12813/2019
28.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver