Məhkəmə qərarları › İş №2(103)-1282/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1282/2025

16.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1282/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X21, Cavabdeh1, Cavabdeh2, X28 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X57 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi və fərdi yaşayış evindən çıxarılma, subyektiv hüququn tətbiqi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X37 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçılar X21, Cavabdeh1, Cavabdeh2, X28 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X57 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi” tələbinə dair, iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-675/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan SSR İnventarizasiya Komitəsinin Respublika Soveti Deputatlarıının xx.xx.1984-cü il tarixli arayışından görünür ki, ünvan 3 saylı fərdi yaşayış evi X7 ayrılmışdır. 8 yanvar 1985-ci il tarixdə qeydə alınmış texniki pasportun surətindən görünür ki, ünvan 3 saylı ev X3 adınadır.

2. AZ seriyalı 127434 saylı təkrar ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir.

3. 158 saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında sahəsi 0,01851 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində yerləşən sahəsi 101 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçirilmişdir (xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli).

4. xx.xx.2023-cü il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda digər şəxslər yoxdur. "xxxx" ASC və "xxxx" ASC tərəfindən verilmiş aktların, abonentin saldosunun surətlərindən görünür ki, ünvan 3 saylı evdə kommunal xidmətlər İddiaçı adınadır.

5. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2825 saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 saylı evdə qeydiyyatda olmaqla yaşayır.

6. ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, ünvan 3 saylı fərdi yaşayış evi keçmiş Maştağa rayon X30 İcraiyyə Komitəsinin 58 saylı xx.xx.1956-cı il tarixli torpaq sahəsinin ayrılması barədə qərarına, 276 saylı 1958-ci il tarixli fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına dair icazə sənədinə, keçmiş Əzizbəyov rayon X54 İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli qərarına, xx.xx.1958-ci il tarixli akta əsasən ilkin olaraq xx.xx.1980-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 2V/1-10 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı adına özgəninkiləşdirilmişdir.

7. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Nadir Vədətov tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli (reyestrdə 2V/1-10 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdır. Miras qalan əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir.

8. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş təkrar ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X48 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

9. Bakı şəhəri 23 saylı Dövlət Notariat X13 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş anası X6 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ona düşən vərəsəlik payını qəbul etməmişdir. Qəbul etmək niyyəti də yoxdur. Gələcəkdə bununla bağlı hər hansı iddia qaldırmayacaqdır.

10. Bakı şəhəri 23 saylı Dövlət Notariat X19 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş anası X6 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ona düşən vərəsəlik payını qəbul etməmişdir. Qəbul etmək niyyəti də yoxdur. Gələcəkdə bununla bağlı hər hansı iddia qaldırmayacaqdır.

11. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sığorta etdirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onlarla birgə yaşayan ailə üzvlərinin ünvan 3 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 saylı fərdi ev xx.xx.2018-ci il tarixli RX seriyalı 1432/58 saylı çıxarış əsasında onun mülkiyyətindədir. Məlum daşınmaz əmlak anası X1 mülkiyyətində olmuş və anasının vəfatından vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. Fərdi evdə yaşayanlar dayısı Atakişiyev Vəfanın övladları olmaqla mərhum anasının və onun razılığı əsasında fərdi evə nəzarət etmək məqsədilə buraxılmışdılar. Belə ki, qonşuluqda yerləşən Xəzər rayonu M.A.Əliyev küçəsi 41 saylı fərdi ev mərhum dayısı Vəfa Atakişiyevə məxsus olmuş və cavabdehlər bu ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Fərdi ev onun mülkiyyətində olmaqla kommunal xidmətlər onun adınadır. Cavabdehlər fərdi evi könüllü olaraq tərk etməkdən imtina etdikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır

14. İddiaçılar X32, Cavabdeh1, Cavabdeh2 və X40 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X57 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının adına olan ünvan 1 ünvanına dair çıxarışın, həmin evə dair İddiaçı adına verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edirlməsi, babası Cavabdeh2 Əbdülsalam oğlunun ünvan 3 ünvanında yerləşən evə dair mülkiyyət hüququnun tanınması, 1/6 vərəsəlik payının atası X8 vərəsələri Cavabdeh1a, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1/24 vərəsəlik payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. İddiaçılar X32, Cavabdeh1, Cavabdeh2 və X40 iddia ərizəsini onunla əsaslandırmışlar ki, atası X20 1969-cu ildə anası Atakişiyeva (Ələkbərova) Gülsümxanım İbrahimpaşa qızı ilə ailə qurduğu gündən ömürlərinin sonunadək Buzovna qəsəbəsi M.A.Əliyev küçəsi ev 37 yaşamışlar. Buzovna qəsəbəsi M.A.Əliyev küçəsi ev 4149 yaşayan babası Cavabdeh2 Əbdülsalam oğlu yeganə tək oğlu - atası üçün həyətində yəni Buzovna qəsəbəsi X63 37 ünvanında ev tikdirib, toylarından sonra oğlunu və gəlnini həmin evə köçürtmüşdür. X14 1970-ci ildə, qardaşı Cavabdeh1 1971-ci ildə, qardaşı Cavabdeh2 1974-cü ildə, özü X41 1976-cı ildə anadan olan gündən bu günə qədər sözü gedən mübahisəli evdə yaşayırlar. Atasının ailəsi- 5 bacı 1 qardaş olmaqla 6 nəfər övladdan ibarət olmuşdur. (X9 1931, X10 1932, X15 1936, X16 1940, X20 1942, X11 1945). Babası Cavabdeh2 Əbdülsalam oğluna məxsus 1956-cı ildə Buzovna qəsəbəsi 183 nömrəli evə dair çıxarışı var. Babası 1956-cı ildə Maştağa rayon X36 İcrayə Komitəsində fərdi ev tikməkdən ötrü bibisi X2 öz torpaq sahəsindən və Məmmədova Tubunun torpaq sahəsindən 600 kv. metr torpaq ayrılmasına şərait yaratmışdır. X46 ailə qurub ər evinə köçür. Mahmudov Aqoşla ailə quran Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının 3 övladı dünyaya gəlmişdi. Ailəsi ilə, övladları ilə Bakı şəhərində yaşayan gənc qız, evdar qadın - Mahmudova (Atakişiyeva) Zefirənin o illərdə ev tikmək üçün maddi imkanı olmadığına görə ev tikə bilməmişdir. Onun babası Cavabdeh2 Əbdülsalam oğlu vəzifələrdə çalışmışdır, xeyriyyəçi idi, yüksək maddi imkanının olması oğlu üçün ayrı ev tikməyə imkan verirdi, sözü gedən mübahisəli evi atası üçün tikmişdir. Baxmayaraq ki, atası yeganə oğul övladı idi və babası oğlunu evləndirdikdən sonra rahatlıqla 18 yaşlı gəlnini öz evinə gətirə bilərdi. Lakin yuxarıda qeyd etdiyi kimi babasının maddi imkanları öz evindən 500 metr aralıqda atası üçün ayrı ev tikməyə imkan vermişdi. Evlərinin sağında, solunda, ətrafında yaşayan bütün qohumlar, qonşular hamısı bilir ki, sözü gedən mübahisəli evi babası Məmmədhüseyn oğlu Vəfa üçün tikdirib, evləndirdiyi ilk gündən həmin evə köçürdüb. xx.xx.1973-cü ildə babası Cavabdeh2 Əbdülsalam oğlu vəfat edir. Babasının vəfatından dərhal sonra bibisi Mahmudova (Atakişiyeva) Zefirə hərəkətə keçərək, atasının Moskva şəhərində olmağından istifadə edərək, hamıdan xəbərsiz 1956cı ilə dair sənədi, 1958-ci il tikintinin icazəsinə dair sənədi əsas götürərək guya ki, sözü gedən mübahisəli evi şəxsən özü tikdirmiş kimi göstərərək 1973-cü ilin sentyabr ayında öz adına texniki pasport əldə edərək, 1980-ci ildə sözü gedən mubahisəli evə dair çıxarış alır. Halbuki, 1956-cı ildə Maştağa rayon X36 İcrayə Komitəsinin fərdi ev tikməkdən ötrü babasının əlavə torpağından daxil olmaqla ayrılmış 600 kv. metr torpağın sənədi, 1958-ci il tarixli fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına dair icazə sənədlərinin Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının adına olmağı həmin torpağın üzərindəki mülkün onun mülkiyyətinin olduğunu sübut etmir. Lakin, buna baxmayaraq, atasının sağlığında cəsarət edə bilməyəcəyi hərəkətləri atası dünyasını dəyişəndən 8 ay sonra planlı şəkildə, həm atasının əməyini və arzusunu, həm də onun atasının ata hədiyyəsini və ocağını hiyləgərliklə öz adına rəsmiləşdirilmişdir. Halbuki, ona ayrılmış torpaq sahəsində bu günə kimi heç bir tikili mövcud deyildir. Babasının və atasının iştirakı və əziyyəti ilə 1960-cı illərin ortalarında başlayan tikinti 1968-1969-cu illərdə yekunlaşmışdır. xx.xx.1969-cu ildə toylarından sonra atası və anası ömürlərinin sonunadək Buzovna qəs., M.A.Əliyev ev 37- də yaşamışlar. Həmin ev onların istifadəsindədir. 1990-cı ildə qəfildən Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızı dünyasını dəyişir. Mahmudova (Atakişiyeva) Zefirənın vəfatından sonra 17 il həyatda yaşayan yəni 2007-ci ildə dünyasını dəyişən həyat yoldaşı X48 yaşadığı 17 il ərzində onlara aid olmayan evin qaynatası Cavabdeh2 tərəfindən qaynı Atakişiyev Vəfa üçün tikdirildiyini və onlara məxsus torpaq sahəsində heç bir tikinti işləri aparılmadığı halda arvadının adına mübahisəli evi rəsmiləşdirildiyini bildiyindən sözü gedən mübahisəli evə görə heç bir iddialar, heç bir tələblər irəli sürməmişdir. 33 il sonra, daha dəqiq desək 2023cü ilin 5 dekabrında qaz kartına pul yükləmək istədikdə abonentin İddiaçı olduğunu görmüş, Qazın kartına pul yüklənmədikdə araşdırıb bilmişdir ki, İddiaçı "xxxx"-a ərizə yazaraq mübahisəli evə qazın gəlişini dayandırmışdır. 1969-cu ildən 2023-cü ilin dekabr ayına qədər, yəni daha dəqiq desək, 55 il evin komunal ödənişlərinin abonent və ödəyicisi valideynləri olmuşdur. 55 il ərzində 2 dəfə qarşılaşdıqları "bibiləri qızı” İddiaçı yuxarıda yazılanlardan xəbərdar olduğu halda niyə belə hərəkətlər etməyini araşdırarkən onlara məlum oldu ki, onun ayrı – ayrı şəxslərə külli miqdarda borcu yaranmışdır. Belə ki, Hüquq mühafizə orqanlarında qanunla üz-üzə qalan İddiaçı borclarının bir qismini qaytarmaqla borclarını tam ödəməmişdir. Borc içində olan İddiaçı pulsuzluqdun hərislənərək onların ata ocağına göz dikmişdir. Anasının ölümündən 33 il sonra ortalığa çıxan İddiaçı sözügedən mübahisəli evdə bir gün belə olmamışdır. Nəinki mübahisəli evdə, hətta hasar, məhəllə qohum və qonşularını belə tanımır. Sözügedən mübahisəli evdə o və bacı-qardaşları doğulan gündən bu günə qədər, hətta övladları belə ata ocaqları olan evlərində yaşayırlar. Ata ocaqları olan mübahisəli ev valideynlərinin, onların, övladlarının xatirəsi ilə doludur. İllər ərzində sözügedən mübahisəli evin proyekti dəyişdirilmiş, tikinti təmir işləri aparılmışdır və orda külli miqdarda vəsait xərclənmişdir. Heç bir maddi, mənəvi hüququ olmadığı evə iddia edən İddiaçı əllərində olan sənəd və sübutlardan xəbəri olmadığı üçün belə cəsarətli addım atır. Qeyd etdiklərinə əsasən Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızına 1956-cı illə Maştağa rayon X36 İcrayə Komitəsinin qərarı ilə Buzovna qəsəbəsi 183 nömrəli evdə yaşayan Cavabdeh2 və Məmmədova Tubunun həyatyanı torpaq sahələrindən ayrılmış 600 kv.metr torpaq sahəsinin sözü gedən mübahisəli evin altındakı torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Mahmudova (Atakişiyeva) Zefirəyə ayrılmış 600 kv.metr torpaq sahəsi tikilməmiş, indiyə qədər boş sahə olaraq qalmışdır. Mahmudova (Atakişiyeva) Zefirə babasının ölümündən sonra atasının işləri ilə əlaqədar əsasən Moskva şəhərində olmasından istifadə edərək babasının atası üçün tikdirdiyi hazır evin altındakı torpağın guya ki, 1956-cı ildə ona ayrılmış torpağın sənədi kimi göstərərək sözügedən mübahisəli evə sənəd almışdır. Bu əməlləri ilə Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızı babası Cavabdeh2 Əbdülsalam oğlunun və atası X17 mülkiyyət hüquqlarını pozmuşdur.

16. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)- 1840/2024 saylı qərardadı ilə 2(003)-1840/2024 saylı mülki işin 2(003)-675/2024 saylı mülki işlə birləşdirilməsi və mülki işə 2(003)-675/2024 nömrəsi verilməsi qərara alınmışdır.

17. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-675/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X28 ünvan 3 saylı fərdi yaşayış evindən çıxarılması, iddiaçılar X21, Cavabdeh1, Cavabdeh2 və X28 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X57 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə iddiaçılar X21, Cavabdeh1, Cavabdeh2, X28 cavabdehlər İddiaçı, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X57 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının müəyyən edilməsi” tələbinə münasibətdə qeyd etmişdir ki, həmin tələbdə də iddia olunan ünvan 1 ünvanında yerləşən ev iddiaçıların bibisi X12 məxsus olmuşdur. Sonuncunun birinci növbədən vərəsələri olduğuna görə iddiaçılar sonrakı növbə vərəsələr hesab olunurlar. Bu səbəbdən də onların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları mövcud deyildir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbini təmin edərkən qey etimişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı anası X6 mülkiyyətində olmuşdur. Zefirə Mahmudova xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Onun birinci növbə vərəsələri əri X48, qızları İddiaçı, X45 və oğlu X51 olmuşdur. X48 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İlham Mahmudov və Səbinə Hüseynova isə notariat orqanına ərizə təqdim edərək miras əmlak kütləsindən imtina etmişlər. Buna görə də, yeganə vərəsə kimi İddiaçı miras əmlakdan tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında da evə və torpaq sahəsinə dair çıxarış verilmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 158-ci, 1145-ci, 1146-cı, 1151.1-ci, 1243-cü, 1246-cı, 1322-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il tarixində qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan) 527-ci, 528-ci, 529-cu, 532-ci, 533-cü, 552-ci, 553-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən iddiaçılar X32, Cavabdeh1, Cavabdeh2, X40 birgə apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-675/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddiaçı (cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X33 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbi barədə iddia ərizəsinin təmin edilməməsinə və X34, Cavabdeh1, Cavabdeh2 və X28 cavabdehlər X42, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna, Daşınmaz Əmlakın Kadastrı və Reyestri X57 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “Mahmudova (Atakişiyeva) Zefira Məmmədhüseyn qızının adına olan ünvan 1 ünvanına dair çıxarışın, həmin evə dair İddiaçı adına verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi, babası Cavabdeh2 Əbdülsalam oğlunun ünvan 3 ünvanında yerləşən evə dair mülkiyyət hüququnun tanınması, 1/6 vərəsəlik payının atası X8 vərəsələri Cavabdeh1a, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1/24 vərəsəlik payının tanınması” tələbinə dair iddialarının təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

21. Apellyasiya şikayətinin məzmunu iddia tələblərinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Zefirə Mahmudovanın adına ayrılan torpaq sahəsi hələ də boşdur. 37 saylı ev 183 saylı ümumi bağ sahəsinin daxilində başqa ərazidə tikilmişdir. Qeyd edilən halların müəyyən edilməsi üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilməmişdir. Zefirə Mahmudovaya torpaq sahəsinin ayrılmasını təsdiq edən 1956-cı il tarixli AKT və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən Torpa sahəsinin mövqe planına dair üç nüsxədən ibarət sənədlərdən görünür ki, İddiaçı iddiası əsassızdır. Onun 37 saylı fərdi yaşayış evinə dair məhkəməyə təqdim etdiyi sənədlər saxtadır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

23. İştirak etdiyi məhkəmə iclasında birinci iş üzrə iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

24. İştirak etdiyi məhkəmə iclasında ikinci iş üzrə İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

d) Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyası): 532.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülən) ər (arvad) və ölənin valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsələr hesab olunurlar. 533-cü maddəsinə əsasən, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmdığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. e) Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. İddiaçılar tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

31. Hazırkı işin faktiki hallarına əsasən İddiaçı mərhum Mahmudova (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının qızı, iddiaçılar X32, Cavabdeh1, Cavabdeh2 və X40 isə Zefirə Mahmudovanın qardaşı X8 övladlarıdır. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı anası X6 mülkiyyətində olmuşdur. Zefirə Mahmudova xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Onun birinci növbə vərəsələri əri X48, qızları İddiaçı, X45 və oğlu X51 olmuşdur. X48 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İlham Mahmudov və Səbinə Hüseynova isə notariat orqanına ərizə təqdim edərək miras əmlak kütləsindən imtina etmişlər. Buna görə də, yeganə vərəsə kimi İddiaçı miras əmlakdan tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında da evə və torpaq sahəsinə dair çıxarış verilmişdir. Hazırda, iddiaçılar X32, Cavabdeh1, Cavabdeh2 və X5 (Atakişiyeva) Zefirə Məmmədhüseyn qızının adına olan ünvan 1 ünvanına dair çıxarışın, həmin evə dair İddiaçı adına verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi, babası Cavabdeh2 Əbdülsalam oğlunun ünvan 3 ünvanında yerləşən evə dair mülkiyyət hüququnun tanınması, 1/6 vərəsəlik payının atası X8 vərəsələri Cavabdeh1a, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1/24 vərəsəlik payının tanınmasınaı xahiş etmişlər.

32. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

33. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.

34. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı işdə isə iddia olunan ünvan 1 ünvanında yerləşən ev iddiaçıların bibisi X12 məxsus olmuşdur. Sonuncunun birinci növbədən vərəsələri olduğuna görə iddiaçılar sonrakı növbə vərəsələr hesab olunurlar. Bu səbəbdən də onların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olmadığından iddiaçıların xx.xx.2013-cü il tarixli 2V/1-10 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi və həmin əmlaklar üzərində iddiaçıların payının müəyyən edilməsi tələbi əsassız olduğundan və iddiaçıların qeyd edilən tələblə bağlı subyektiv hüquqları olmadığından iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, mülki qanunvericiliyin tələbləriə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Göründüyü kimi, hazırki işdə də mərhum X6 birinci növbə vərəsəsi İddiaçı olduğundan sonrakı vərəsələrin mövcudluğu artıq istisna edilir.

35. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçılar X32, Cavabdeh1, Cavabdeh2 və X40 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-675/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar