Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1288/2020 17.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət X15 X9 İdarəsi maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)-3113/2019 saylı qətnaməsindən maraqlı şəxsin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət X15 X1rşı ərizə ilə məhkəməyə müraciət edərək, 1977-ci ilin may ayının 02-dən 1978-ci ilin dekabr ayının sonunadək Şuşa rayon İcraiyyə komitəsində şöbə müdirinin müavini vəzifəsində və 1979-cu ilin yanvar ayının əvvəlindən 1992-ci ilin may ayının 08dək Şuşa şəhəri Partiya Komitəsində Kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə Ağdam rayonunun Kəngərli kəndində doğulmuş, Ağdam rayonunda orta təhsil almış və 1972-ci ildə S.Ağamalı oğlu adına Kirovabad şəhər Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1977-ci ildə həmin institutu bitirmiş və ona xx.xx.1977-ci ildə müvafiq diplom verilmişdir. İnstitutu bitirdikdən sonra, 1977-ci ilin may ayının 02-dən 1978-ci ilin dekabr ayının sonunadək Şuşa rayon İcraiyyə komitəsində şöbə müdiri müavini vəzifəsində işləmiş, 1979-cu ilin yanvar ayının əvvəlindən 1992-ci ilin may ayının 08-dək Şuşa şəhəri Partiya Komitəsində Kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləmişdir. Şuşa rayonu işğal olunandan sonra əmək kitabçası və digər sənədləri orada qalmışdır. Hazırda pensiya almaq üçün Dövlət X12 Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət etdikdə ona əmək kitabçasının olmadığından pensiya təyin olunmasından imtina edilmişdir. Həmçinin həmin imtina məktubunda yanlışlıqla əmək kitabçasının itirildiyi bildirilmiş, bununla bağlı Dövlət X12 Bakı şəhəri Xəzər rayon şöbəsinə öz etirazını bildirəndə ona, "Şuşa rayonu işğal olunduğu üçün imtina məktubunda "itirilmiş" kimi" qeyd etdiklərini bildirmişlər. İşləməsi ilə bağlı Milli Arxiv idarəsinə sorğu vermiş, lakin cavab olaraq Şuşa şəhəri Partiya Komitəsinin arxiv sənədləri Azərbaycan Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi bildirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)- 3113/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, xx.xx.1955-ci ildə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuş Ərizəçi 1977-ci ilin may ayının 02-dən 1978-ci ilin dekabr ayının sonunadək Şuşa rayon İcraiyyə komitəsində şöbə müdirinin müavini vəzifəsində və 1979-cu ilin yanvar ayının əvvəlindən 1992-ci ilin may ayının 08-dək Şuşa şəhəri Partiya Komitəsində Kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən narazı qalan maraqlı şəxs apellyasiya qaydasında şikayət verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassızdır. İddiaçı İdarəyə müraciət edərək, qeyd etdiyi işlədiyi dövrlərin nəzərə alınmasını və ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanmasını xahiş etsə də, göstərdiyi dövrlərdə dövlət qulluğu vəzifəsində iş stajını təsdiq edən əmək kitabçasını və arxiv sənədlərini təqdim etmədiyindən ona qeyd olunan əsasla pensiya təyin etmək mümkün olmamışdır. İddiaçı məhkəməyə qeyd etdiyi dövrlərdə həmin vəzifələrdə işləməsini təsdiq edən sübut təqdim edə bilməmişdir. Şahid kimi dindirilən şəxslərin özlərinin qeyd olunan dövrlərdə və müəssisələrdə işlədiklərini təsdiq edən sənədləri olmadığından ərizəçi ilə birlikdə işləmələri ilə bağlı verdikləri ifadələr sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi isə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, Ərizəçi 1974-cü ildən tanıyır, 1974-1992-ci illər ərzində onunla bir yerdə işləmişdir. Belə ki, o, 1973-cü ildə Şuşa rayon Partiya Komitəsində təlimatçı vəzifəsində işləmiş, 1974-cü ildən Şuşa rayon X2 İcraiyyə Komitəsinin Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992-ci ildin may ayının 08-dək Partiya Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. Ərizəçi isə 1979-cu ilin yanvar ayının əvvəllindən 1992-ci ilin may ayının 08-dək Şuşa rayon Partiya Komitəsində Kənd Təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin aşağıdakı halları müəyyən edilmişdir. Ərizəçi xx.xx.1955-ci ildə Ağdam rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun 502 saylı, xx xxxx 2019-cu il tarixli arayışından görünür ki, Ərizəçi Şuşa şəhərindən məcburi köçkün düşməklə Xəzər rayonu, Şağan qəsəbəsi, bağ 1991-də məskunlaşmışdır. Dövlət X12 X9 İdarəsinin Ərizəçi ünvanlanmış xx xxxx 2019-cu il tarixli **********8 saylı məktubunda Ərizəçi dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması məsələsinə əmək kitabçasını itirdiyindən ərizəsində qeyd etdiyi dövrlərdə işlədiyi dövlət qulluğu vəzifəsindəki iş stajını təsdiq edən arxiv sənədlərini (arayışları) idarəyə təqdim etdikdən sonra baxıla biləcəyi göstərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Ərizəçi ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 5/1473 saylı məktubunun məzmunundan bəlli olur ki, Şuşa şəhəri Partiya Komitəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və Dövlət Arxivinin Bakı filialına mühafizə olunması üçün təhvil verilməmişdir. Ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməsində prosessual məqsəd aydındır. Hazırki iş üzrə hüquqi faktın müəyyən edilməsində məqsəd pensiya təyin edilməsi üçün iş stajının müəyyən edilməsidir. Ərizəçi işləmə faktının müəyyən edilməsinə dair sənədi başqa qaydada almasının mümkün olmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. ƏƏSMN yanında DSMF-nın X9 İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi 1977-ci ilin may ayının 02-dən 1978-ci ilin dekabr ayının sonunadək Şuşa rayon İcraiyyə Komitəsində şöbə müdirinin müavini vəzifəsində və 1979-cu ilin yanvar ayının əvvəlindən 1992-ci ilin may ayının 08-dək Şuşa şəhəri Partiya Komitəsində Kənd Təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləməsi faktının tanındığı halda 15 il 06 gün “dövlət qulluğu” əmək stajı müəyyən edilmiş sayılır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Ərizəçi 1976-cı ildən tanıyır. O özü 1-ci X6 İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. Ərizəçi 1977-ci ilin may ayının 02-dən 1978-ci ilin dekabr ayının sonunadək Şuşa rayon İcraiyyə Komitəsində şöbə müdirinin müavini vəzifəsində işləyib. Birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X10 da ifadəsində bildirmişdir ki, o, 1973-cü ildən 1991-ci ilin sentyabr ayına kimi rayon Partiya Komitəsində işləmiş, Sovet İttifaqı süquta uğradığına görə, xx.xx.1991-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilərək, xx.xx.1991-ci il tarixli əmrlə Daimi yaşayış yerlərini məcburi tərk etmiş şəxslərlə iş üzrə dövlət komitəsinin Qarabağ şöbəsinin müdiri təyin olunmuş və 1991-ci il may ayının 08-dək, yəni Şuşa şəhəri işğal olunanadək Şuşada işləmişdir. Ərizəçi da iş yerindən tanıyır, onunla birlikdə işləmişdir. Ərizəçi 1979-cu ilin yanvar ayının əvvəlindən 1992-ci ilin may ayının 08-dək Şuşa şəhəri Partiya Komitəsində Kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyib. Apellyasiya baxışı zamanı təqdim edilmiş X4 əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək Kənd təsərrüfatı işçiləri X13 rayon Komitəsinin sədri, xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Şuşa rayon XDS İcrayyə Komitəsi sədrinin müavini - planlaşdırma və iqtisadiyat şöbəsinin müdiri vəzifəsində işləmişdir. X5 əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, o, 1973-cü ildə Şuşa rayon Partiya Komitəsində təlimatçı vəzifəsində işləmiş, 1974-cü ildən Şuşa rayon X2 İcraiyyə Komitəsinin Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində, 1983-cü ildən Şuşa rayon Partiya Komitəsinin Təbliğat və Təchizat şöbə müdiri vəzifəsində, 1991-ci ildə Rayon Partiya Təşkilatı Nəzarət Komitəsinin sədri vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixli əmrlə Azərbaycan Kommunist Partiyasının fəaliyytinin dayandırılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1991-ci il tarixli əmrlə Daimi yaşayış yerlərini məcburi tərk etmiş şəxslərlə iş üzrə dövlət komitəsinin Qarabağ şöbəsinin müdiri təyin olunmuş və xx.xx.1994-cü il tarixli əmrlə şöbə ixtisara düşməsi səbəbindən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.4-cü bəndinə əsasən də yalnız əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o, cümlədən qaçqın və məcburi köçkünlərin) sosial stajı məhkəmə qaydasında müəyyən olunur. Kollegiya hesab edir ki, ərizəçi öz tələbini əsaslandıra bilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, ərizəçi üzrlü səbəbdən əmək kitabçasını təqdim edə bilmir. İş materiallarından və birinci instansiya məhkəməsində, həmçinin apellyasiya baxışı zamanı dindirilmiş şahid ifadələrindən də ərizəçinin 1977-ci ilin may ayının 02-dən 1978-ci ilin dekabr ayının sonunadək Şuşa rayon İcraiyyə Komitəsində şöbə müdirinin müavini vəzifəsində və 1979-cu ilin yanvar ayının əvvəlindən 1992-ci ilin may ayının 08-dək Şuşa şəhəri Partiya Komitəsində Kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləməsi faktı təsdiq edilir. ƏƏSMN yanında DSMF-nın X9 İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından isə müəyyən olunur ki, göstərilən fakt tanındığı halda ərizəçiyə 15 il 06 gün “dövlət qulluğu” əmək stajı müəyyən edilmiş sayılır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Maraqlı şəxsin apellyasiya şikayətində ərizənin təmin edilməməsinə əsas verəcək hər hansı bir konkret dəlil göstərilməmişdir, apellyasiya şikayəti əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)- 3113/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1288/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1288/2020
17.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver