Məhkəmə qərarları › İş №2(103)-129/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-129/2023

20.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-129/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1nnın, İddiaçı2 və X21 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2, X25, X10 və X6 qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: yolun servitutla yüklü edilməsi, servitutla yüklülüyə görə haqqın ödənilməsi ) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X11, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İddiaçı2 və X21, habelə qarşılıqlı iddia üzrə cavabdehlər X9 nümayəndəsi və vəkili, X5 isə vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi, eyni zamanda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X21 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin servitutla yüklü edilməsi” tələbinə dair ilk, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1, X25, X10 və X6 qarşı “servitutla yüklülüyə görə haqqın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(011)-32/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İddiaçı2 və X32, habelə qarşılıqlı iddia üzrə cavabdeh X16 və X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 0,0285 ha ölçüdə 103R saylı sahənin bir hissəsinə dair İddiaçı1 mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 287 nömrəli reyestr kitabının 26912 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışlara əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 0,16 ha ölçüdə 103R saylı sahənin bir hissəsinə dair X9 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 407 nömrəli reyestr kitabının 38584 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışlara əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 0,062 ha ölçüdə 103S saylı sahənin bir hissəsinə dair X5 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 290 nömrəli reyestr kitabının 26980 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103T saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0515 ha torpaq sahəsinə dair X21 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 289 nömrəli reyestr kitabının 26913 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 0,0338 ha ölçüdə 103R saylı sahənin bir hissəsinə dair İddiaçı2 mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 344 nömrəli reyestr kitabının 32453 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 0,0368 ha ölçüdə 103R saylı sahəyə dair Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 446 nömrəli reyestr kitabının 26912 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 0,0305 ölçüdə 103K saylı sahə tam paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 443 nömrəli reyestr kitabının 41923 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

8. X22 ilə X36 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X22 mülkiyyətində olan 0,022 ha torpaq sahəsini 80.000 manat məbləğində pula X2.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən X26 adına Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 103 saylı sahənin qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.

10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh1 103X saylı torpaq sahəsinin məhəllədaxili keçid hissəsinin (mübahisələndirilən hissədə) indiki bazar qiymətinə uyğun olaraq dəyəri təqribən 12.900 manat və Cavabdeh2 mülkiyyətində olan 103K saylı torpaq sahəsinin məhəllədaxili keçid hissəsinin (mübahisələndirilən hissədə) indiki bazar qiymətinə uyğun olaraq dəyəri təqribən 33.540 manat təşkil etdiyi müəyyən edilir.

11. "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 0,0368 ha ölçüdə 103X saylı sahənin bazar dəyəri 131.200 manat, likvid dəyəri 111.500 manat təşkil edir.

12. "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabata əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh1 103X saylı torpaq sahəsinin 30 kv.m. hissəsi 6.240 manat, Cavabdeh2 mülkiyyətində olan 103K saylı torpaq sahəsinin 78 kv.m. hissəsi təqribən 16.224 manat qiymətləndirilmişdir.

13. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh1 103X saylı torpaq sahəsinin 30 kv.m. hissəsinin bazar qiyməti 12.600 manat təşkil edir.

14. "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabata əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh1 103X saylı torpaq sahəsinin 30 kv.m. hissəsi 12.000 manat, Cavabdeh2 mülkiyyətində olan 103K saylı torpaq sahəsinin 78 kv.m. hissəsi təqribən 32.504 manat qiymətləndirilmişdir.

15. Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabata əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh1 103X saylı torpaq sahəsinin 30 kv.m. hissəsi 6.552 manat, Cavabdeh2 mülkiyyətində olan 103K saylı torpaq sahəsinin 78 kv.m. hissəsi təqribən 17.035,2 manat qiymətləndirilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 10/6687 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh1 103X saylı torpaq sahəsinin 30 kv.m. sahəsi 12.270 manat (30 kv.m.x 409 manat), Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh2 103K saylı torpaq sahəsinin 78 kv.m. hissəsi təqribən 31.902 manat (78 kv.m. x 409 manat) məbləğində müəyyən olunur. Torpaq sahələrinin icarə haqqının müəyyən edilməsi ekspertin səlahiyyətləri xaricində olduğundan qərardadın həmin hissəsi üzrə tədqiqat aparılmamışdır.

17. xx.xx.2018-ci il tarixli qonşular arasında məhəllədaxili yolun verilməsi ilə bağlı razılaşma müqaviləsinə əsasən Vüqar İsmayılov, Etibar Kərimov, Elşən Bayramov, Şahmil Yadigarov, Xəqani Kazımov Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 103 R ünvanında Cavabdeh1 məxsus olan torpaq sahəsində eni 5 m, uzunluğu 40 m olan sahəni məhəllədaxili yola verilməsinə razılaşaraq sonuncuya 15.000 manat pul verilməsini və Cavabdeh1 isə həmin ünvana aid olan köhnə kadastrın yerinə yenisi ilə əvəz edərək layihədə dəyişiklik edilməsini, yeni məhəllə daxili yolun eni 5 m, uzunu 40 m qanuniləşdirməyi üzərinə götürmüşdür.

18. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən naturada mübahisələndirilən torpaq sahəsinin (məhəllədaxili yolun) koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmış, dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 mülkiyyətində Seriya RX ******* saylı Çıxarışla olan ünvan 2 ünvanda yerləşən 0,0368 ha və Cavabdeh2 mülkiyyətində Seriya RX ******* saylı Çıxarışla olan ünvan 3 ünvanda yerləşən 0,0305 ha torpaq sahələrinin yeri faktiki olaraq naturaya uyğundur, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin 30 kv.m hissəsi, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin 78 kv.m. hissəsi məhəllədaxili yola (iş üzrə mübahisələndirilən) düşür, həmin ərazilərdə yüz kv.metr torpaq sahəsinin bazar qiyməti qırx-qırx beş min manat arasındadır.

Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Mehmendarov küçəsi, 103R saylı sahənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus bir hissənin məhəllədaxili keçid yolu kimi servitutla yüklü edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. X32 və İddiaçı2 da ərizələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddiaçı qismində işə cəlb edilmişdilər.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmendarov küçəsi, 103R saylı və 103T saylı sahələrin müəyyən hissəsi onların mülkiyyətindədir. Həmin sahədə həmçinin, digər mülkiyyətçilərin əmlakları da yerləşir. Sxematik plan və cizgilərə əsasən ümumi ərazi 8 hissəyə bölünmüş, ərazinin giriş hissəsində Cavabdeh1 və onun həyat yoldaşı olan digər Cavabdeh2 mülkiyyəti yerləşir. Onunla bərabər, digər mülkiyyətçilərin əmlaklarına aparan məhəllə daxili yol cavabdehlərin torpaq sahəsindən keçir. Bu yol öncədən nəzərdə tutulmamış, digər alternativ yolun salınması texniki mümkün olmadığından hazırkı yol keçidi qeyri-ixtiyari salınmışdır. Onlarda olan məlumata əsasən cavabdehlər bir neçə il öncə torpaq sahəsinin keçmiş mülkiyyətçisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhəllədaxili yolun ayrılmasını tələb etmişlər. Lakin məhkəmələr belə qənaətə gəlmişlər ki, cavabdehlərin mülkiyyətindən istifadəsinə hər hansı maneə yoxdur, qonşuların yolu yoxdursa, özləri müraciət etməlidirlər. Hazırkı vəziyyətdə digər qonşular cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən məhəllədaxili yol keçidi kimi istifadə edirlər. Təbii ki özgəsinin mülkiyyətindən icazəsiz istifadə qanunla yolverilməzdir. Cavabdehlərlə ilkin olaraq müəyyən kompensasiya razılığına gəlinsə də, sonradan cavabdehlər razılaşmamışdır. Qonşular tərəfindən müştərək qaydada 15.000 manat məbləğində pul yığılaraq Cavabdeh1 verilmişdir. Lakin cavabdehin dediyinə əsasən təklif edilən kompensasiya onun ayıracağı torpaq sahəsinin real bazar qiyməti ilə uyğunsuzluq yaradır. Bu sahəni tənzimləyən qanunvericiliyə əsasən tərəflər arasında servitut razılaşması notarial qaydada bağlanmalı və sonradan dövlət reyestrində qeydiyyatdan keçməlidir. Artıq qeyd edildiyi kimi onların arasında razılaşma mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar.

22. Sonradan iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı1, X25, İddiaçı2, X10 və X6 qarşı qarşılıqlı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103R saylı sahənin onlara məxsus bir hissəsinin məhəllədaxili keçid yolu kimi servitutla yüklü edilməsinə görə cavabdehlər tərəfindən ödənilmiş 12.000 (hər birinə 6.000 olmaqla) manat nəzərə alınmaqla, cavabdehlərdən Cavabdeh1 xeyrinə 34,128 manat, Cavabdeh2 xeyrinə 42,928 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

23. Cavabdeh1 ərizəsinə əsasən Cavabdeh2 və X36 da qarşılıqlı iddia üzrə cavabdeh qismində işə cəlb edilmişdilər.

24. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahələrinin keçmiş mülkiyyətçisi A.Fətullayevin torpaq sahələrini nizamsız satılması nəticəsində məhəllədaxili keçid yolunun ayrılması nəzərdə tutulmamışdır. Məhəllədaxili keçid yolu kimi qonşular onların mülkiyyətində olan daşınmaz əmlakdan istifadə edirlər. Bu məsələnin həllini tapmaq üçün uzun müddət torpağın keçmiş mülkiyyətçisinə qarşı məhkəmə çəkişmələrində iştirak etmişlər. Lakin sonunda məhkəmə belə qənaətə gəlmişdir ki, torpaq onların mülkiyyətində qaldığından hüquqları pozulmur, hüququ pozulan tərəf müraciət etməlidir. Lakin qonşular qanuna məhəl qoymadan və onlarla razılaşmadan torpaqlarından yol kimi istifadə etməyə davam etmişlər. Cavabdeh2 mülkiyyətində olan torpaqdan yol keçidi üçün ayrılacaq torpağın ölçüləri uzunluğu 22,24 m x eni 5 m = 118,8 kv.m., Cavabdeh1 mülkiyyətində olan torpaqdan yol keçidi üçün ayrılacaq torpağın ölçüləri uzunluğu 18,24x eni 55 m. = 91,20 kv.m. sahə itirilmiş olacaqdır. Onlar həmin torpaq sahələrini 2013-cü ildə əldə edərkən, torpaq sahəsinin hər 0,01 ha hissəsini (yəni 1 sotunu) – 22.000 manat qiymətinə almışlar. Daha sonra devalvasiya nəticəsində manatın iki dəfə ucuzlaşmasını nəzərə alaraq həmin torpağın bügunki bazar qiymətini hər 0,01 ha sahə üçün 44.000 manata qiymətləndirirlər. Beləliklə, Cavabdeh2 itirəcəyi 111,8 kv.m. sahəni 49.129 manat məbləğində, Cavabdeh1 isə itirəcəyi 91,20 kv.m. sahəni 40.128 manat məbləğində dəyərləndirirlər. Cavabdehlər tərəfindən ilkin razılığa gəlinsə və onlar tərəfindən bir neçə dəfəyə toplam 15.000 manat ödənilsə də sonradan kompensasiya məbləği mübahisə yaratmış və ilkin razılıq pozulmuşdur. Lakin alınan 15.000 manat kompensasiyanı ümumi tələb olunan məbləğdən silərək hesab edirlər ki, cavabdehlərdən onların xeyrinə müştərək qaydada tutularaq toplam 49.129+40128=89257-15000=74.257 manat kompensasiya ödənilməlidir.

25. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(011)- 32/2021 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh1 103X saylı torpaq sahəsinin 30 kv.m sahəsinin və Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh2 103K saylı torpaq sahəsinin 78 kv.m sahəsinin servitutla yüklü edilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh1 103X saylı torpaq sahəsinin məhəllədaxili keçid hissəsi kimi servitutla yüklü edilməsinə görə, İddiaçı1, Cavabdeh2, İddiaçı2, X17, X7, X23 və X3 ayrı-arılıqda 1.843 manat olmaqla, cəmi 12.900 manat tutularaq Cavabdeh1 verilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh2 103K saylı torpaq sahəsinin məhəllədaxili keçid hissəsi kimi servitutla yüklü edilməsinə görə, İddiaçı1, X17, X7, X3, İddiaçı2, X23 ayrı-ayrılıqda 5.590 manat olmaqla, cəmi 33.540 manat tutularaq Cavabdeh2 verilməsi, ilk və qarşılıqlı iddianın qalan hissələrdə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi, torpaq sahələrinin qiymətləndirilməsi barədə ekspertiza tədqiqatının dəyəri kimi 200 manat məbləğində pulun tərəflərdən müştərək qaydada tutularaq Hüquq Əmlak Məsələləri Ekspertizası” MMC-yə ödənilməsi qət edilmişdir. (hakim X18)

26. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən qeyd etmişdir ki, tərəflərin mülkiyyətində olan torpaq sahələri biri-biri ilə yanaşıdır, onların mülkiyyətlərində olan topaq sahələrinə olan məhəllədaxili keçid yolu üzrə 30 kv.m. sahəsi Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin, 78 kv.m. sahəsi isə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin ərazisinə düşür. Məhəllədaxili keçidin Cavabdeh1 məxsus hissəsindən İddiaçı1, Cavabdeh2, İddiaçı2, V.Ə.İsmayılov, B.X.Hacıyeva, A.Y.Həsənov, A.A.Yadigarova, Cavabdeh2 məxsus sahəsindən isə İddiaçı1, İddiaçı2, V.Ə.İsmayılov, B.X.Hacıyeva, A.Y.Həsənov, A.A.Yadigarova istifadə edir, məhəlləyə alternativ olaraq digər hissədən keçid yolu yoxdur, tərəflər torpaq sahəsinin servitutla yüklü edilməsinə razıdırlar, qeyd edilənlər işin mübahisəsiz hallarıdır, mübahisə kompensasiya məbləği barədədir. Bununla belə, torpaq sahəsinin servitutla yüklü edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından ilk iddia tələbi üzrə “torpaq sahəsinin servitutla yüklü edilməsi”nə münasibətdə iddia tələbinin həmin hissədə təmin olunmasını mümkün hesab etmişdir. Məhkəmə, torpağın qiymətləndirilməsi barədə isə Hüquq və Əmlak Məsələləri MMC-nin ekspert rəyini sübut kimi qəbul edərək, ekspertin gəldiyi nəticə ilə razılamış və hesab etmişdir ki, servitutla yüklü edilmiş torpaq sahəsinə görə kompensasiya məbləği, həmin əmlakların dəyəri barədə ekspertin gəldiyi nəticəyə uyğun müəyyən edilməlidir. Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin məhəllədaxili keçid hissəsinin 30 kv.m sahəsinə görə kompensasiya məbləği 12.900 manat, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin məhəllədaxil keçid hissəsinə düşən 78 kv.m. sahəsinə görə kompensasiya məbləği 33.540 manat həddində müəyyən olunmalı, bu məqsədlə Cavabdeh2 servitutla yüklü edilmiş torpaq sahəsinə görə ödənilməli olan 33.540 manat kompensasiya məbləği İddiaçı1, X32, X16, X12, İddiaçı2, X29, Cavabdeh1 ödənilməli olan 12.900 manat kompensasiya məbləği isə İddiaçı1, X32, X16, X12, İddiaçı2, X36 və Cavabdeh2 aid edilməli, ödəniş onların hər birindən bərabər olmaqla tutulmaldır.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci, 225.6-cı, 255-ci, 261-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

28. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İddiaçı2, X32, habelə qarşılıqlı iddia üzrə cavabdehlər X16 və X12 apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 103X saylı torpaq sahəsinin məhəllədaxili keçid hissəsi kimi servitutla yüklü edilməsinə görə onların hər birindən 1.843 manat olmaqla, cəmi 12.900 manat və X15 həmin ünvanda yerləşən 103K saylı torpaq sahəsinə görə hər birindən 5.590 manat olmaqla, cəmi 33.540 manat pulun verilməsi hissəsində ləğv edilməsini və ilk üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 iddiasının həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə zalında yekun qətnaməni elan edilərkən onlardan cəmi, 12.900 manat pulun tutularaq ilkin iddia üzrə cavabdehlərə, qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməsini bildirilmişdir. Lakin qətnaməni alandan sonra əlavə olaraq 33.540 manat pulun da onlardan tutulduğunun qət edildiyini bilmişlər. Bu hal isə prosessual qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Bundan əlavə məhkəmə kompensasiya məbləğini təyin edərkən mütəxəssis və ekspert rəylərini əsas götürmüşdür. Qeyd olunan rəylərdə isə göstərilən mübahisə predmeti olan torpaq sahəsinin dəyəri obyektiv və real bazar qiymətlərinə uyğun deyil, həddindən artıq şişirdilmişdir. Belə ki, qeyd olunan ünvanda torpaq sahəsinin 1 sotunun hazırki bazar qiyməti 20.000-22.000 manat civarındadır. Lakin rəylərə nəzər salarkən hər vəchlə torpaq sahəsinin dəyərinin hansısa subyektiv səbəblərdən süni sürətdə artırılması hiss olunur. Təsdiq üçün ekspert rəyinin 2-ci səhifəsinin 5-ci abzasına nəzər salmaq kifayətdir. Həmin abzasda rəyi tərtib edənlərin özləri bildirir ki, müvafiq obyektin mövcud vəziyyətdə analoji əmlakla müqayisədə bazar dəyəri çox aşağı olduğu zaman qiymətləndirici xüsusi yanaşma ilə əmlakdan daha səmərəli istifadə imkanlarını nəzərə almaqla real bazar dəyərini müəyyən edə bilər. Rəyin digər abzaslarında da torpaq sahəsinin hansısa səbəbdən dəyərinin artırılmasına cəhd edilməsini görməmək mümkün deyildir. Rəyin üçüncü səhifəsinin 4-cü abzasında qeyd edilir ki, tətbiq olunan torpaq sahələrinin bazar qiymətinin müəyyən olunması üçün satış analoqlarının müqayisəsi metodu tətbiq edilir. Toplanmış məlumatlara əsasən həmin ərazidə 1,0 sot (100 kv.m) torpaq sahəsinin orta bazar qiymətlərinə uyğun olaraq təqribən 43.000,0 manat dəyərində olduğu müəyyən ediliir. Lakin rəydə bu qənaəti əsaslandırmaq üçün tamamilə müstəqil mənbələrdən alınmış analoji satış müqavilələrindən nümunə göstərilmir. Qeyd olunan ərazidə torpaq sahəsinin qiyməti rəydə göstəriləndən iki dəfə aşağıdır və torpaq sahəsinin bu cür qiymətləndirilməsi qanunsuzdur. Odur ki, qeyd olunan rəyin məhkəmə tərəfindən mötəbər sübut kimi dəyərləndirilməsi əsassız və qanunsuzdur. Belə ki, işdə olan "xxxx" MMC-nin verdiyi ekspert rəyi əsassız və reallıqdan uzaq olsada məhkəmə obyektiv, qanuni yekun qərarın qəbul olunmasını təmin edilməsi üçün MPM-nin 102.2-ci maddəsinə uyğun olaraq təkrar ekspertiza təyin edib rəy alınması üçün işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinə göndərməmişdir. Bundan başqa, məhkəmə həmin Məcəllənin 103.1-ci maddəsinə uyğun olaraq işdə olan ekspert rəyini işdə olan digər sübutlarla, işin yuxarıda qeyd edilən hallarına uyğun olaraq, maddi hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymətləndirməmişdir. Eyni zamanda, məhkəməyə təqdim etdikləri B. Əliyevlə onlar arasında olan xx.xx.2018-ci il tarixli yazılı razılaşmaya (müqavilə) məhkəmə münasibət bildirməmiş və razılaşmaya uyğun olaraq məhəllədaxili yolun müqabilində ona 15.000 manat pulun verilməsini nəzərə almamışdır. Hesab edirlər ki, məhkəmə bütün hallarda müəyyən edilmiş servituta görə iddiaçılara veriləcək haqqa həmin məbləği hesablamalı idi. Necə ola bilər ki, servitutla yüklü edilən torpaq sahənin dəyərini mülkiyyətçi ilə razılaşıb, ödəyirlər və 3 ildən sonra reallığı əks etdirməyən yeni məbləğ hesablanır və ödədikləri məbləğ nəzərə alınmır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ya tətbiq olunmalı maddi hüquq normalarını tətbiq etməmiş, ya da ki, düzgün tətbiq etsədə həmin normaları düzgün şərh etməmişdir. Məsələn, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 258-ci maddəsində göstərilir ki, servitutun məzmununa servitutun qüvvədə olma müddəti və şərtləri daxildir. Servitutla yüklü olan daşınmaz əmlakın planı servitutun yeri göstərilməklə müqaviləyə qoşulur. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsi öz qətnaməsində bu normanın tələblərinə uyğun olaraq servitutun şərtlərini və daimi olmasını göstərməli idi. Həmin Məcəllənin məhkəmənin də qətnaməsində qeyd etdiyi 255.2-ci maddəsində göstərilir ki, daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərancam hüquqlarından məhrum etmir. Yəni Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti olan torpaq sahəsi üzərindəki hüquqları tamamilə itirilmir, üstəlik onlarda həmin yoldan istifadə edir. Məhz buna görə qanunverici Mülki Məcəllənin 261-ci maddəsində servitut üçün kompensasiya yox, haqq terminindən, haqq verilməsindən istifadə edib. Həmin normanın tələblərinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi, xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən, sahədən istifadə üçün haqq tələb edilə bilər. Lakin qətnamədən göründüyü kimi sahədən yol kimi istifadə üçün nəinki ağlabatan, münasib həcmdə haqq tutulması, əksinə həmin sahənin real bazar dəyərindən iki qat artıq kompensasiya verilməsi təsbit olunur. Məhkəmənin kompensasiya ilə bağlı yanaşmasından razı deyillər. Belə ki, kompensasiya Mülki Məcəllənin 175.1-ci maddəsinin tələblərinə görə tutula bilər. Çünki, həmin normanın məzmununa görə mülkiyyətçiyə zəruri istifadə üçün verilən yol, keçid üzərində digər mülkiyyətçinin yuxarıda qeyd etdikləri hüquqları saxlanmır. Yəni belə demək mümkünsə həmin torpaq sahəsi alqı-satqı olduğu kimi tam dəyəri bir dəfəlik kompensasiya yolu ilə ödənilməklə əldə edilir və birdəfəllik bu məsələ ilə həll olunur. Lakin servitutda bu belə deyildir və odur ki, haqq ödənilərkən ağlabatanlıq, mütənasiblik nəzərə alınmalıdır. Qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi qeyd edilən bu kimi halları nəzərə almamış, nəticədə düzgün qənaətə gəlməmişdir. Məhkəmə MPM-nin 388-ci maddəsinin tələblərinə də tam əməl etməyərək servitut müəyyən edilməsi müqabilində haqqın məbləğinin düzgün müəyyən edilməsi üçün bütün faktiki halları, Cavabdeh1 onlar tərəfindən verilmiş 15.000 manatla bağlı yetərincə araşdırma aparmamış, o cümlədən bunun üçün zəruri olan təkrar ekspertiza keçirilməsini təmin etməmişdir. Eyni zamanda, məhkəmənin öz qənaməsini əsaslandırdığı MMC-nin verdiyi ekspert rəyinin MPM-nin 389-cu maddəsinin tələbləri baxımından qeyri-mötəbər, ziddiyyətli hesab edirlər. Bundan əlavə MPM-nin 390-cı maddəsinin tələbləri də pozularaq məhkəmənin qətnamədə servituta görə qarşı tərəfə onlardan tutulub verilməli olan haqqın həcmi barədə qənaəti, həm maddi hüquq normalarının tələbləri baxımından, eyni zamanda qarşı tərəflə onların qarşılıqlı münasibətləri baxımından (yazılı razılaşma var və həmin razılaşmaya uyğun olaraq Cavabdeh1 real dəyərinə uyğun olaraq 15.000,0 manat haqq ödəmişlər) düzgün deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinin tələblərinə görə servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən hesab edirlər ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsini servitut müəyyən edilməsi müqabilində qarşı tərəfə onlardan tutulub verilməli olan kompensasiyanın və onun məbləğinin müəyyən olunması hissəsində əsassız, ədalətsiz və qanunsuzdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

32. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi X24 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

33. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X32 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

34. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İddiaçı2, X21, qarşılıqlı iddia üzrə cavabdehlər X9 nümayəndəsi və vəkili, X5 isə vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, tərəflərindən həmin ərazidə 1 sot ölçüdə torpaq sahəsinin 20.000-22.000 manat məbləğində olmasını təsdiq edən üç alqı-satqı müqaviləsi təqdim edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində kompensasiya qeyd etmiş, lakin mülki qanunvericilikdə servitutla yüklü edilməyə görə haqqdan söhbət gedir. Çünki cavabdeh torpaq sahəsindən özü də istifadəni davam etdirəcəkdir, yəni, mülkiyyət hüquqlarını itirmir, bu halda da kompensasiya nəzərdə tutula bilməz. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

35. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi, eyni zamanda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

36. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırda tərəflər arasındakı mübahisə məbləğlə bağlıdır. Həmin ərazidə torpağın 1 sotunun 40.000 manat dəyərində olmasını təsdiq edən alqı-satqı müqavilələri tərəflərindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı da bir neçə dəfə ekspertiza keçirilmiş və nəticələrə dair tərtib edilmiş rəylərdə göstərilən məbləğlər Cavabdeh1 tələb etdiyi məbləğə yaxındır. Torpaqdan istifadə hüququ ilə bağlı haqq bazar dəyəri ilə realizə olunmalıdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.1.3-cü maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır; 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir; 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər; 255.6-cı maddəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın; 255.8-ci maddəsinə əsasən daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir; 261.1-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər; 261.2-ci maddəsinə əsasən haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir.

38. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır; 54.2-ci maddəsinə əsasən servitut - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər; 54.4-cü maddəsinə əsasən torpaq sahəsinə torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün servitutlar müəyyən edilə bilər; 54.6-cı maddəsinə əsasən, qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

41. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, yəni servitutla yüklü olan daşınmaz əşyadan istifadəyə görə onun mülkiyyətçilərinin xeyrinə haqqın tutulması hissəsində ləğv edilməsi xahiş edildiyindən, qətnamə apellyatorlara münasibətdə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi servitutla yüklü olan daşınmaz əşyadan istifadəyə görə onun mülkiyyətçilərinin xeyrinə tutulan haqqın məbləği hissəsində dəyişdirilməlidir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, ilk olaraq, İddiaçı1 iddiaçı qismində Cavabdeh1 və Cavabdeh2 qarşı onların mülkiyyətində olan torpaq sahəsinin servitutla yüklü edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. İddiaçı2 və X32 isə sonradan, tələblərinin İddiaçı1 iddia tələbləri ilə eyni olması məzmunlu ərizələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddiaçı qismində hazırki işə qoşulmuşdular. Halbuki bu şəxslər Mülki Prosessual Məcəllənin 55-ci maddəsinin yaratdığı hüquqi imkana əsasən və 149-cu maddəsində təsbit edilmiş forma və məzmuna uyğun tərtib edilmiş iddia ərizəsini təqdim etməklə yalnız müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə qarışa bilərdilər. Digər tərəfdən Cavabdeh1 və Cavabdeh2 da qarşılıqlı iddia ilə bu üç şəxsə, habelə onlara qarşı hər hansı iddia irəli sürməyən X10, X6, X29 və Cavabdeh2 Cəlal qızına qarşı qarşılıqlı iddia qaldırmışdır. Halbuki, X9, X5, X26 iddiaçı olmaması, onlara qarşı qarşılıqlı iddianın irəli sürülməsini istisna edirdi. Həmçinin, bu barədə ərizədə (sonradan verilmişdir) X26 və Cavabdeh2 cavabdeh qismində iddiaçıların hansı tərəfindən cəlb edilməsi də ayırd edilməmişdir. Belə ki, həmin ərizə yalnız Cavabdeh1 tərəfindən imzalanmışdır. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh2 özü özünə qarşı iddia irəli sürə bilməzdi. Bununla belə, birinci instansiya məhkəməsi qeyd edilən məsələlər üzrə mülki prosessual qanunvericiliyin tələblərini düzgün tətbiq etməmiş və nəticədə İddiaçı2 və X27 ilk iddiaçı kimi, X13, X8, X30 və Cavabdeh2 isə qarşılıqlı iddia üzrə cavabdeh kimi işə qoşmuşdur. O halda nəzərə alınmalıdır ki, Cavabdeh1, X36 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişdilər. Apellyatorlar isə yalnız onlardan tutulmuş haqqı mübahisələndirir və qətnamənin həmin hissədə ləğv edilməsini xahiş edir.

45. Məhkəmə kollegiyası da göstərilənləri, habelə hazırki mübahisənin bu şəxslərin hər birinin marağına toxunmasını, İddiaçı2, X21, X9, X5 və X26 Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən piyada və nəqliyyat vasitəsilə keçmək üçün istifadə edilməsinə olan ehtiyaclarını (bu məqsədlər üçün hər hansı başqa sahənin olmadığını), onların hər hansı birinin hazırki mübahisədən kənar qalmasının öz mülkiyyətlərində olan əmlakdan istifadə edilməsinin çətinləşdirəcəyini, istisna deyil ki, qeyri-mümkün edəcəyini, məsələnin həlli üçün nəticə etibarı ilə onlar tərəfindən də hazırki tələblə iddia qaldırılmasının qaçılmaz olduğunu, bu şəxslər tərəfindən sonradan iddia qaldırmasının mübahisənin müddət etibarı ilə lüzumsuz uzanması, o cümlədən eyni şəxslərin dəfələrlə məhkəmə mübahisələrinə cəlb edilməsi ilə nəticələnəcəyini, bu baxımdan mübahisənin tam və hərtərəfli həllinin yalnız onların hamısının iştirakı ilə mümkün olduğunu, həmçinin iş üzrə digər diqqətəlayıq halları nəzərə alıb, belə qənaətə gəlir ki, bu şəxslərin hər birinin hazırki işə cəlb edilməsi zəruridir. Başqa sözlə, işə məhz bu tərəflərin iştirakı ilə baxılmalıdır.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1, Cavabdeh2, İddiaçı1, İddiaçı2, X32, X16, X12 (X36 apellyasiya şikayəti vermədiyindən ona münasibətdə qətnamə yoxlanılmır) qonşudur və onların hər birinin mülkiyyətində torpaq sahəsi var.

47. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin sahələrdə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisəli ərazidə ümumi yoldan sol istiqamət üzrə asfalt yol ayrılır (bundan sonra şərti olaraq asfalt yol). Həmin yolun sol tərəfində birinci torpaq sahəsi və onun üzərində yerləşən tikili Cavabdeh1, ikinci torpaq sahəsi və onun üzərində yerləşən tikili isə Cavabdeh2 məxsusdur. Asfalt yol onların sahələrinin qarşısından keçməklə sağ istiqamət üzrə uzanır və İddiaçı1, İddiaçı2, X21, X9 və X5 mülkiyyətində olan torpaq sahələrinin (onların üzərində yerləşən tikililərin) qarşısından keçir. Onların sahələrinə yalnız bu yol vasitəsi ilə piyada və avtomobillə keçmək olar, başqa bir alternativ keçid yoxdur və texniki cəhətdən çəkilməsi də mümkün deyil.

48. Asfalt yol kimi qurulub, istifadə edilsə də, həmin sahə təyinatına görə piyada və avtomobil yolu kimi istifadə edilməsi üçün müəyyən edilməmiş və nəticə etibarı ilə Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin tərkib hissəsidir. Buna baxmayaraq, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərində olan həmin torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək, yəni yol kimi istifadə etmək üçün apellyatorların və X26 xeyrinə servitutla yüklü edilməsinə razıdırlar. Lakin bunun müqabilində haqq tələb edirlər. Hətta hazırki məhkəmə mübahisəsindən əvvəl tərəflər öz aralarında haqla bağlı razılığa gəlmişlər və haqqın məbləğini 15.000 manat məbləğində müəyyən etmişlər. Bununla bağlı xx.xx.2018-ci il tarixdə Cavabdeh1, habelə (X36 istisna olmaqla) apellyatorların özləri və ya ailə üzvləri arasında “Qonşular arasında məhəllə daxili yolun verilməsi ilə bağlı razılaşma” imzalanmışdır. Həmin razılaşmaya əsasən bu şəxslər tərəfindən onlara eni 5 metr, uzunu 40 m metr ölçüdə sahənin məhəllə daxili yol kimi verilməsinə görə Cavabdeh1 15.000 manat məbləğində pul verilmişdir.

49. Bu səbəbdən məhkəmə kollegiyası Cavabdeh1 ona 12.000 manat məbləğində pulun verilməsi ilə bağlı mövqeyi ilə razılaşmır və həmin razılaşmanı onun özünün də imzası ilə təsdiq edilməsini nəzərə alıb, belə qənaətə gəlir ki, İddiaçı1 (əri), İddiaçı2 (əri), X32 (özü), X16 (atası), X12 (əri) tərəfindən Cavabdeh1 bu məqsədlər üçün məhz 15.000 manat məbləğində pul verilmişdir.

50. Məhkəmə kollegiyası servitutla yüklü edilən sahənin ölçüsü ilə bağlı qeyd edir ki, piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin 30 kv.m. hissəsi, Cavabdeh2 isə 78 kv.m. hissəsi, ümumilikdə 108 kv.m. ölçüdə sahə servitutla yüklü edilməlidir. Məhz bu ölçülərin yola düşməsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Bu ölçülərlə tərəflər razılaşır və mübahisələndirmir. Bununla belə, hazırda konkret olaraq asfalt yol kimi istifadə edilən sahənin məhz ümumilikdə 108 kv.m hissəsi Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan sahəyə daxildir və onların tikililərin yerləşdiyi yerin qarşısından keçir.

51. Məhkəmə kollegiyası həmin ölçüdə sahənin servitutla yüklü edilməsinə görə haqqın ödənilməsi ilə bağlı qeyd edir ki, apellyatorlar bu sahənin onların xeyrinə servitutla yüklü edilməsi üçün haqq ödəməyə razıdırlar. Sadəcə olaraq bu məqsədlər üçün artıq ödədikləri 15.000 manatla kifayətlənmək istəyirlər. Cavabdeh1 və Cavabdeh2 isə bu məbləğin aşağı hesab edirlər.

52. Qanunvericilikdə belə sahədən istifadə üçün haqqın tələb edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Lakin bu anlayış öz hüquqi mahiyyətinə görə kompensasiya anlayışından fərqlənir və servitutla yüklü edilmiş sahənin real dəyərinin ödənilməsini özündə ehtiva etmir. Qanunvericilikdə haqqın konkret məbləği və ya onun hesablanması qaydası və meyarları da müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, haqqın məbləği müəyyən edilərkən həmin sahənin 1 kv.m. ölçüsünün dəyəri, ümumi ölçüsü, həmin sahənin mülkiyyətçi üçün əhəmiyyəti, o cümlədən mülkiyyətçinin özü tərəfindən həmin sahədən hansı məqsədlər üçün istifadə etməsi, yüklü edilən sahənin hansı məqsədlər üçün istifadə ediləcəyi, bu məqsədlər üçün hər hansı başqa sahənin mövcud olub-olmaması, yüklülüyün mülkiyyətçiyə yaradacağı məhrumiyyətlər, xeyrinə yüklülük qeydə alınan şəxslərin sayı, həmin şəxslər tərəfindən bu sahədən istifadə edilməsinin mülkiyyətçiyə təsiri müəyyən edilməlidir.

53. Nəzərə alınmalıdır ki, hazırda servitutla yüklü edilmiş sahənin ümumi ölçüsü cəmi (38 + 70) 108 kv.m. təşkil edir. Bu sahə ölçü baxımından xx.xx.2018-ci il tarixli razılaşma üzrə razılaşdırılmış və haqq olaraq 15.000 manat ödənilmiş sahədən (5 x 40 = 200 kv.m.) təxminən iki dəfə azdır. Apellyatorlar bu sahədən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün istifadə edəcəklər. Həmin sahə onların əvəzsiz istifadəsinə keçmir və yenə də Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində qalır, onlar özləri də servitutla yüklü edilmiş sahədən mütəmadi olaraq eyni məqsədlər üçün istifadə edəcəklər. Həmin yerdə bu məqsədlər üçün hər hansı başqa sahənin istifadə edilməsi mümkün deyil. Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan sahədə artıq fərdi yaşayış evləri inşa edilmişdir və bu evlər yüklü edilmiş sahədən təcrid olunmuş vəziyyətdədir. Onlar tərəfindən yüklü edilmiş sahədə hər hansı tikintinin inşa edilməsi planlaşdırılmır. Həmin sahədə xeyli müddətdir ki, artıq yol kimi istifadə edilir. Bu baxımdan mövcud vəziyyətdə həmin sahələrin servitutla yüklü edilməsi onun mülkiyyətçiləri üçün hər hansı əhəmiyyətli məhrumiyyət yaratmış olmur. Mülkiyyətçilərdən başqa qeyd edilən məqsədlər üçün bu sahədən qonşu sahələrin mülkiyyətçisi olan 6 şəxs öz ailə üzvləri ilə birlikdə istifadə edəcəklər.

54. Bununla belə, məhkəmə kollegiyası yuxarıda, xüsusilə də 53-cü bənddə göstərilənləri nəzərə alıb, habelə servitutla yüklü edilmiş torpaq sahəsinin dəyəri ilə bağlı məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 10/6687 saylı ekspert rəyini (30 kv.m. sahəsi 12.270 manat (30 kv.m.x 409 manat, 78 kv.m. hissəsi təqribən 31.902 manat (78 kv.m. x 409 manat)) mötəbər sübut kimi qəbul edib belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 mülkiyyətində olmaqla servitutla yüklü edilmiş sahəyə münasibətdə 1.843 manat, Cavabdeh2 mülkiyyətində olmaqla servitutla yüklü edilmiş sahəyə münasibətdə 5.590 manat (cəmi 46.440 manat) məbləğində haqqı müəyyən etməkdə haqlı olmamış, nəticə etibarı ilə haqq məbləğini həmin sahələrin real dəyərindən (alqı-satqı qiymətindən) də artıq dəyərdə müəyyən etmişdir (bu şəxslər həmin sahəni satın alsalar idi, qiymət bundan münasib olardı).

55. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, xeyrinə servitut qoyulmuş şəxslərin hər birindən Cavabdeh1 mülkiyyətində olan 30 kv.m. sahədən istifadə üçün 900 manat, cəmi (900 x 5 = 4.500 manat) 4.500 manat, Cavabdeh2 mülkiyyətində olan 78 kv.m. sahədən istifadə üçün 2.300 manat, cəmi (2.300 x 5 = 11.500 manat) 11.500 manat məbləğində haqq tutulmalıdır. Servitutla yüklü edilən sahənin 1 sot ölçüdə hissəsinin dəyərinin 40.000 manat olması barədə Cavabdeh1 və Cavabdeh2 mövqeyi əsas götürüldüyü təqdirdə, bu şəxslərdən, habelə X23 ümumilikdə (4.500 + 11.500 + 5.590 + 1843 = 23.433) tutulan 23.433 manat məbləğində haqq həmin sahənin dəyərinin yarısını təşkil etmiş olur. Bu məbləğdə haqq olaraq məqbul hesab edilən məbləğdir. Eyni zamanda, bu məbləğdə haqq ödənilərkən apellyatorlar tərəfindən Cavabdeh1 (onun bu razılaşmada həmçinin, Cavabdeh2 təmsil etməsi işin mübahisəsiz halıdır) ödənilmiş 15.000 manat nəzərə alınmalı və onlar tərəfindən ödənilməli olan bu haqqın məbləğindən çıxılmalıdır.

56. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(011)-32/2021 nömrəli qətnaməsi servitutla yüklü edilmiş sahədən istifadə üçün müəyyən edilmiş haqqın məbləği hissəsində dəyişdirilməli, Cavabdeh1 mülkiyyətində olan 30 kv.m. sahənin servitutla yüklü edilməsinə görə apellyatorların hər birindən onun xeyrinə 900 manat, cəmi 4.500 manat məbləğində haqq, Cavabdeh2 mülkiyyətində olan 78 kv.m. sahənin servitutla yüklü edilməsinə görə apellyatorların hər birindən onun xeyrinə 2.300 manat, cəmi 11.500 manat məbləğində haqq tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorlara aid edilməlidir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İddiaçı2 və X32, habelə qarşılıqlı iddia üzrə cavabdehlər X16 və X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(011)-32/2021 nömrəli qətnaməsi servitutla yüklü edilmiş sahədən istifadə üçün İddiaçı1, İddiaçı2, X17, X7 və X3 tutulan haqqın məbləği hissəsində dəyişdirilsin. Cavabdeh1 mülkiyyətində olmaqla Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 103X saylı torpaq sahəsinin 30 kv.m. hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün İddiaçı1, İddiaçı2, X21, X9 və X5 xeyrinə servitutla yüklü edilməsinə görə onların hər birindən 900 (doqquz yüz) manat olmaqla, cəmi 4.500 (dörd min beş yüz) manat məbləğində haqq tutularaq Cavabdeh1 verilsin. Cavabdeh2 mülkiyyətində olmaqla Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 103K saylı torpaq sahəsinin 78 kv.m. hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün İddiaçı1, İddiaçı2, X21, X9 və X5 xeyrinə servitutla yüklü edilməsinə görə onların hər birindən 2.300 (iki min üç yüz) manat olmaqla, cəmi 11.500 (on bir min beş yüz) manat məbləğində haqq tutularaq Cavabdeh2 verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar