Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1291/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrisinin Cavabdeh qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilə üzrə pulun tutulması, müqavilənin etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı1 və İddiaçı2 MMC Cavabdeh qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aralarında bağlanmış 21 aprel 2021-ci il tarixli hüquqi xidmət müqaviləsinə uyğun olaraq 34.628 manat məbləğin, eləcə də "xxxx" MMC-yə ödənilən 500 manat məbləğin və dövlət rüsumu üçün ödədiyi 196 manat məbləğin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Cavabdeh İddiaçı2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı2 MMC-nin ona qarşı hüquqi xidmətlər qarşılığında mövcud olan pul vəsaitinin Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ürə cavabdehə qarşı 21 aprel 2021-ci il tarixli Hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-4214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Aygün Həsənova) ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xidmət haqqı olaraq 500.000 manatın 2%-i olaraq 10.000 (on min) manat pul vəsaiti və ödənilmiş 54.88 (əlli dörd manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-yə ödənilməsi, qalan 141.12 (bir yüz qırx bir manat on iki qəpik) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iddiaçı Cavabdeh ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qərara alınmışdır.
4. İddiaçı2 MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri:
5. İddiaçı2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri olaraq qeyd edilmişdir ki, MMC ilə Cavabdeh arasında hüquq-konsaltinq xidmətlərin göstərilməsi ilə bağlı 21 aprel 2021-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin predmetinə əsasən cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar kompensasiyanın alınmasına İddiaçı2 MMC olaraq hər cür hüquqi yardımın göstərilməsi, bununla əlaqədar müxtəlif qurumlara ərizə və şikayətlərin tərtib edilərək göndərilməsi, o cümlədən vəkillə hüquqi yardımla bağlı müqavilələrin bağlanması, müvafiq məsələ ilə bağlı məhkəmədə işlərin aparılması və cinayət işinin gedişində hüquqi yardımın göstərilməsini icraçı olaraq öhdəliyə götürümüş, sifarişçi Cavabdeh isə bunun müqabilində müqavilənin 4.2-ci bəndində göstərildiyi kimi ona məxsus qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar alacağı kompensasiya məbləğinin 2%-i həcmində ödənişi edəcəyini öhdəsinə götürmüşdür.
6. Beləliklə onlar müqaviləyə əsasən, lazımi hüquqi yardım göstərmiş, həmin hüquqi xidmətlər nəticəsində, Cavabdeh və ona məxsus qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsini həyata keçirən "xxxx" ilə aralarında Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-121/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə uyğun olaraq aşağıda təqdim edilən əmlaklar kompensasiya olaraq ona verilmişdir. 1) Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumisahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzil, 2) Bakı şəhəri,Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi iləinşaedilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumisahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzil, 3) həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyri-yaşayış sahəsini, 4) Həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri- yaşayış sahəsini, 5) Həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsi və eyni zamanda Cavabdeh depozitinə qoyulmuş 162.194 manat məbləğində kompensasiya ödənişi qanunsuz söküntünü aparmış "xxxx" MMC tərəfindən verilmişdir.
7. Bütün bunlara baxmayaraq, Cavabdeh ilə İddiaçı2 MMC arasında bağlanılan müqaviləyə uyğun olaraq sifarişçi Cavabdeh nəzərdə tutulan ümumi kompensasiya məbləğinin 2% həcmindəki ödənişi ödəməkdən imtina edərək müqavilə öhdəliklərini kobud şəkildə pozur. Belə ki, həmin daşınmaz əmlakların ümumi qiymətləndirmə aktına və əlavə olaraq 162.194 manat məbləğində kompensasiya ödənişinə uyğun olaraq Cavabdeh İddiaçı2 MMC-yə 34.512 manat məbləğində ödəniş etməli olduğu halda bu ödənişi ödəməkdən imtina edir. Belə ki, "xxxx" MMC Ekspertiza qiymətləndirmə fəaliyyətinin nəticəsində yuxarıda sadalanan əmlakların cəmi məbləği 1.563.399 manat müəyyən edilmişdir. 162.194 manat məbləğində kompensasiya ödənişi ilə birlikdə bu məbləğ 1.725.593 manata bərabərdir. Həmin məbləğin 2%-i isə 34.512 manat təşkil edir.
8. Rayon məhkəməsi 34.512 manat pulun Cavabdeh tutulması barədə iddia tələbini yalnız 10.000 manata münasibətdə təmin etmişdir. Hesab edir ki, Xətai Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404-cü maddəsinə görə -müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Belə ki, Cavabdehla İddiaçı2 arasında bağlanmış 21 aprel 2021-ci il tarixli müqavilənin 4.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, Cavabdeh adına rəsmiləşdirilən qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar alınacaq kompensasiyanın 2 (iki) faizini ödəyir.
9. Məhkəmə əsassız olaraq müəyyən edib ki, müqavilədə konkret olaraq kompensasiya məbləğinin nə hesab olunması və tələb edilən vəsaitin hansı hissəsinin 2%-nin alınması şərtləşdirilməmişdir. Xüsusilə qeyd edilir ki, sözü gedən qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar kompensasiya kimi nə alınacağını müqavilə bağlanan tarixdə bilmək mümkün deyildir. Belə ki, göstərilən hüquqi xidmətlərin nəticəsində qanunsuz söküntü işlərini aparmış "xxxx" MMC Cavabdeh kompensasiya ödənişini daşınmaz əmlakla yox, başqa bir vasitə ilə də ödəyə bilərdi. Belə ki, 21 aprel 2021-ci il tarixli müqavilənin 4.2-ci maddəsinin mətnindən anlaşılır ki, Cavabdeh adına rəsmiləşdirilən qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar alınacaq kompensasiyanın iki faizi ödənilməlidir. Rayon məhkəməsi qətnaməsində əsassız olaraq məbləğin 500 000 (beş yüz min manatına) münasibətdə 2% xidmət haqqının tutulmasını ağlabatan və ədalətli hesab edib. 21 aprel 2021-ci il tarixli müqavilənin 4.2-ci maddəsinə görə Xətai Rayon Məhkəmsi 1 725 593 manatın 2%-ini yəni 34 512 manatın tutulmasını təmin etməli idi.
10. Həmçinin əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatı məhkəməyə təqdim etsələr də, Məhkəmə təqdim edilən sübutlara hərtərəfli və tam baxmamış, MPM-in 88-ci maddəsinin tələbini pozmuşdur.
11. Rayon məhkəməsi qeyd etmişdir ki, mövcud olmayan əmlakların qiymətləndirilməsinin aparılması ağlabatan deyil və iddia tələbinin də qismən təmin edilməsi nəzərə alınaraq keçirilmiş qiymətləndirmənin dəyəri olan 500 manat vəsait iddiaçının özünə aid edilişdir. Halbuki qanunvericilikdə mövcud olmayan əmlakların qiymətləndirilməsini qadağan edən hər hansı norma mövcud deyildir. Qadağalar qanunda olduğu kimidir, təfsir edilə bilməz. Məhkəmə görünür həmin qiymətləndirilmənin “X1 Azərbaycan Respublikasının Qanununa və Milli və Beynəlxalq qiymətləndirmə standartalarına və digər peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlandığını nəzərə almamışdır. Xətai Rayon Məhkəməsinin əsaslandığı “mövcud olmayan əmlakların qiymətləndirilməsinin aparılması ağlabatan deyil” mövqeyi bir başa olaraq “X1” qanununun ruhuna ziddir.
12. Göstərilənlərə əsasən, qətnamənin qismən, yəni iddianın rədd olunması hissəsində ləğv olunması iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatı:
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, cavabdehlə aralarında bütün növ hüquqi yardım göstərməklə bağlı müqavilə bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq cavabdehə lazımi hüquqi yardım göstərilsə də, cavabdeh onlara kompensasiyanın məbləğinin müqavilə şərtlərinə uyğun olaraq 2%-i həcmindəki ödənişi ödəməkdən imtina etmişdir. Həmçinin bildirdi ki, onlar müqavilə tərtib ediləndə proqnozlaşdıra bilməzdilər ki, sökülən öbyektlərin əvəzinə pul yox, əmlak veriləcək. Bundan başqa, cavabdeh ona lazımi hüquqi yardım göstərilmədiyini qeyd edir, lakin o müqavilədən imtina etməmiş, pretenziya da irəli sürməmişdir. Odur ki, cavabdehin hazırda ona keyfiyyətsiz yardım göstərilməsi ilə bağlı bildirdikləri əsassızdır. Bundan başqa, bundan əvvəl əldə edilmiş mütəxəssis rəyi ilə razılaşmır. Belə ki, onların təşəbbüsü ilə "xxxx" MMC Ekspertiza qiymətləndirmə fəaliyyətinin nəticəsində yuxarıda sadalanan əmlakların cəmi məbləği 1.563.399 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən qiymətləndirmə zamanı onlardan 1500 manat ödəniş edilməsi tələb edilmiş, əks təqdirdə əmlakların qiymətinin aşağı qeyd ediləcəyi bildirilmişdir. Hesab edir ki, həmin ödənişi etmədiklərindən daşınmaz əmlak bazarında olan qiymətlərlə müqayisə ediləndə də, məlum olur ki, tədqiqat aparılan obyektlər aşkar şəkildə aşağı qiymətləndirilmişdir. Sonuncu ekspert rəyi ilə isə razı olduğunu bildirdi.
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, o, özəl obyekti üçün iddiaçı tərəfə 2 % ödəməli deyil, iddiaçı tərəf ona yetəri qədər hüquqi yardım göstərməyib, cinayət işinin gedişatında vəkil İ.Hacıyev iştirak etmişdir, o da keyfiyyətli yardım göstərməyib. Həmçinin bildirdi ki, onların müqaviləsinə görə, qanunsuz sökülmüş əmlaklar görə ödənilən kompensasiyadan 2 % hüquqi xidmət müqabilində ödənməli idi, lakin ona sökülən obyektlərin əvəzinə barter kimi başqa obyekt verildi, yəni pul ödənilmədi. Əslində rayon məhkəməsinin qətnaməsindən o özü də narazı qalmışdı, sadəcə olaraq iş uzanmasın deyə şikayət verməmişdir. Bundan başqa, bildirdi ki, iddiaçı ilə müqaviləni özü könüllü bağlayıb, ona hər hansı təsir və aldatma olmayıb, lakin o, bu işdə tək mübarizə aparıb, ona iddiaçı tərəfindən lazımi hüquqi yardım edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
15. 2021-ci ilin əvvəllərində cavabdehə məxsus qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülmüşdür. Cavabdeh və "xxxx" MMC arasında hüquq xidmətlərinin göstərilməsinə dair 21 aprel 2021-ci ildə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36-da yerləşən, çıxarış əsasında Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi ilə bağlı "xxxx" MMC üzərinə hər cür yardımın göstərilməsi öhdəliyini götürmüşdür. Müqaviləyə əsasən, ərizə və şikayətlərin tərtibi, göndərilməsi, o cümlədən, vəkillə hüquqi yardımla bağlı müqavilənin bağlanması, kompensasiya ilə əlaqədar məhkəmədə işləri aparılması və cinayət işinin gedişatında hüquqi yardımın göstərilməsi nəzərdə tutulmuşdur. Göstərilmiş xidmətin əvəzi olaraq Cavabdeh tikilinin qanunsuz sökülməsi ilə bağlı alacağı kompensasiyanın 2%-ni ödəmək öhdəliyi götürmüşdür.
16. Bakı Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2-2(113)- 231/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia rədd, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı (üçüncü şəxs "xxxx" ASC) obyektin bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia isə qismən təmin edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 mart 2023-cü il tarixli qərardadından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, tərəflər arasında barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-121/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə uyğun olaraq aşağıda təqdim edilən əmlaklar kompensasiya olaraq ona verilmişdir. 1) Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumisahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzil, 2) Bakı şəhəri,Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi iləinşaedilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumisahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzil, 3) həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyri-yaşayış sahəsini, 4) Həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri- yaşayış sahəsini, 5) Həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsi və eyni zamanda Cavabdeh depozitinə qoyulmuş 162.194 manat məbləğində kompensasiya ödənişi qanunsuz söküntünü aparmış "xxxx" MMC tərəfindən verilmişdir.
19. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ekspertiza qiymətləndirmə fəaliyyətinin nəticəsində yuxarıda sadalanan əmlakların cəmi məbləği 1.563.300 manat müəyyən edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazıkı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında 1. Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzil, 2. Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzil, 3. həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyri yaşayış sahəsini, 4. həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri yaşayış sahəsini, 5. həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsinin real bazar dəyərinin müəyyən edilməsi sualları qoyulmuş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.
21. "xxxx" MMC-nin 17/0288 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə: 1. Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzilin bazar dəyəri-70.400 manat; 2. Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzilin bazar dəyəri-171.000 manat; 3. həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyri-yaşayış sahəsinin bazar dəyəri-81.000 manat; 4. həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri-yaşayış sahəsinin bazar dəyəri-255.100 manat; 5. həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsinin bazar dəyəri-271.400 manat təşkil edir.
22. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazıkı iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
23. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 2721/2024 nömrəli ekspert rəyi ilə 1. Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzilin bazar dəyəri-75.240 manat; 2. Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzilin bazar dəyəri-194.940 manat; 3. həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyriyaşayış sahəsinin bazar dəyəri-147.000 manat; 4. həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri-yaşayış sahəsinin bazar dəyəri-510.200 manat; 5. həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsinin bazar dəyəri-542.800 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
24. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini (iddiaçı qətnaməni onun iddiasının təmin edilməyən hissəsində mübahisələndirdiyindən, cavabdeh isə qətnaməni mübahisələndirmədiyindən, iddia tələbləri bölünən olduğundan) iddiaçının apellyasiya şikayətinə əsasən ilkin iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
26. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onunla cavabdeh arasında cavabdehə hüquqi yardım göstərilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli müqavilənin 4.2-ci bəndində göstərildiyi kimi ona məxsus qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar cavabdeh alacağı kompensasiya məbləğinin 2%-i həcmində ödənişi edəcəyini öhdəsinə götürmüşdür. Bundan sonra cavabdehə hüquqi yardım göstərilməsi ilə əlaqədar olan məhkəmə mübahisəsi barışıq sazişi ilə yekunlaşmış, cavabdehə həm əmlak, həm də pul olmaqla kompensasiya verilmiş, iddiaçı xx.xx.2021-ci il tarixli müqavilənin 4.2-ci bəndinə uyğun olaraq kompensasiyanı tələb etsə də, cavabdeh müqavilə öhdəliyini yerinə yetirməkdən yayınmışdır.
27. İddia tələbini yalnız kompensasiya kimi ödənilən 500.000 manatın iki faizi hissədə təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, barışıq sazişinə əsasən iddiaçı qeyd etsə də ki, cavabdehə barışıq sazişində qeyd edilən yaşayış və qeyri-yaşayış sahələri təhvil verilib, məhkəmə araşdırması zamanı Cavabdeh verdiyi izahatdan müəyyən olunur ki, ona yalnız bir yaşayış sahəsi təhvil verilib. Barışıq sahəsində təhvil verilməsi nəzərdə tutulan sahələr hələ tikilməkdədir və ona nə vaxt təhvil veriləcəyi ilə bağlı məlumat mövcud deyildir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, qiymətləndirilməsi həyata keçirilmiş əmlakların tikintisi başa çatmamışdır. Faktiki olaraq hər iki tərəfin verdiyi izahatlarla müəyyən edilir ki, əmlaklar bugünkü gün mövcud deyildir. Belə olan halda müəyyən olunur ki, Cavabdeh yalnız bir yaşayış sahəsi və 162.000 manat vəsait təqdim edilmişdir. Odur ki, mövcud olmayan, hələ cavabdehə təhvil verilməyən əmlakın qiymətləndirilərək dəyərindən 2%-in tutularaq iddiaçıya ödənilməsini məhkəmə ağlabatan hesab etmir.
28. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən sökülmüş qeyri-yaşayış sahəsinin bərpasını, maddi ziyan olaraq 500.000 manat ödənilməsini, mənəvi ziyan olaraq 1.000.000 manat tələb etmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində hansı əmlakların Cavabdeh məxsus əmlakın bərpası üçün, hansı əmlakların maddi ziyanın əvəzi olaraq təqdim olunması öz əksini tapmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə konkret olaraq kompensasiya məbləğinin nə hesab olunmasını və tələb edilən vəsaitin hansı hissəsinin 2%-nin alınması şərtləşdirilmədiyindən məhkəmə Cavabdeh tərəfindən verilmiş tələbin 500.000 manatına münasibətdə 2% xidmət haqqının tutulmasını ağlabatan və ədalətli hesab edir. Odur ki, iddia tələbi qismən təmin edilərək xidmət haqqı olaraq 500.000 manatın 2%-i olaraq 10.000 manat tutulmalıdır.
29. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı halda araşdırılmalı məsələ cavabdehə iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar barışıq sazişi ilə yekunlaşmış iş üzrə tələbin nədən ibarət olması ilə bağlı olmamışdır. Hazırkı məhkəmə mübahisəsinin predmeti iddiaçı ilə cavabdeh arasındakı müqaviləyə əsasən mübahisənin həllindən sonra cavabdehin iddiaçıya ödəməli olduğu haqqın məbləğinin müəyyən edilməsi ilə bağlıdır. Tərəflər arasında bağlanılan hüquqi yardım göstərilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin 4.2-ci bəndində əsasən həmin haqqın məbləği cavabdehə veriləcək kompensasiyanın iki faizi həcmində müəyyən olunmuşdur. Cavabdeh hazırkı icraatda həmin müqavilənin etibarlığını mübahisələndirsə də, onun iddiası təmin edilməmişdir. Demək ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış və etibarlı olan müqavilə öhdəliyinin yerinə yetirilməsi ilə bağlıdır.
30. Rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə konkret olaraq kompensasiya məbləğinin nə hesab olunması və tələb edilən vəsaitin hansı hissəsinin 2%-nin alınması şərtləşdirilməmişdir.
31. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
32. Hazırkı halda tərəflər arasında bağlanmış 21 aprel 2021-ci il tarixli müqavilənin 4.2-ci bəndində göstərildiyi kimi sifarişçi, yəni cavabdeh icraçıya, yəni iddiaçıya ünvan 1 ünvanında yerləşən ******* nömrəli çıxarışla ona özünə məxsus olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar alınacaq kompensasiya məbləğinin 2%-i həcmində ödənişi edəcəyini öhdəsinə götürmüşdür.
33. Kollegiya qeyd edir ki, “kompensasiya” (latınca compensatio, compensare tarazlaşdırmaq, ödəmək) — bərpa etmək, haqqını ödəmək, ödəniş və s. mənalarda işlədilir. Şəxsiyyətə, əmlaka və ya vətəndaşın nüfuzuna dəymiş zərərin, eləcə də hüquqi şəxsin əmlakına və nüfuzuna dəymiş zərərin ödənilməsi deməkdir.
34. Kollegiya qeyd edir ki, müqavilədə konkret olaraq göstərilmişdir ki, qeyri-yaşayış sahəsinin əvəzinə alınacaq kompensasiyanın iki faizi iddiaçıya ödənilməlidir. Kompensasiya özü bərpa etmək mənasında olduğundan, rayon məhkəməsi tərəfindən “onun, yəni kompensasiyanın nə ilə şərtləndirilməsinin göstərilməməsi” kimi qiymətləndirilməsi və iddiaçının tələbinə münasibətdə Cavabdeh tikinti şirkətinə qarşı tələbində göstərilən 500.000 manata münasibətdə iki faiz həcmində təmin etməsi əsassız olmuşdur.
35. Tərəflər arasında mövcud müqavilənin 4.2-ci bəndinin şərtlərindən aşkar şəkildə aydın olur ki, hazırkı iş üzrə cavabdehin iddiaçıya ödəcəyi haqqın məbləği (həcmi) özünə məxsus titililərin qanunsuz sökülməsi nəticəsində tikinti şirkətindən nədə ifadə olunmasından asılı olmayaraq ümumən alacağı əvəzin məbləğinə münasibətdə nəzərdə tutulmuşdur.
36. Mülki iş materiallarından müəyyən edilmişdir ki, "xxxx" ilə cavabdeh arasında Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-121/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə uyğun olaraq aşağıda təqdim edilən əmlaklar kompensasiya olaraq ona verilmişdir. 1) Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumisahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzil, 2) Bakı şəhəri,Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi iləinşaedilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumisahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzil, 3) həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyri-yaşayış sahəsini, 4) Həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri- yaşayış sahəsini, 5) Həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsi və eyni zamanda Cavabdeh depozitinə qoyulmuş 162.194 manat məbləğində kompensasiya ödənişi qanunsuz söküntünü aparmış "xxxx" MMC tərəfindən verilmişdir.
37. İddiaçı məhz həmin barışıq sazişi əsasında cavabdehə verilməli kompensasiyanın iki faizini tələb edir ki, bu da tərəflər arasında bağlanmış müqavilənin qeyd olunan bəndinin şərtinə uyğundur.
38. Cavabdeh iddiaya etiraz etmiş, eyni zamanda tərəflər arasında olan hüquqi yardım göstərilməsinə dair müqavilənin etibarsızlığı tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
39. Rayon məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməmiş, hüquqi yardım götərilməsinə dair müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar olmadığı qənaətinə gəlmiş, cavabdeh tərəfindən də qətnamə mübahisələndirilməmişdir.
40. Demək ki, hüquqi yardım göstərilməsi ilə əlaqədar cavabdehə verilməli kompensasiyanın iki faizinin iddiaçıya ödənilməsinə dair tərəflər arasında etibarlı müqavilə mövcuddur ki, cavabdeh həmin müqaviləyə əsasən ona verilməli kompensasiyanın iki faizini iddiaçıya ödəməyi öhdəsinə götürsə də, öhdəliyini yerinə yetirməmişdir.
41. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Beləliklə, kompensasiya barışıq sazişi nəticəsində cavabdehə verilməli əmlaklara, eləcə də ona verilmiş pul məbləğinə hesablanmalıdır.
43. Əmlaklara münasibətdə kompensasiyanın dəyərinin müəyyən edilməsi üçün Kollegiya tərəfindən müvafiq ekspertizalar təyin edilmişdir.
44. "xxxx" MMC-nin 17/0288 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə: 1. Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzilin bazar dəyəri-70.400 manat; 2. Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzilin bazar dəyəri-171.000 manat; 3. həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyri-yaşayış sahəsinin bazar dəyəri-81.000 manat; 4. həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri-yaşayış sahəsinin bazar dəyəri-255.100 manat; 5. həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsinin bazar dəyəri-271.400 manat təşkil edir.
45. İddiaçı tərəf həmin rəylə razılaşmamış, bundan sonra yenidən ekspertiza keçirilmişdir.
46. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 2721/2024 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzilə yaxın ərazilərdə yerləşən analoji mənzillərin bazar dəyəri-75.240 (44 kv.m x 1710 manat) manat; Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli, 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzilin bazar dəyəri-194.940 (114 kv.m x 1710 manat) manat; həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsinə yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış sahələrinin mövcud orta bazar dəyəri- təqribən 542.800 (135.7 kv.m x 4000 manat), həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri-yaşayış sahəsinin mövcud orta bazar dəyəri-510.200 (127.55 kv.m x 4000 manat) manat; həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyri-yaşayış sahəsinin mövcud orta bazar dəyəri-147.000 (36.75 kv.m x 4000 manat) manat müəyyən edilir. Kollegiya həmin ekspert rəylərini nəzərdən keçirib qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 2721/2024 nömrəli ekspert rəyi kifayət qədər əsaslandırıldığından, eləcə də əmlak bazarındakı real qiymətlərə uyğun olduğundan, həmin rəy əsaslı və ağılbatan hesab olunmalıdır.
47. Beləliklə, cavabdehə verilməli əmlakların cəmi dəyəri 75.240+194.940+542.800+510.200+147.000=1.470.180 manat təşkil edir. Eyni zamanda cavabdehə 162.000 manat vəsait də verilmişdir. Bununla da məlum olur ki, cavabdehin alacağı kompensasiyanın ümumi məbləği 1.470.180+162.000=1.632.180 manat təşkil edir.
48. Həmin kompensasiyanın 500.000 manat hissəsinə münasibətdə rayon məhkəməsi iddianı təmin etmişdir. Düzdür, rayon məhkəməsi 500.000 manatın iki faizini tutarkən cavabdehin tikinti şirkətinə qarşı iddia tələbində göstərilən məbləğə istinad etsə də, nəticə etibarı ilə 500.000 manata dair hissədə onun qənaəti düzgün olmuşdur (MPM, maddə 385.2).
49. Belə olan halda müəyyən olunur ki, baxılan hissədə (1.632.180- 500.000=1.132.180) 1.132.180 manat kompensasiyanın iki faizinə münasibətdə, yəni 22.643,6 manat həcmində (hissədə) iddia tələbi əsaslıdır və təmin edilməlidir.
50. Məhkəmə xərcləri ilə bağlı hissədə də rayon məhkəməsinin qənaəti əsaslı olmamışdır. Belə ki, iddiaçı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ekspertiza qiymətləndirmə üzrə hesabatı təqdim etmişdir. Həmin hesabat üzrə xidmət haqqı kimi ödənilən 500 manatı da tələb etmiş, rayon məhkəməsi qeyd etmişdir ki, mövcud olmayan əmlakların qiymətləndirilməsinin aparılması ağlabatan deyil və iddia tələbinin də qismən təmin edilməsi nəzərə alınaraq keçirilmiş qiymətləndirmənin dəyəri olan 500 manat vəsait iddiaçının özünə aid edilməlidir.
51. Belə ki, Məhkəmə kollegiyası rayon məhkəməsində iddiaçı tərəfindən təqdim edilən mütəxəssis rəyi ilə əlaqədar xərcin tutulmaması barədə qeyd edir ki, MPM-in 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Hazırkı halda kompensasiyanın ödənilməsi barədə ilkin iddia ilə müraicət edən iddiaçı öz iddia ərizəsinə əmlakların qiymətləndirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyini də əlavə etmişdir.
53. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, MMC-nin nümayəndəsi İddiaçı1 tərəfindən qiymətləndirmə üçün 700 manat ödənilmişdir (1-ci cild, i/v 30).
54. İlkin iddia tələbini qismən təmin edən rayon məhkəməsi həmin xərc hissədə tələbi mövcud olmayan əmlakların qiymətləndirilməsinin aparılmasının ağlabatan olmaması əsası ilə təmin etməmişdir ki, bu da MPM-in 119.1-ci maddəsinə zidd olmuşdur.
55. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən qiymətləndirmə xərci kimi 700 manat ödənilməsinə dair qəbz təqdim edildiyi halda, iddia ərizəsində 500 manat xərcin tutulması tələb edildiyindən, 500 manat qiymətəndirmə xərci iddiaçı MMC-nin xeyrinə cavabdehdən tutulmalıdır.
56. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:
59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən 22.643,6 manat alınaraq iddiaçıya verilməli, iddia tələbi həmin qalan hissədə təmin edilməməlidir.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
61. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumu, 500 manat qiymətləndirmə xərci cavabdehdən alınaraq iddiaçıya verilməli, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehdən tutulmalıdır.
62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-4214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh 22.643,6 manat (iyirmi iki min altı yüz qırx üç manat altı qəpik) alınaraq İddiaçı2 MMC-yə ödənilsin, iddia tələbi həmin qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumu, 500 (beş yüz) manat qiymətləndirmə xərci olmaqla, cəmi 597 (beş yüz doxsan yeddi) manat Cavabdeh alınaraq İddiaçı2 MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Məhkəmə Ekspertizası Mərkəzinə X2, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına Cavabdeh alınaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.