Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1296/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2282/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən, 28 saylı evin, 52 saylı mənzilindən Cavabdeh çıxarılması, daşınmaz əmlakın İddiaçı zərər yetirmədən tam şəkildə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı mənzilin təhvil verilməsi və çəkilmiş xərclərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin, 52 saylı mənzilinin əvəzi olaraq İddiaçı ailəsinə verilmiş 1 otaqlı mənzilin İddiaçı alınaraq ona verilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin, 52 saylı mənzilinin təmirinə xərclənmiş 30000 manat pul vəsaitinin İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyətinin xx.xx.1994-cü il tarixli 1418 saylı Sərəncamına əsasən Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış sahəsi, 28 saylı evin, 52 saylı mənzili Ermənistan Respublikasından qaçqın olan X4 ayrılmışdır. Lakin X1 rayonundan məcburi köçkün olduğundan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilində ailə üzvləri ilə birlikdə məskunlaşmış və X3 ailə tərkibi 7 nəfərdən ibarət olduğundan onu mübahisəli mənzildən çıxarmamışlar. Cavabdeh isə 2003-cü ildə X7 ilə nikaha daxil olduqdan sonra həmin ünvanda yaşamışdır. Buna görə də, X8 müvəqqəti olaraq Suraxanı rayonu, Yeni Günəşli, “V” yaşayış sahəsi, 20 saylı evin, 22 saylı 1 otaqlı mənzilində məskunlaşmışdır. Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 120 saylı sərəncamına əsasən Qədimova X16 rayonu, Yeni Günəşli, “V” yaşayış sahəsi, 28 saylı evin, 52 saylı mənzilində 8 nəfər ailə tərkibi ilə (özü, qardaşı, anası, 5 övladı) xx.xx.1994-cü ildən qeydiyyatdadırlar və kirayə müqaviləsinin İddiaçı adına bağlanılmasına yetkinlik yaşma çatmış ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş razılıqları vardır. Yuxarıda qeyd olunan Sərəncama əsasən Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə İddiaçı arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilinə dair xx xxxxxxx 2014-cü ildə kirayə müqaviləsi bağlanmışdır. Bundan əlavə, işə baxan məhkəmələr tərəfindən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edilmişdir. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçının mərhum əri X7 həmin mənzili 1992-ci ildən erməni əsilli bir qadından almış, mənzili aldığı zaman mənzil yararsız olmuş, mənzili tam yararlı hala gətirmiş, həmin dövrdən də fasiləsiz olaraq həmin mənzildə yaşamış, 2003cü ildən isə onunla evləndikdən sonra o, həmin mənzilə köçüb yaşamış və evi tam təmir etmişdir. Həmin zaman mənzilin döşəməsi belə olmamış, mənzildə betonun üstünə linonium salınmış, mətbəx, hamam, sanitar qovşağında divarlar boş suvaq olmuş, su xətləri olmamış, heç bir kommunal şəraiti olmamış, mənzilin qapıları belə olmamışdır. Onlar həmin mənzilə döşəmə vurdurmuş, qapılar düzəltdirmiş, pəncərələrini dəyişdirmiş hamam, mətbəx, sanitar qovşağa kafelmetlax vurdurmuş, su xəttini çəkdirmiş, vanna və digər zəruri avadanlıqlarla təchiz etmiş, otaqları isə tam təmir etdirmişlər. Bütün buların isə bu günkü qiyməti ilə 30000 manat dəyəri vardır ki, bu məbləğ cavabdehdən alınıb ona verilməlidir. Bundan başqa,İddiaçı anası Səadət Pirimova əri X5 qarşı 1994-cü ildə mənzildən çıxarma tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmiş məktubuna əsasən İcra Hakimiyyəti onların yaşadığı mənzilin əvəzinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V’’ yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 nömrəli mənzilinin əvəzi olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yerləşən 20 nömrəli evin 28 nömrəli 1 otaqlı mənzilini Səadət Pirimovaya ailəsi ilə birlikdə yaşaması üçün vermişdir. Yəni, Səadət Pirimova Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 20 nömrəli evin 28 nömrəli mənzilinin onlara verilməsi ilə razılaşmasaydı, İcra Hakimiyyəti həmin mənzili onlara verərək, hazırkı mənzilin onlara verilməsini təmin edəcəkdir. Lakin, Səadət Pirimova onlara veriləcək mənzili hazırkı mənzilin əvəzinə aldıqdan sonra, yenidən onların mənzilini əvəzsiz olaraq əllərindən almağa çalışmışdır. Ona görə də, hal-hazırda yaşadığı mənzilin əvəzsiz olaraq İddiaçı təhfil verilməsinə razı deyil. Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2282/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilindən çıxarılması və həmin mənzilin İddiaçı təhvil verilməsi, Cavabdeh İddiaçı qarşı mənzilin təhvil verilməsi və çəkilmiş xərclərin əvəzinin tutulması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Tural Məmmədov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2282/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli. 2(010)-2282/2020 saylı qətnaməsi ilə qarşılıqlı iddia tələbi mənzilə çəkilmiş xərclərin ödənilməsi hissəsində cavabdehin mənzilə köçüb yaşadığı dövrdən etibarən hər hansı bir hüququnun olmaması, qarşılıqlı iddia tələbinin mübahisəli mənzilin əvəzi olaraq İddiaçı ailəsinə verilmiş 1 otaqlı mənzilin İddiaçı alınaraq cavabdehə verilməsi hissəsində isə hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi əsası ilə təmin edilməmişdir. Cavabdeh həmin evdə yaşayan zaman həmin evə vicdanlı olaraq sahiblik etmiş, həmin mənzildə yaşayan zaman mənzilin kimə məxsus olmasını bilməmiş, həmin mənzildə onun əri məskunlaşan zaman mənzil qarşılıqlı iddia üzrə cavabdehə məxsus olmamışdır. Bu halın araşdırılması üçün isə məhkəmə aşağıdakı suallara cavab tapmalı idi: 1. X7 mübahisəli mənzildə məskunlaşan dövrdə, 1992-ci ilin may ayında, mübahisəli mənzil qarşılıqlı iddia üzrə cavabdehin icarəsində olmuşdurmu? 2. X7 mübahisəli mənzildə məskunlaşdıqdan sonra onun həmin mənzildən istifadə hüququ olmuşdurmu? Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1994-cii il tarixli 1418 saylı sərəncamının məzmunundan görünür ki, cavabdeh İddiaçı anası X9 ailə tərkibi 3 nələr olmaqla daimi yaşayış yerlərini məcburi tərk edərək Ermənistandakı evini Bakı şəhəri Yeni Günəşli qəsəbəsi, “V“ y/s. 27 saylı evin 39 nömrəli mənzilinə vəkalətnamə əsasında dəyişmişdir. xx xxxxxxxx 1991-ci ilədək həmin mənzildə yaşamış, sonra isə onlar mənzildən çıxarılaraq Dağlıq Qarabağa göndərilmişlər. X13yıdarkən onlara məxsus mənzilin başqa şəxsə verilməsi məlum olmuş, bu üzdən Bakı şəhəri Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 nömrəli mənzili Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1994-cii il tarixli 1418 saylı sərəncamı ilə X6 ayrılmışdır. Halbuki, mübahisəli mənzil erməni əsilli şəxsə məxsus olan mənzil olmuş, cavabdehin əri X7 həmin mənzilin dəyərini ödəyərək, həmin mənzilə köçüb yaşamışdır. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh mübahisəli mənzildə heç bir zaman yaşamamış, mübahisəli mənzilin icarədarı olmamış, həmin mənzilə dair adına heç bir icarə müqaviləsi bağlanmamışdır. İşin hallarından da görünür ki, X7 mübahisəli mənzildə məskunlaşan zaman qarşılıqlı iddia üzrə cavabdeh (və ya onun anası) mənzilin icarədarı olmamışlar. Ümumiyyətlə həmin mənzil istər faktiki, istərsə də hüquqi cəhətdən boş olmuşdur. Belə olduqda isə məhkəmə mənim X3 mübahisəli mənzilə hüququnun olmamasına istinad etməzdən əvvəl, mübahisəli mənzilin 1992-ci ilədək olan hüququ statusunu, həmin mənzilə dair Orderin, icarə müqaviləsinin olub-olmamasını, 1992-ci ilədək həmin mənzilin icarədarının kim olmasını müəyyən etməli idi. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. X7 mübahisəli mənzildə müstəqil olaraq məskunlaşan zaman, onun həmin mənzildə məskunlaşması heç kəsin hüquqlarını və qanuni maraqlarını pozmamış, yəni onun mübahisəli mənzildə məskunlaşması qanuni olmuş, onun həmin mənzildən Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq istifadə hüququ yaranmışdır. Məhkəmə isə X3 mübahisəli mənzilə hüququnun olmamasına istinad edərək, mənim də həmin mənzildə qanunsuz yaşapıağıını göstərmişdir. Bu zaman məhkəmə X3 mübahisəli mənzildə qanuni surətdə məskunlaşmasını, onun həmin mənzildə məskunlaşan zaman həmin mənzilin cavabdehlərə məxsus olmamasını nəzərə almamış, mənzildə “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbavcan Respublikası Qanunun 5-ci maddəsinə əsasən məskunlaşan şəxsin həmin mənzildən qanuni surətdə istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə hüquqi qiymət verməmişdir. İddiaçı anası Səadət Pirimova ərim X5 qarşı 1994-cü ildə mənzildən çıxarma tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmiş məktubuna əsasən, İcra Hakimiyyəti cavabdehin yaşadığı mənzilin əvəzinə Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsndə yerləşən 20 nömrəli evin 28 nömrəli, 1 otaqlı mənzilini Səadət Pirimovaya ailəsi ilə birlikdə yaşaması üçün vermişdir. Bu barədə məktubun surəti məhkəməyə təqdim edilmişdir. Səadət Pirimova həmin evin onlara verilməsi ilə razılaşmasaydı İcra Hakimiyyəti həmin mənzili cavabdehə verərək hazırki mənzilin onlara verilməsini təmin edəcəkdi. X23 cavabdehə veriləcək mənzili hazırki mənzilin əvəzinə aldıqdan sonra yenidən cavabdehin mənzilini əvəzsiz olaraq əlindən alamağa çalışmışdır. Ona görə də cavabdeh hazırki mənzilin iddiaçıya verilməsinə razı deyil. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh və onun vəkili Ə.Kazımov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 nömrəli mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 6036/2018 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 nömrəli mənzilindən istifadə hüququ olmayan hesab edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh İddiaçı, X11, X14 və X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və özünün ailə üzvləri ilə birlikdə həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində 28 nömrəli evin 52 saylı mənzilinə istifadə hüququnun tanınması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 8535/2019 nömrəli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 8535/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 6036/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh İddiaçı, X11, X14 və X15 qarşı onun yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və özünün ailə üzvləri ilə birlikdə həmin mənzildə istifadə hüququnun tanınması bərədə iddia rədd edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilmiş qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 8535/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin hallarına əsasən müəyyən edir ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1418 saylı sərəncamına əsasən Suraxanı rayonu, Yeni Günəşli "V” yaşayış sahəsi, 28 saylı evin, 52 saylı mənzili Ermənistan Respublikasından qaçqın olan X4 ayrılmışdır. Cavabdeh keçmiş həyat yoldaşı X1 rayonundan məcburi köçkün olduğundan 1992-ci ildən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilində ailə üzvləri ilə birlikdə məskunlaşmış və X3 ailə tərkibi 7 nəfərdən ibarət olduğundan onu mübahisəli mənzildən çıxarmamışlar. X7 2003- cü ildə Cavabdeh ilə nikaha daxil olmuş və həmin vaxtdan Cavabdeh həmin ünvanda yaşamışdır. X8 isə müvəqqəti olaraq Suraxanı rayonu, Yeni Günəşli "V” yaşayış sahəsi, 20 saylı evin, 22 saylı 1 otaqlı mənzilində məskunlaşmışdır. Sonradan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014- cü il tarixli 120 saylı sərəncamına əsasən Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış sahəsi, 28 saylı evin, 52 saylı mənzilinin kirayə müqaviləsi 8 nəfər ailə tərkibi ilə (özü, qardaşı, anası, 5 övladı) İddiaçı adına bağlanılması və onun adına şəxsi maliyyə hesabının açılmasının Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi qərara alınmışdır. X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh hazırkı iş üzrə qəbul olunmuş və sonradan ləğv edilmiş xx.xx.2018-ci il tarixli qiyabi qətnamə əsasında mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Əvvəlki məhkəmə aktlarında qeyd edilmişdir ki, Cavabdeh mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Çünki o, nikaha daxil olaraq X3 yaşadığı mübahisəli mənzilə köçən zaman sonuncu mənzilin icarədarı olmamış və onun özü Laçın rayonundan məcburi köçkün kimi mübahisəli mənzilin icarədarının razılığı olmadan mübahisəli mənzildə məskunlaşmışdır. Beləliklə, işin araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər mübahisəli mənzilə hüququn yaranması ilə bağlı mübahisə olmuş və qeyd edilən məhkəmə aktları ilə Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir. İlkin iddiaçı iddia tələbində bu hala əsaslanaraq cavabdehin həmin mənzildən çıxarılmasını xahiş edir. Qarşılıqlı iddiaçı isə həmin mənzildə mərhum əri ilə nikaha girəndən yaşadığını, təsərrüfat apardığını, mənzilə vəsait xərclədiyini əsas gətirərək mənzildən yalnız xərclədiyi vəsaitin ona qaytarılacağı təqdirdə və ilkin iddiaçılara verilən digər mənzilin ona veriləcəyi təqdirdə çıxa biləcəyini bildirir. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən qeyd edir ki, tərəflər arasında olan mübahisə ilə bağlı məhkəmə instansiyaları sözügedən mənzilə İddiaçı istifadə hüququnu tanımış, Cavabdeh isə istifadə hüququnun yaranmasını tanımamışlar. Mübahisəli mənzil dövlət mülkiyyətindədir və ilkin iddiaçının qanuni istifadəsinə verilmişdir. Belə olan halda, Cavabdeh həmin mənzildə qalmasına qanuni əsaslar yoxdur. Odur ki, kollegiya hesab edir ki, mübahisəli yaşayış sahəsindən cavabdehin çıxarılması və aidiyyəti üzrə iddiaçıya təhvil verilməsi hissəsində ilkin iddia tələbinin əsaslı olmasından ibarət birinci instansiya məhkəməsinin mövqeyi doğru olmuşdur. Kollegiya sadalanan məhkəmə qərarlarına əsasən qeyd edir ki, Cavabdeh mənzilə köçüb yaşadığı dövrdən etibarən hər hansı bir hüququ olmamış, başqa sözlə həm Cavabdeh, həm də mərhum ərinin mənzilə sahiblikləri qanunsuz hesab edilmişdir. Qarşılıqlı iddia tələbinin və apellyasiya şikayətinin mübahisəli mənzilin əvəzi olaraq İddiaçı ailəsinə verilmiş 1 otaqlı mənzilin İddiaçı alınaraq ona verilməsi hissəsinə münasibətdə də kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, qarşılıqlı iddiaçı tələbinin bu hissəsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh apellyasiya şikayətində X3 mübahisəli mənzildə məskunlaşan dövrdə, 1992-ci ilin may ayında, mübahisəli mənzilin qarşılıqlı iddia üzrə cavabdehin icarəsində olub-olmaması və X3 mübahisəli mənzildə məskunlaşdıqdan sonra onun həmin mənzildən istifadə hüququnun olubolmamasının məhkəmə tərəfindən araşdırılması halına istinad olunmuşdur. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin məsələ ilə bağlı yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan artıq həmin məsələyə hüquqi qimət verilmiş və öz həllini tapmışdır. Yəni, Cavabdeh sözügedən mənzildən istifadə hüququnun itirilməsi qərara alımışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddia üzrə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2282/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1296/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1296/2021
12.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver