Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1296/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərardadlarından qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Gilan Holdinq” Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X8, X2, Bakı şəhəri 50 nömrəli notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “əqdlərin etibarsızılığı və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, həmin daşınmaz əmlakların satılması ilə bağlı Bakı şəhəri 50 nömrəli notariat ofisində tərtib edilmiş alqı-satqı müqavilələri: İddiaçı təmsilçisi X3 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X3 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X3 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X3 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X3 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X3 ilə Cavabdeh4 arasında bağlanmış reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X3 ilə Cavabdeh5 arasında bağlanmış reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X3 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-cu il tarixli əvəzsiz istifadə müqaviləsinin, həmin müqavilələrin əsasında verilmiş 09 fevral 2018-ci il tarixli ******* nömrəli, 12 fevral 2018-ci il tarixli ******* nömrəli, 29 yanvar 2020-ci il tarixli 574652 nömrəli, 27 dekabr 2019-cu il tarixli 574651 nömrəli və 30 yanvar 2020-ci il tarixli 574655 nömrəli çıxarışların ləğv edilməsi, həmin daşınmaz əmlakların şirkətə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçı “Gilan Holdinq” Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təmsilçisi X3 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə- 74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X3 iləCavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X3 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X3 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019- cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X3 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X3 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018cu il tarixli əvəzsiz istifadə müqaviləsinin, həmin müqavilələrin əsasında verilmiş 09 fevral 2018-ci il tarixli ******* nömrəli, 12 fevral 2018-ci il tarixli ******* nömrəli, 29 yanvar 2020-ci il tarixli 574652 nömrəli, 27 dekabr 2019-cu il tarixli 574651 nömrəli və 30 yanvar 2020-ci il tarixli 574655 nömrəli çıxarışların ləğv edilməsi, cavabdehin (ilkin iddia üzrə iddiaçı) iddiasındakı, “həmin daşınmaz əmlakların şirkətə qaytarılması” barədə tələbinin, 05 sentyabr 2020-ci il tarixdə cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) həmin daşınmaz əmlaklardan vəhşicəsinə çıxarılmalarını nəzərə alaraq, rədd edilməsi (çünki o əmlaklar artıq iddiaçıların sahibliyində deyil), cavabdeh İddiaçındən və “Gilan Holding” Şirkətlər Qrupundan 2.935.897 (iki milyon doqquz yüz otuz beş min səkkiz yüz doxsan yeddi) ABŞ dolları və 630.000 (altı yüz otuz min) manat məbləğində pul vəsaitinin bərabər paylarda olmaqla Cavabdeh1 və Cavabdeh2 xeyrinə ödənilməsi, cavabdehlər tərəfindən bu qarşlıqlı iddia ərizəsinin müvafiq bəndində göstərilən məbləğin iddiaçı şəxslərə tam ödənilənədək icarə haqqı olaraq iddiaçılardan Cavabdeh3 xeyrinə 850 (səkkiz yüz əlli) manat və X5 xeyrinə hər ay 750 (yedi yüz əlli) manat məbləğində pul vəsaitinin ödənilməsi, cavabdehlər tərəfindən bu qarşılıqlı iddia ərizəsinin müvafiq bəndində göstərilən məbləğin iddiaçıların xeyrinə tam ödənilənədək, əldən çıxmış fayda kimi Cavabdeh1 və Cavabdeh2 bərabər paylarda olmaqla hər ay 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi, cavabdeh şəxslərdən (qarşılıqlı iddia tələbi üzrə iddiaçılardan) Cavabdeh4 və Cavabdeh5 qarşı irəli sürülən iddiaların rədd edilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı (510 (beş yüz on) manat), dövlət rüsumu 30 (otuz) manat və bundan sonra da çəkiləcək xərclər) cavabdehdən (ilkin iddia tələbi üzrə iddiaçıdan) tutularaq iddiaçı şəxslərə (ilkin iddia tələbi üzrə cavabdehlərə) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və X6 cavabdeh “Gilan Holdinq” Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X1 xeyrinə 100.000 (bir yüz min) manat məbləğində mənəvi zərər, 30.000 (otuz min) manat məbləğində yaxşılaşdırma xərcləri və 579.000 (beş yüz yetmiş doqquz min) manat məbləğində mənzilin qiyməti olmaqla, cəmi 709.000 (yedi yüz doqquz min) manat məbləğində pul vəsaitinin və X5 xeyrinə 100.000 (bir yüz min) manat məbləğində mənəvi zərər, 15.000 (on beş min) manat məbləğində yaxşılaşdırma xərcləri və 429.000 (dörd yüz iyirmi doqquz min) manat məbləğində mənzilin qiyməti olmaqla, cəmi 544.000 (beş yüz qırx dörd min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.11.2021-cu il tarixli 2(005)-324/2021 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş, İddiaçı MMC ilə Cavabdeh1 və X4 arasında bağlanmış, reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X9 arasında bağlanmış, reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X4 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X4 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019- cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X4 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış, reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış, reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri və İddiaçı MMC ilə Cavabdeh1 və X4 arasında bağlanmış, reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-111 və 4Ə-112 reyestr nömrələri ilə qeyd edilmiş hədiyyə verənlər Cavabdeh1, Cavabdeh2 hədiyyə alan X10 və X6 arasında bağlanmış 29.01.2020-ci il tarixli bağışlama müqavilələrinin və onların nəticələrinin etibarsız hesab edilməsi və əmlakların İddiaçı MMC-nin mülkiyyətinə qaytarılması, 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə, 17 sentyabr 2012-ci il tarixli ƏLAVƏ № 1-də göstərilən, Cavabdeh1 və X7 təhvil verilmiş, Bakı şəhəri Nərimanov rayonu M.Nagıyev küçəsi 1927-ci məhəllədə 14 mərtəbəli yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, İddiaçı Cavabdeh1 cavabdeh “Gilan Holdinq” Şirkətlər Qrupuna və onun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X1 cavabdeh “Gilan Holdinq” Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qərara alınmışdır. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh3 (bundan sonra qarşılıqlı iddiaçılar) əlavə qətnamə çıxarılması və Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 saylı, 19.11.2021ci il tarixli qətnaməsinə izah verilməsi barədə eyni məzmunlu ərizələrlə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli 2(005)-324/2021 saylı qərardadı ilə qarşılıqlı iddiaçıların əlavə qətnamə çıxarılması barədə ərizələri və eyni saylı və tarixli qəradadı ilə qətnaməyə izah verilməsi ilə bağlı ərizələri təmin edilməmişdir. Qarşılıqlı iddiaçıların məhkəmənin həmin qərardadlarından verdiyi şikayətlər Məhkəmənin 15 dekabr 2021-ci il tarixli eyni saylı qərardadları ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası prosessual qənaət prinsipinə əsasən, həmin şikayətlərə bir məhkəmə aktı ilə münasibət bildirilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qarşılıqlı iddiaçıların əlavə qətnamə çıxarılması barədə qərardaddan verdiyi şikayətə əsasən aşağıdakıları qeyd edir. MPM-in 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa (maddə: 229.1.1.); hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə (maddə: 229.1.2.); məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə (maddə: 229.1.3.). Hazırkı halda, qanunda göstərilən həmin hallar olmadığından, rayon məhkəməsi əlavə qətnamənin çıxarılması barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Kollegiya qarşılıqlı iddiaçıların Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 saylı, 19.11.2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə qərardaddan verdiyi şikayətə əsasən qeyd edir ki, MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Prosessual qanunvericiliyə əsasən qətnamənin izahına onun icrasında çətinlik yaranarsa mümkünyülü qeyd olunmuşdur. Hazırkı işdə qətnamə qanuni qüvvəyə minməmiş və icraya yönəldilməmişdir. Bu baxımdan rayon məhkəməsi qeyd edilən ərizəni təmin etməməklə düzgün qənaətə gəlmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizələri təmin etməməkdə haqlı olmuş, qərardadlar qanuni və əsaslı, şikayətlər isə əsassız olduğundan təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Qarşılıqlı iddiaçıların əlavə qətnamə çıxarılması, eləcə də qətnaməyə izah verilməsinə dair ərizələrinin təmin edilməməsi barədə Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1296/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1296/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver