Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1302/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin tarixli, e-2(005)-5182/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.02.2021 -ci il tarixindən 01.10.2021-ci il tarixinə kimi hər ay üçün 646 manat (9 ay) və eyni zamanda əlavə olaraq hər gün üçün 30 manat dəbbə hesablanılmaqla, ümumilikdə 6084 AZN və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 07.12.2021-ci il tarixdə məhkəməyə vəsatət təqdim edərək hazırki işin aidiyyatı üzrə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-5182/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, mülki iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən aidiyyat qaydaları kobud şəkildə pozulmuşdur. Belə ki, iddianın predmeti ünvan 1 ünvanında yerləşir. Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Məhkəmənin e-2(005)-5182/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Mülki iş materiallarında olan tərəflər arasında bağlamış 01.07.2018-ci il tarixli 000759 saylı icarə müqaviləsinin 8.2 və 8.3-ci maddəsində qeyd edilmişdir ki, tərəflər arasında yaranan bütün mübahisələr və anlaşılmazlıqlar mümkün qədər danışıqlar yolu ilə dinc qaydada həll olunmalıdır. Mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə, maraqlı tərəfin müraciətinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində həll olunur. Qeyd edilən müqavilədən də görünür ki, tərəflər arasında mübahisənin ərazi üzrə hansı məhkəmədə baxılması ilə bağlı şərt artıq müəyyən edilmişdir. (iş/vər. 18-23) Belə olan halda kollegiya hesab edir ki, icarə müqaviləsində qeyd edildiyi kimi mübahisənin hansı məhkəmə həll edilməsinə dair şərti tərəflər özləri müəyyən etdiyindən MPM-in 40-cı maddəsinə əsasən hazırki mülki işə aidiyyəti üzrə Nərimanov rayon Məhkəməsində baxılmalıdır. Buna görə də iddiaçı tərəfindən verilən şikayət təmin edilməli, Məhkəmənin 07 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilən şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin tarixli, e-2(005)-5182/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1302/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1302/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver