Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1304/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrsüz hesab olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “mənzilin əvvəlki vəziyyətə gətirilməsi və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin ümumi sahəsi 55,0 kv.m. olan 3 saylı mənzilinin 2 otağı xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs1, 1 otağı 2/5 hissədə X7, 1/5 hissədə X4, 1/5 hissədə X5, 1/5 hissədə İddiaçı adlarına qeydiyyata alınmışdır.
2. Səbail rayon İcra şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədov, icra məmuru Aslan Astanov, “Alliance Consultinq” qiymətləndirmənin nümayəndəsi Müşfiq Məmmədov, Maraqlı şəxs2 MKTX-nin texniki şöbəsinin müdiri Bəxtiyar Quliyev, hal şahidləri Elnur Rüstəmov və Mirvüqar Abbasovun iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 26, 3 saylı mənzilə baxış keçirmək məqsədi ilə həmin ünvana gəlinmiş, qiymətləndirilməli olan sahəni müəyyən etmək üçün icra iştirakçıları ilə birlikdə sözügedən ünvanda yerləşən Maraqlı şəxs1 məxsus naturada ayrılmış 2 otağa baxış keçirilmiş, hərracda satışı təşkil edilməli olan 1 otağın ərazisinə baxış keçirilərkən həmin ərazinin X1 mülkiyyətində olan sahəyə birləşdirildiyi müəyyən olunmuşdur.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin “Mərkəz” Vəkil Bürosunun sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanı X3 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
4. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin ümumi sahəsi 55,0 kv.m. olan 3 saylı mənzilinin 2 otağı xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs1, 1 otağı X10 adına qeydiyyata alınmışdır.
5. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin ümumi sahəsi 55,0 kv.m. olan 3 saylı mənzilinin 2 otağı xüsusi mülkiyyət hüququ üzrə X14, 1 otağı X10 adına qeydiyyata alınmışdır.
6. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 3 saylı mənzilinin sahəsi 36,5 kv.m. olan 2 (iki) yaşayış otağı xüsusi mülkiyyət hüququ üzrə X9, sahəsi 12.0 kv.m. olan 1 (bir) yaşayış otağı X10 adına qeydiyyata alınmışdır.
7. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin ümumi sahəsi 29,2 kv.m. olan 7a saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan Maraqlı şəxs1 məxsus payın (2 otaq) naturada ayrılması, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı, X15, X11 və X8 məxsus hissəsinin (1 otaq) açıq hərracdan satılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri - İddiaçı, X15, X11 və X12 arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı (iddiaçı) Cavabdeh1 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 3 otaqlı 3 saylı mənzilinin təcrid olunmuş 12,2 kv.m. yaşayış sahəsinin ayrıca girişi və sanitar qovşağı olan otağının əvvəlki vəziyyətə gətirilərək təmir edilmiş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. 01.06.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında Cavabdeh2 və Cavabdeh3 birgə cavabdehlər qismində işə cəlb edilmişlər.
11. Məhkəmənin 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 26 ünvanda 3 saylı mənzilin İddiaçı məxsus 12,2 kv.m. olan 1 otağının, həmin ünvan üzrə Cavabdeh2 məxsus 7 A saylı mənzilin ona dair çıxarışda göstərilən 29,2 kv.m. sahəyə uyğun ilkin vəziyyətə gətirilməklə, təcrid olunmuş şəkildə İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 üzərinə qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
12. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsinin (vəkilinin) verdiyi apellyasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin bərpasına dair ərizə məhkəmənin 11 dekabr 2023-cü il tarixli qərardadı ilə təmin olunmamışdır.
13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizəçi, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
14. Həmin qərardaddan Cavabdeh2 nümayəndəsinin (vəkilinin) verdiyi şikayət birinci instansiya məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
15. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
17. Maddə 10-1.5. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
21. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
22. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
23. Maddə 135.6. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
25. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya baxışının həddi
26. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
27. İş materiallarından görünür ki, məhkəmənin qətnaməsi Cavabdeh2 xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə çatdırılmış, onun nümayəndəsi (vəkili) tərəfindən imzalanmış apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron sistemə yüklənmiş, mülki iş xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, buna əsas kimi şikayətin Mülki Prosessual Məcəllədə müəyyənləşdirilmiş formaya uyğun olmaması, həmçinin apellyasiya şikayətində əks olunan “müddətin bərpa edilməsi barədə xahişə münasibət bildirilməməsi” göstərilmişdir.
29. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə sözügedən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
30. Elektron sistem məlumatlarından görünür ki, Cavabdeh2 nümayəndəsi (vəkili) xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda şikayət üzrə prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
31. Cavabdeh2 nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətini ilk dəfə vaxtında vermiş olduğunu nəzərə almaqla kollegiya hesab edir ki, onun müvafiq çatışmazlığı aradan qaldırmaqla sonradan verdiyi şikayət üzrə buraxdığı prosessual müddətin bərpa olunması mümkündür və məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün şikayətinə apellyasiya qaydasında baxılması ədalət prinsiplərinə uyğun olmaqla qanunun məqsədlərinə də müvafiqdir.
32. “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-39/2023 saylı iş üzrə 11 dekabr 2023-cü il tarixli qərardadı ləğv olunsun və həmin iş üzrə xx.xx.2023-cü il tarixli qətnamədən Cavabdeh2 nümayəndəsinin (vəkilinin) verdiyi apellyasiya şikayəti üzrə apellyasiya şikayəti vermə müddəti üzrlü hesab edilərək bərpa olunsun. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə