Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1306/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı istifadə hüqununun tanınması və köçürülmə tələbinə dair mülki iş üzrə Açar sözlər:(mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh, Mübahisə prdmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2014-cü il tarixli, 2(004)-5746/2014saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı cavabeh Cavabdeh ilə 2012-ci ildə rəsmi nikaha daxil olaraq elə həmin ildə ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüş, ərinin və onun valideynlərinin razılığı ilə orada yaşamış və ümumi təsərrüfat aparmışdır. 2.Cavabdeh və onun ailə üzvlərinin onun mübahisəli mənzildə yaşamasına imkan vermədiyini bildirən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşağı xx.xx.2013-cü il təvəllüdlü X3 ünvan 1 evə köçürülməsi və həmin evə onların istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Məhkəmə iclasında İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X13 iddia tələbini müdafiə edərək qeyd etmişdir ki, iddiaçı cavabdehlə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri, ünvan 2 ünvanda tərəflərin ümumi uşaqları xx.xx.2013-cü il təvəllüdlü ədirli Xədicə Ramil qızı adlı övladı anadan olmuşdur. Cavabdeh və onun valideynləri Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi 128 В saylı evdə rəsmi qeydiyyatdadırlar. İlk vaxtlar münasibətləri normal olsa da, son zamanlar aralarında münasibətlər soyuqlaşmışdır. Nəticədə o, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci İatava küçəsi 128 В saylı evdə yaşamaq imkanmdan məhrum olmuşdur. 5.Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X14 iddia tələbini qəbul etməmiş və və mübahisəli ünvanda yaşayan şəxslərin sayının çoxluğu ilə əlaqədar iddiaçının oraya köçməsinə etriaz etmişdir. Eyni zamanda o, qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi 128 В saylı evə cavabdehin və onun valideynlərinin razılığı ilə köçmüş və yaşamışdır. Həmin ünvanda tərəflərin ümumi uşaqları xx.xx.2013-cü il təvəllüdlü X11 adlı övladı anadan olmuşdur. Təmsil etdiyi şəxs iddiaçı və uşağı ilə birgə yaşamaq üçün kirayə mənzil tutmaq niyyətindədir. 6.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 08 sentyabr 2014-cü il tarixli, 2(004)-5746/2014 saylı qətnaməsi ilə (sədrlik edən-Zəfər Quliyev) iddia təmin edilərək, İddiaçı və azyaşlı uşağı xx.xx.2013-cü il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi 128 В aylı evə köçürülməsi və onların həmin evə istifadə hüquqlarının tanınması, qətnamənin İddiaçı və azyaşlı uşağı xx.xx.2013-cü il əvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, 1ci Alatava küçəsi 128 В saylı evə pasport qeydiyyata alınması üçün əsas olması qət edilmişdir. İş materiallarında olan: 7.Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ 812234 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 ilə Cavabdeh arasında nikah xx.xx.2012-ci il tarixdə 1517 nömrə ilə qeydə alınmış, arvada Qədirli soyadı verilmişdir. 8.Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü tarixli, AZ-İİİ 125081 nömrəli doğum haqqında şəhadətnamənin notariat qadasında təsdiq olunmuş surətinə əsasən X11 xx.xx.2013-cü tarixdə tərəflərin birgə nikahından Bakı şəhərində anadan olmuşdur. 9.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinin xx.xx.2014-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi 128 В saylı evin qeydiyyatdan keçməsi barədə idarənin arxivində məlumat aşkaredilməmişdir. 10.Yasamal rayonu 24 saylı MİS-nin xx.xx.2014-cü il tarixli arayışına əsasən Cavabdeh 2001-ci ildən və onun atası X15, anası X9 1984-cü ildən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava içəsi 128 В saylı evdə daimi qeydiyyandadırlar. 11.Məhkəmə qeyd etmişdir ki, mülki və mənzil qanunvericiliyində özbaşına tikintiyə köçürülmə və istifadə hüququ ilə bağlı yaranmış mübahisəli hüquq münasibətlərini tənzimləyən norma mövcud deyildir. Mübahisəli özbaşına tikinti olan ev nə dövlət fondu kimi və nə də xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmamışdır. 12.Buna görə də məhkəmə hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı hüquq münasibətləri isə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. 13.Məhkəmə baxışında müəyyən olunmuşdur ki, mübahisəli ev özbaşına tikilidir iddiaçı həmin evə 2012-ci ildə ərinin və onun valideynlərinin razılığı ilə orada yaşamış və ümumi təsərrüfat aparmışdır. Buna görə də iddiaçı mübahisəli evdə qeydiyyatda olub yaşayanların ailə üzvü hesab edilməklə yaşayış sahəsindən irəli gələn bütün hüquqlara malik olmuş, yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. İddiaçının uşağı yetkinlik yaşına çatmadığından onunköçürülməsi üçün hər hansı razılıq tələb edilə bilməz və onun da mübahisəli yaşayış sahəsindən bərabər istifadə etmək hüququ vardır. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2, 11.1, 11.2-ci; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.2, 68.1, 68.2, 69.1, 69.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 13.5, 217.2 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxsapellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın tamamilə rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar və məhkəmənin gəldiyi nəticə işin faktiki halları və işdə olan sübutlarla tam ziddiyyət təşkil edir və heç bir sübutla öz təsdiqini tapmır. Məhkəmə heç bir araşdırma aparmadan, hüquqlarına və qanunla qorunan maraqlarına toxunan şəxsləri işə cəlb etmədən işə baxmaqla qanunvericiliyin tələblərini və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Qətnamədə məhkəmənin hansı halları və nəyə əsasən müəyyən etməsi aydın deyil. Məhkəmə gəldiyi nəticəni heç bir sübuta əsaslanmadan və istinad etmədən çıxarmışdır. İşin hallarından da açıq-aşkar şəkildə görünür ki, iddiaçı və cavabdeh eyni tərəf olmaqla iddiaçının qeyd edilən evə istifadə hüququ və qeydiyyatını təmin etmək üçün tamaşa təşkil etmiş və məhkəməni də buna alət etmişlər.Məhkəmə Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi ünvanında yerləşən128B nömrəli evin kimə məxsus olması, kimin tərəfindən tikilməsi, iddiaçı və cavabdehin həmin evdə yaşayıb-yaşamaması, həmin evə hərhansı hüquqlarının olub-olmamasını, iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını ümumiyyətlə araşdırmamış və həmin məsələlərə hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Halbuki işin tam, hərtərəfli və obyektiv araşdırılması, qanuni və ədalətli məhkəmə qətnaməsinin çıxarılması üçün ilk növbədə qeyd edilən məsələlərin araşdırılması xüsusilə mühüm əhəmiyyət kəsb edir.Subyektiv hüququn mahiyyətini açıqlayanAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci iltarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element olmadan subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə isə iddiaçının məhz subyektivhüququnun birinci elementinə malik olubolmamasını müəyyən etmədən işə baxaraq qətnamə çıxarmaqla qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, əsassız və qeyri-qanuni qərar çıxarılmışdır. İddiaçı iddia ərizəsində Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi ünvanında yerləşən 128B nömrəli evə gəlin köçdüyünü və orada uşaq doğduğunu göstərmişdir. Lakin sonradan münasibətlərinin korlanması səbəbindən qeyd edilən mənzildən istifadə etmək imkanından məhrum olmasını bildirmişdir. Lakin iddiaçı iddia ərizəsində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçı qətnamənin icrası zamanı ərizə yazaraq qeyd edilən evə köçdüyünü və bununla bağlı heç bir şikayətinin olmamasını bildirmişdir ki, bu da hazırkı məhkəmə prossesinin iddiaçı və cavabdeh tərəfindən təşkil edilmiş tamaşadan başqa bir şey olmadığını sübut edir. Cavabdeh öz izahatında qeyd edilən evdə yaşayan şəxslərin sayının çoxolması səbəbindən iddiaçının həmin evə köçməsinə etiraz etdiyini bildirmişdir. Lakin cavabdeh məhkəməyə Bakı şəhəri, Yasamal rayonu, 1ci Alatava küçəsi ünvanında yerləşən 128B nömrəli evdə çoxlu sayda insanın yaşaması barədə məlumat versə də nədənsə məhkəmə bu fakta heç bir əhəmiyyət verməmiş və həmin şəxslərin qanuni maraqlarına toxunulan şəxs kimi işə cəlb edilməsini təmin etməmişdir. Həmçinin nəinki iddiaçı heç cavabdeh belə qeyd edilən evdə yaşamamışdır. Belə ki, cavabdeh 90-cı illərin əvvəllərində uşaq olarkən valideyinləri ilə birlikdə qeyd edilən evdən köçmüşdür. Həmin vaxtdan bu günə qədər qeyd edilən evdə ondan (Maraqlı şəxs), onun ailə üzvlərindən və valideyinlərindən başqa heç kim yaşamamışdır. Lakin məhkəmə bu faktların heç birinə əhəmiyyət verməmişdir. Ümimiyyətlə qətnamədən də açıq-aşkar surətdə görünür ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmamış, heç bir sübut və əsas olmadan iddianı təmin etmişdir. Bununla da məhkəmə tamamilə qeyri-qanuni və əsassız qətnamə çıxarmışdır. Hesab edir ki, məhkəmənin gəldiyi qənaət işdə olan sübutlara deyil məhkəmənin öz mülahizələrinə əsaslanır ki, bu da qanuna ziddir. Belə ki, məhkəmə qətnaməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Lakin hazırkı halda məhkəmənin gəldiyi qənaət onun öz mülahizələrindən başqa bir şey deyil. Həmçinin məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması üçünzəruri olan heç bir addımı atmamışdır.Məhkəmə qətnaməni əsaslandırmamış, gəldiyi qənaətin hansı sübutlarla təsdiq edildiyinə istinad etməmiş, sübutları əlaqəli şəkildə şərh etməmişdir. Məhkəmə qətnamədə yalnız iddianı təmin etmək üçün aidiyyatı olan və olmayan qanunvericlik normalarını sadalamaqla kifayətlənmişdir. Halbuki həmin normaların bir çoxunun hazırkımübahisəyə heç bir aidiyyatı yoxdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətinin tam şəkildə təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, hal-hazırda həmin ünvanda heç kim yaşamır. Bu hal yerli baxış zamanı da müəyyən olundu. Ev özbaşına tikintidir. İddiaçı mübahisəli evə gəlin gəlməmiş, orada yaşamamışdır. Cavabdeh özü 1990-cı ildən oradan köçüb getmişdir. 19.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, o, həmin evdə yaşamış, 2012-ci ildə iddiaçı ilə ailə qurmuşdur. İddiaçı ailə qurandan sonra həmin evə gəlin gəlmişdir. Məktəbdə oxuduğu zaman onun təhsili ilə nənəsi məşğul olduğuna görə, məktəb sənədlərində ünvan Qara Qarayev 118, mənzil 21 qeyd olunmuşdur. Həmin ev onun ana nənəsinindir. O, mübahisəli ünvan üzrə poliklinikanın da arayışını təqdim etmişdir və orada da qeyd olunub ki, həmin ünvan üzrə çağırışları olmuşdur. Yerli baxış zamanı qapısını açdığı otaqlarda o, valideynləri və ailəsi yaşayıb. O, hazırda ailəsi ilə kirayədə yaşayır. Onun daimi yaşamağa yeri yoxdur. Əgər varsa, apellyator bu barədə sənəd təqdim etsin. 20.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmiş səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.Maddələr 11.1 və 11.2. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn nalogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat ələbləri nəzərə alınmalıdır. 22.Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 23.Maddə 17.2.Mülkiyyət formasına görə mənzil fondu özəl, dövlət ədiyyə mənzil fondlarına bölünür. 24.Maddə 68.1.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun arı və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 25.Maddə 68.2.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabərhüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 26.Maddə 69.1.Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. 27.Maddə 69.2. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. 28.Maddə 70.Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Qərarında yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. 30.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı qərarına uyğun olaraq Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qəinamə qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddələr 13.4 və 13.5. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 33.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 34.Maddə 217.4.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəməiclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnaməninqanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Kollegiya cavabdehi, üçüncü şəxsin nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2014-cü il tarixli, 2(004)- 5746/2014 saylı qətnaməsidəyişdirilmədən saxlanmalıdır. 39.Belə ki, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, mübahisəli evin özbaşına tikinti olması, mülki və mənzil qanunvericiliyində özbaşına tikintiyə köçürülmə və istifadə hüququ ilə bağlı yaranmış mübahisəli hüquq münasibətlərini tənzimləyən normanın mövcud olmaması nəzərə alınmaqla, məhkəmə tərəfindən düzgün olaraq hazırki mübahisəyə qanunun analogiyası üzrə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 17.2, 68.1, 68.2 və 69.1, 69.2-ci maddələri tətbiq etmişdir. Apellyasiya mərhələsində təqdim olunmuş: 40.24 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsi tərəfindən xx.xx.1983-cü ildə verilmiş kartaya əsasən ünvan 1 ev 1972-ci ildə tikilmiş, orada 5 nəfər ailə üzvü qeydiyyatdadır. 1.X12-1913 təvəllüd. 2.X7-1949 təvəllüd. 3.X18. 4. X5. 5.Cavabdeh. 41.83 saylı məktəb-liseyin Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 106 saylı sorğuya cavab məktubunda qeyd etmişdir ki, 1983-cü il təvəllüdlü Cavabdeh 1999-2000-ci tədris ilində 83 saylı məktəb -liseyin Xİ sinfini bitirmişdir. Sinif jurnallarının “Şagirdlər haqqında ümumi məlumat” səhifəsində onun ev ünvanı Q.Qarayev 118, mənzil 21 kimi qeyd olunmuşdur. 42.Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin İcra olunmuş icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında Qərarından görünür ki, iş üzrə tələbkar xx.xx.2015-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək o və azyaşlı uşağı xx.xx.2013-cü il təvəllüdlü X11 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi 128B saylı evə köçdüyünü və bu işlə bağlı şikayəti olmadığını qeyd etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5746/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. 43.xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5746/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə İddiaçı və azyaşlı uşağı xx.xx.2013-cü il təvəllüdlü X11 Bakı şəhəri, ünvan 5 ünvana gəlmiş və MKİS-nin nümayəndəsi evin həmin ev olduğunu təsdiq etmişdir. Borclu özü evin qapısını açaraq tələbkarın ora köçürülməsini təmin etmişdir. 44.İddiaçı Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5746/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsində göstərilən ünvana azyaşlı uşağı ilə köçürülmüşdür. Borclu tərəf heç bir maneçilik göstərməmişdir. İcra sənədinə xitam verilməsini xahiş etmişdir. 45.Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin İcra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən icra sənədi üzrə tələb icra olunduğundan Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-5746/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. 46.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı Şəhər Poliklinikasının Ambulator Kitabçasından (xəstəlik tarixçəsindən) Çıxarışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh 3 saylı Şəhər Poliklinikasında ambulator kartası var. Həmin kartadan görünür ki, 2007-2012-ci illərdə sahə həkiminin evə çağırışı olmuşdur. 47.Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13-16/2-01/4/01- 7/5/2728/2024 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi 128B saylı evlə bağlı Maraqlı şəxs ilə su və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2009-cu il tarixində 10179184 saylı müqavilə bağlanılmış və xx.xx.2023-cü il tarixində abonentin müraciəti əsasında ad dəyişikliyi olunaraq X6 ilə 46654100 saylı müqavilə bağlanılmışdır.
48. 3-cü şəxsin nümayəndəsi və vəkilinin təqdim etdiyi disktdə olan fotoşəkil və video görüntüdə onun uşaqlarının və özünün mübahisəli evdə görüntüləri müəyyən olunur. 49.Məhkəmə kollegiyası tərəfindən cavabdehin, 3-cü şəxsin nümayəndəsi və vəkilinin iştirakları ilə mübahisəli evə baxış keçirilmiş, videogörüntü çəkilmişdir. Yerli baxış zamanı müəyyən olundu ki, mübahisəli evin qapı və pəncərəsi yoxdur, içərisi dağınıq vəziyyətindədir, orada yaşayış yoxdur. Cavabdeh mübahisəli evə daxil olanda sol tərəfdə bağlı qapını açar daxil etmədən güc sərf edərək açmış, orada olan iki otaqda ailə üzvlərinin yaşadığını qeyd etmişdir. 50.Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, mübahisəli ev özbaşına tikilidir.Həmin ev 1972-ci ildə tikilmiş, 1983-cü ilin məlumatına əsasən orada 5 nəfər ailə üzvü qeydiyyatda olmuşdur: 1.X12-1913 təvəllüd. 2.X7-1949 təvəllüd. 3.X18. 4. X5. 5.Cavabdeh.Cavabdeh İddiaçı ilə xx.xx.2012-ci ildə ailə qurmuş, sonuncu Cavabdeh qeydiyyatda olduğu və yaşadığı evə gəlin gəlmişdir. 51.Buna görə də iddiaçının mübahisəli evdə qeydiyyatda olub yaşayanların ailə üzvü hesab edilməklə yaşayış sahəsindən irəli gələn bütün hüquqlara malik olmuş, yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. 2014-cü ildə işə baxılarkən məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçının uşağı yetkinlik yaşına çatmadığından onun köçürülməsi üçün hər hansı razılıq tələb edilə bilməz və onun da mübahisəli yaşayış sahəsindən bərabər istifadə etmək hüququ vardır. 52.3-cü şəxs Cavabdeh mübahisəli evdə 1990-cı ildən yaşamadığını qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.
53. 3-cü şəxs sübut kimi, kommunal xidmətlərin öz adına olmasını, Cavabdeh oxuduğu məktəbdə ev ünvanının Q.Qarayev 118, mənzil 21 kimi qeyd olunmasını, təqdim etdiyi videoda öz uşaqlarının evdə görüntülərinin olmasına istinad etmişdir. 54.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 55.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 56.“Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 57.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 58.Cavabdeh oxuduğu məktəbdə ev ünvanının Q.Qarayev 118, mənzil 21 kimi qeyd olunmasını onunla izah etmişdir ki, onun təhsili ilə nənəsi məşğul olduğundan, nənəsi məktəbdə öz ünvanını qeyd etdirmişdir. Qeyd olunan ev onlara deyil, nənəsinə məxsusdur. 59.Bunla bağlı məhkəmə kollegiyası tərəfindən 121 saylı MKİS-nə sorğu verilmiş, 121 saylı MKİSnin 29 mart 2024-cü il tarixli, Ç-11 saylı məktubuna əsasən Bakı şəhəri, Q.Qarayev 118, mənzil 21 xx.xx.2014-cü il tarixdən X2 məxsusdur. 60.Digər tərəfdən 3 saylı Şəhər Poliklinikasının Ambulator Kitabçasından (xəstəlik tarixçəsindən) Çıxarışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh 3 saylı Şəhər Poliklinikasında ambulator kartası var. Həmin kartadan görünür ki, 2007-2012-ci illərdə sahə həkiminin evə çağırışı olmuşdur. 61.Bundan əlavə yerli baxış zamanı mübahisəli ünvanda faktiki olaraq heç bir yaşayış olmadığı, evin içərisinin dağılmış vəziyyətdə, qapı və pəncərəsinin olmadığı müəyyən olunmuşdur. 62.Kommunal xidmətlərin 3-cü şəxsin adına olması, cavabdehin həmin ünvanda yaşamaması, iddiaçının ora gəlin gəlməməsinin mötəbər sübutu kimi qəbul oluna bilməz. 63.Kollegiya qeyd edir ki, 3-cü şəxs olan apellyator cavabdehin həqiqətən mübahisəli evdən köçməsi, onun daimi olaraq yaşamaq üçün başqa ünvana köçməsini təsdiq edəcək mötəbər sübuütlarını məhkəməyə təqdim etməmişdir. 64.Kollegiya qeyd edir ki, 2014-cü ildə qətnamə qəbul edildiyindən, həmçinin həmin dövrə münasibətdə cavabdehin həmin ünvanda yaşamaması, iddiaçının 2012-ci ildə ailə qurandan sonra həmin ünvana gəlin gəlmədiyini təsdiq edən mötəbər və təkzibolunmaz sübutları olmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. 65.Məhkəmə kollegiyası işin faktiki hallarına və qanunvericiliyin qeyd olunan müddəalarına əsasən hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 66.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 67.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 68.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2014-cü il tarixli, 2(004)-5746/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov