Məhkəmə qərarları › İş №2(103)-131/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-131/2022

11.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-131/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun vəkili X7, Cavabdehlər X4, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-206/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11 və digər şəxslər Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 71 saylı bağ sahəsindən çıxarılması və boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakışəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi 71 ünvandakı 0,25 ha sahəsi olan bağ onun xüsusi mülkiyyətində ona əmlakıdır. Həmin bağ sahəsi 8296 saylı müqavilə ilə Bağlar Təsərüfatı və İnkişaf Birliyi tərəfindən 1967-ci ildə mərhum X6na və ailə üzvlərinə icarəyə verilmişdir. Müqavilə bağlanan gündən bu günə kimi sözügedən bağ sahəsi onların ailəsinin istifadəsindədir. Bundan sonra mərhum atası ailə üzvləri ilə birlikdə həmin bağ sahəsinə hasar çəkdirmiş, ağaclar əkdirmiş, bağa komunal xətlər çəkdirmiş və bağ sahəsində özlərinə ev tikdirərək orada yaşamışlar. Bağ sahəsi ilkin olaraq mərhum X6nun adına sonra isə vərəsə kimi onun adına rəsmləşdirilmiş vəəmlak dövlət reyestrində hüquqi qeydə alınmaqla əmlaka dair ona DƏDRX-nin BakıƏrazi İdarəsi tərəfindən ******* saylı çıxarış verilmişdir. Qeyd etdiyi kimi mübahisəli bağ sahəsi 1967-ci ildən, mərhum atası ilə müqavilə bağlanan gündən bu günə kimi onların istifadəsində və sonradan isə xüsusi mülkiyyətindədir. X6 12.02.1998-ci ildə, anası X8 27.05.1999-cu ildə vəfat etmişdir. Valideynlərinin yeganə vərəsəsi odur. Cavabdeh Rafiq Qəşəm oğlu mərhum X6nun uzaq qohumudur. 1993-cü ildə Cavabdeh1 məcburi köçkün düşmüşdür. Həmin ərəfədə yaşayış yeri olmadığından ailəsi ona ailəsi ilə birgə həmin bağ sahəsində müvəqqəti məskunlaşmağa razılıq vermişdir. Bundan sonra cavabdehlə birgə onlar da həmin bağ sahəsində mövsümi olaraq yaşamışlar. O yeganə vərəsə kimi atasından miras qalmış mübahisəli bağ sahəsinə dair məhkəmədə mübahisə qaldırmışdır. Xəzər rayon Məhkəməsinin 23 noyabr 2011-ci il tarixli 2(003)-2350/2011 saylı qətnaməsi ilə mərhum X6nun Bakışəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 71 saylı mübahisəli bağ sahəsinin 8296 saylı müqaviləyə əsasən Bağlar Təsərüfatı vəİnkişaf Birliyi tərəfindən 1967-ci ildən istifadəsinə ayrılması faktı müəyyən olunmuş, 2 saylı Bakıİnzibati İqtisad Məhkəməsinin 2-1(82)-3361/2016 saylı qərarı iləƏMDK-nin DƏDRX-nin BakıƏrazi İdarəsinin üzərinə Bakışəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 71 saylı mübahisəli bağ sahəsinə dair onun adına çıxarışın və plan ölçüsünün verilməsi öhdəliyi qoyulmuş və həmin bağ sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh1, həyat yoldaşı X1, qızı Cavabdeh3, oğlu X21 2005-ci ilə kimi mübahisəli bağ sahəsində yaşamış və sonra Cavabdeh1 ünvan 1 ünvanında qızına ev almış, ailəüzvləri ilə birgə həmin mənzilə daimi qeydiyyata alınmaqla həmin ünvana köçərək bir müddət orada yaşamışlar. O, məhkəmələrdə hüquqlarının müdafiəsi ilə əlaqədar mübahisə qaldırdıqdan sonra cavabdehlər yaşadıqları ünvandan ünvan 2ağ sahəsinə köçərək bağını və evini zəbt etmişlər. Dəfələrlə cavabdehlərdən zəbt etdikləri bağ sahəsinin və evinin boşaldılmasını tələb etsə də könüllü olaraq bağ sahəsini və evini boşaltmırlar, bağ sahəsində digər məcburi köçkünləri yerləşdirəcəkləri ilə onu hədələyirlər, qanunsuz olaraq əmlakından istifadə edirlər, onu və ailəsini bağa buraxmırlar. Sonda iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-206/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11 və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 71 saylı bağ sahəsindən çıxarılması və boşaldılaraq İddiaçı təhvil verilməsi qət olunmuşdur. Cavabdehlər həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02.03.2020-ci il tarixli, 2(006)-206/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırırlar ki, həmin qətnamənin mövcudluğundan yalnız Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin cavabdehlərə ünvanladığı 02 sentyabr 2020-ci il tarixli məktubundan xəbər tutduqdan sonra Nəsimi rayon Məhkəməsinə ərizə ilə müraciət edərək qətnamənin onlara verilməsini xahiş etmişlər. Məhkəmənin qətnaməsi 09.09.2020-ci il tarixdə məhkəmənin inzibati binasında cavabdehlərdən Cavabdeh1 təqdim edilmişdir. Həmin qətnamədən narazıdırlar və hesab edirlər ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Cavabdehlər olduqları hazırkı mübahisənin iştirakları olmadan həll edilməsi nəticəsində işin ədalətli araşdırılması hüquqları pozulmuşdur. Bildirirlər ki, ailələri 1993-cü il tarixdə məlum səbəblərdən Ağdam rayonundan məcburi köçkün düşərək həmin bağ sahəsində məskunlaşaraq fasiləsiz və mübahisəsiz 26 il ərzində yaşamaqdadırlar. Bu müddət ərzində onlara qarşı həmin bağ sahəsindən çıxarılmaqları və ya həmin bağ sahəsinin kimə məxsus olması barədə heç bir şifahi və ya rəsmi müraciət olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, iddiçı məhkəmədə verdiyi izahatında da etiraf edir ki, onlar həqiqətən 1993cü ildən məcburi köçkün düşərək həmin ünvanda daimi yaşayırlar. Lakin iddiaçının guya mövsimi olaraq cavabdehlərlə yaşaması barədə dediyi tamamilə yalandır və orda yaşaması barədə heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa onun guya həmin sahədə həm cavabdehlərin evi zəbt etdiklərini bildirməsi də həqiqətə uyğun deyildir. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Xəzər rayonu üzrə sektor müdiri tərəfindən verilmiş arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 1993-cü ildən Şüvəlan qəbəsi, ünvan 5 ünvanda məcburi köçkün kimi qeydiyyatdadırlar. Bundan başqa həmin ünvanda yaşayan qonşular X5, X10 və X9 notarial qaydada təsdiq edilmiş ərizəsindən də görünür ki, onlar həqiqətən 1993-cü ildən hal-hazıra qədər Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Ordubadi küçəsi 71 ünvanda daimi yaşayırlar. Məhkəmə onların iştirakı olmadan qərar qəbul etdiyindən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə Kollegiyasının nəzərinə çatdırırlar ki, ailələri 1993-cü ildən məskunlaşdıqları və fasiləsiz yaşadıqları torpaq 0,40 ha torpaq sahəsidir. İddiaçı isə həmin ərazidə yalnız 0,25 ha torpaq sahəsinə çıxarış almışdır. Belə olan halda onun aldığı çıxarışın cavabdehlərin istifadə etdikləri və yaşayış evi tikdikləri torpaq sahəsinə aid olduğu barədə heç bir sübut yoxdur. Ona görə də bu barədə torpaqşünaslıq ekspertizası keçirilməsini xahiş etmişlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli qaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehlər X11, Cavabdeh1 və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X17 iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-206/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi qismən – iddianın digər şəxslərə dair iddianın təmin olunmuş hissədə ləğv olunmalı, həmin hissədə iddia baxılmamış saxlanılmalı, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehlər apellyasiya şikayətlərində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-206/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsini bütövlükdə mübahisələndirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 71 bağ sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdehlər Ağdam rayonundan məcburi köçkün kimi 1993-cü ildən hal-hazıra qədər iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Ordubadi küçəsi 71 ünvanda daimi yaşayırlar.İddiaçı hazırkı iddiasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11 və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 71 saylı bağ sahəsindən çıxarılması və boşaldılaraq İddiaçı təhvil verilməsini xahiş etmişdir.Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-206/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdehlər isə apellyasiya şikayətində bildirmişlər ki, onlar həqiqətən 1993-cü ildən hal-hazıra qədər Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Ordubadi küçəsi 71 ünvanda daimi yaşayırlar. Məhkəmə onların iştirakı olmadan qərar qəbul etdiyindən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə Kollegiyasının nəzərinə çatdırırlar ki, ailələri 1993-cü ildən məskunlaşdıqları və fasiləsiz yaşadıqları torpaq 0,40 ha torpaq sahəsidir. İddiaçı isə həmin ərazidə yalnız 0,25 ha torpaq sahəsinə çıxarış almışdır. Belə olan halda onun aldığı çıxarışın cavabdehlərin istifadə etdikləri və yaşayış evi tikdikləri torpaq sahəsinə aid olduğu barədə heç bir sübut yoxdur. Ona görə də bu barədə torpaqşünaslıq ekspertizası keçirilməsini xahiş etmişlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli qaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərinin yoxlanması baxımından Bakı Apellyasiya məhkəməsinin qərardadı ilə iş üzrə texniki ekspertiza təyin olunmuşdur. Beləliklə, cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsində məcburi köçkün kimi yaşadıqları aşağıdakı iş materialları ilə müəyyən olunur: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 26.01.2012-ci il tarixli, **********82 saylı məktubundan görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-2350/11 saylı 23.11.2011-ci il tarixli qətnaməsi tərəflərindən icra olunmuşdur. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 23 noyabr 2011-ci il tarixli, 2(003)-2350/2011 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 71 saylı bağ sahəsinin 8296 saylı müqaviləyə əsasən Bağlar Təsərrüfatı vəİnkişafı Birliyi tərəfindən 1967-ci ildə X12 istifadəsinə ayrılması faktı müəyyən edilmişdir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 26 iyul 2012-ci il tarixli, 2(003)- 1725/2012 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 71 saylı bağ sahəsinin 8296 saylı müqaviləyə əsasən Bağlar Təsərrüfatı vəİnkişafı Birliyi tərəfindən 1967-ci ildə X12 istifadəsinə ayrılmış 71 saylı bağ sahəsinin faktiki vəziyyətdə torpaq sahəsinin 0,25 ha olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 noyabr 2016cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakışəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 71 bağ sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçünün tərtib verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə olması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* və ******* saylı çıxarışlarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 71 saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və daşınmaz əmlakın dövlət reyestrində 753 nömrəli reyestr kitabının 71366 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(103)-12267/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, X4 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə qarşı İddiaçı və X16 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 71 saylı bağ sahəsinə dair verilmiş 12.10.2017-ci il və 27.09.2017-ci il tarixli çıxarışların ləv edilməsi tələbinin rədd edilməsi barədə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-2414/19 saylı 16.07.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.Həmçin, göstərilən qətnamə ilə iddiaçıların belə iddia qaldırmağa subyektiv hüquqları olmaması müəyyən olunmuşdur.(i/v-91). İş materiallarına əlavə edilmiş “X23 və Ekspertiza Mərkəzi” MMC-nin 17 dekabr 2021-ci il tarixli, 92 nömrəli mütəxəssis rəyindən görünür ki, Mütəxəssis qarşısında qoyulmuş sual: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 çıxarılması tələb olunan torpaq sahəsi və fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Seriya RX ******* saylı 12.10.2017-ci il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən 0,25 ha bağ sahəsinin hüdudları daxilindədirmi? Mütəxəssis qarşısında qoyulmuş sual iddiaçının iştirakı ilə məktuba əlavə edilmiş sənədlərə əsasən yerində araşdırıldı. Naturada mübahisələndirilən torpaq sahələrinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının otofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Seriya RX ******* saylı 12.10.2017-ci il tarixli Çıxarışa əlavə edilmiş 13.03.2018-ci il tarixli **********00 Reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar Google Yer proqramının otofoto görüntüləri üzərinə gətirildi. Bu zaman məlum oldu ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 çıxarılması tələb olunan torpaq sahəsi və fərdi yaşayış evi həmin koordinatlar daxilində, yəni İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 çıxarılması tələb olunan torpaq sahəsi və fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Seriya RX ******* saylı 12.10.2017-ci il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən 0,25 ha bağ sahəsinin hüdudları daxilindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2022-ci il tarixli 10/6714 nömrəli rəyinin məzmunundan görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 faktiki istifadəsində olan fərdi yaşayış evinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın DövlətReyestri Xidmətinin Seriya RX ******* saylı, 12.10.2017-ci il tarixli çıxarışı əsasında İddiaçı mülkiyyətində olan, ünvan 7 ünvanda yerləşən 0,25 ha bağ sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Beləliklə ilk növbədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutlardan, işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olduğu kimi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 71 saylı 0,72 ha bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu mad.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı xüsusi mülkiyyətində olan bağ sahəsindən, yəni Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 71 saylı bağ sahəsindən cavabdehlərin çıxarılmasını, həmin bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edildiyi kimi, işin faktiki halları, məhkəmə mübahisələri və qanun qüvvəsi almış məhkəmə qətnamələri ilə cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 71 saylı bağ sahəsinə hər hansı subyektiv hüquqlarının olmaması da müəyyən edilmişdir. Beləliklə ki, iddiaçı tərəfin izahatından və işin faktiki hallarıdan aydın olur ki, cavabdehin yuxarıda qeyd olunan Qanunların və Beynəlxalq aktların tələblərini pozaraq, iddiaçının mülkiyyətində olan bağ sahəsində qalması, iddiaçının öz əmlakından sərbəst surətdə istifadə etmək, əmlaka sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış və bununla da onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 71 saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində əsaslıdır, odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə digər şəxslərə dair iddianın təmin olunmuş hissəsində ləğv edilmiş və iddia həmin hissədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(103)-131/2022 saylı qərardadı ilə baxılmamış saxlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-206/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi qismən - digər şəxslərə dair iddianın təmin olunmuş hissəsində ləğv olunsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar