Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13120/2019 24.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 işitrakı ilə İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçınin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, “xxxx” KB ASC-nin Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 547 ünvanında yerləşən 33 nömrəli mənzildən çıxarılmaqla, həmin mənzilin boşaldılması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, “xxxx” KB ASC Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 547 ünvanında yerləşən 33 nömrəli mənzilə Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və cavabdeh Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 547 ünvanında yerləşən 33 nömrəli mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 547 ünvanında yerləşən 33 nömrəli mənzil kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edilmişdir. “xxxx” KB ASC hərrac vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 547 ünvanında yerləşən 33 nömrəli mənzili almışdır. İddiaçı “xxxx” KB ASC həmin mənzilə RX seriyalı, ******* nömrəli çıxarış əldə etmişdir. Həmin mənzildə hazırda Cavabdeh qeydiyyatdadır və həmin əmlakın qanuni özgəninkiləşdirilmsə bu şəxsin iradəsindən aslıdır.Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. İddiaçı “xxxx” KB ASC-nin səlahiyətli nümayəndəsi Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, “xxxx” KB ASC-nin Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edəni iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, iddia tələbi təmin edilməlidir, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 547 ünvanında yerləşən 33 nömrəli mənzilə Cavabdeh istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyator qətnaməni iddianın təmin olunmamış hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, belə əsas gətirmişdir ki, istifadə hüququna xitam verilməsi məsələsi həll edilməsi üçün əvvəlcə istifadə hüququnun yaranıb-yaranmadığı, bunun üçün isə qanunvericilikdə qeyd olunan əsasların mövcud olub-olmadığı müəyyən edilməli, bundan sonra isə mövcud olan və ya mövcud olmayan hüquqa məhkəmə qaydasında xitam verilməsinin mümkünlüyü yoxlanılmalıdır. Cavabdehin həmin mənzilə istifadə hüququ olmadığından istifadə hüququna xitam verilməsi hissəsində iddia rədd edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 547 ünvanında yerləşən 33 nömrəli mənzildə qeydiyyatdadır. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 547 ünvanında yerləşən 33 nömrəli mənzil RX seriyalı, ******* nömrəli çıxarışla mülkiyyət hüququ əsasında “xxxx” KB ASC-yə məxsusdur. xx xxxxxx 2018-ci il tarixli hərrac təşkilatının protokolundan görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 547 ünvanında yerləşən 33 nömrəli mənzil “xxxx” KB ASC-yə satılmışdır. Hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsindən əsasən sifarişçi “xxxx” MMC Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 547 ünvanında yerləşən 33 nömrəli mənzili alıcıya verməyi, alıcı isə mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ bəndinə əsasən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ bəndinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanların və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidilər. Göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 547 ünvanında yerləşən 33 nömrəli mənzil “xxxx” KB ASC tərəfindən qanuni əsasla alınmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən həmin mənzil “xxxx” KB ASCnin tam mülkiyyətindədir və cavabdeh qeyd olunan mənzilə itifadə hüququnu itirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, iddianı cavabdehin istifadə hüququna xitam verilməsi hissəsində təmin etməməklə səhv nətcəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilsin. İddia tələbi həmin hsədə təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 547 ünvanında yerləşən 33 nömrəli mənzilə Cavabdeh istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-13120/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13120/2019
24.10.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver