Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1315/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, X11 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(008)-3354/2023 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Sabunçu rayon Məhkəməsinə iddia verərək (dəqiqləşdirilmiş tələblə) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 saylı mənzilin bəzi əşyaları ilə - kondisioner, dəhliz şkafı, mətbəx mebeli ilə birlikdə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X7 və X8 tərəfindən İddiaçı təhvil verilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X7 vəX8 ilə birgə həmin mənzildən çıxarılmaları, mənzilin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X7 və X8 tərəfindən boşaldılması, mənzilin açarlarının cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X7 və X8 tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları X4 və X5 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X2, 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin Xüsusi X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia verərək İddiaçı ilə X2 arasında ünvan 1 ünvanında yerləşən 10 №-li mənzilə dair 22 dekabr 2022-ci il tarixdə bağlanmış və 4 saylıAsan Xidmət Mərkəzinin Notariat Ofisinin Xüsusi X1 tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair İddiaçı adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(008)-3354/2023 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinivə ilkin iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən sorğu daxil olaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2024 nömrəli qətnaməsindən X2 tərəfindən apellyasiya şikayəti verildiyindən yaranmış zərurətlə əlaqədar qeyd edilən mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası daxil olan sorğunu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 15 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarma və digər tələblərinə; iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması qarşılıqlı iddia tələblərinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 15 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1315/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1315/2025
12.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver