Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1316/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2985/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) bağlanılmış, müqaviləyə əsasən bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 1.5-ci bəndinə görə, bu müqavilə üzrə bank tərəfindən qəbul etdiyi məbləğ 10.000 USD təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə əmanət xx.xx.2015ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 12 ay müddətinə qəbul edilmişdir. Bu əmanət üzrə Əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 7% ödənilir.
3. Həmin müqavilənin 5.2-ci bəndinə görə, Müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün (xx.xx.2016) əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir.
4. Müqavilənin 6.7-ci bəndinə görə, Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödəyir.
5. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 89657695 №-li Əlavə Sazişin 1.6.1-ci bəndinə əsasən Bank əmanət üzrə Əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 3% faizlər ödəyir. Sazişin 2.2.3-cü bəndinə əsasən müqavilənin bu əlavə sazişlə ziddiyət yaratmayan digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır.
6. “Oxu.az” internet səhifəsindən çıxarışdan görünür ki, xx.xx.2017-ci ildə "xxxx"da əmanətləri olanların nəzərinə başlıqlı xəbər dərc edilmiş, xəbərin məzmununda qeyd edilmişdir ki “Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, "xxxx" ASCdə qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində "xxxx" ASC seçilib. Bu barədə oxu.az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib. Məlumata görə, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə xx.xx.2018-ci il tarixindən "xxxx" ASC-nin filial şəbəkəsi vasitəsilə başlanılacaq. Proses haqqında vətəndaşlara mütəmadi məlumat veriləcək. ... Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət X1 xx.xx.2017-ci il tarixli, 49/1 saylı qərarı ilə "xxxx" ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya xx.xx.2017-ci il tarixindən ləğv edilib. Qanuna uyğun olaraq bankda sığorta hadisəsi günü xx.xx.2017-ci il müəyyən edilib”.
7. Əmanətlərin Sığortalanması Fondunun Agent Bankı "xxxx" ASC-nin 28 May filialına xx.xx.2018-ci ildə daxil olmuş İddiaçı tərəfindən verilmiş kompensasiyanın ödənilməsi haqqında ərizədən görünür ki, o, əmanət müqaviləsi üzrə kompensasiyanı bank hesabına köçürmə yolu ilə "xxxx" ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində göstərilən məbləğdə ödənilməsini xahiş etmişdir.
8. "xxxx" ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci ildə 1060 ABŞ dolları məbləğində kompensasiya ödənilmiş (ştampla təsdiq edilmişdir), 10136.81 ABŞ dolları kompensasiya olunmayan məbləğ hesab edilmişdir.
9. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2020-ci ildə daxil olmuş İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, o, "xxxx" ASC-də özünə məxsus qorunmayan əmanət məbləğinin 2-ci tranş üzrə ödəniləcək hissəsinin qeyd edilən bank rekvizitlərinə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir.
10. İddiaçı tərəfindən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, "xxxx" ASC-də özünə məxsus qorunmayan əmanət məbləğinin 3-cü tranş üzrə ödəniləcək hissəsinin qeyd edilən bank rekvizitlərinə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir.
11. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2022-ci ildə daxil olmuş İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, o, "xxxx" ASC-də özünə məxsus qorunmayan əmanət məbləğinin 4-cü tranş üzrə ödəniləcək hissəsinin qeyd edilən bank rekvizitlərinə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir.
12. Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2023-cü il tarixdə daxil olmuş İddiaçı tərəfindən verilmiş pretenziyadan görünür ki, "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsi üzrə kompensasiya məbləğinin 3 gün müddətində ona ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir.
13. İddiaçı LPO "xxxx" ASC-də olan hesabından xx.xx.2019- xx.xx.2023-cü illəri əhatə edən çıxarışından görünür ki, xx.xx.2020-ci ildə tələbli əmanət üzrə 2-ci tranş açıqlaması ilə 2.797,06 ABŞ dolları, xx.xx.2021-ci ildə tələbli əmanət üzrə 3-cü tranş açıqlaması ilə 124.71 ABŞ dolları, xx.xx.2023-cü ildə tələbli əmanət üzrə 4-cü tranş açıqlaması ilə 252.37 ABŞ dolları olmaqla, cəmi 3.174,14 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı verilmişdir.
14. İddiaçı aid son müştəri məlumatlarına əsasən “Deposit” olaraq 10.000 ABŞ dolları, faiz məbləği isə 136.81 ABŞ dolları göstərilmişdir. Eyni zamanda cavabdehin Toğrul Surxaylı adlı əməkdaşı tərəfindən Aygün Balıyeva adlı əməkdaşa göndərilmiş məktubda 10.136 ABŞ dolları məbləğində tələbin qeydə alındığı göstərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) üzrə əmanətə qoyulmuş 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə həmin məbləğə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün illik 7% dərəcəsilə hesablanmış 699,60 ABŞ dolları məbləğində faizlərin, cəmi 10.699,60 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 145 manat məbləğində dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) bağlanılmışdır. Tərəflər arasında yaranmış münasibətlər müqavilə əsasında yaranmışdır və müqavilə öhdəlikləridir. Sözügedən Müqavilənin predmetinə görə, Bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü, 1.5-ci, 1.6-cı və 2.5-ci bəndlərinə əsasən, əmanət xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 12 ay müddətinə qəbul edilir. Bu müqavilə üzrə bank tərəfindən qəbul edilən məbləğ 10.000 USD təşkil edir. Bank əmanət üzrə əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müqavilənin sonunda illik 7% ödəyir. Əmanət üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. Tərəflər arasında imzalanmış müqavilə üzrə Bankın vəzifələri aşağıdakılardan ibarətdir: Əmanətçiyə tələbi əsasında əmanətini bu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmaq; Hesablanan faizlərin düzgünlüyünə riayət etmək və həmin faizləri Əmanətçiyə vaxtında ödəmək və s. Əmanətçinin hüquqları isə aşağıdakılardır: Müqavilənin 1.6-cı bəndində göstərilən faizləri almaq; Müqavilə ilə müəyyən edilmiş qaydada əmanətinin qaytarılmasını tələb etmək və s. Müqavilənin 6.2-ci, 6.3-cü bəndlərinə görə, Bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Sığorta hadisəsi – Bankın məcburi ləğvi və ya müflis olması, Bankın əmanətçi qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, yəni sığorta hadisəsi baş vermişdir. X5 Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı Bankın ləğvedicisi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək Bankda olan əmanətlərinin və ona hesablanmış faizlərin geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Müqavilənin 6.6-cı bəndinə görə, aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: a) Adsız borc qiymətli kağızlarının yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri; b) Bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər; c) Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; d) Cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər; e) Üzərinə həbs qoyulmuş əmanətlər; f) Cəlb edildiyi gönə Fond tərəfindən Mərkəzi Bankla razılaşdırılmaqla müəyyən edilmiş həddən, yəni 12 faizdən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; g) Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri; h) Fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri; i) Ödəniş müddətinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti; j) Bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər. X2 xx.xx.2015-ci il tarixli qərarı əsasında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz olmuş və bu, müqavilədə öz əksini tapmışdır. Odur ki, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı banka qoyduğu əmanət müqavilə üzrə sadalanan qorunmayan əmanətlər sırasına daxil olmadığından, iddiaçının əmanəti qorunan əmanət hesab edilir. Müqavilənin 6.7-ci bəndinə görə, Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödəyir. Müqavilənin 6.8-ci bəndinə görə, Fond kompensasiyanı Mərkəzi valyutada olan əmanət üzrə manatla, ABŞ dolları olan əmanət üzrə ABŞ dollarında, avroda olan əmanət üzrə isə avroda əmanətçiyə ödəyir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə əmanətçiyə ödəyir. Müqavilənin 7.3-cü bəndinə görə, bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla və ya razılıq əldə olunmadıqda Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Belə ki, Bank və əmanətçilər arasında münasibətlər Mülki Məcəllənin 51-ci fəslinin normaları və “Banklar haqqında” Qanunla tənzimlənir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) üzrə əmanətə qoyulmuş 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə həmin məbləğə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün illik 7% dərəcəsilə (7 : 12 = 0.583; 10.000 x 0.583 = 58,3 (aylıq); 58,3 x 12 = 699,60 (illik)) hesablanmış 699,60 ABŞ dolları məbləğində faizlərin, cəmi 10.699,60 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir
17. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, iddia tələbi tam əsassızdır. Fond sığorta hadisəsinə məruz qalmış bankın qorunan əmanətçilərinə əmanət üzrə kompensasiya ödənişinin vaxtında icrasını təmin etmişdir. Belə ki, məhkəməyə ünvanlanan müvafiq sənəndlərdən görünür ki, iş üzrə iddiaçı xx.xx.2018-ci ildə qorunan əmanəti üzrə hesablanmış 1.060 ABŞ dolları kompensasiya vəsaitini əldə etmişdir. Qalıq vəsaitinə münasibətdə əmanətçi özü də kompensasiya olunmayan məbləğ kimi qəbul etmiş və kreditor tələbi kimi qeydiyyata alınmasına münasibətdə əks münasibət bildirməmişdir. Bu isə tərəflər arasında olan hüquq münasibətlərinin bəyənilməsini özündə ehtiva edir. İş materiallarına əlavə edilmiş müqavilə və müqaviləyə razılaşmadan müəyyən edilir ki, tərəflər arasında bağlanılan əmanət müqaviləsi üzrə əmanətin qorunan əmanətlərin əhatə dairəsinə aid edilməsi üçün sonuncu aralarında bağlanmış Əlavə Saziş xx.xx.2016-cı il tarixlidir. Həmin Sazişin 2.3-cü bəndinə əsasən xx.xx.2015-ci ildə bağlanmış Əmanət müqaviləsinin digər bəndləri dəyişdirilmədən saxlanılır. Bu isə özündə onu göstərir ki, xx.xx.2015-ci il tarixli müqavilənin 5.2-ci bəndi öz qüvvəsində qalır. Tərəflər öz iradə ifadələrini müqavilədə öz əksini tapan imzaları ilə təsdiq etmişlər. Sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Hazırki mübahisə predmeti olan və birinci instansiya məhkəməsi tərəfindən əmanət üzrə kompensasiya olunacaq məbləğ kimi tanınan kreditor tələbinin növbədənkənar qaydada ödənilməsi digər kreditorların hüquqlarının pozulmasına gətirib çıxaran amildir. İddiaçı tələbi kreditor tələbi kimi qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Və artıq hesabdan çıxarışdan görünür ki, 3 tranş üzrə vəsaitləri əldə etmişdir. Həmçinin, bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Qanunun qeyd edilən müddəası kəsici müddətdir və müddət artıq iddiaçı tərəfindən ötürülmüşdür. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
18. İddiaçı cavabdehin etirazına yazılı münasibətə dair ərizə təqdim edərək, etirazda göstərilmiş qanunla nəzərdə tutulmuş müddətin iddiaçı tərəfindən ötürülməsinə dair cavabdehin mövqeyinin əsassız olduğunu qeyd etmişdir. Belə ki, Qanuna əsasən Fond 90 gün ərzində əmanətçiyə kompensasiyanı ödəməli olduğu halda ödəməmiş, Qanunla üzərinə qoyulmuş öhdəliyi pozmuşdur. Bundan əlavə, cavabdehin məntiqi ilə düşünsək, o zaman Fond heç bir əmanətçiyə kompenasiyanı ödəməyərək 5 illik müddəti gözləyər və bununla da müddət ötürülmüş hesab olunar ki, bu da tamamilə absurddur. Mülki qanunvericiliyə görə, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. Eyni zamanda, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsinin (“Göy əmanət”) 5.2-ci bəndinə görə, Müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün (xx.xx.2016) əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə müqavilənin müddətinin bitdiyi vaxtda əmanət əmanətçi tərəfindən geri götürülmədiyinə görə bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, yəni sığorta hadisəsi baş vermişdir. X5 Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Sığorta hadisəsinin baş verdiyi günədək də əmanət geri götürülməmişdirsə, deməli, müqavilə həmin müddətədək uzadılmış hesab edilir. Bununla da, sığorta hadisəsi baş verdiyi vaxtda iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə qüvvədə idi. Bundan əlavə, cavabdeh tərəfindən elektron məhkəmə sisteminə yüklənilmiş xx.xx.2016-ci il tarixli, 89657695 nömrəli Əlavə Sazişin məhz hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsinin Əlavəsi olduğu bildirilmişdir. X7 1.6.1-ci bəndinə görə, bank əmanət üzrə əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 3% faizlər ödəyir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Odur ki, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı banka qoyduğu əmanət müqavilə üzrə sadalanan qorunmayan əmanətlər sırasına daxil olmadığından, iddiaçının əmanəti qorunan əmanət hesab edilir. Müqavilənin 6.7-ci bəndinə görə, Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödəyir. Göstərilənləri əsas gətirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
19. İddiaçının nümayəndəsi və vəkili daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) və xx.xx.2016-ci il tarixli, 89657695 nömrəli Əlavə Saziş üzrə qalıq 6.907,12 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə əmanət məbləğinə illik 3% dərəcəsilə hesablanmış 300 ABŞ dolları məbləğində faizlərin, cəmi 7.207,12 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 145 manat məbləğində dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
20. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2015ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) bağlanılmışdır. Müqavilənin 1.5-ci bəndinə görə, bu müqavilə üzrə bankın qəbul etdiyi məbləğ 10.000 (on min ABŞ dolları) USD təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, tranşlarla ödəniş olduğundan hazırda qalıq məbləğ 6.907,12 ABŞ dolları təşkil edir. Sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olmuşdur. Belə ki, cavabdeh tərəfindən elektron məhkəmə sisteminə yüklənilmiş xx.xx.2016-cı il tarixli, 89657695 nömrəli Əlavə Sazişin məhz hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsinin Əlavəsi olduğu bildirilmişdir. X7 1.6.1-ci bəndinə görə, Bank əmanət üzrə Əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 3% faizlər ödəyir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı banka qoyduğu əmanət müqavilə üzrə və qanunvericiliyə əsasən qorunan əmanət hesab edilir. Müqavilənin 6.7-ci bəndinə görə, Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödəyir.
21. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu məhkəməyə məktub təqdim edərək qeyd etmişdir ki, ləğvedici tərəfindən təhvil-təslim aktlarına və bank əməliyyat sisteminə əsasən iddia ərizəsində mübahisələndirilən müqavilədən başqa müqavilə aşkar edilməmişdir.
22. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2985/2023 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia təmin edilməmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələb etdiyi məbləğin sığortalanmış əmanət olması, bankda sığorta hadisəsinin baş verməsi və cavabdeh Fondun iddiaçıya kompensasiya vermək öhdəliyinin yaranması, iddiaçının cavabdehə müraciəti əsasında 1.060 ABŞ dolları məbləğində kompensasiyanın ona ödənilməsi, qalan 10.136.81 ABŞ dollarının qorunmayan əmanət kimi qiymətləndirilməsinə iddiaçının razılıq verməsi, yəni ləğv prosesində olan banka qarşı olan tələbini kreditor tələbi kimi qeydə aldırması və hazıradək 3 tranş üzrə cəmi 3.174.14 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, qalıq 6907.12 ABŞ dollarının da tranşlar üzrə ödəniləcəyini barədə cavabdehin öhdəliyinin müəyyən edilməsi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş ümumi 5 il müddət ötürüldükdən sonra cavabdehə qarşı kompensasiya tələbi ilə məhkəməyə müraciət etməsi hazırki işin mübahisəsiz hallarıdır. İşin bu halları iddiaçı tərəfin verdiyi iddia tələbinin həcminin azaldılmasına dair ərizə, cavabdehin yazılı etirazı və iddiaçıya məxsus bank hesabından çıxarışla təsdiq olunur.
24. Məhkəmə hesab etmişdir ki, iddiaçının bankda sığorta hadisəsi baş verdikdən sonra bank qarşısında olan kredit tələbinin, yəni əmanətin qalıq hissəsi qeydə alınaraq növbəlilik qaydasında icra edildiyindən, ötən müddət ərzində 3 tranş üzrə cəmi 3174.14 ABŞ dolları məbləğində pul vəsaiti ona ödənildiyindən, kompensasiya ödənilməsi barədə bildiriş dərc edildikdən 5 ildən artıq müddət keçdikdən sonra hazırki tələblə məhkəməyə müraciət etdiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, növbəlilik qaydasında ödənilməsi üçün qeydə alınmış kreditor tələbinin növbədənkənar qaydada ödənilməsinə dair qərar qəbul edilməsi həm də bankın digər kreditorların hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir.
25. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.2, 405.1, 421.1, 423.1, 560.1, 560.2, 944.1-ci maddələrinə, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4.1, 5.1-ci maddələrinə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2, 25.1.4, 26.1. 28.1, 28.2, 28.3, 28.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
27. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən elektron məhkəmə sisteminə yüklənilmiş xx.xx.2016-ci il tarixli, 89657695 nömrəli Əlavə Sazişin məhz hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsinin Əlavəsi olduğu bildirilmişdir. X7 1.6.1-ci bəndinə görə, Bank əmanət üzrə Əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 3% faizlər ödəyir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən, Fondun HimayəçilikŞurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanmasımüəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Həmçinin İddiaçı banka qoyduğu əmanət müqavilə üzrə sadalanan qorunmayan əmanətlər sırasına daxil olmadığından, iddiaçının əmanəti qorunan əmanət hesab edilir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Mülki Məcəllənin 389, 390, 405 və 560-cı maddələrinə istinad olunsa da, həmin maddələrin tələbləri düzgün tətbiq edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, tərəflər arasında növbəlilik qaydasında ödənilmə ilə bağlı hər hansı müqavilə və ya razılaşma mövcud deyildir. Bundan əlavə, bankın digər kreditorlarını da düşünərək pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə inanıb müraciət edən iddiaçının iddiasının rədd etmək qanunsuz və əsassızdır. Yəni iddiaçının iddiasının təmin edilməsi digər kreditorların hüquqlarının pozulması anlamına gələ bilməz. Cavabdehin istinad etdiyi “Əmanətlərin sığortalanması haqqında AR Qanunun 28.4-cü maddəsinə görə, bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Halbuki, sözügedən Qanunun 28.5-ci maddəsinə görə, Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X2 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. Göründüyü kimi, Fond 90 gün ərzində əmanətçiyə kompensasiyanı ödəməli olduğu halda ödəməmiş, Qanunla üzərinə qoyulmuş öhdəliyi pozmuşdur. Bundan əlavə, cavabdehin və məhkəmənin məntiqi ilə düşünsək o zaman Fond heç bir əmanətçiyə kompenasiyanı ödəməyərək 5 illik müddəti gözləyər və bununla da müddət ötürülmüş hesab olunar ki, bu da tamamilə absurddur. Bununla belə, Mülki Məcəllənin 384.0.2-ci maddəsinə görə, iddia müddəti aşağıdakılara şamil edilmir: əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri. Eyni zamanda qeyd olunur ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsinin (“Göy əmanət”) 5.2-ci bəndinə görə, Müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün (xx.xx.2016) əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə müqavilənin müddətinin bitdiyi vaxtda əmanət əmanətçi tərəfindən geri götürülmədiyinə görə bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Məlum olduğu kimi, BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2- 1(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, yəni sığorta hadisəsi baş vermişdir. X5 Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Nəzərə alsaq ki, sığorta hadisəsinin baş verdiyi günədək də əmanət geri götürülməmişdirsə, deməli müqavilə həmin müddətədək uzadılmış hesab edilir. Bununla da, sığorta hadisəsi baş verdiyi vaxtda iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə qüvvədə idi. Belə olan halda, müddətin ötürülməsindən söhbət gedə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-3(103)-17/2024 nömrəli işi üzrə LPO "xxxx" ASC üzrə növbəti ödəniş qrafiki təsdiq edilmişdir. Təsdiqlənmiş qrafik üzrə iddiaçıya 299.28 ABŞ dolları vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə sözügedən vəsaitin əldə edilməsinə dair ƏSF-yə müraciət daxil olmuşdur. Sözügedən vəsaitdə iddiaçıya ödəniləcəkdir. Qeyd edilən hal isə bir daha təsdiq edir ki, iddiaçı tərəflər arasaında olan münasibət bəyənmiş elan edir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən halları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
32. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-ci il tarixli Qanunu Maddə 2.1.2. Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Maddə 2.1.2.6. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Maddə 2.1.3. Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Maddə 2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Maddə 26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir (xx.xx.2020-ci il tarixinədək olan redaksiya). Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
33. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının 19.01. 2016-cı il tarixli Qanunu (xx.xx.2019-cu il tarixinədək olan redaksiya) Maddə 1. Bu Qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir. Maddə 3. Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 il müddətinə tam sığortalanır. Maddə 6.1. Əmanətçilərin Əmanətlərin Sığortalanması Fondu və iştirakçı banklarla münasibətləri, habelə bu Qanunun tələbləri nəzərə alınmaqla tam sığortalanmış əmanətlər üzrə kompensasiyanın ödənilməsi qaydası, həmçinin ictimaiyyətin məlumatlandırılması məsələləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
34. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli Qərarı: Sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.
35. ““Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir.
36. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı: Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul etməklə iddia tələbi qismən təmin edilməlidir.
41. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
42. İşdən müəyyən olunur ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı 10.000 ABŞ dolları məbləğində əmanəti illik 7% ödənilməsi şərtilə 1 il müddətinə bankda yerləşdirmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə görə, 1 illik müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən bank əmanət üzrə əmanətçiyə əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 3% ödəyir, müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır.
43. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsinin xarici valyuta üzrə 3% olması müəyyən edilmişdir. Maliyyə Bazarlarına Nəzarət X1 xx.xx.2017-ci il tarixli, 49/1 saylı qərarı ilə "xxxx" ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya xx.xx.2017-ci il tarixindən ləğv edilmişdir. Qanuna uyğun olaraq bankda sığorta hadisəsi günü xx.xx.2017ci il müəyyən edilmiş, bununla bağlı xx.xx.2017-ci il tarixdə xəbər portalı vasitəsilə LPO "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent-bank qismində "xxxx" ASC-nin seçilməsi, kompensasiyaların verilməsinə xx.xx.2018-ci il tarixindən başlanılacağı barədə elan dərc edilmişdir.
44. İddiaçı xx.xx.2018-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Agent Bankı "xxxx" ASC-yə kompensasiyanın ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. İddiaçıya cavabdeh tərəfindən 1.060 ABŞ dolları məbləğində kompensasiya ödənilsə də, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirdiklərinə əsasən həmin məbləğ "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsi üzrə deyil, onun başqa depozitinə görə ödənilmişdir. Qeyd olunan müqavilə üzrə 10.136 ABŞ dollarında olan məbləğ kreditor tələb kimi qəbul edilmiş və bir hissəsi ödənilmiş, 6.907 ABŞ dolları məbləğində borc qalmışdır. Şəxsin bundan başqa deposit hesabı olmamışdır.
45. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əlavə saziş digər sənədlərlə birlikdə cavabdeh tərəfindən təqdim edilmiş və cavabdeh iddiaya qarşı öz etirazında həmin əlavə sazişə xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsinə edilmiş saziş kimi qiymət vermişdir.
46. İşdən həmçinin müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə cavabdehə ərizələrlə müraciət edərək, özünə məxsus qorunmayan əmanət məbləğinin 2, 3 və 4-cü tranşlar üzrə ödəniləcək hissəsinin qeyd edilən bank rekvizitlərinə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Həmin ərizələrə müvafiq olaraq iddiaçıya xx.xx.2020-ci il tarixdə 2-ci tranş üzrə 2.797,06 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 3-cü tranş üzrə 124.71 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə isə 4-cü tranş üzrə 252.37 ABŞ dolları olmaqla, cəmi 3.174,14 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir.
47. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən (iş v. 56-60) iddiaçının xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsi üzrə əsas məbləğ olaraq 10.000 ABŞ dolları, faiz məbləği 136.81 ABŞ dolları qeyd edilmişdir. Həmin məbləğin qarşısında “deposit” sözü qeyd edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, ilk öncə iddiaçının xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsi üzrə "xxxx" ASC-yə yerləşdirdiyi 10.000 ABŞ dolları məbləğində vəsaitin qorunan əmanət olub-olmamasına aydınlıq gətirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsinin 5.2-ci bəndinə görə, müqavilə ilə müəyyən olunan 1 illik müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir.
49. Belə olan halda, xx.xx.2016-cı il tarixdə, habelə xx.xx.2017-ci il tarixdə ("xxxx" ASC-də sığorta hadisəsi baş verdiyi xx.xx.2017-ci il tarixindən əvvəl) əmanət iddiaçı tərəfindən götürülmədiyi üçün, xx.xx.2015-ci il tarixli bank əmanəti müqavilənin müddəti hər dəfə bir il müddətinə uzadılmışdır. Nəzərə almaq lazımdır ki, bank ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə müqavilə üzrə faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2016-cı il tarixli qərarına uyğun 3% müəyyən edildiyindən, artıq xx.xx.2017-ci il tarixdə müqavilənin müddəti növbəti dəfə 1 il müddətinə uzadılarkən həmin müqavilə üzrə iddiaçı tərəfindən yerləşdirilmiş əmanət yuxarıda istinad olunan “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli qanununun təsiri altına düşmüşdür, yəni qorunan əmanət olmuşdur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qorunan əmanət üçün kompensasiya almaq məqsədilə cavabdehə müraciət edərkən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsi ilə müəyyən edilmiş bir illik müddəti ötürməmişdir. Belə ki, qanuna uyğun olaraq bankda sığorta hadisəsi xx.xx.2017-ci il tarixdə müəyyən edilmiş, daha sonra xx.xx.2017-ci ildə xəbər portalı vasitəsilə LPO "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə xx.xx.2018-ci il tarixindən başlanılacağı barədə elan dərc edilmiş, iddiaçı isə xx.xx.2018-ci ildə qorunan əmanətə görə kompensasiya almaq üçün müraciət etmişdir.
51. Kollegiya xüsusilə vurğulayır ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsi yuxarıda qeyd olunan müraciət üçün müəyyən edilmiş bir illik müddətin əmanətçinin ərizəsinə əsasən beş ilədək uzadıla biləcəyini müəyyən edir, kompensasiyanın ödənilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində Fonda müraciət etmiş şəxsin beş il keçdikdən sonra kompensasiya almaq hüququnun xitamına səbəb olmur.
52. Kollegiya hesab edir ki, iddiaçının müxtəlif tarixlərdə “tələbin kreditor tələbi kimi qeydə alınması, növbəlilik qaydasında tələblərinin ödənilməsi” barədə ərizələrə imza etməklə cavabdehin mövqeyi ilə razılaşması barədə sonuncunun dəlilləri əsassızdır və cavabdeh tərəfindən hüququndan sui-istifadə kimi qiymətləndirilməlidir.
53. Belə ki, tərəflər arasında yaranmış münasibətlər qanunla tənzimlənir və qanunun əsas məqsədlərindən biri əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir. Bir halda ki, cavabdeh tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir, həmin kompensasiyanın kreditor tələb kimi qeydə alınması barədə hər hansı razılaşma qanunun tələblərinə uyğun sayıla bilməz.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıya kompensasiya qismində ödənilməli olan əsas məbləğ üzrə qalıq 6.825,86 ABŞ dolları (10.000 - 2.797,06 - 124.71 - 252.37 (3 tranş üzrə cəmi 3.174,14 ABŞ dolları)) və əmanətə hesablanmış 136.81 ABŞ dolları məbləğində faiz cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2985/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan kompensasiya qismində ödənilməli olan əsas məbləğ üzrə qalıq 6.825,86 ABŞ dolları və əmanətə hesablanmış 136,81 ABŞ dolları məbləğində faiz, cəmi 6.962,67 ABŞ dolları məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 141 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 62 manatı cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: