Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1321/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1956/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 81 №-li kredit müqaviləsinə əsasən cavabdehə avtomobil alınması üçün 36 ay müddətinə, illik 17%-lə 13.600 manat məbləğində kredit verilmişdir.
2. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla bağlanılmış xx.xx.2012-ci il tarixli 81 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə «Seat İbiza» markalı, ban-BTS181533, mühərrik VSSZZZ6JZCR092152, rəngi – qara, 2011-ci il buraxılışlı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomaşını bank qarşısında yüklü etmişdir.
3. AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən «Seat İbiza» minik markalı, **- NL-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh adına qeydiyyata alınmışdır.
4. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkiltanın tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “X3” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X6 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1686 saylı xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir.
5. “X6 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh Akif oğluna xx.xx.2018-ci il tarixli 3141 saylı bildiriş ünvanlanaraq, sözügedən müqavilə üzrə onun əsas borcunun 9.695 manat, faiz borcunun 4.765,30 manat, cəmi borcunun 14.460,30 manat təşkil etdiyi bildirilmişdir.
6. “X6 Edilməsi Agentliyi” MMC tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubu ilə «Seat İbiza» markalı, 90NL106 dövlət qeydiyyat nişanlı olan avtomaşına tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuş və həmin bildiriş xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.
7. “X6 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh Akif oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli 3652 saylı bildirişin surətindən görünür ki, .... Cavabdeh kredit müqaviləsinə əsasən gecikmədə olan borcunuz, əsas borc üzrə 9.695 manat, faiz üzrə 4.765,30 manat olmaqla cəmi 14.460,30 manat təşkil edir. Yuxarıda qeyd olunan borcla bağlı ödənişin tam şəkildə icra edilməsini xahiş etmişlər. Qeyd olunan qalıq borc məbləğini bir dəfəyə ödəmək imkanına malik deyilsə, həmin borc qalığının hissəvi şəkildə ödənilməsinə dair Cavabdehla yeni restrukturizasiya müqaviləsinin bağlanılmasını təklif etmişlər. Restrukturizasiya müqaviləsinin şərtləri ilə tanış olmaq üçün “X6 Edilməsi Agentliyi” MMC-yə müraciət edə bilər.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6676 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə (2(006)-1759/2022 saylı mülki iş üzrə) əsasən Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli, 81 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh xx.xx.2015-ci il tarixə (kredit müqaviləsinin son tarixi) və xx.xx.2022-ci il tarixə (qərardadın tarixi) banka olan əsas borc üzrə 10.194,68 manat, faiz borcu üzrə 1.523,29 manat, cəmi 11.717,97 manat məbləğində müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələbi hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Belə ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 81 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 13.600 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi, cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan «Seat İbiza» markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili (buraxılış ili 2011, ban-BTS181533, mühərrik VSSZZZ6JZCR092152, rəngi – qara) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı, 037842 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borc verən avtomaşın alınması məqsədi ilə istifadə etmək üçün borcalana 13600 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür (bənd 2.3). Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı bhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən kredit vəsaitinin hərəkəti borcverən tərəfindən borcalan üçün açılan ssuda hesabı ilə təmin edir (bənd 5.4). Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 17-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan kredit müqaviləsi üzrə əsas borcu 9.695 manat, faiz üzrə 4765,30 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı QSC tərəfindən Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)- 1775/2019 saylı mülki iş üzrə borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında «fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanın təsir dairəsinə düşdüyündən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında göstərilən məsələlər öz həllini tapanadək Nəsimi rayon Məhkəməsinin 2(006)-1775/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. Fəziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3.Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən borclu Cavabdeh restrukturizasiya müqaviləsi bağlanılması üçün təklif məktubu göndərilmiş, lakin borclu tərəfindən restrukturizasiya müqaviləsi bağlanması üçün cəmiyyətə rəsmi heç bir münasibət bildirilməmişdir. İddiaçı QSC-nin törəmə müəssisəsi olan “X6 Edilməsi Agentliyi” MMC tərəfindən xx.xx.2021-ci il tarixli 5539 saylı məktubla Nəsimi rayon Məhkəməsinə müraciət edərək 2(006)-1775/2019 saylı mülki işi üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin əsillərini İddiaçı QSC-yə qaytarılmasını xahiş etdikdən sonra qeyd edilən sənədlərin əsilləri iddiaçıya təqdim edilmişdir. Bundan sonra bank tərəfindən ümumi qaydada yenidən hazırki iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh Arfi oğlundan xx.xx.2012-ci il tarixli, 81 saylı kredit müqaviləsinə əsasən əsas borcu 9.695 manat, faiz üzrə 4.765,30 manat məbləğində, ümumilikdə 14460,30 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 183,38 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi, kredit borcunu Cavabdeh mülkiyyətində olan «Seat İbiza» markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili (buraxılış ili 2011, ban-BTS181533, mühərrik VSSZZZ6JZCR092152, rəngi - qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1956/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, 2(006)-1956/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə vəsatətlər göndərilmiş, qərarda göstərilən avtomobilin ekspert baxışına təqdim edilməsindən imtina edilmişdir.
13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1956/2023 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə 16 aprel 2012-ci il tarixli, 81 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 9.695 manat, faiz borcu üzrə 1.523,29 manat və ödənilmiş 123,65 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11.341,94 manat məbləğində pulun tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi, həmin tutmanın Cavabdeh tərəfindən girov qoyulmuş «Seat İbiza» minik markalı, buraxılış ili 2011-ci il olan, ban-BTS181533, mühərrik VSSZZZ6JZCR092152, rəngi – qara, 2011-ci il buraxılışlı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin avtomaşının açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və iddiaçının kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq girov qoyan Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
14. Məhkəmə hesab etmişdir ki, cavabdeh borc müqaviləsi üzrə öhdəliklərini tamamilə yerinə yetirmədiyindən, iddiaçı həmin öhdəliklərin yerinə yetirilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır.
15. Lakin məhkəmə kredit müqaviləsinin müddətinin xx.xx.2015-ci il tarixdə bitməsini və həmin müqavilə üzrə yaranmış borcun tutulması ilə bağlı iddianın xx.xx.2023cü il tarixdə məhkəməyə verilməsini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, bundan əvvəl də iddiaçı Cavabdeh qarşı “borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 10 fevral 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, 27 fevral 2023-cü il tarixdə iddia tələbi baxılmamış saxlanılmışdır. Cavabdeh həmin məhkəmə iclaslarında da iştirak etmiş və mülki müdafiə vasitələri ona izah olunmuşdur.
17. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2(006)-1759/2022 saylı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2015-ci il tarixə (kredit müqaviləsinin son tarixi) və xx.xx.2022-ci il tarixə (qərardadın tarixi) banka olan əsas borc üzrə 10.194,68 manat, faiz borcu üzrə 1.523,29 manat, cəmi 11.717,97 manat məbləğində təşkil etmişdir. Həmin ekspert rəyini tərəflər mübahisələndirməmişdir (yenidən keçirilməsinə zərurət qalmamışdır) və əsas sübut növü kimi qiymətləndirilməlidir.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə faiz borcunun 1.523,29 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir.
20. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı həmin ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
21. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş avtomaşına yönəldilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.
22. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Baş Dövlət Yol Polis İdarəsində qeydə alınmışdır.
23. Məhkəmə göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehdən tutulmalı olan borc məbləği girov qoyulmuş avtomaşına yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq girov qoyana qaytarılmalıdır.
24. Lakin məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən keçirilmiş müvafiq (əmtəəşünaslıq) ekspertiza ilə müəyyən edilmişdir ki, mübahisəli əmlak (avtomobil) faktiki cəhətdən tapılmamış, ekspertizaya gətirilməsi mümkün olmamış, nəticədə avtomobilin bazar qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. Bu halda məhkəmə hesab edir ki, bu mərhələ artıq icra mərhələsində mübahisəli avtomobilə axtarış verilərək tapıldığı təqdirdə sırf icra qurumunun vasitəsilə əmlakın qiymətləndirilməsi mümkün olmaqla daha ağlabatan və səmərəli olacaqdır. Odur ki, əmlakın bazar qiymətinin müəyyən edilməsinin hazırki mərhələdə həll edilməsi mümkün olmamışdır.
25. Məhkəmə iddia tələbinin satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb təmin edilməməlidir.
26. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
27. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (123,65 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 385.1, 442, 295, 296.1, 317.1, 319.1, 319.6, 739, maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 36.1, 39.3, 39.3.1, 39.3.2, 39.3.3, 39.3.4-cü maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8, 9.3-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1., 88, 101.3, 103.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
29. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən onun iddiaçıya borcunun olmaması nəzərə alınmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının tələb etdiyi pul üzrə 3 illik müqavilələr üzrə tələb etmə iddia müddəti xx.xx.2015ci il tarixdə bitmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. Belə olan halda iddiа müddəti keçdiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddianın tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
33. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
35. “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətində cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq cavabdehin mülkiyyətinə keçmiş «Seat İbiza» markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyini görə ipoteka saxlayanın-iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə borcunun olmadığını bildirsə də, işdə olan xx.xx.2023cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş avtomobil onun adına rəsmiləşdirilsə də, faktiki olaraq onun istifadəsində olmamışdır. Hazırda həmin avtomobilin harada olması ona məlum deyildir. Avtomobilin tapılaraq borcun avtomobilə yönəldilməsini xahiş etmişdir.
42. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2(006)-1759/2022 nömrəli mülki iş üzrə kredit müqaviləsinə görə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6676 nömrəli, 09 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixə (kredit müqaviləsinin son tarixi) və xx.xx.2022-ci il tarixə (qərardadın tarixi) banka olan əsas borcu 10.194,68 manat, faiz borcu 1.523,29 manat, cəmi 11.717,97 manat məbləğində borcu olduğu müəyyən edilmişdir.
43. Həmin ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmayaraq iddianı əsas borcun tutulması hissəsində təmin etmiş, faiz borcunu isə ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə cavabdehdən tutulmasını qət etmişdir.
44. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə təqdim edilməmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1956/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: