Məhkəmə qərarları › İş №2(103)-1326/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1326/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1326/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İdddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-2297/2020 saylı qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun uşaqları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 ilə birlikdə 2013-cü ildə gəlin köçdüyü Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ massiv, 5-ci küçə, ev 5 ünvanında yerləşən bir mərtəbəli, üç otaqlı sənədsiz fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 2297/2020 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment” tələbinə dair mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək hazırkı mülki iş üzrə icraatı dayandırılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-2297/2020 saylı qərardadından şikayət verərək, xx xxxxxx 2020-ci il tarixli, 2(002)-2297/2020 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı və cavabdeh arasında nikahın pozulmaması səbəbindən və həmin məsələ ilə bağlı Sabunçu məhkəməsi mahiyyəti üzrə yekun qətnamə qəbul edilmədiyinə görə mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə bununla düzgün nəticəyə gəlməmiş və qeyd olunan qərardadı əsaslandırmamışdır. Onun ilə cavabdehə qarşı nikahın pozulması tələbinə dair Sabunçu Məhkəməsinin icraatında olan mülki işin son nəticəsi hazırkı "mənzilə köçürülmə” tələbinə dair mülki işə qanunamüvafiq qaydada baxılmasını özündən asılı etmir, həmin iş üzrə yekun qətnamə qəbul edilməsinə maneçilik yaratmır. Ona görə də qərardad ləğv edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 2297/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və şikayəti araşdırıraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibatı qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hisəsində göstərilmişdir ki, «Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın». AR Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment” tələbinə dair mülki işdə hazırkı mülki iş üçün preyudisial əhəmiyyəti kəsb edən hallar müyyən edilmir. Belə ki, iddia tələbləri arasında hər-hansı bağlılıq yoxdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-2297/2020 saylı qərardadı ləğv olunmalı, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair müki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 2297/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair müki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar