Məhkəmə qərarları › İş №2(103)-1326/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1326/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1326/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İstisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi Raqil Əzizovun iştirakı ilə, İddiaçı Agagül oğlunun Cavabdeh qarşı “qərarların etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının 4 kommersiya hüquqi şəxsinin direktoru təyin edilməsi barədə həmin hüquqi şəxslərin təsisçisi olan cavabdehin 16.05.2018-ci il tarixli qərarları etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Qətnamə ləğv edilməli, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, aidiyyət qaydalarına görə Nərimanov Rayon Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətli olmayıb. İddiaçı (direktor) cavabdehin (təsisçinin) qərarının etibarsız sayılmasını tələb edir, bu mübahisə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisədir. Mülki-Prosessual Məcəllənin 26-cı maddəsinin tələbinə və Ali Məhkəmə Plenumunun 18.09.2020-ci il tarixli qərarının 13, 19 və 26-cı bəndlərində verilən izahlara görə bu işə birinci instansiya məhkəməsi kimi Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalı idi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 365, 387.2.1 və 32.4-cü maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar