Məhkəmə qərarları › İş №2(103)-1334/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1334/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1334/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təqdim edilməsi və ya mənəvi və maddi ziyanın tutulması tələbinə dair ilkин, Cavabdeh MTK-нын İddiaçınа qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təqdim edilməsi və ya mənəvi və maddi ziyanın tutulması tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1470/2022 nömrəli iş üzrə 04 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq məbləğ olan 57750 manat məbləğdə vəsaitin Cavabdeh MTK-ya ödənilməsi şərti ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 6-cı giriş, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzilinin ona təqdim edilməsi, həmin mənzilinin ona verilməsinin mümkün olmayacağı təqdirdə xx.xx.2011-ci il tarixdə MTK-ya odəmiş olduğu 30000 manat məbləğdə vəsaitə görə vurulmuş maddi zərərin əvəzi olaraq 100000 manat, mənəvi zərərin əvəzi üçün 150000 manat məbləğdə olmaqla, ümumilikdə 250000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə öhdəliklərin ilk iddia üzrə İddiaçı tərəfindən icra edilmədiyindən və hazırda həmin icraya maraqlarının itdiyindən mənzilin dəyərinin ödənilmiş 30000 manat pulun ilk iddia üzrə İddiaçı ödənilməsi və tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq məbləğ olan 57750 manat məbləğdə vəsaitin Cavabdeh MTK-ya ödənilməsi şərti ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 6-cı girişində yerləşən, ümumi sahəsi 135 kv.metr olan 301 nömrəli mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təqdim edilməsi, ilk iddianın qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

4. Qətnamə ilə razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilərək ilk iddianın təmin edilən hissədə ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.

Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

6. “Dövlət rüsumu haqqında” AR Qanununun: Maddə 8.1.4. İddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğdə dövlət rüsumu ödənilməlidir; Maddə 8.6-cı maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci və 8.2-ci maddələri ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğdə dövlət rüsumu tutulur;

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə uyğun hesablama apardıqda məlum olur ki, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 540 manatdır (390 manat + (250.000 x 0,1%).

8. Apellyasiya şikayətindən isə müəyyən edilir ki, cavabdeh qanunvericiliyin qeyd olunan normalarına zidd olaraq, “birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş dövlət rüsumunun 50 faizi”, yəni 270 manat (540 x 50%) məbləğdə dövlət rüsumu ödəməli olduğu halda, 90 manat məbləğdə dövlət rüsumu ödəmişdir.

9. Lakin birinci instansiya məhkəməsi qanunun imperativ göstərişlərini nəzərə almamış, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmayan apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

10. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

11. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1470/2022 nömrəli iş üzrə 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK-nın verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar