Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1337/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və X8 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-751/2023 saylı, 13 dekabr 2023-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və «Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və Reystri» Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra iş üzrə icraata xitam verilməsinə və icraatın dayandırılmasına dair vəsatətlə məhkəməyə müraciət edərək, onun cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair irəli sürdüyü tələbin “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi” hissəsi üzrə icraata xitam verilməsinə, “torpaq sahəsinin boşaldılması” tələbi üzrə isə icraatın Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 12206/2023 saylı inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə irəli sürdüyü tələbin “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi” hissəsi üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin icraatında onun cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışın və texniki sənədlərin ləğv olunması” tələbinə dair iddiası ilə bağlı 2-1(112)-12206/2023 saylı inzibati iş vardır. Həmçinin hesab edir ki, irəli sürülmüş tələbin “torpaq sahəsinin boşaldılması” hissəsi üzrə icraat ünvan 1 üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırlmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və X8 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəmənin 2(009)-751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışın və texniki sənədlərin ləğv olunması” tələbinə dair inzibati iş üzrə iş üzrə çıxarılmış qərar qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh1 nümayəndə və vəkili xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, ünvan 1 üzrə 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılması qərara alındığı üçün hazırki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəmənin 2(009)-751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 mülki iş üzrə icraatın dayandırılmasına dair vəsatətlə yenidən məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü ildə qeyd edilən iddia ərizəsini geri götürsə də, xx.xx.2023-cu il tarixdə DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Cavabdeh1 cəlb edilməklə “ünvan 2 ünvanında yerləşən, xx.xx.2021 qeydiyyat tarixi və 1121 154162 qeydiyyat nömrəsi ilə Cavabdeh1 adma rəsmiləşdirilən/qeydiyyata alınan 0,0475 ha ölçülü torpaq sahəsi ilə bağlı onun adına tərtib olunmuş texniki sənəddəki məkan göstəricilərinin ilkin hüquq sahiblərinin (X1 və X2) malik olmuş olduqları "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"lər əsasında yenidən dəqiqləşdirilməsi, çöl-ölçmə və mərzçəkmə işlərinin yenidən aparılması, Səbail RİH-nin 18 may 1995-ci il tarixli 1470 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin həqiqi yerinin dəqiqləşdirilməsi/təyin edilməsi, Cavabdeh1 hüququnun dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması vəzifəsinin/öhdəliyinin cavabdeh DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırda 2-1(112)-16215/2023 nömrəli inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və X8 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü ildə təzələnmiş icraatın Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-16215/2023 saylı inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmasını xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-751/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qərardadına əsasən, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı 3-cü şəxs qismində Cavabdeh1 cəlb edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlik qoyulması tələbinə dair inzibati iş üzrə çıxarılmış qərar qanuni qüvvəsini alanadək, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və X8 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-nin 254.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, İddiaçı 3-cü şəxs qismində Cavabdeh1Məhəddin oğlu cəlb edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlik qoyulması tələbinə dair iddiası inzibati iş hesab olunur. Həmin inzibati iş isə icraatda olan mülki işin icraatının dayandırılmasına əsas ola bilməz. İddiaçı Yəhya qızı tərəfindən mülki işin icraatının dayandırılmasını istəməsi məhkəmə işinin gedişatına mane olmaqdan başqa bir şey deyildir. Çünki, bundan əvvəl iddiaçı tərəfindən vəsatət əsasında “çıxarışın və texniki sənədlərin ləğv olunması” tələbinə dair mülki işin icraatının dayandırılması istənilmişdir. Həmin vəsatət əsasında icraatın dayandırılması qərara alınmışdır. Hazırki inzibati iş üzrə tələb Cavabdeh1 sənədlərinin təkrar baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Bu əsasla icraat dayandırıla bilməz. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-751/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər hakim iş üzrə icraatı dayandırmalıdır (254.1.4, 256.0.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarında əks etdirilən hüquqi mövqeyə əsasən qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarını müəyyən edərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarının siyahısı Mülki- Prosessual Məcəllənin 254.1-ci maddəsində verilmişdir. Həmin məcburiliyi şərtləndirən əsaslardan biri də mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan, iş üzrə preyudisial əhəmiyyət kəsb edən məsələnin nizamlananasınadək həmin işə baxılmasının ümumiyyətlə mümkün olmamasından ibarətdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və X8 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə nəticənin Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh1 3-cü şəxs qismində cəlb edilməklə) öhdəlik qoyulması tələbinə dair inzibati işin nəticəsindən asılılığının mövcudluğu aşkardır. Belə ki, hər iki tərəfə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələrinin dəqiq koordinatları müəyyən edilmədən hazırki iddianın qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinin olub-olmamasını (iddiaçının öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmasını, əmlakın cavabdehin faktiki sahibliyində olmasını və sonuncunun həmin əmlaka sahiblik hüququnun olmamasını) yoxlamaq mümkün olmayacaqdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-751/2023 saylı 13 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-1337/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1337/2024
23.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver