Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13381/2019 10.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi iddiaçının nümayəndəsi-vəkili Vəkil cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı "pul" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019 tarixli, 2(006)-4238/2019 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ona məxsus 70201.25 ABŞ dolları məbləğində əmanətin, ona hesablanan 10530 ABŞ dolları faiz borcunun, habelə mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğin ona kompensasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırılmışdır ki, QSC “Bank xxxxxxxx” KN ilə iddiaçı arasında xx xxxx 2015-ci il tarixli LD********** saylı 12 ay müddətinə əmanət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, 65000 ABŞ dolları məbləğində əmanət banka illik 9,5 faiz ilə yerləşdirilərək sığortalanmışdır. Bankla iddiaçı arasında xx xxxxx 2016-cı il tarixindən xx xxxx 2016-cı il tarixinədək əlavə razılaşma imzalanmış, müqavilə üzrə faiz dərəcəsi 3 faizə endirilmişdir. Məlum olduğu kimi, xx xxxxxxx 2016-cı il tarixdən etibarən Bank müflis elan edilmişdir. Buna görə də, Əmanətlərin sığortalanması haqqında və Əmanətlərin tam sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunlarına əsasən, iddiaçıya ödənilməli olan məbləğ məhz cavabdeh tərəfindən icra edilməlidir. İddiaçı bununla əlaqədar olaraq cavabdehə müraciət etmişdir. Lakin müraciətinə cavab verilməmişdir. Öhdəliklərin reyestrindən xx xxxxxxx 2016-cı il tarixli çıxarışa əsasən, iddiaçının əmanətinin məbləği 70201.25 ABŞ dolları məbləğindən ibarətdir. Bundan başqa cavabdehin iddiaçıya 10530 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. İddiaçı hüquqlarının pozulması nəticəsində 5000 manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(006)-4238/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus 70201 (yetmiş min iki yüz bir) ABŞ dolları 25 (iyirmi beş) sent məbləğində əmanət və hesablanan 10530 (on min beş yüz otuz) ABŞ dolları faiz borcu cavabdeh X2 tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh X5 sözügedən qətnamədən apellyasiya qaydasında şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmanət müqaviləsinin 2.7-ci maddəsinə uyğun olaraq müqavilənin müddəti bitdiyi üçün müqavilənin müddəti uzadılmış və müqavilədə müəyyən edilmiş qaydada 4,5% dərəcəsi təsdiq edilmişdir. Odur ki, hazırki Əmanət Müqaviləsi faiz dərəcəsi uyğun olmadığı üçün “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tələblərinin təsirinə düşməmiş və qorunan əmanət statusunda olmamışdır. İddiaçı ilə Bank arasında bağlanmış müqavilələr tərəflərin iradə ifadəsinin təzahürüdür. Tərəflər müqavilə imzalayarkən onun mühüm şərtləri barədə razılığa gəlmişlər və bu razılıq tərəflərin imzaları ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin 5.2-ci maddəsində tərəflər arasındakı müqavilənin uzadılması qaydası əvvəlcədən razılaşdırılmış və bu göstərilən şərtlər hazırki mülki iş üzrə iddiaçının iradə ifadəsi ilə əhatə edilmişdir. Beləliklə, müqavilənin prokonqasiya edilməsi ilə heç bir müqavilə şərti pozulmamışdır. Beləliklə, İddiaçı ilə bank arasında bağlanmış əmanət müqaviləsi nəzərdə tutulmuş və tərəflərin iradə ifadəsi ilə əhatə olunmuş şərtlərə müvafiq olaraq avtoprolonqasiya edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən əmanətin hansı səbəbdən qorunan hesab edilməli olduğu və kompensasiya ödənilməli olduğunu əsaslandırmamış, hüquq normalarını sadalanmaqla kifayətlənmişdir. Həmçinin məhkəmə sadə üsulla faizlərin hesablanmasını həyata keçirmiş, daha dəqiqi iddiaçının iddia ərizəsində göstərdiyi faiz məbləğini qətnaməyə köçürmüşdür. İddiaçı xx xxxxxxx 2016-cı il tarixində müraciət edərək kreditor tələbini qeydə aldırmışdır. Bu barədə ona 0350 saylı qəbz verilmişdir. İddiaçının tələbi qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericiliklə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-4238/2019 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, şikayət verən cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(006)-4238/2019 saylı qətnaməsi 10530 (on min beş yüz otuz) ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv olunmaqla həmin hissədə iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qətnamə yalnız iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, yalnız həmin hissədə yoxlanılmışdır. İş materiallarında olan xx xxxx 2015-ci il tarixdə QSC “Bank xxxxxxxx” KB ilə İddiaçı oğlu arasında bağlanmış xxxxxxxx depozit müqaviləsinə əsasən əmanətçi İddiaçı oğlu xx xxxx 2015-ci il tarixdən xx xxxx 2016-cı il tarixədək, 12 ay müddətinə 9,50%-lə 65000 ABŞ dolları məbləğində pul vəsaitini əmanət qoymuşdur. İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli QSC “Bank xxxxxxxx” KB ilə İddiaçı oğlu arasında bağlanmış Qarant depozit müqaviləsinə əsasən əmanətçi İddiaçı oğlu xx xxxxxxx 2015-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək, 24 ay müddətinə illik 12%-lə 30000 ABŞ dolları məbləğində pul vəsaitini əmanət qoymuşdur. İş materiallarında olan xx xxxxx 2016-cı il tarixdə QSC “Bank xxxxxxxx” KB ilə İddiaçı oğlu arasında bağlanmış “xx xxxx 2015-ci il tarixli, LD********** saylı X9 razılaşma”ya əsasən, müqavilənin 1.3-cü bəndinə “Həmin əmanət xx xxxxx 2016-cı il tarixlindən xx xxxx 2016-cı il tarixinədək LD********** saylı müqavilənin sonunadək illik 3 (üç) faizlə yerləşdirilir”. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, QSC “Bank xxxxxxxx” KB ilə İddiaçı arasında xx xxxx 2015-ci il tarixli LD********** saylı 12 ay müddətinə əmanət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İddiaçı 65000 ABŞ dolları məbləğində əmanəti banka illik 9,5 faiz ilə yerləşdirilərək sığortalamışdır (xx xxxx 2015-ci il tarixli “xxxxxxxx” Depozit müqaviləsi iş materiallarına əlavə edilmişdir). QSC “Bank xxxxxxxx” KB ilə İddiaçı arasında xx xxxxx 2016-cı il tarixindən xx xxxx 2016-cı il tarixinədək əlavə razılaşma imzalanmış, müqavilə üzrə faiz dərəcəsi 3 faizə endirilmişdir (xx xxxxx 2016-cı il tarixli X9 razılaşma iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan QSC “Bank xxxxxxxx” KB-nın əmanətçiləri arasında öhdəliklərin reyestrindən xx xxxxxxx 2016-cı il tarixli çıxarışdan görünür ki, İddiaçı əmanətinin məbləği 70201.25 ABŞ dolları məbləğindən ibarətdir. Belə ki, xx xxxxxxx 2016-cı il tarixdən etibarən QSC “Bank xxxxxxxx” KB müflis elan edildiyindən iddiaçı bununla əlaqədar olaraq cavabdehə müraciət etmiş, lakin bugünədək müraciətinə cavab verilməmişdir. Bu səbəbdən iddiaçıya məxsus 70201,25 ABŞ dolları məbləğində əmanət cavabdehdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borlu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Göyündüyü kimi, X3 İddiaçı xx.xx.2016- xx.xx.2017, xx.xx.2017-xx.xx.2018 və xx.xx.2018xx.xx.2019-cu il tarixlərə cəmi 10530 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Odur ki, iddia həmin hissədə təmin edilərək iddiaçıya hesablanan 10530 ABŞ dolları faiz borcu cavabdehdən tutulmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin 70201 ABŞ dolları məbləğində əmanətin tutulması ilə bağlı mövqeyi əsaslı olmuşdur və əsaslı olaraq aşağıdakı hüquq normaları tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 950.1-ci maddəsinin tələbinə görə banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılmasına, bundan əlavə, əmanətçinin banka qarşı tələbləri üzrə onların bu Məcəllənin 453-cü maddəsində nəzərdə tutulmuş qaydada subsidiar məsuliyyəti ilə qarantiya verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 950.3-cü maddəsinin tələbinə görə bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.1ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.2ci maddəsinə əsasən qorunan əmanət - sığorta - hadisəsi baş verdikdə X5 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinə görə sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.4cü maddəsinə görə sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. «Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə görə X3 iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X7 xx xxxx 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara (Protokol № 66) əsasən xx xxxx 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi 12 fazi müəyyən edilmişdir. xx xxxx 2016-cı il tarixindən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3 faizdən və milli valyutada 12 faizdən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Qorunan əmanətçilərin xx xxxx 2016-cı il tarixə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X3 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər mübahisələndirmirlər ki, xx xxxxxx 2011-ci tarixli, 689 saylı bank əmanəti müqaviləsinə əsasən İddiaçı bankı pul vəsaitini əmanət yerləşdirmiş, sonradan əlavə sazişlə müqavilədə dəyişiklik edilərək əmanətin illik faiz dərəcəsi 3 faiz olaraq müəyyən edilmişdir. İddiaçı məhz xx xxxxx 2016-cı il tarixli müqaviləyə istinad edərək banka əmanət qoyduğu pul məbləğinin tam sığortalanmış əmanət olduğunu qeyd edir və tam olaraq kompensasiya tələb edir. Cavabdehin apellyasiya şikayətində olan mövqeyinə görə tərəflər arasında əlavə sazış imzalanmışdır. Həmin əlavə sazişlə 25.1.2015-ci il tarixli müqavilənin şərtlərində dəyişiklik edilərək əmanətin illik faiz dərəcəsi 3 faiz olaraq müəyyən edilmişdir. Lakin müddət bitdikdən sonra avtoprolonqasiya edilərək sonrakı müddət üçün faiz 4,5 həddində müəyyən edilmiş, bu halda da əmanaət tam sığortalanmış əmənət hesab olunmadığına görə kompensasiya hesablanması mümkünsüzdür. Məhkəmə kollegiyası qeyd edir ki, göstərildiyi kimi mübahisələndirilmir ki, göstərilən əmanətin əmanətçiyə əmanət müddətində 3%-lə faizlə ödəniləcəyi razılaşdırılmışdır. Cavabdeh əlavə sazişin müddətinin bitməsindən sonra həmin günə bankda qüvvədə olan faiz dərəcəsinə uyğun olaraq 4,5 %-lə tətbiq olunduğuna istinad edərək kompensasiyanın verilməsindən imtina etmişdir. Cavabdehin bu imtinası əsassız hesab edilir və qeyd edilməlidir ki, tərəflər sonuncu sazişlə əmanətə faizin 3%-lə hesablanacağını razılaşdırmışlar. Müqavilənin müddətinin bitdiyi halda ilkin müqavilə ilə deyil, tərəflərin razılaşdırmış olduqları sonuncu müqavilə ilə faizin hesablanması davam etməlidir. Başqa razılaşma olmadığı təqdirdə tərəflərin razılaşdırmış olduqları sonuncu razılaşma əsas götürülməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh sonuncu razılaşmada göstərilən faiz dərəcəsini deyil, əsassız olaraq mövcudluğu yazılı olaraq təsdiq edilməyən müqaviləyə istinad edir ki, bu qaydada müəyyən edilən faizin həddi əsaslı hesab edilə bilməz. Ona görə ki, iddiaçı tərəfin bu qaydada faizi müəyyən etməsi zamanı cavabdehin razılığı alınmamış və yeni şərtlər müqavilə ilə rəsmləşdirilməmişdir. Məhkəmə kompensasiyanın məbləğinə münasibətdə qeyd edir ki, həmin məbləğin 65.000 ABŞ dolları əmanət məbləği, qalan məbləğ isə ona hesablanmış faiz məbləğdir. Cavabdeh haqlı olaraq müvafiq reyestrdə bankın lisenziyasının alınması vaxtınadək hesablanmış faiz məbləğini əmanaət məbləği ilə birləşdirərək iddiaçı qarşısında olan öhdəliyinin məbləğini tam olaraq 70201,25 ABŞ dolları həddində müəyyən etmişdir. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi 10530 (on min beş yüz otuz) ABŞ dolları faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, artıq bankın bank fəaliyyətini həyata keçirməsi ilə bağlı lisenziyası alınmış və artıq o, belə fəaliyyət həyata keçirmir. Belə olan halda depozit məbləğindən istifadə etməsi, ondan faydalanması və digər hər hansı əsasla istifadə etməsi və bunun müqabilində mənfət əldə etməsi mümkün və təsdiq olunmadığı halda sonrakı müddət üçün faizin hesablanması düzgün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(006)-4238/2019 saylı qətnaməsi 10530 (on min beş yüz otuz) ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(006)-4238/2019 saylı qətnaməsi 10530 (on min beş yüz otuz) ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə cavabdehə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov
Məhkəmə qərarları › İş №2(103)-13381/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13381/2019
10.12.2019 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver