Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1340/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət X5 tabeliyində “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə pul) X8 İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5026/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət X5 tabeliyində “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 13-16/2-763/2024 nömrəli “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı ünvanlanmış ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlığa əsasən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi ilə bağlı xəbərdar olunmuşdur.
2. İş materiallarında olan “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 90-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən X2 – ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsin İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunun müdiri vəzifəsinə təyin edilmişdir.
3. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 81 nömrəli əmrinə əsasən "xxxx" ASC üzrə tikintisi başa çatmış obyektlərin istismara qəbul olunması, eyni zamanda büdcə vəsaiti hesabına və beynəlxalq layihələr üzrə tikintisi başa çatmış, uzun müddət istismar olunan obyektlərin "xxxx" ASC-nin balansına qəbul edilməsi ilə bağlı sənədləşmə işləri Cəmiyyətin aparatının İqtisadiyyat və uçot İdarəsinin Əsas fondların idarə olunması şöbəsinin və tikilməkdə olan obyektlərin müdiriyyətinin texniki şöbəsinin işçiləri tərəfindən yüksək peşəkarlıqla yerinə yetirildiyinə görə adları qeyd olunan işçilərin həmçinin şöbə rəisi İddiaçı əməyinin stimullaşdırması məqsədi ilə 150 manat məbləğində mükafatlandırılmışdır.
4. İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən 13 avqust 2024-cü il tarixindən məzuniyyət hüququndan istifadə etmədiyi iş illərinə görə istifadə etmədiyi məzuniyyət günləri qədər məzuniyyətə çıxmağına sərəncam verilməsini xahiş etmişdir.
5. İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən 14 avqust 2024-cü il tarixindən növbəti məzuniyyətlərinin hesabına 48 gün müddətinə əmək məzuniyyətinə çıxmağına sərəncam verilməsini xahiş etmişdir.
6. İş materiallarında olan “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 666-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən İddiaçı – İqsadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASCdə 12 il 2 ay 27 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarında işdənçıxarma müavinəti verilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 36 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3768/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh "xxxx" ASCnin 95-K nömrəli, 19 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki iş yerinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-7651/2022 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(004)-3768/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-1356/2023 saylı qərarına əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mlüki Kollegiyasının 2(103)-7651/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 94-K nömrəli işə bərpa haqqında əmrinə əsasən müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 95-K nömrəli, 19 may 2022-ci il tarixli əmri ilə İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsi üzrə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyində görə ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3768/2022 (İD: 1930797) nömrəli qətnaməsinə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-7651/2022 (İD:1930797) nömrəli qətnaməsinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1356/2023 (İD:1930797) nömrəli Qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 95-K nömrəli, 19 may 2022-ci il tarixli əmri ləğd edilmişdir. İddiaçı əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsinə işə bərpa edilmişdir. xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər – xx.xx.2023-cü il tarixinədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilmişdir.
11. İş materiallarında olan Azərbaycan Repsublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 20 sentyabr 2024-cü il tarixli, 3-17-2/2- 48336/2024 nömrəli məktubuna əsasən müyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1 iyun 2024-cü il tarixindən 1 sentyabr 2024-cü il tarixinədək işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi barədə Agentliyə rəsmi məlumat daxil olmamışdır.
12. İş materiallarında olan Azərbaycan Dövlət X5 xx.xx.2024-cü il tarixli, 002/1 nömrəli əmrinə əsasən Agentliyin tabeliyindəki “İri Şəhərlərin Birləşmilş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidməttinin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmiş, “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edənə (K.Həsənov) tapşırılmışdır: təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində strukturuna daxil olan qurumların ştat cədvəllərinin hazırlanması, ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərini bir ay maddətində Aparatın rəhbərinə (F.Quliyev) təqdim edilməsini, yerləşdirilməsi mümkün olmayan işçilər barədə Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsini, bu əmrdən irəli gələn digər məsələlərin həllini təmin etməsi. Aparatın rəhbəri (F.Quliyev) əməkdaşların yerləşdirilməsi barədə təklifləri razılaşdırılması üçün Agentliyin sədrinə təqdim edilməsi tapşırılmışdır.
13. Azərbaycan Repsublikası Nazirlər Kabinetinin Azərbaycan Dövlət X5 tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Qərarına əsasən “İri Şəhərlərin X11 Xidmətinin Nizamnaməsi”nin təsdiq edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikiası Nazirlər Kabinetinin2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı və “Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli Qərarının ləğv edilməsi qərara alınmışdır.
14. "xxxx" ASC-nin Aparatının tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşmüş işçilərin siyahısına əsasən Əsas fondların idarə olunması şöbəsibdə şöbə rəisi vəzifəsində çalışan İddiaçı daxil olmaqla, 56 işçi ixtisara düşmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. . İddiaçı cavabdeh Azərbaycan Dövlət X5 tabeliyində “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə pul” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İri Şəhərlərin X11 Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli 666- K nömrəli əmrinin ləğv edilməsinə, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsinə və Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixindən "xxxx" ASC-də, 2024-cü ilin aprel ayından isə Azərbaycan Dövlət X5 tabeliyində “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi şəxsdə işləmişdir. Belə ki, iddiaçı xx.xx.2012 xx.xx.2013-cü il tarixlərində 18-ci dərəcə ilə Kommersiya departamentinin rəisi, xx.xx.2013 - xx.xx.2014-cü il tarixlərində 18- ci dərəcə ilə Əmlak məsələləri departamentinin rəisi, xx.xx.2014 – xx.xx.2016-cı il tarixlərində 16-ci dərəcə ilə Əsas fondların idarə olunması şöbəsinin rəisi, xx.xx.2016 - xx.xx.2022-ci il tarixlərində "xxxx" ASC-nin İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsində çalışmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 95-k nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Bundan sonra iddiaçı işəgötürənin qanunsuz və əsassız verilmiş həmin əmrinin qüvvədən salınması, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin 2(004)-3768/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2022-ci il tarixli apelyasiya şikayəti ilə Yasamal Rayon Məhkəməsinin 2(004)- 3768/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7651/2022 saylı mülki iş üzrə xx.xx.2022- ci il tarixli Qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3768/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh "xxxx" ASC həmin qərardan da narazı qalaraq kassasiya şikayəti vermiş və Azərbaycan RespublikasıAli Məhkəməsinin 2(102)- 1356/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7651/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı qarşı cavabdeh müəssisə rəhbərliyinin (K.Həsənov) qanunsuz və qərəzli mövqeyi hələ 2022-ci ildən bəri olmuşdur. Lakin, iddiaçı hüquqlarının müdafiəsi üzrə məhkəməyə müraciət edərək əvvəlki vəzifəsinə bərpa edilmişdir. Cavabdeh "xxxx" ASCnin (hazırkı “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi şəxs) İddiaçı qarşı qərəzli, barışmaz və qanunsuz mövqeyi məhkəmə qərarının icrası mərhələsində də özünü aşkar şəkildə büruzə vermişdir. Belə ki, Azərbaycan Respublikası adından çıxarılmış və çıxardığı gündən qüvvə minmiş AR Ali Məhkəməsinin 26 aprel 2023-cü il tarixli Qərarı uzun sürən çətinliklərdən sonra düz 5 aydan sonra cavabdeh tərəfindən icra edilmişdir. Bunun səbəbi isə tərəfimizdən Ali Məhkəmənin Qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyinə, həmin nazirliyin İcra Xidmətinə və digər aidiyyəti orqanlara ünvanlanmış şikayətlərimiz olmuşdur. Çoxsaylı şikayətlərdən sonra yuxarıda da qeyd etdiyimiz kimi düz 5 aydan sonra cavabdeh məcburiyyət qarşısında qalaraq 22 sentyabr 2023-cü il tarixli, 94-K nömrəli əmr ilə İddiaçı İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsinə bərpa etmişdir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət X5 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC-i çevrilmə yolu ilə yenidən təşkil edilərək “İri şəhərlərin X11 Xidməti” Publik Hüquqi şəxsi olaraq fəaliyyət göstərməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilat tərəfindən yenidən iddiaçıya onun tutduğu ştat vahidinin ixtisara düşülməsi barədə xəbərdarlıq edilmiş, tutduğu vəzifənin 9 təqvim həftəsi sonra ləğv ediləcəyi iddiaçıya bildirilmişdir. Belə ki, xəbərdarlıq bildirişində qeyd edilmişdir ki, Azərbaycan Dövlət X5 29 may 2024-cü il tarixli 002/F saylı əmri İqtisadiyyat və uçot idarəsinə şöbə statusu verilmiş, iddiaçının rəhbərlik etdiyi Əsas fondların idarə olunması şöbəsi “Əsas fondlarla iş sektoru” kimi təsbit edilmişdir. Amma iddiaçıya təqdim olunmuş xəbərdarlıqda Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsi xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi qeyd edilmişdir (eləcə də “İri şəhərlərin X11 Xidmətinin strukturu”nda İqtisadiyyat və uçot İdarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüşdür.) Lakin, xəbərdarlıq müddəti dövründə, hələ iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl heç bir səbəb olmadan cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 90-k nömrəli əmri ilə “İri Şəhərlərin X11” Xidməti Publik hüquqi şəxsin yeni strukturunda İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunun müdiri vəzifəsinə bu müəssisədə iş stajı olmayan, tamamilə bu sektora aid olmayan müəssisələrdə işləmiş X2 təyin edilmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra iddiaçıya heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin X11 Xidmətinin” İdarə Heyətinin sədrinin xx.xx.2024-cü il tarixli 666-K nömrəli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həm təcrübi, həmdə nəzəri bilikləri baxımından iddiaçı peşəkarlıq səviyyəsinə görə daha yüksək olduğu və əmək müqaviləsinə xitam verildiyi günə qədər peşəkar işçi olduğuna görə hər ay tarif maaşından əlavə 1000 (min) manat məbləğində peşəkarlığa görə əlavə ödəniş də aldığı halda, yeni strukturda yaradılmış İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunun müdiri vəzifəsinə uyğun ixtisaslı kadr hesab edilə bilməyən X2 təyin edilmişdir. AR Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Lakin, hazırkı mübahisə üzrə peşəkarlıq səviyyəsi İddiaçı daha aşağı olan işçilərə üstünlük verilərək onlar işdə saxlanılmış, İddiaçı isə qərəzli olaraq işdən çıxarılmışdır. AR Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirən işçilər işəgötürən tərəfindən mükafatlandırılır. İddiaçı-ə işlədiyi müddət ərzində (əmək müqaviləsinə xitam verildiyi günə qədər) peşəkar işçi olduğuna görə hər ay tarif maaşından əlavə 1000 (min) manat məbləğində peşəkarlığa görə əlavə ödəniş ödənilmişdir. Bundan əlavə “İri Şəhərlərin X11 Xidməti” PHŞ-nin idarə heyətinin sədri Köçərli Həsənov tərəfindən xx.xx.2024-cü il tarixində 81 nömrəli əmr ilə iddiaçı tutduğu vəzifə öhdəliklərini peşəkarcasına yerinə yetirdiyi üçün mükafatlandırılmışdır. Lakin bu kimi hallar ixtisar zamanı nəzərə alınmamışdır. AR Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin X11 Xidməti” PHŞ-nin Nizamnaməsinin 4.3-cü bəndinə əsasən, xidmətin struktur bölmələrinin rəhbərləri, habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Azərbaycan Dövlət X5 sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. Lakin, hazırkı mübahisə üzrə İddiaçı struktur bölməsinin rəhbəri olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Dövlət X5 sədri ilə heç bir razılaşdırma aparılmamış, idarə heyəti sədrinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya qarşı qərəzli mövqe eyni zamanda ondan ibarətdir ki, 09 və 13 avqust 2024-cü il tarixlərində iddiaçının məzuniyyətə çıxmaq üçün yazdığı ərizələrə əsassız olaraq baxılmamış, onun məzuniyyət hüququ pozulmuş və ona heç bir əsas olmadan əmək məzuniyyəti verilməmişdir. İddiaçıya qarşı cavabdeh müəssisə rəhbərliyinin qərəzli mövqeyi hələ 2022ci ildən mövcud olmuşdur. İddiaçı AR Ali Məhkəməsinin qərarı əsasında işə bərpa edilməyinə baxmayaraq, bir neçə aydan sonra yenidən cavabdeh müəssisə rəhbərliyinin (K.Həsənovun) qərəzli mövqeyi ilə üzləşmiş və eyni əsasla formal (pərdələmə) əmrlər verilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əvvəlki mübahisə üzrə xx.xx.2022-ci il tarixində işdən çıxarılmış İddiaçı Ali Məhkəmənin müvafiq qərarı əsasında 22 sentyabr 2023-cü il tarixdə işə bərpa edildikdən sonra ona 1 il 4 ay məcburi işburaxma dövrü üçün olduqca yüksək məbləğdə pul ödənilmişdir. Təbii ki, bu ödəniş səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan "xxxx" ASC-nin vəsaiti hesabına ödənilmişdir. Cavabdeh müəssisə rəhbərinin (Köçərli Həsənovun) qanunsuz əmri nəticəsində dövlət müəssisəsinin büdcəsinə külli miqdarda ziyan dəyməsinə baxmayaraq, cavabdeh yenidən əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq bir neçə aydan sonra eyni motivlə (formal ştat ixtisarı həyata keçirməklə) iddiaçını işdən çıxarmışdır. AR Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Cavabdeh müəssisə Publik Hüquqi Şəxs olduğundan və ümumdövlət (və ictimai əhəmiyyətli) fəaliyyət həyata keçirdiyindən dövlət orqanı hesab edilə bilər. Lakin, belə görünür ki, PHŞ-in İdarə Heyətinin Sədri K.Həsənov ona qarşı heç bir reqress tələbin yönəlməyəcəyindən əmin olduğundan rahatlıqla qanunsuz əmr verərək iddiaçını işdən çıxarmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 666-K nömrəli işdənçıxarma əmri qanunsuz, əsassız və qərəzli olaraq verildiyindən ləğv edilməli, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi və əmək məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsinə dair qətnamə çıxarılmalıdır.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Ülkər Xəlil) ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Dövlət X5 tabeliyində “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 666-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Azərbaycan Dövlət X5 tabeliyində “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 11, 71.1, 71.3, 74.2, 77.1, 77.2, 77.3, 77.4, 78.1, 172.5, 300.1-ci maddələrinə, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 17.2, 18.2-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119, 217.1, 218.3, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən cavabdeh Azərbaycan Dövlət X5 tabeliyində “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsində AR Əmək Məcəlləsinin 71.1-ci maddəsinə istinad edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulmasını qeyd etmişdir. Bildirir ki, AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli , 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin X11 Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Dövlət X5 29 may 2024-cü il tarixli 002/1 nömrəli əmri ilə “İri Şəhərlərin X11 Xidməti” PHŞ-nin strukturu təsdiq edilmişdir. Həmin əmrə əsasən publik hüquqi şəxsin ştat vahidlərinin sayı 14000dən 7700–dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. Qeyd olunan əmrə istinadən iddiaçıya xx.xx.2024-cü il tarixli 13-16/2-763/2024 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçıya iş axtarması üçün şərait yaradılmış, əmək müqaviləsi ləğv edildikdən sonra müvafiq ödənişlər tam şəkildə həyata keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəf Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət X5 29 may 2024-cü il tarixli 002/F nömrəli əmri ilə “İri Şəhərlərin X11 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüş, ümumilikdə şöbə ləğv edilmişdir. Agentlik mərkəzi icra hakimiyyəti orqanıdır və onun ştat vahidləri müvafiq orqan tərəfindən müəyyən və təsdiq edilir. Yəni, səhmdar cəmiyyətlərdən fərqli olaraq istənilən zaman ştat vahidinin açılması və bağlanması qeyri-mümkündür. Bu əsaslı faktlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, iddiaçı əsassız olaraq işə bərpa edilmişdir. Azərbaycan Respublikası Dövlət X5 2024-cü il 29 may tarixli 002/f nömrəli əmr ilə təsdiq edilmiş İri Şəhərlərin X11 Xidməti publik hüquqi şəxsin struktuna əsasən İddiaçı Əsas fondların idarə olunması şöbəsində tutduğu şöbə rəisi (vəzifəsi) ştat vahidi ixtisara düşmüş, ümumilikdə şöbə ləğv edilmişdir. Bu səbəbdən iş üzrə onun peşəkarlığının olub olmaması əhəmiyyət kəsb etmir. İş təklifi ilə bağlı məsələyə gəldikdə Əmək Məcəlləsi işəgötürənin üzərinə öhdəlik qoymamışdır. Belə hallarda işçiyə iş təklif edilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur. Həmçinin, iş materiallarında olan sübutlardan göründüyü kimi şöbə ümumilikdə ləğv edildiyi üçün müəyyən vəzifələr üzrə peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan əməkdaşın seçilməsində və saxlanılmasında da heç bir öhdəlik yaranmır. Məhkəməyə işin hallarını sübut edən bütün dəlillər təqdim edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutlara qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, aşağıda qeyd edilənlər baxımından cavabdehin mövqeyi tamamilə əsassızdır və apellyasiya şikayətinin rədd edilməsi, həmçinin, Yasamal Rayon Məhkəməsinin e-2(004)-5026/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli Qətnaməsinin qüvvədə saxlanılması barədə qərar çıxarılmalıdır Cavabdeh apellyasiya şikayətində ilkin olaraq AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl edildiyini bildirir. Həmin maddəyə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Cavabdeh sözügedən maddənin tələblərinə riayət edildiyini qeyd etsə də, konkret olaraq hansı tədbirlərin həyata keçirildiyi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iş təklifi ilə bağlı məsələyə gəldikdə Əmək Məcəlləsi işəgötürənin üzərinə öhdəlik qoymamışdır. Belə hallarda işçiyə iş təklif edilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur. Əmək Məcəlləsinin 71-ci maddəsi imperativ norma olmaqla işəgötürən üçün öhdəlik müəyyən edir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, işəgötürən (cavabdeh) tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman ƏM-in 71-ci maddəsinə uyğun olaraq heç bir tədbir görülməmiş, ona müəssisədə başqa iş təklif edilməmiş, onun başqa işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Nəticə etibarilə, işçilərin sayı və ştat ixtisar edilərkən, iddiaçıya ixtisasına uyğun iş təklif edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işdə saxlanılan şəxslərlə ixtisar aparılmış şəxslər arasında hansı qaydada qiymətləndirmə aparması, işçilərin peşəkarlıq səviyyəsinin hansı formada müəyyən etməsi ilə bağlı heç bir sübut təqdim edə bilməmiş, əksinə illərdir həmin vəzifədə işləyən şəxslə bağlanmış əmək müqaviləsinə xitam verərək, həmin vəzifəyə Azərbaycan Dövlət X5 tabeliyinə verilmiş müəssisələrdə heç vaxt işləməmiş kənar şəxsi təyin etmişdir. Halbuki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən tabeliyindəki “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmr verilərkən İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən qarşısında həll olunması qoyulan tələblərdən biri də ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təklifləri 1 ay müddətinə aparatın rəhbərinə təqdim edilməsi olmuşdur. Lakin cavabdeh bu təkliflərin hazırlanması, qiymətləndirmənin aparılması ilə bağlı hər hansı sübut təqdim edə bilməmiş, cavabdehin şifahi mülahizəsinə əsasən qiymətləndirmənin aparıldığını bildirmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əvvəla, iddiaçının tutduğu ştat vahidinin ləğv edilməsi zamanı heç bir əsaslandırılmış əmr verilməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi əsas fondların idarə edilməsi şöbəsi ləğv edilmiş, onun yerinə isə həmin şöbənin funksiyalarını yerinə yetirən əsas fondların idarə edilməsi sektoru yaradılmış, şöbənin işçilərinin sayı 6, ixtisar olunduqdan sonra sektorun işçilərinin sayı isə 4 nəfər olmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi şöbə əslində ləğv olunsa da, lakin eyni funksiyanı idarə edən sektor yaradılmışdır. Bütün bunlar isə ştat ixtisarının tamamilə formal olaraq aparıldığını və ixtisarın sadəcə olaraq İddiaçı tutduğu vəzifədən kənarlaşdırmaq məqsədilə ilə həyata keçirildiyini sübut edir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında olan sübutlardan göründüyü kimi şöbə ümumilikdə ləğv edildiyi üçün müəyyən vəzifələr üzrə peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan əməkdaşın seçilməsində və saxlanılmasında da heç bir öhdəlik yaranmır. AR Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Həm təcrübi, həm də nəzəri bilikləri baxımından İddiaçı peşəkarlıq səviyyəsi daha yüksək olduğu və buna görə də əmək müqaviləsinə xitam verildiyi günə qədər hər ay vəzifə və tarif maaşından əlavə olaraq peşəkarlığına görə 1000 (min) manat məbləğində əlavə ödəniş aldığı halda, yeni strukturda yaradılmış İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunun müdiri vəzifəsinə uyğun ixtisaslı kadr hesab edilə bilməyən və Azərbaycan Dövlət X5 tabeliyinə verilmiş müəssisələrdə heç vaxt işləməmiş, tamamilə kənardan X2 təyin edilmişdir. Həmçinin, cavabdeh əsas fondların idarə edilməsi sektorunun müdiri vəzifəsinə yeni təyin olunmuş müdirin peşəkarlıq səviyyəsinin daha yüksək olması ilə bağlı da sübut təqdim edə bilməmişdir. AR Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Lakin, hazırkı mübahisə üzrə İddiaçı peşəkarlıq səviyyəsinin yüksək olmasına, vəzifə öhdəliyini və verilən tapşırıqları vaxtında, keyfiyyətlə yerinə yetirdiyinə görə rəhbərliyin xx.xx.2024-cü il tarixli 81 nömrəli əmri ilə mükafat almasına, əmək müqaviləsinə xitam verildiyi günə qədər hər ay tarif maaşından əlavə olaraq peşəkarlığına görə 1000 (min) manat məbləğində əlavə ödəniş almasına üstünlük verilməyərək işdə saxlanılmamış, əksinə heç bir iş təklif edilmədən qərəzli olaraq işdən çıxarılmışdır. Məhkəmə haqlı olaraq tərəflər arasında əvvəllər də məhkəmə çəkişməsinin olduğunu, əvvəl də iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin eyni əsası ilə xitam verildiyini, lakin məhkəmə qərarı ilə əvvəlki işinə bərpa edildiyini nəzərə alaraq cavabdehin yenidən eyni əsaslarla iddiaçı ilə əmək müqaviləsinə xitam verməsini cavabdehin qərəzli mövqeyi kimi qiymətləndirmişdir. Qərəzli mövqe özünü onda büruzə verir ki, işlədiyi müddətdə dəfələrlə əmək funksiyasını yüksək peşəkarlıqla icra etdiyinə görə mükafatlandırmış işçisini, cavabdeh müəssisə hər hansı dəyərləndirmə (qiymətləndirmə) aparmadan ştat vahidinin ixtisara düşməsi ilə bağlı əmək müqaviləsinə xitam vermiş, yeni yaradılmış sektora Azərbaycan Dövlət X5 tabeliyinə verilmiş müəssisələrdə heç vaxt işləməmiş, kənar şəxsi təyin etmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən apellyasiya şikayətinin rədd edilməsi və Yasamal Rayon Məhkəməsinin (hakim Ülkər Xəlil) e-2(004)-5026/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul etməyinizi xahiş edirik.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
24. 35-ci maddəsinin İİ, İV, Vİ hissələrinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
25. Maddə 2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
26. Maddə 11. Müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir.
27. Maddə 12.1. «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir.
28. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
29. Maddə 70. “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər.
30. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
31. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
32. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
33. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
34. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
35. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
36. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər
37. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Hazırki halda, qətnaməni yalnız cavabdeh mübahisələndirdiyindən, iddiaçı tərəfindən iddianın təmin edilməməsi ilə bağlı hissədən apellyasiya şikayəti verilmədiyindən, qətnamə apellyasiya şikayəti çərçivəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC-də İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsində işləmiş, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət X5 fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC çevrilmə yolu ilə yenidən təşkil edilərək İri şəhərlərin X12 Xidməti” Publik Hüquqi şəxsinə çevrilmiş və İri şəhərlərin X12 Xidməti” Publik Hüquqi şəxsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
48. Kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Qanunun tələbinə əsasən iddiaçıya tutduğu ştatın ixtisara düşməsi barədə qanunvericiliyin tələbinə uyğun iki ay əvvəl işəgötürən tərəfindən xəbərdalıq olunması formal xarakter daşımışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işdə saxlanılan şəxlərlə ixtisar aparılmış şəxslər arasında hansı qaydada qiymətləndirmə aparması, işçilərin peşəkarlıq səviyyəsinin hansı formada müəyyən etməsi ilə bağlı heç bir sübut təqdim edə bilməmiş, əksinə illərdir həmin vəzifədə işləyən şəxslə bağlanmış əmək müqaviləsinə xitam verərək, həmin vəzifəyə kənar şəxsi təyin etmişdir.
49. Eyni zamanda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən verilmiş Azərbaycan Dövlət X5 tabeliyindəki “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmr verilərkən İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən qarşısında həll olunması qoyulan tələblərdən biri də ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təklifləri 1 ay müddətinə aparatın rəhbərinə təqdim edilməsi olmuşdur. Lakin cavabdeh bu təkliflərin hazırlanması, qiymətləndirmənin aparılması ilə bağlı hər hansı sübut təqdim edə bilməmiş, cavabdehin şifahi mülahizəsinə əsasən qiymətləndirmənin aparıldığını bildirmişdir. Həmçinin, işçilərin sayı və ştat ixtisar edilərkən, iddiaçıya ixtisasına uyğun iş təklif edilməmişdir.
50. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının işlədiyi əsas fondların idarə edilməsi şöbəsi ləğv edilmiş, onun yerinə isə həmin şöbənin funksiyalarını yerinə yetirən əsas fondların idarə edilməsi sektoru yaradılmış, şöbənin işçilərinin sayı 9, ixtisar olunduqdan sonra sektorun işçilərinin sayı isə 4 nəfər olmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi şöbə əslində ləğv olunsa da, lakin eyni funksiyanı idarə edən sektor yaradılmışdır.
51. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan həmin hissələrdə təmin edilməlidir.
52. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
53. Beləliklə, tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçının əsassız olaraq işdən çıxarılması müəyyən edilmişdir. Belə ki, işlədiyi müddətdə dəfələrlə əmək funksiyasını yüksək peşəkərlıqla icra etdiyinə görə mükafatlandırmış işçisini, cavabdeh hər hansı dəyərləndirmə aparmadan ştat vahidinin ixtisara düşməsi ilə bağlı əmək müqaviləsinə xitam vermiş, yeni yaradılmış sektora kənar şəxsi təyin etmişdir. Həmçinin, cavabdeh əsas fondların idarə edilməsi sektorunun müdiri vəzifəsinə yeni təyin olunmuş müdirin peşəkarlıq səviyyəsinin daha yüksək olması ilə bağlı da sübut təqdim edə bilməmişdir.
54. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən əsaslı sayıla və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, cavabdeh iddiaçını heç bir qanuni əsas olmadan, eləcə də işdən çıxarma qaydalarını pozmaqla, yəni qanun pozuntusu ilə işdən azad etməsi iş materialları ilə tam təsdiq edilir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
56. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Dövlət X5 tabeliyində “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Dövlət X5 tabeliyində “İri Şəhərlərin X11 Xidməti” Publik Hüquqi Şəxsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.