Məhkəmə qərarları › İş №2(103)-1343/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1343/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1343/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və X3 qarşı pul tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və X3 qarşı pul tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1150/2024 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Cavabdeh 22000 manat borc pulun və 14000 manat dəyərində qızıl-zinət əşyalarının (583 əyyarlıağ qızıl dəsti – boyunbağı, klon, sırğa, üzük, qolbağ, 11 cüt sırğa, 7 ədəd üzük, 7 ədəd klon ad yazısı olan boyunbağı ilə birlikdə, 10 ədəd boyunbağı – qaşlı və üzərində “M” hərfi olan boyunbağılar, 11 ədəd qolbağ) alınaraq İddiaçı verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və X3 qarşı cavabdeh İddiaçı 51750 manat, cavabdeh X2 16200 manat və ödənilmiş dövlət rüsumuna görə 273,75 manat məbləğində pulun alınaraq Cavabdeh ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1150/2024 saylı nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı cavabdehdən 22000 manat borc pulun və 14000 manat dəyərində qızıl-zinət əşyalarının (583 əyarlı ağ qızıl dəsti – boyunbağı, klon, sırğa, üzük, 11 cür sığar, 7ədəd üzük, 7 ədəd kulon ad yazısı olan boyunbağı ilə birlikdə, 10 ədəd boyunbağı – qaşlı və üzərində “M” hərfi olan boyubağlar, 11 ədəd qolbağ) cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair ilkin iddiasının və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və X3 qarşı cavabdeh İddiaçı 51750 manat, cavabdeh X2 16200 manat və ödənilmiş dövlət rüsumuna görə 273,75 manat məbləğində pulun alınaraq Cavabdeh ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1150/2024 saylı nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1150/2024 saylı qərardadı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22(011)-1150/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması, apellyasiya şikayətinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Mddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-1150/2024 saylı məktubuna əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1150/2024 saylı qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş şikayətə baxılması ilə bağlı zərurət yarandığından 2(011)-1150/2024 saylı mülki işin apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-1343/2025 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1150/2024 saylı qərardadından vermiş olduğu şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-1343/2025 nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(011)-1150/2024 saylı qərardadından vermiş olduğu şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar