Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1347/2020 08.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmık haqqının və mənəvi ziyanın tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli, H/010-19-02 №-li əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının, mənəvi ziyana görə 50.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli, H/010-19-02 №-li əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin qismən, iş üzrə iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, işin mübahisəsiz hallarına görə iddiaçı, MMCnin xx xxxx 2019-cu il tarixli əmrinə əsasən işdən çıxarılmış, həmin əmrdə xidməti istifadəsində olan avtomobilin geri qaytarılması qeyd edilmiş, əmr ona təqdim edilməmiş və xx.xx.2019-cu il tarixdə avtomobil, tərəfindən idarə olunarkən YPX əməkdaşları tərəfindən saxlanılaraq mühafizə edilən duracağa yerləşdirilmişdir. Qeyd olunan hallar Yasamal Rayon Məhkəməsinin 2(004)-4153/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin qeyd olunan hərəkətləri iddiaçının qanunla qorunan hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Ona görə də, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının və dəymiş mənəvi ziyana görə 50.000 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC də apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisinin 04 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə MMC-nin xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki, yəni baş mühəndis vəzifəsinə bərpa olunması, MMC-nin direktorunun 50 saylı, xx.xx.2019-cu il tarixli əmri ilə onun işdən azad edilməsi haqqında xx.xx.2019-cu il tarixli əmrin qüvvədən düşmüş hesab edilməsi və əvvəlki işinə bərpa olunaraq xx.xx.2019-cu il tarixdən əmək funksiyalarının yerinə yetirilməsinə başlanması qətnamədə qeyd edilərək, məsələyə heç bir hüquqi qiymət verilməmiş, məhkəmə artıq mövcud olmayan əmri ləğv etmişdir. Bu o deməkdir ki, məhkəmə, mübahisə predmetinin aradan qaldırıldığını nəzərə almadan işə ədalətlə baxmamış, nəticədə əsassız və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Digər tərəfdən, qətnamədə iddiaçı tərəfindən iddia müddətinin buraxılmasına dair heç bir məhkəmə araşdırması aparılmamış, qanunvericiliyin müvafiq maddələri sadalanmış və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsini məhkəmə əsaslandırmamışdır. Belə ki, iddia müddətinin tətbiqinə dair ərizədə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini sübut edən kifayət qədər əsaslar göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi öz apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, cavabdehin təmsil etdiyi şəxsi işə bərpa etməsi və mübahisənin aradan qalxması barədə dedikləri həqiqətə uyğun deyil. Ona görə ki, iddiaçının işə bərpasına dair xx.xx.2019-cu il tarixli əmri elektron informasiya sisteminə daxil edilmədiyi üçün hüquqi qüvvəyə minməmişdir. Bu vəziyyətdə iddiaçının işə çıxmaq hüququ və vəzifəsi yaranmamışdır. Həmin əmrdə məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi məsələsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Belə olan halda, mübahisə mövcuddur və davam edir. Bundan əlavə, iddiaçı, işdən əsassız olaraq çıxarıldığından və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iztirab çəkdiyi aşkar olduğundan təmsil etdiyi şəxsə dəymiş mənəvi zərərin əvəzi ödənilməlidir. Ona görə də, qətnamənin mənəvi zərər hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin olunmasını, qalan hissədə isə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdehin nümayəndəsi özlərinin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ilə İddiaçı işinə bərpa edilmişdir. Bununla da tərəflər arasındakı mübahisə aradan qalxmışdır. Buna baxmayaraq, iddiaçı hazırkı vaxtadək işə çıxmamışdır. İddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinə dair məlumat elektron informasiya sisteminə daxil edilsə də, onun işə bərpa olunmasına dair xx.xx.2019-cu il tarixli əmr barədə bildiriş elektron informasiya sisteminə daxil edilmədiyi üçün həmin sistemdən çıxarşı məhkəməyə təqdim edə bilmir. Bundan əlavə, iddiaçı işə çıxmır və ona işdə olmadığı dövr üçün əmək haqqının ödənilməsini doğru hesab etmirlər. Nümayəndə suala cavab olaraq onu da bildirmişdir ki, İddiaçı işə bərpa etmə ilə bağlı qərar və əmr çıxardıqları üçün iddia müddətinin tətbiqi haqqında ərizədən də imtina edirlər. Nümayəndə, göstərilənlərin nəzərə alınmaqla özünün apellyasiya şikayətinin təmin, iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, cavabdehin şikayəti isə rədd olunmalıdır. İşdə olan sənədlərədən isə görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixində əmək müqaviləsi bağlanmış və İddiaçı texnoloq vəzifəsinə qəbul edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə baş mühəndis vəzifəsinə keçirilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. İddiaçı məxsus əmək kitabçasında isə müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“x xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi Sevda Yusubova, Yasamal rayon məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli yazılı izahatında bildirmişdir ki, aralarında yaranmış mübahisəyə görə İddiaçı ilə birlikdə işləmədikləri üçün ondan işdən çıxması barədə ərizə yazmasını və təhkim olunmuş avtomobili təhvil verməsini tələb etmişlər. İddiaçı ərizə yazmadığı və avtomobili təhvil vermədiyi üçün bir ay gözləmişlər, xx.xx.2019cu il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktorunun əmrinə əsasən iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad edilmişdir. Həmin əmrdə əsas kimi işçinin öz xahişi ilə işdən çıxarıldığı, yaxın ailəvi münasibətlərə görə işçinin əmək kitabçasının korlanmaması, gələcəkdə ona problemin yaranmaması üçün qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan və minik avtomobilinin yol vərəqinə əsasən İddiaçı istifadəsində olan “Honda City” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən idarə olunarkən MMC-nin müraciəti əsasında yol polisi əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisinin xx.xx.2019-cu il tarixli qərarı ilə MMC-nin direktorunun xx.xx.2019-cu il tarixli əmri ləğv edilmiş, İddiaçı əvvəlki işinə, yəni baş mühəndis vəzifəsinə bərpa olunmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktorunun 50 saylı, xx.xx.2019-cu il tarixli əmri ilə İddiaçı işdən azad edilməsi haqqında xx.xx.2019-cu il tarixli əmr qüvvədən düşmüş hesab edilmiş, o, əvvəlki işinə bərpa olunmuş və əmrdə xx.xx.2019-cu il tarixdən əmək funksiyalarının yerinə yetirilməsinə başlanılması qeyd olunmuşdur. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, xx.xx.2013-cü il tarixli 10 №-li əmək müqaviləsi, xx.xx.2013-cü il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli əmrlər, İddiaçı məxsus ИТ-İ ******* №-li əmək kitabçasının surəti, xx.xx.2019-cu il tarixli akt, minik avtomobilinin 30 №-li yol vərəqi, Daxili İşlər Nazirliyi Baş Dövlət X8 xx.xx.2019-cu il tarixli məktubu, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisinin xx.xx.2019-cu il tarixli, 04 №-li qərarı, 50 №-li əmr və işdə olan digər sənədlərlə təsdiqlənir. Göründüyü kimi, İddiaçı işdən azad edilməsi haqqında “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli əmrinin işçinin xahişi barədə ərizəsi olmadan qəbul edilməsi işin mübahisəsiz hallarıdır. Halbuki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-2-ci bəndələrinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Odur ki, İddiaçı işə bərpa olunması və məcburi iş buraxmaya görə ona aylıq əmək haqqı ödənilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Məhkəmə kollegiyası, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 50 saylı, xx.xx.2019-cu il tarixli əmri iləİddiaçı işinə bərpa olunmasına görə mübahisənin aradan qalxması və işə xitam verilməli olması haqqında cavabdehin mövqeyi ilə razılaşmır. Ona görə ki, əvvəla, iddiada İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi tələbləri vardır. Lakin işə bərpa haqqında əmrdə bu məsələlər öz əksini tapmamış, məcburi iş buraxma dövrü üçün əmək haqqının iddiaçıya ödənilməsi həll edilməmiş, habelə mənəvi zərər tələbi ilə bağlı tərəflər arasında mübahisənin qalmadığına dair məlumat və sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu hallar həmin tələblər üzrə mübahisənin aradan qalxmadığına dəlalət edir. İkincisi, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin iddiaçının işinə bərpa edilməsi haqqında 50 saylı, xx.xx.2019-cu il tarixli əmri elektron informasiya sisteminə daxil edilmədiyi üçün hüquqi qüvvəyə minmiş sayılmır. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-2-ci bəndlərinə görə, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə və 12-ci maddəsinin “h” bəndinə əsasən, elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək işçinin hüququ, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin vəzifəsidir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-2-ci bəndlərinə görə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Göründüyü kimi qanunverici, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün bu münasibətlərin yaranması, dəyişməsi və xitamı ilə bağlı məlumatların işçinin əldə edə biləcəyi elektron informasiya sisteminə daxil edildikdən sonra hüquqi qüvvəyə minməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Bu qayda, işəgötürənin isə vəzifəsi olduğu üçün ona riayət edilməməsinə görə işəgötürən məsuliyyət daşıyır. Baxılan işdə “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi etiraf etmişdir ki, İddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinə dair məlumat elektron informasiya sisteminə işlənsə də, onun işə bərpa olunmasına dair xx.xx.2019-cu il tarixli əmr barədə bildiriş həmin sistemə daxil edilməmişdir. Bu barədə sübut da cavabdeh tərəfindən təqdim olunmamışdır. İddiaçı da işə bərpa olunmadığını bildirərək bu tələbinə baxılmasında israr edir. Belə olan halda, Kollegiya hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, xx.xx.2019-cu il tarixli əmri qəbul etsə də, onun qüvvəyə minməsi üçün lazımi qanuni tədbirləri görməmişdir. Başqa sözlə, həmin əmr hüquqi müstəvidə əmək münasibətlərinin bərpası nəticəsini doğurmadığı üçün tərəflər arasındakı işə bərpa mübahisəsinin aradan qalxması qənaətinə gəlmək mümkün deyil. Odur ki, birinci instansiya məhkəməsinin həmin hissədə də işə mahiyyəti üzrə baxması əsaslıdır. Kollegiya cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinin nəzərə alınmamasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, irəli sürülmüş tələbdən müdafiə vasitəsi kimi xx.xx.2019-cu il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Buna baxmayaraq, xx.xx.2019-cu ildə həmin müdafiə vasitəsindən imtina etməsini göstərən hərəkətlər sərgiləmişdir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, İddiaçı işdən azad edilməsi haqqında xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa olunmasına dair xx.xx.2019-cu il tarixdə 04 №-li qərar və 50 №-li əmr tərtib etmişdir. Bu hallar, cavabdehin iddia müddətinin tətbiqi haqqında ərizəsindən imtina etdiyinə dəlalət edir. Bundan əlavə, apellyasiya baxışında cavabdehin nümayəndəsi, İddiaçı işə bərpa edilməsi ilə bağlı qərar və əmr çıxardıqları üçün iddia müddətinin tətbiqi haqqında ərizədən imtina etdiklərini bildirmişdir. Beləliklə, iddia müddətinin tətbiqi haqqında ərizə cavabdehin yuxarıda göstərilən hərəkətləri ilə hüquqi əhəmiyyətini itirdiyi üçün nəzərə alına bilməz. Kollegiya onu da vurğulayır ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin iddiaçını işə bərpa etmək üçün xx.xx.2019-cu il tarixli, 50 №-li əmri tərtib etməsi iddia müddətinin tətbiqi haqqında ərizədən imtina faktının tanınması üçün kifayətdir. Bundan ötrü həmin əmrin elektron informasiya sisteminə daxil edilməsinin əhəmiyyəti yoxdur. Çünki, iddia müddətini tətbiq edib-etməmək cavabdehin arzusuna bağlı olduğu üçün onun bu müdafiə vasitəsindən vaz keçməsi açıq iradə bəyanı ilə (ərizə verməklə) mümkün olduğu kimi, örtülü iradə bəyanı ilə (imtinanı göstərən bariz hərəkətlər nümayiş etdirməklə) də ola bilər. Başqa sözlə, bu məsələdə nəticəyə gəlinməsi üçün cavabdehin iddia müddətinin tətbiqindən imtina etməsini göstərən hər hansı bir hərəkətin edilmiş olması kifayətdir. Bunun üçün əlavə bir şərtə, o cümlədən işəgötürənin hərəkətinə dair məlumatın elektron informasiya sisteminə işlənilməsinə ehtiyac yoxdur. Çünki, əmək münasibətləri ilə bağlı məlumatların həmin sistemə daxil edilməsi qaydasının (ƏM-nin 7-ci maddəsinin 1-2ci bəndlərinin) məqsədi işçinin hüquqlarını daha etibarlı şəkildə təmin etməkdir. Başqa sözlə qanunverici, bu qaydanı qoymaqla işəgötürəni deyil, məhz içini daha təminatlı vəziyyətə gətirməyi hədəfləmişdir. Bu səbəbən işəgötürənin həmin qaydaya əməl etməməsi (öz vəzifəsini yerinə yetirməməsi) işçinin əlehinə istifadə oluna bilməz. Odur ki, hazırkı halda işəgötürən “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin öz vəzifəsini yerinə yetirməyib xx.xx.2019-cu il tarixli, 50 №-li əmri sözügedən sistemə daxil etməməsini işçi İddiaçı əlehinə bir vəziyyət kimi təfsir edilməsi və iddia müddətindən imtina edilmədiyi qənaətinə gəlinməsi Əmək Məcəlləsinin qeyd olunan normalarından məqsədi xaricində istifadə etmək olardı. Bundan əlavə, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İddiaçıin işdən azad edilməsi haqqında əmri ləğv edərək onu işə bərpa etməsinə dair əmr tərtiblədikdən və bunu məhkəməyə bildirdikdən sonra apellyasiya şikayətində iddia müddətinin ötürülməsinə istinad etməsi hüquqdan sui-istifadə təşkil edir. Məlum olduğu kimi, əmək hüquq münasibətləri mülki hüquq münasibətlərinin tərkib hissəsidir. Məhz bu səbəbdən Mülki Məcəlləsinin 2.3-cü maddəsində göstərilmişdir ki, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu səbəbdən bir şəxsin öz davranışı ilə qarşı tərəfdə güvən oyandırdıqdan sonra bu davranışa və güvənə zidd hərəkət etməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Mülki Məcəllənin 560.1-ci, 560.2-ci və 560.3.4-cü maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Bu baxımdan “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixdə İddiaçıin işdən azad edilməsi haqqında əmri ləğv edərək onu işə bərpa etməsinə dair əmri tərtiblədikdən sonra onu elektron informasiya sisteminə daxil etmək vəzifəsini yerinə yetirməməsi, üstəlik xx.xx.2019-cu ildə verdiyi apellyasiya şikayətində iddia müddətinin keçməsinə istinad etməsi, iddiaçıya münasibətdə əvvəl oyandırdığı güvənə zidd rəftar olmaqla, hüquqdan sui-istifadə sayılır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı hazırkı iddiası üzrə “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin iddia müddətinin tətbiqi haqqında ərizəsi nəzərə alınmamalıdır. Beləliklə, cavabdehin dəlilləri əsassız olduğu üçün onun apellyasiya şikayəti rədd edilməlidir. Kollegiya aşağıdakılara əsasən heab edir ki, iddiaçının mənəvi zərərin əvəzinin tutulması tələbinin rədd edilməsi əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianın bu hissəsini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı, həmin tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq bildirir ki, Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər, qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Kollegiya qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Kollegiya hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbinə bu aspektdən yanaşaraq, hesab edir ki, iddiaçının işdən qanunsuz və əsassız şəkildə azad edilməsi, bununla əlaqədar istifadəsində olan avtombilin cavabdehin müraciəti əsasında yol polisi tərəfindən yolda saxlanılaraq duracağa yerləşdirilməsi, iddiaçının hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalması faktları özüözlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Kollegiya, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Kollegiya, iddiaçının öz xahişi ilə işdən çıxmaq barədə ərizə vermədiyi halda cavabdehin onu bu əsasla işdən azad etməklə Əmək Məcəlləsinin tələblərini qəsdən və nümayişkəranə şəkildə pozmasını, mübahisənin davam etmə müddətini, iddiaçının yaşını, eləcə də cavabdehin qeyd edilən pozuntunu etiraf edərək onu aradan qaldırmağa çalışmasını və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərə görə 1.000 manat pulun tutulması ədalətlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv olunmalı, iddia həmin hissədə qismən təmin edilməklə, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 1.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin apellyasiya şikayəti rədd edilsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5788/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mənəvi zərərin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunsun. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən mənəvi zərərə görə 1.000 (bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev
Məhkəmə qərarları › İş №2(103)-1347/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1347/2020
08.01.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver