Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1347/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında MTK-nə məxsus “Belvedere” yaşayış kompleksinin “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzil üzrə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin mənzilin X2 və İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(004)- 5773/2023 saylı qərardadı ilə həmin mülki iş üzrə icraat iddiaçı Cavabdehlər ləğv edilmiş "xxxx" MMC-nin və ləğv edilmiş "xxxx" MTK-nın direktoru X3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçı Çingiz qızına qarşı alqı-satqı müqaviləsinin, MTK qərarının, maliyyə arayışının etibarsızlığına, əmlaka pay hüququnun tanınması və yeni müqavilənin tərtib edilərək iddiaçıya verilməsi” tələbinə dair e-2(004)-5936/2024 nömrəli mülki iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin 23 dekabr 2024cü il tarixli qərardadına əsasən təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, e-2(004)-5936/2024 nömrəli mülki iş üzrə qəbul ediləcək qərarın hazırkı məhkəmə işi üzrə qəbul ediləcək qərarla hər hansı əlaqəsi müşahidə edilmir. Belə ki e-2(004)- 5936/2024 nömrəli mülki iş üzrə iddiaçı Cavabdeh mübahisəli mənzilə dair olan müvafiq sənədlərin etibarsız hesab edilməsini həmin mənzillər üzrə öz sahiblik, istifadə hüquqlarının tanınmasını tələb edir. xx.xx.2024-cü il tarixli e-2(004)-5773/2024 nömrəli mülki iş üzrə İddiaçı Cavabdeh qarşı mənzil üzrə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin mənzilin X2 və İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyinin ƏliyevOrxan Aydın oğlunun üzərinə qoyulmasını tələb edir. Mübahisə predmeti eyni mənzil olsa da, tələblər bir-birindən əhəmiyyətli dərəcədə fərqlidir. Belə ki, mənzil hazırda X2 mülkiyyətində olduğundan həmin mənzilə dair sahiblik, istifadə hüquqları da ona aiddir. Belə olan halda işə qanuni əsaslarla baxılmalı, iddiaçının mövcud hüquqlarının təmininə yönələn məhkəmə aktı ağlabatan müddətdə çıxarılmalıdır. Əgər İddiaçı iddiası müvafiq əmlakın övladının və ya özünün və ya digər şəxsin adına qeydə alınması və ya əmlak üzərində digər tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olsaydı bu zaman məhkəmə işi dayandırmaqda haqlı olardı. Lakin hazırkı mərhələdə müvafiq mənzildən istifadə hüququ hüquqi cəhətdən hər bir halda Ayxan Əliyevə məxsusdur. İddiaçının tələbi bu istifadə hüququna faktiki olaraq yaradılmış maneələrin aradan qaldırılması ilə əlaqədardır. Belə olan halda İddiaçı iddiasının təmin edilməməsi üçün hər hansı maneə və ya digər məhkəmə qərarından asılılıq halı mövcud deyildir. Cavabdeh iddiasının gələcəkdə təmin edilməsi halında, mövcud vəziyyət dəyişərsə əmlaka sahiblik, ondan istifadə hüquqları ona aid olacaq, bu zaman Ayxan Əliyevin əmlak üzərində olan hüquqlarına xitam veriləcəkdir. Yəni, hazırkı iş üzrə qəbul ediləcək qərar ilə digər iş üzrə qəbul ediləcək qərarların arasında yaranacaq ziddiyyət hər hansı qanun pozuntusuna səbəb olmayacaqdır, onlardan birinin mövcudluğu digərini istisna edə bilər. Lakin hazırkı mərhələdə işin dayandırılması Cavabdeh iddiasının gələcəkdə təmin edilmədiyi halda, İddiaçı və övladının hüquqlarının pozulması, ədalətli məhkəmə qərarını əldə etmək hüquqlarının lüzumsuz gecikməsi ilə nəticələnə bilər. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır (maddə 254.1.4). Hər iki iş üzrə mübahisədən görünür ki, hər iki mübahisənin obyekti eyni mənzildir və bir-biri ilə əlaqəlidir. Belə olan halda prosessual qənaət baxımından onlara bir icraatda baxılması daha məqsədəmüvafiq olardı. MPM-in 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və icraatın dayandırılması barədə ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1347/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1347/2025
28.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver