Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-135/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “əmlakın naturada bölünməsi” tələbi barədə mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmlakın naturada bölünməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdeh4 və onun nümayəndəsi X15, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirbaba qızının iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-115/2019 nömrəli, xx.xx.2019 tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsində yerləşən və paylı mülkiyyətdə olan 141 saylı fərdi yaşayış evi üzərində onun payına düşən yaşayış və köməkçi otaqlardan ibarət 8/40 hissəsinin naturada ayrılması və həmin paya mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsi, 141 saylı fərdi yaşayış evi mərhum atası Hacıyev Əfsər İsa oğlunun xüsusi mülkiyyətində olmuşdur. Anası 1994-cü ildə, atası isə 1995-ci ildə vəfat etmişdir. Mübahisəli fərdi yaşayış evinə dair adına xx.xx.1997-ci ildə Bakı şəhəri İcra Hakimiyyətinin TİMHQİ tərəfindən 106178 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsində onun mülkiyyət hüququ 1/5 hissədə, atası Hacıyev Əfsər İsa oğlunun mülkiyyət hüququ 3/5 hissədə, bacısı X1, qardaşı X9, qardaşı Cavabdeh1, bacısı X3 1/5 hissədə mülkiyyət hüququ müəyyən edilmişdir. Yasamal Rayon Məhkəməsində iddiaçı Cavabdeh1 ona və qeyrilərinə qarşı Yaşayış evinin naturada bölünməsi tələbinə dair mülki işə baxılarkən məhkəmənin sorğusuna ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsi, 141 saylı fərdi yaşayış evi hal-hazırda 5/40 hissədə Cavabdeh2, 1/40 hissədə Cavabdeh3, 1/40 hissədə Cavabdeh4, 1/40 hissədə Cavabdeh5, 8/40 hissədə iddiaçının, 8/40 hissədə X1, 8/40 hissədə Cavabdeh1, 8/40 hissədə X3 mülkiyyətindədir. Bir sözlə paylı mülkiyyətində olan fərdi yasayıs evinin ümumi sahəsi (mərtəbələr üzrə otaqların təsnifatı) cəmi 454.8 kv.m-dir. Mülkiyyətçilərdən X6 və X10 vəfat etmişdir və onlara məxsus pay tərəfindən faktiki olaraq qəbul olunsa da, adına mülkiyyət hüququ üzrə reyestrdə qeydə alınmamışdır. Yəni miras əmlak hər iki miras qoyana münasibətdə açıq qalmışdır. Hazırda həmin hissədə miras əmlak üzərində onun vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payının müəyyən edilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh1 və qeyrilərinin adına verilmiş texniki pasportun surətindən görünür ki, mülk A literli yaşayış evində 12 yaşayış otağı, 6 bağlı eyvan, 1 dəhliz, 3 mətbəx; B liter yaşayış evində 1 giriş, 1 yaşayış otağı; V liter yaşayış evində 3 yaşayış otağı, 1 giriş, 1 mətbəxdən ibarətdir. Ümumilikdə 16 yaşayış otağından, 6 bağlı eyvandan, 1 dəhlizdən, 4 mətbəxdən, 2 girişdən ibarətdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-7759/2014 saylı 16 dekabr 2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsi, 141 saylı fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olan 8/40 hissəsinin onun yaşadığı mənzilin sahələri 21,7 kv.m, 7,8 kv.m və 3,5 kv.m olan tikililərdən ümumi istifadədə olan həyətyanı torpaq sahəsinə tərəf açılan giriş-çıxış qapıları bağlanmaqla, sahəsi 21,7 kv.m olan tikilinin küçəyə tərəf olan fasad divarında yerləşən pəncərə boşluğunun yerində giriş-çıxış qapısı quraşdırılmaqla sahəsi 16,7 kv.m olan tikilidən sahəsi 13,5 kv.m olan tikiliyə, sahəsi 20 kv.m olan tikilidən də sahəsi 6,6 kv.m olan tikiliyə giriş çıxış üçün həmin tikililərin arakəsmə divarında giriş çıxış qapıları quraşdırılmaqla naturada ayrılması, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsi, 141 saylı fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olan naturada ayrılmış 8/40 hissəsinə dair çıxarışın verilməsi ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş şikayətlər təmin edilməmiş və qətnamə qüvvəsində saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh1 mülkiyyətində olan naturada ayrılmış 8/40 hissəsinə dair iddiası təmin edilərək payına uyğun bölgü aparılmışdır. Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsi, 141 saylı paylı mülkiyyət hüququ üzrə fərdi yaşayış evinə dair onun payına düşən hissə ayrılmalıdır.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-115/2019 nömrəli, xx.xx.2019 tarixli qətnaməsi (hakim Emin Mehdiyev) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsində yerləşən 141 saylı fərdi yaşayış evinin İddiaçı payına düşən 1/5 hissəsinə uyğun “A” literli tikilisinin ikinci mərtəbəsində yerləşən 14 saylı (16,7 m2 texniki pasportda 3 saylı), 16 saylı (19,2 m2 texniki pasportda 4 saylı) otaqlarının və “V” literli tikilisinin ayrıca giriş-çıxış qapısı olan 60,5 m2 tikililərinin naturada ayrılması, onun adına həmin paya mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
4. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinə istinad qeyd etmişdir ki, məhkəmə istinad edilən maddi hüquq normaları baxımından iddiaçının ümumi mülkiyyətdə olan əmlakda özünə aid payının naturada bölgüsünü tələb etməkdə haqlı olduğunu, habelə keçirilmiş ilkin və əlavə ekspertiza rəyləri ilə bölgünün mümkünlüyünü nəzərə alıb hesab etmişdir ki, iddia təmin edilməlidir. Birinci apellyasiya icraatı:
5. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddiaçının 1/5 vərəsəlik payının yenidən müəyyən olunaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, sübutlara düzgün hüquqi qiymət verməməsi, ekspert rəyləri arasında əmlakın sahəsində 32,3 m2 -lıq fərq olduğu halda, bunun səbəbinin araşdırılmaması, “B” tikilisinin üzərində 2-ci mərtəbənin mövcud olmaması, onun və mərhum bacılarının (Həqiqət və Gülzaman) istifadə etdikləri hissələrdən başqa qalan bütün tikililərin Məcidin ailəsinin istifadəsində olması və iddiaçının 1/5 payının da həmin tikililərin içərisində yerləşməsi arqumentləri ilə əsaslandırmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) 10 iyun 2021-ci il tarixli, 2(103)-118/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-115/2019 saylı iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya icraatı:
7. Həmin qətnamədən Cavabdeh1 və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6066/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti tam, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-118/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, hazırkı iş üzrə Ali Məhkəmənin qərarında da iddiaçının payının naturada ayrılması zamanı ümumi mülkiyyət rejiminin mahiyyəti, habelə payın ayrılmasının xüsusiyyətlərinin nəzərə alınmasına dair kassatorun dəlillərini əsaslı hesab etmişdir və göstərmişdir ki, ümumi mülkiyyətdə olan əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir, bu səbəbdən də şikayətinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının xx.xx.2022 və xx.xx.2022-ci il tarixli iclaslarında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının xx.xx.2022 və xx.xx.2022-ci il tarixli iclaslarında iştirak etmiş Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 nümayəndəsi A.Anar və Cavabdeh2 ayrılıqda qeyd etdi ki, iddiaçının bölünməsini tələb etdiyi əmlak ata mülküdür, lakin indi həmin mülkə əlavələr edilib, ekspertiza tədqiqatı zamanı həmin əlavə tikililərə də baxılıb, hesab edirlər ki, həmin tikilillərin ayrılması faktiki olaraq mümkün deyildir, onların istəyi ondan ibarətdir ki, onlara aid hissəyə toxunulmasın, onları narahat etməsinlər, ona görə də şikayətin təmin olunmasını xahiş etdi.
13. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh5, üçüncü şəxs DƏDRX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmada keçirilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi:
15. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 141 saylı fərdi yaşayış evi 5/40 hissədə Cavabdeh2, 1/40 hissədə Cavabdeh3, 1/40 hissədə Cavabdeh4, 1/40 hissədə Cavabdeh5, 8/40 hissədə X7, 8/40 hissədə X1, 8/40 hissədə Cavabdeh1 və 8/40 hissədə X3 adına qeydiyyatdan keçmişdir.
16. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 5583 saylı ekspertiza rəyinə əsasən aparılmış tədqiqatla, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 141 saylı yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/5 paya yaxın şəkildə real olaraq ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2,4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələbiərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Bölgü zamanı hansı yenidən qurma işlərinin görülməsi rəyə əlavə olunmuş plan-sxemdə göstərilmişdir.
17. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 25960 saylı ekspertiza rəyində göstərilmişdir ki, xx.xx.2018- ci il tarixli 5583 saylı ekspert rəyində ünvan 1 ünvanında iddiaçıya ayrılması nəzərdə tutulan "A" literli tikilinin ikinci mərtəbəsinin 10, 11, 12, 13, 14, 15, 16, 17 və 18 saylı tikililərinin faktiki vəziyyəti üzrə 14 və 16 saylı tikililərdən başqa digər tikililəri Cavabdeh2 isifadəsində olmaqla digər cavabdehlərə maneə yaratmadığı müəyyən edilmişdir. İddiaçının payına düşən 1/5 hissəyə uyğun sahənin Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsindəki 141 saylı evin "A" literli tikilisinin ikinci mərtəbəsində yerləşən 14 saylı (16.7kv.m texniki pasportda 3 saylı), 16 saylı (19.2kv.m texniki pasportda 4 saylı) otaqlarının və "V" İterli tikilinin ayrıca giriş-çıxışı qapısı olan 60.5kvm tikililərin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların təiəblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkündür.
18. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X12 ifadəsində göstərdi ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsi, 141 saylı fərdi yaşayış evinin naturada ayrılmasının mümkünlüyünə dair ekspertiza tədqiqatını ekspert Şükür Hüseyovla birikdə aparmış və rəy vermişlər. İlk ekspertiza üzrə aparıcı ekspert o olmuş və baxış keçirilərək, tərəfindən rəy verilmişdir. Sonrakı ekspertiza üzrə isə aparıcı ekspert Şükür Hüseynov olmuşdur. İkinci rəy birinci rəyə uyğun olaraq verilmişdir, çünki əmlaka ikinci rəy verilən zaman birinci rəyə əks olacaq heç bir dəyişiklik olmamışdır. Əmlakın bu rəy ilə paylara bölünməsi mümkündür.
19. Bakı Apellyasiya Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş 2(103)- 1759/2017 saylı 29 iyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 X5, X11, X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 141 saylı fərdi yaşayış evinin onun mülkiyyətində olan 1/5 hissəsinin naturada ayrılması və həmin paya mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin 16 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 141 saylı fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olan 8/40 hissəsi onun yaşadığı mənzilin sahələri 21,7 m2 (10,3 x 2,1 m), 7,8 m2 (6,0 x 1,3 m) və 3,5 m2 (2,7 x 1,3 m) olan tikililərdən ümumi istifadədə olan həyətyanı torpaq sahəsinə tərəf açılan giriş-çıxış qapıları bağlanmaqla, sahəsi 21,7 m2 (10,3 x 2,1 m) olan tikilinin küçəyə tərəf olan fasad divarında yerləşən pəncərə boşluğunun yerində giriş-çıxış qapısı quraşdırılmaqla, sahəsi 16,7 m2 (3,7 x 4,5 m) olan tikilidən sahəsi 13,5 m2 (3,0 x 4,5 m) olan tikiliyə, sahəsi 20,0 m2 (5,4 x 3,7 m) olan tikilidən də sahəsi 6,6 m2 (3,3 x 2,0 m) olan tikiliyə giriş-çıxış üçün həmin tikililərin arakəsmə divarlarında giriş-çıxış qapıları quraşdırılmaqla naturada ayrılması, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 141 saylı fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olan naturada ayrılmış 8/40 hissəsinə dair Cavabdeh1 adına çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmiş, qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
20. Həmin qətnamədən aydın olur ki, ekspert rəyləri ilə Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi 141 saylı fərdi yaşayış evinin ümumi sahəsi 454,8 m2 , o cümlədən yaşayış sahəsi 282,3 m2 və yardımçı sahəsi 172,5 m2 olan ümumilikdə 47 otaqlı, 2 mərtəbəli “A”, 2 mərtəbəli “B” və 1 mərtəbəli “V” literli tikililərdən ibarət olduğu, Cavabdeh1 ümumi mülkdəki 8/40 payına 90,96 m2 (454,8 / 40 x 8), ondan yaşayış sahəsi üzrə 56,46 m2 (282,3 / 40 x 8) və yardımçı sahəsi üzrə 34,5 m2 (172,5 / 40 x 8) sahənin düşdüyü müəyyən edilmiş, işə baxan məhkəmələr müvafiq nəticəyə gələrkən məhz ekspert rəylərini əsas götürmüşlər.
21. Birinci apellyasiya icraatı zamanı xx.xx.2019-cu il tarixli qərardadla əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5583 saylı 20 iyul 2018-ci il tarixli, habelə xx.xx.2019-cu il tarixli 25960 saylı tarixli rəylərinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X. Dadaşov küçəsi 141 saylı fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/5 payının ayrılmasının texniki cəhətdən mümkün olduğu, bunun üçün onun payına düşən 90,96 m2 sahənin Cavabdeh2, X13 və X8 istifadələrində olan ümumilikdə 190 m2 sahədən ayrılmalı olduğu nəticəsinə gəlinmişdir.
22. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyində, mübahisəsi gedən yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/5 hissəsinə uyğun 90,96 m2 sahənin Cavabdeh2, X13 və X8 istifadələrində olan ümumilikdə 190 m2 sahədən X13 istifadəsindəki 92 m2 ayrılmasının İnşaat Norma və Qaydalarına uyğun olduğu vurğulanmışdır.
23. Bundan sonra yenidən ekspertiza təyin edilmiş, ekspertin 19 mart 2021-ci il tarixli rəyində, fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixli ekspert rəyində İV literli sahənin yerində yerləşdiyi göstərilən 44, 45, 46, 47, 48, 49, 50, 51 və 57 saylı tikililərinin X13 istifadəsində olduğu, İddiaçı mülkiyyətindəki 8/40 (1/5) hissəyə (90,96 m2 ) məhz Lalə Ağazadənin istifadəsində olan yaşayış evinin ayrılmasının mümkünlüyü qeyd olunmuşdur.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1969/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
25. Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsində yerləşən və paylı mülkiyyətdə olan 141 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarışda əks olunmuş sahəsi ilə həmin evin bugünə mövcud olan faktiki sahəsi (ölçüsü) arasında fərq mövcuddurmu, əgər mövcuddursa, həmin fərq nə qədərdir?
26. Qüvvədə olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ilə Gülzaman Hacıyevanın mülkiyyətinə ayrılmış, eləcə də həmin məhkəmənin 16 dekabr 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 8/40 payının naturada ayrılmış hissələri nəzərə alındıqda, yəni həmin sahələr ümumi paylı mülkiyyətdən çıxılmaqla yerdə qalan sahədən İddiaçı 1/5 payının naturada ayrılması mümkündürmü? Həm də bu vaxt ayrılmanın mümkünlüyü həmin sahədə inşa edilmiş özbaşına tikililər nəzərə alınmadan müəyyən edilsin.
27. 2-ci sualın cavabı müsbət olduğu halda, İddiaçı 1/5 payının, qalan digər payçıların mənafeləri pozulmadan və həm də ayrılan sahənin, eləcə də digər payçıların istifadəsində qalacaq sahələrin yaşayış sahəsinə aid mövcud normativ tələblərə uyğun ayrıca yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas ola biləcək şəkildə naturada ayrılmasının mümkünlüyü müəyyən edilsin.
28. Qeyd edilən qərardad icra edilməsi üçün dəfələrlə Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, lakin məhkəmənin bütün cəhdlərinə baxmayaraq, ekspert rəyinin alınması məhz iddiaçın təqsiri ucbatından mümkün olmamış, sonuncu dəfə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli eksertizanın aparılmasından imtina barədə məlumatından məlum olur ki, tədqiqat obyektinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, lakin bir aydan artıq vaxt keçməsinə baxmayaraq mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır. İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından məlum olur ki, İddiaçı texniki baxışda iştirak etmədiyindən iddiaçının hissəsinin hansı otaq və tikililərdən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də məhkəmə qərardadında qeyd edilən 2 və 3-cü suallar İddiaçı aid olduğundan mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
30. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
31. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
32. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
33. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
34. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
35. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
36. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
37. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
38. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
42. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
45. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
46. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
47. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
50. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
51. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
52. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
53. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
54. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
55. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
56. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
57. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
59. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
60. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
61. Belə ki, apellyasiya məhkəməsinin bundan əvvəlki qətnaməsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6066/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının 39-cu bəndində qeyd edilmişdir ki, payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. İş üzrə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsindəki icraatda müvafiq ekspertizalar keçirilməklə rəylər alınmışdır.
62. Qərarın 40-cı bəndində qeyd edilir ki, məhkəmələr həmin rəylər əsasında iddiaçının payının naturada bölünməsinin mümkünlüyü qənaətinə gəlsələr də, payın ayrılması nəticəsində iddiaçının fərdi mülkiyyətini qeydə almalı olan orqan – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi kassasiya şikayətində bildirmişdir ki, sözügedən fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir. Konstruktiv cəhətdən vahid olan tikilinin naturada bölünməsi mümkün olmadığından evə və torpaq sahəsinə dair bölgü-sxeminin tərtib edilməsi mümkün olmamışdır. Məhkəmələr xx.xx.2018-ci il tarixli, 5583 saylı ekspert rəyinə istinadən evin naturada bölünməsinin mümkünlüyünü qeyd etsələr də yaşayış evi bir dam altında yerləşdiyindən və evin otaqları bir-birindən ortaq divarla ayrıldığından və digər şəxsə məxsus olan tikilinin üstündə yerləşdiyindən və birinci və ikinci mərtəbədə yerləşən tikililər eyni tikintialtı sahədə yerləşdiyindən müvafiq ünvanda əlavə tikinti və yenidənqurma işləri aparılmadan evin naturada ayrılması mümkün deyil. Müvafiq ekspert rəyində müvafiq ünvanda yenidənqurma işlərinin aparıldığı da qeyd edilmişdir. Bu səbəbdən də, mövcud qanunvericiliyin tələblərinə əsasən yaşayış evlərində əlavə tikinti inşa edilməsi və yenidənqurma işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb edilir. Bundan əlavə, müvafiq ekspert rəyində müvafiq fərdi yaşayış evinin ümumi sahəsi, yaşayış və yardımçı sahəsi daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlarla uyğunsuzluq təşkil edir. ...Qeyd olunan halların düzgün və qanunamüvafiq qaydada yenidən araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq mülki iş üzrə tərəf kimi cəlb edilməli və müvafiq ünvanda təkrar ekspertiza keçirilməlidir. Belə ki, ilkin ekspertiza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından keçmiş tikililərə dair və texniki pasporta uğun keçirilməmiş və ekspert rəyində də ümumi sahənin, yaşayış sahəsinin və köməkçi sahələrin ölçüləri düzgün qeyd olunmamışdır.
63. Qərarın 48-ci bəndində qeyd edilir ki, əgər həmin reyestrdə qeydə alınmış daşınmaz əşyanın sərhədləri nəzərə alınmaqla belə ayrılma texniki cəhətdən mümkün deyilsə, hətta bu mümkün olsa belə ayrılma əşyaya tənasübsüz surətdə zərər vurarsa və digər paydaşların hüququnu əhəmiyyətli şəkildə pozarsa ayrılmaya yol verilmir.
64. Qərarın 49-cu bəndində qeyd edilir ki, hazırkı işdə isə iddiaçının payının göstərilən şərtlər çərçivəsində ayrıla bilməsi, bunun üçün tərtib olunan bölgü planı üzrə ayrılan sahənin ümumilikdə qalan digər paydaşlara və əşyaya zərər verməməsi, habelə daşınmaz əmlakın dövlət reyestrində müstəqil ev kimi qeydiyyatının mümkünlüyü məhkəmələr tərəfindən lazımi şəkildə əsaslandırılmamışdır.
65. Qərarın 50-ci bəndində göstərilir ki, ona görə də iş üzrə tərəflərin, o cümlədən ayrılan sahə üzrə müvafiq qeydiyyatı aparacaq orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iştirakı ilə yuxarıda göstərilən xüsusatlar tam və hərtərəfli araşdırılmalı, zəruri olduqda həmin qurumun və digər aidiyyəti dövlət orqanlarının mütəxəssis rəyləri əsasında əlavə ekspertiza keçirilməli və nəticəsindən asılı olaraq iddia tələbi üzrə əsaslı qərar qəbul edilməlidir.
66. Həmin göstərişlər nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1969/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qeyd edilən qərardad icra edilməsi üçün dəfələrlə Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, lakin məhkəmənin bütün cəhdlərinə baxmayaraq ekspert rəyinin verilməsi mümkün olmamış, sonuncu dəfə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli eksertizanın aparılmasından imtina barədə məlumatından məlum olur ki, tədqiqat obyektinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, lakin bir aydan artıq vaxt keçməsinə baxmayaraq mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır.
67. İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından məlum olur ki, İddiaçı texniki baxışda iştirak etmədiyindən iddiaçının hissəsinin hansı otaq və tikililərlərdən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qərardadında qeyd edilən 2 və 3-cü suallar İddiaçı aid olduğundan mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.
68. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsində yerləşən 141 saylı fərdi yaşayış evinin İddiaçı payına düşən 1/5 hissəsinə uyğun “A” literli tikilisinin ikinci mərtəbəsində yerləşən 14 saylı (16,7 m2 texniki pasportda 3 saylı), 16 saylı (19,2 m2 texniki pasportda 4 saylı) otaqlarının və “V” literli tikilisinin ayrıca giriş-çıxışı qapısı olan 60,5 kvm. tikililərinin naturada ayrılması qənaətinə gəlmişdir.
69. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6066/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının 49-cu bəndində hazırkı işdə iddiaçının payının göstərilən şərtlər çərçivəsində ayrıla bilməsi, bunun üçün tərtib olunan bölgü planı üzrə ayrılan sahənin ümumilikdə qalan digər paydaşlara və əşyaya zərər verməməsi, habelə daşınmaz əmlakın dövlət reyestrində müstəqil ev kimi qeydiyyatının mümkünlüyü məhkəmələr tərəfindən lazımi şəkildə əsaslandırılmamışdır.
70. Həmin qərarın 40-cı bəndində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin dəlilinə əsasən göstərilir ki, sözügedən fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir. Konstruktiv cəhətdən vahid olan tikilinin naturada bölünməsi mümkün olmadığından evə və torpaq sahəsinə dair bölgü-sxeminin tərtib edilməsi mümkün olmamışdır. Məhkəmələr xx.xx.2018-ci il tarixli, 5583 saylı ekspert rəyinə istinadən evin naturada bölünməsinin mümkünlüyünü qeyd etsələr də yaşayış evi bir dam altında yerləşdiyindən və evin otaqları bir-birindən ortaq divarla ayrıldığından və digər şəxsə məxsus olan tikilinin üstündə yerləşdiyindən və birinci və ikinci mərtəbədə yerləşən tikililər eyni tikintialtı sahədə yerləşdiyindən müvafiq ünvanda əlavə tikinti və yenidənqurma işləri aparılmadan evin naturada ayrılması mümkün deyil.
71. Məhkəm kollegiyası bu zaman hazırkı mülki iş üzrə Ali Məhkəmənin qərarında şərh olunan göstərişlərə əsasən təyin edilmiş ekspert rəyinin alınmasına məhz iddiaçının şərait yaratmamasını (ekspertizanın keçirilməsində iştirakdan yayınmasını) MPM-in 97.5-ci və 106.2-ci maddələrinin təsiri altına düşməsini qeyd edir və nəzərə alır.
72. Belə olan halda kassasiya instansiya məhkəməsinin mövqeyini nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, sözügedən fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşdiyindən, konstruktiv cəhətdən vahid olan tikilinin naturada bölünməsi mümkün olmadığından, eləcə də evə və torpaq sahəsinə dair bölgü-sxeminin tərtib edilməsi mümkün olmadığından hazırkı payın naturada bölgüsünə dair iddia tələbi Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən təmin edilə bilməz. Nəticə:
73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, nəticədə də cavabdehlərin hüquqlarının pozulmasına gətirib çıxaran düzgün olmayan qətnamə qəbul olunmuşdur ki, bu səbəbdən də Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
74. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan Cavabdeh1 xeyrinə tutulmalı, ekspert xərcləri isə iddiaçıdan tutulmalıdır.
75. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-115/2019 nömrəli, xx.xx.2019 tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh1 verilsin. Ekspertiza tədqiqatlarının dəyəri (150+300=450) 450 (dörd yüz əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov