Məhkəmə qərarları › İş №2(103)-1350/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1350/2024

14.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1350/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC "xxxx" MMC-yə və "xxxx" ASC "xxxx" MMC-nin X4rşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə oğlunun və 3-cü şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə "xxxx" ASC-nin "xxxx" MMC-nin direktoru Tural Abbasov arasında bağlanmış xx.xx.2019-cu il tarixli 947 nömrəli əmək müqaviləsinə əsasən Ağayev X5 Sukanal sahəsinin iş əmrlərinin yoxlanması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun 12-ci dərəcə ilə qrup rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra, əmək müqaviləsinə dəyişiklik edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən Göyçay Sukanal sahəsinin Abonentlərlə iş qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə təyin edilmişdir.

1. "xxxx" ASC-nin "xxxx" MMC-nin 17 dekabr 2019-cu il tarixli 256 saylı əmri ilə iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funksiyalarını tam yerinə yetirmədiyinə görə dekabr ayı üçün nəzərdə tutulmuş əmək haqqının 20% məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin "xxxx" MMC-nin 14 aprel 2022-ci il tarixli 45 saylı və 28 sentyabr 2022-ci il tarixli 105 saylı əmrləri ilə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. "xxxx" ASC-nin "xxxx" MMC-nin 12 fevral 2023-cü il tarixli 18 saylı əmri ilə İddiaçı işində yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.

2. İddiaçı tərəfindən "xxxx" ASC-nin "xxxx" MMC-nin direktoru Tural Abbasova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmiş, 07 iyun 2023-cü il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə və "xxxx" ASC-nin "xxxx" MMCnin X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin "xxxx" MMC-nin 07 iyun 2023-cü il tarixli 16-k saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və "xxxx" ASC-nin "xxxx" MMC-nin Göyçay Sukanal sahəsinin onun barəsində "xxxx" ASC-nin "xxxx" MMC-yə verməsi qeyd olunan təqdimatın qanunsuz hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi dövrdə üzərinə düşən vəzifələri layiqincə icra etmiş, onunla bağlı heç bir şikayət və neqativ xarakterli müraciət daxil olmamışdır. Zərurət yarandıqda müfəssəl şəkildə xidməti məlumat yazaraq rəhbərliyi məlumatlandırmışdır. Cari ilin iyun ayının 6-da ona sahənin kargüzarlığından məlumat verilərək bildirilmişdir ki, Bakıya "xxxx" MMC-yə dəvət olunmağı ilə bağlı telefonoqram daxil olmuşdur. Həmin telefonoqramda onun istehsalat zərurəti ilə bağlı dəvət olunduğu qeyd olunmuşdur. Ona Bakıya getməyi üçün həmin telefonoqramla bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ezamiyyət vərəqəsi verilmişdir. Bakı şəhərinə gedərək, "xxxx" MMC-də olmuş, orada ona 2022-ci il ərzində satış və ödəniş göstəriciləri, çatışmazlıqların araşdırılması ilə bağlı izahat yazmağı tələb olunmuşdur. O üzərinə düşən vəzifəni icra edərək ətraflı izahat yazmış, satış və ödəniş göstəriciləri, çatışmazlıqların səbəbi və digər zəruri məlumatları ətraflı şəkildə göstərmişdir. "xxxx" MMC-də olan zaman orada olan şəxslərin davranışlarından ona izahat yazdırmalarının əsl səbəbinin onu Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməyinin olduğunu anlamışdır. İzahat yazdıqdan sonra məcburiyyət qarşısında qalıb xx.xx.2023-cü il tarixdə işdən çıxmağı barədə ərizə vermişdir. Belə ki, izahat alınmamışdan əvvəl və sonra istər Göyçay şəhərində, istərsə də Bakı şəhərində vəzifəli şəxslər ona öz ərizəsi ilə işdən çıxmağını məsləhət bilmişlər.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5608/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddia rədd olunmuşdur.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmiş hər hansı əsasla xitam verilməmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi həmin Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, həmin maddədə həmçinin Əmək Məcəlləsində işçinin ezamiyyətdə olduğu vaxtda 68-ci maddənin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunması ilə bağlı hər hansı qayda, norma nəzərdə tutulmamışdır. İddiaçı məhkəməyə bununla bağlı kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir. Bu istiqamətdə gətirdikləri dəlillər isə kifayət etməmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi, 42-ci maddəsinin 2-ci hissəsi, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 79-cu maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b.Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

c. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 12.Cavabdehin və üçüncü şəxsin nümayəndələri isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

13.Maddə 3, hissə 5. Əmək müqaviləsiişəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 14.Maddə 42, hissə 2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 15.Maddə 68, hissə 2, “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 16.Maddə 79, hissə 1. İşəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Apellyasiya baxışının hədləri

17.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 18.Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.

20. İddiaçı bildirir ki, izahat yazdıqdan sonra məcburiyyət qarşısında qalıb xx.xx.2023cü il tarixdə işdən çıxmağı barədə ərizə vermişdir. Belə ki, izahat alınmamışdan əvvəl və sonra istər Göyçay şəhərində, istərsə də Bakı şəhərində vəzifəli şəxslər ona öz ərizəsi ilə işdən çıxmağını məsləhət bilmişlər. 21.Birinci instansiya məhkəməsi iddiaçının məhkəməyə bununla bağlı kifayət qədər mötəbər sübutlar təqdim edə bilmədiyi əsası ilə iddianı rədd etmişdir. 22.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 23.“X3”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli Q-01 saylı qərarından görünür ki, Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə, ayrıca qeyd edilir. 24.xx.xx.2023-cü il tarixli ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı "xxxx" ASC-nin "xxxx" MMC-nin Göyçay Sukanal sahəsindən xx.xx.2023-cü il tarixdə istehsalat zərurəti ilə əlaqədar "xxxx" ASC-nin "xxxx" MMC-yə ezam edilmiş və xx.xx.2023-cü il tarixdə işdə olmuşdur, lakin onun "xxxx" ASC-nin "xxxx" MMC-də ezamda olması barədə həmin MMC tərəfindən hər hansı qeydiyyat aparılmamış və ya möhürlə təsdiqlənməmişdir. 25.Bundan başqa, iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-yə xidməti araşdırma zamanı müəyyən edilmiş nöqsanlarla bağlı izahat alınması üçün dəvət edilmişdir və həmin tarixdə ondan bu barədə izahat alınmış, sonuncunun xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də olması onun ezamiyyətdə olması anlamına gəlmir. Bundan əlavə, Əmək Məcəlləsində işçinin ezamiyyətdə olduğu vaxtda 68-ci maddənin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasının qadağan edilməsi ilə bağlı hər hansı qayda, norma nəzərdə tutulmamışdır. 26.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 27.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar