Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1353/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5378/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5378/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-5378/2023 nömrəli mülki iş ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-2420/2023 nömrəli mülki işə birləşdirilməsi və bir icraatda baxılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 5378/2023 nömrəli qərardadının ləğv edilməsini, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif maddəsi cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edilən prosessual hüquq normasını düzgün təfsir etməmiş, iş üzrə başqa hakimin qərardadı ilə dayandırılmış və hal-hazırda icraatda olmayan işlə onun mənzilə köçürülmə iddiasını bir icraatda birləşdirməklə qanun pozuntusuna yol vermişdir. Belə ki, qeyd edilən dayandırılmış mülki işin yaxın bir neçə ayda təzələnməsi mümkün deyildir. Bu müddətdə isə o, aylarla çöllərdə qalmağa məcbur olmalıdır. Həm də qeyd edilən dayandırılmış mülki işə görə onun bu iddiası da yəqinki dayandırılacaqdır. Bu isə onun konstitusiya ilə mənzildən istifadə hüququna dair qorunan hüququnun pozulmasıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5378/2023 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 44.2.6-cı maddəsinə əsasən məhkəmə işi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda başqa məhkəmədə baxılmağa verir. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, 2(004)-5378/2023 nömrəli mülki iş üzrə İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2(004)-2420/2023 nömrəli mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü ildə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-2420/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-2885/2023 nömrəli mülki iş üzrə qəbul olunacaq yekun məhkəmə aktı qüvvəyə minənə qədər iddiaçı Cavabdeh İddiaçı qarşı "onun Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-2420/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Göründüyü kimi məhkəmənin icraatında olan digər mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməsi, hazırkı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edilməsini istisna edir. Bu səbəbdən də, işlər biri-biri ilə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddiçının şikayətini təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5378/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5378/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1353/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1353/2024
29.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver