Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1354/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Mehdi qızı Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-yə əvvəlki işinə bərpa olunması və keçən müddət üçün məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı Mehdi qızı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4909/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı Mehdi qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı Mehdi qızı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə də məhkəməyə müraciət edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, prosessual müddət çərçivəsində iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Bundan sonra hazırki formada apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə təqdim edilmişdir ki, bunlara əsasən qətnamədən apellyasiya şikayəti verilməsi üçün proessual müddət ötürülməmiş hesab edilməli, əgər ötürülmüşdürsə də üzrlü hesab edilərək apellyasiya məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Mehdi qızının şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini İddiaçı xx.xx.2023-cü3 il tarixdə qəbul etmiş və xx.xx.2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsnə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4909/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı Mehdi qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı Mehdi qızı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Beləliklə də xx.xx.2023-cü il tarixdə o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən təkrarən apellyasiya şikayəti verərkən qanunvericiliklə nəzərdə tutulmuş prossessual müddəti ötürmüş, apellyasiya şikayətini və müddətin bərpası barədə ərizəni isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından xeyli müddət sonra xx.xx.2023-cü il tarixdə vermişdir. Bununla yanaşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizədə, eyni zmanada şikayətdə prossesual müddətin ötürülməsinə səbəb olan hallar göstərilməmiş və əsaslandırılmamış, həmçinin müddətin üzrlü səbəbdən ötürülməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən İddiaçı Mehdi qızı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Mehdi qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1354/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1354/2024
29.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver