Məhkəmə qərarları › İş №2(103)-1357/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1357/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1357/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və "xxxx" ASC-nə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X2 və "xxxx" QSC cəlb edilməklə "müqavilə öhdəliklərinin icrası və s." tələbinə dair mülki iş üzrə Açar sözlər: (müqvilə üzrə öhdəliyini icrasının cavabdehin üzərinə qoyulması, maneələrin aradan qaldırılması və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(004)-4065/2023 saylı qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Cavabdeh1 MTK ilə 10 mart 2010-cu il tarixdə mənzilin tikintisinə dair müqavilə bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək 55200 manat məbləğində ödəniş etmişdir. Cavabdeh1 MTK tərəfindən müqavilə üzrə borcun olmamasına dair maliyyə arayışı verilmişdir. 2.İddiaçı cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyini bildirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və "xxxx" ASC-nə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X2 və "xxxx" QSC cəlb edilməklə "müqavilə öhdəliklərinin icrası və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişməsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasının 1 saylı blokun 11-ci mərtəbəsində ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzili və binanın altında 1 avtomobil üçün qaraja sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin və qarajın naturada təhvil verilməsi və həmin mənzildə təmir işlərinin aparılması üçün şəraitin yaradılması, maneəsiz istifadənin məhdudlaşdırılmasına son qoyulmasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 mart 2010-cu il tarixində onunla Cavabdeh1 MTK arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, L.Tolstoy, Zərgərpalan, S. Tağızadə və M. Muxtarov küçələrinin kəsişməsində yerləşən binanın 11-ci mərtəbəsində, 50 nömrəli, 115 kv.m olan 2 otaqlı mənzili müqavilədə göstərilmiş məbləği tam ödəməyi və mənzili qəbul etməyi iddiaçı öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə dəyəri 55200 manat olan mənzilin ödənişini tam həyata keçirmişdir. Bununla bağlı, 10 mart 2010-cu il tarixində Cavabdeh1 MTK tərəfindən maliyyə arayışı təqdim olunmuşdur. Bundan başqa 15 noyabr 2014-cü il tarixdə Cavabdeh1 MTK-dan 1 avtomobil üçün qaraj almış və bunun üçün 25000 manat ödəmişdir. Bunu Cavabdeh1 MTK-nın sədri öz imzası və möhürü ilə təstiq etmişdir. Sonradan Cavabdeh1 MTK-nın rəhbəri barəsində cinayət işi açıldığından Bakı şəhəri, L. Tolstoy, Zərgərpalan, S. Tağızadə və M. Muxtarov küçələrinin kəsişməsində yerləşən bina "xxxx" ASC-nin tabeçiliyinə verilmişdir. Müqavilənin şərtlərinə əsasən tikinti işləri başa çatdıqdan sonra payçı mənzili tam təhvil almalıdır. Lakin, buna baxmayaraq mənzilin təhvil-təslim prosesi cavabdehlər tərəfindən həyata keçirilmir. Həmin yaşayış sahəsindəki digər mənzillər təmir olunub təhvil verildiyi halda iddiaçının mənzili və qarajı hələ də təhvil verilməmişdir. Hazırda həmin bina tam tikilib qurtarmış və sakinlər yaşayırlar, buna baxmayaraq yuxarıda qeyd olunan məsələlər öz həllini tapsa da, cavabdehlər tərəfindən mənzilə istifadə və sahiblik hüquqlarım bərpa edilmir, mənzil iddiaçıya verilmir, eləcə də mənzilin təmiri ilə bağlı şərait yaradılmır. Bu səbəbdən Bakı şəhəri, L. Tolstoy, Zərgərpalan, S. Tağızadə və M. Muxtarov küçələrinin kəsişməsində Cavabdeh1 MTK tərəfindən inşa olunmuş yaşayış binasının 1 saylı blokun 11-ci mərtəbəsində, ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzili və binanın altında 1 avtomobil üçün qaraja sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin və qarajın naturada iddiaçıya təhvil verilməsi və həmin mənzildə təmir işlərinin aparılması üçün şəraitin yaradılması, maneəsiz istifadənin məhdudlaşdırılmasına son qoyulmasına cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.xx.xx.2023-cü il tarixində məhkəməyə cavabdeh "xxxx" ASC tərəfindən etiraz təqdim edilərək göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-nin Cavabdeh1 MTK-nm problemli borcu üzrə tələb hüququ "xxxx" QSC-yə təhvil verilmişdir. Sözügedən Fərmanla tələb hüququnun "xxxx" QSC-yə keçdikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2-2(81)-100/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin tələbi təmin edilmiş, Cavabdeh1 MTK-dan 31.892.827,51 manat və 6.510.672,99 ABŞ dolları kredit borcunun və məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6.943 kv.m olan mənzillər, ümumi sahəsi 2.780 kv.m olan qeyri-yaşayış sahəsi, 120 ədəd yeraltı dayanacaq) yönəldilməsi, sonuncunun həmin əmlaklar üzərində hüquqlarına xitam verilməsi və iddiaçının bu əmlaklar üzərində hüquqlarının tanınması, cavabdehin üzərinə qeyd edilən əmlakın iddiaçının mülkiyyətinə təhvil verilməsi öhdəliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin üzərinə iddiaçının göstərilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, borc tələbinin yuxarıda qeyd edilən əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilmiş cəmi 20.728.800 manat dəyəri çıxdıqdan sonra, borcun 21.647.513,16 manat məbləğində hissəsinin cavabdehin digər əmlaklarına yönəldilməsi və həmin əmlakların hesabına borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin icrası çərçivəsində hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrinin 31 may 2018-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə 0,346904 ha torpaq sahəsində olan çoxmərtəbəli yaşayış binası "xxxx" QSC-nin xüsusi mülkiyyətinə verilmişdir. Bundan sonra, "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanının icrası ilə bağlı Cavabdeh1 MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC-nin mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair 16 sentyabr 2019-cu il tarixli razılaşmaya, eləcə də bu Fərmanın icrası çərçivəsində "xxxx" ASC-nin və "xxxx" QSC-nin nümayəndələrindən ibarət yaradılmış Təhvil-Təslim Komissiyasının 18 sentyabr 2019-cu il tarixli, 23 nömrəli protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0.346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən ümumi sahəsi 6.713 kv.m. olan, satılmamış 58 ədəd mənzil, 55 ədəd qaraj, 2.740 kv.m. ticarət zalları (qeyriyaşayış) müvafiq qaydada "xxxx" ASC-nin balansına verilmişdir. Etirazdan (işin faktiki hallarına dair) və başlıca olaraq ona əlavə edilən təsdiqedici sənədlərdən (sübutlar) görünür ki, sözügedən dövlət əmlakının (mənzil və qaraj sahələri daxil olmaqla) "xxxx" ASC-nin mülkiyyətinə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir və bu mübahisə doğurmayan faktdır. İddiaçı tərəfindən irəli sürülmüş iddianın Cavabdeh1 MTK-ya tikinti üçün material pulu əvəzinə verdiyi 25.000 (iyirmi beş min) manat vəsaitin əvəzinə qarajın ona verilməsi tələbinə dair hissəsi ilə razılaşmırlar. Belə ki, iddia ərizəsinə əlavə edilən 15 dekabr 2014-cü il tarixli müvafiq ərizəsinə əsasən iddiaçının heç bir hüquqi əsas olmadan yalnız Cavabdeh1 MTK-nın sədrinin müraciəti əsasında qarajın ona verilməsinə razılıq verilməsi mübahisə yaradan mühüm məqamlardan biridir. Tələbin həmin hissəsi ilə bağlı qeyd edirik ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırıimasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 6.Məhkəmə iclasında iştirak edən mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirmişdir ki, sözgedən mənzil ilk olaraq Elvin Bağırova satılmış, sonradan o evini iddiaçıya satmışdır. Sənədləşdirmənin həyata keçirilməsi üçün X2 tərəfindən mənzildən imtina barədə ərizə verilmiş və iddiaçı ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında müqavilə bağlanılmışdır. Sözügedən mənzil iddiaçıya məxsusdur. Cavabdehlər tərəfindən təhvil verilməlidir. Əslində həmin mənzil satılmış mənzillərə aiddir, cavabdeh "xxxx" ASC-yə isə satılmamış mənzillər təhvil verilmişdir. Hər bir halda hər iki cavabdeh tərəfindən mənzil iddiaçıya təhvil verilməlidir. Qaraj barədə isə qeyd edir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 25000 manat borcu var idi və həmin borcun əvəzləşdirilməsi üçün iddiaçıya qaraj təhvil verilmiş və qarajın ona verilməsi razılaşdırılmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, hansı kv.m ölçüdə, hansı nömrəli qarajın verilməsi bildirilməmişdir. Qaraja görə pul ödənilməmişdir, müqavilə və maliyyə arayışı verilməmişdir. 7.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 noyabr 2023-cü il tarixli, 2(004)-4065/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Gülnar Babazadə) iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsi, 252-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilinə İddiaçı sahiblik və istifadə hüquqları bərpa edilməsi, həmin mənzilin İddiaçı naturada təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh "xxxx" ASCnin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 8.İş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativi (sifarişçi) ilə X2 (payçı) arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən sifarişçi müqavilədə sadalanan tikintiquraşdırma işlərini layihə-smeta sənədlərinə uyğun qüsursuz və Dövlət-Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə yerinə yetirməyi və payçı 112 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilinin hər kvadrat metri üçün 480 manat olmaqla, cəmi 53760 manat ödəməyi öhdəsinə götürmüşdür. 9.İş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən tərtib edilmiş xx.xx.2009cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişməsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasının 1 saylı blokun 11-ci mərtəbəsində ümumi sahəsi 112 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilin tam dəyəri payçı X2 tərəfindən ödənilmişdir və onun Cavabdeh1 MTK -ya borcu yoxdur. 10.İş materiallarında olan X2 tərəfindən verilmiş 10 mart 2010-cu il tarixli ərizədən görünür ki, Tolstoy küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində yerləşən binada 11 mərtəbədə 2 otaqlı 50 saylı mənzilini İddiaçı razılaşma yolu ilə satdığı üçün onu payçılıqdan azad etməsini xahiş etmişdir. 11.İş materiallarında olan X2 tərəfindən notarial qaydada verilmiş verilmiş 04 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Tolstoy küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində yerləşən binada 11 mərtəbədə 2 otaqlı 50 saylı mənzilindən və payından imtina edir. Həmin mənzilin İddiaçı adına yeni müqavilə bağlanmaqla rəsmiləşdirilməsinə etiraz etmir. Mənzildən imtina ilə bağlı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı şikayəti və tələbi yoxdur. Ərizənin məzmunu ona məlum və iradəsinə uyğundur. 12.İş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativi (sifarişçi) ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən sifarişçi müqavilədə sadalanan tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərinə uyğun qüsursuz və Dövlət-Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə yerinə yetirməyi və payçı 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilinin hər kvadrat metri üçün 480 manat olmaqla, cəmi 55200 manat ödəməyi öhdəsinə götürmüşdür. 13.İş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişməsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasının 1 saylı blokun 11-ci mərtəbəsində ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilin tam dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir və onun Cavabdeh1 MTK -ya borcu yoxdur. 14.İş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvü İddiaçı tərəfindən verilmiş 15 dekabr 2014-cü il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh1 MTK-nın tikintisi üçün material pulu olaraq verdiyim 25000 manat pulun əvəzində təklifi qəbul edərək, bir avtomobil yeri olaraq qaraj verilməsinə razıdır. Ərizədə “İddiaçı avtomobil dayanacağı üçün qaraj verilsin” qeydi aparılmış və Cavabdeh1 MTK-nın sədri A.S.Mədətov tərəfindən təsdiq edilmişdir. 15.İş materiallarında olan 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 2(81)-100/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının iddiası təmin edilmiş, Cavabdeh1 Mənzil Tikinti Kooperativindən 31.892.827,51 manat və 6.510.672,99 ABŞ dolları kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə, Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6.943 kv.m olan mənzillər, ümumi sahəsi 2.780 kv.m olan qeyri-yaşayış sahəsi, 120 ədəd yeraltı dayanacaq) yönəldilməsi, Cavabdeh1 MTK-nın yuxarıda qeyd edilən əmlaklar üzərində hüquqlarına xitam verilməsi və "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində hüquqlarının tanınması, cavabdehin üzərinə qeyd edilən əmlakın "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə təhvil verilməsi öhdəliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, borc tələbinin yuxarıda göstərilən əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilmiş cəmi 20.728.800 manat dəyəri çıxıldıqdan sonra, borcun 21.647.513,16 manat məbləğində qalan hissəsinin Cavabdeh1 MTK digər əmlaklarına yönəldilməsi və həmin əmlakların hesabına borcun tutularaq "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. 16.İş materiallarında olan hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasına dair hüquqlar xx.xx.2018-ci il tarixdə dövlət reyestrində "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının adına qeydiyyata alınmışdır. 17.İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Sənaye Korporasiya ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı Cavabdeh1 MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşma bağlanmış, Cavabdeh1 MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarox, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən satılmamış 6713 kv.m olan 58 ədəd mənzil, 55 ədəd qaraj, 2740 kv.m ticarət zalları (qeyriyaşayış) qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş ümumi 13025000,00 manat dəyərindən kreditor və vergi borcları (razılaşmanın 2-ci və 3-cü bəndlərinə əsasən) çıxıldıqdan sonra xalis dəyərində "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilmişdir. 18.İş materiallarında olan "xxxx" QSC, Cavabdeh1 MTK və "xxxx" ASC arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli razılaşmaya əsasən bina Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilmişdir. 19.Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, X2 bacanağının oğludur. Yaşadığı evi isə 2010-cu ildə Telman adlı şəxsə satmışdır. O, evin satılması zamanı iştirak etməmişdir, buna görə də prosesin necə olduğunu ətraflı bilmir. Evin kimə satılmasını isə ona Elvinin özü bildirmişdir. Həmin vaxt notariusa da bu məsələ ilə bağlı getmişlər. Hazırda bunu qeyd edə bilər ki, Elvinin həmin evə hər hansı iddiası yoxdur və ev Telman adlı şəxsə məxsusdur. Satış məbləği və s. barədə isə məlumatı yoxdur. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, mənzili X2 2010-cu il tarixdə satmışdır. 20.Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ilə Cavabdeh1 MTK ilə 06 yanvar 2009-cu il tarixdə Yasamal rayonu Tolstoy küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində yerləşən binada 11-ci mərtəbədə 2 otaqlı 50 saylı mənzilin tikintisinə dair müqavilə bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək 53760 manat məbləğində ödəniş etmişdir. MTK tərəfindən müqavilə üzrə borcun olmamasına dair maliyyə arayışı verilmişdir. Daha sonra İddiaçı Cavabdeh1 MTK ilə 10 mart 2010-cu il tarixdə mənzilin tikintisinə dair müqavilə bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək 55200 manat məbləğində ödəniş etmişdir. Cavabdeh1 MTK tərəfindən müqavilə üzrə borcun olmamasına dair maliyyə arayışı verilmişdir. 10 mart 2010-cu il tarixdə Elvin Bağırov ərizə ilə mənzilini İddiaçı satdığından onun payçılıqdan azad edilməsini xahiş etmişdir. 21.Belə olan halda, məhkəmə hesab etmişdir ki, sözügedən mənzil üzrə iki müqavilə mövcud olsa da, X2 öz razılığı ilə iddiaçının xeyrinə payçılıqdan azad edildiyindən Yasamal rayonu Tolstoy küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində yerləşən binada 11-ci mərtəbədə 2 otaqlı, 50 saylı mənzil iddiaçıya təhvil verilməlidir. 22.Məhkəmə eyni zamanda hesab etmişdir ki, həmin binaya dair hüquqların qabaqcadan qeydiyyatı dövlət reyestrində xx.xx.2018-ci il tarixdə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının adına qeydiyyata alınmış, "xxxx" QSC BOKT, "xxxx" ASC və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən bina Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilmişdir. Göründüyü kimi, bina hal-hazırda "xxxx" ASC balansındadır və Cavabdeh1 MTK-nın həmin bina üzərində hər hansı hüquqları mövcud deyil və ona dair hissə rədd olunmalı, Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsi, 252-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilinə İddiaçı sahiblik və istifadə hüquqları bərpa edilməli, həmin mənzilin İddiaçı naturada təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. 23.Məhkəmə, proses iştirakçıları ilə 23 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsi, 252-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasınının 1-ci blok 11-ci mərtəbə 50 saylı mənzilini yerində müayinə edərək müəyyən etmişdir ki, iddiaçının təhvil verilməsini tələb etdiyi 50 saylı mənzil hər hansı 3-cü şəxslərin istifadəsində deyildir, təmirsizdir. 24.Məhkəmə 1 ədəd qarajın təhvil verilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi qaraja dair MTK ilə iddiaçı arasında, eləcə də cavabdeh "xxxx" ASC ilə hər hansı müqavilə bağlanmamışdır, Cavabdeh1 MTK tərəfindən razılıq ərizəsi verilmişdir. Həmin razılıq ərizəsində hansı kv.m ölçüdə, hansı mərtəbədə, hansı nömrəli qarajın verilməsi göstərilməmişdir. Eləcə də hər hansı maliyyə arayışı da mövcud deyildir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 MTK-nın həmin bianaya dair hər hansı mülkiyyət hüquqları mövcud olmadığından, eləcə də digər cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında qarajla bağlı hər hansı müqavilə mövcud olmadığından, iddia tələbi qarajın təhvil verilməsi hissəsində əsassızdır və rədd edilməlidir. 25.Həmçinin, İddiaçı razılıq ərizəsində qeyd edilən hallarla əlaqədar vurulmuş hər hansı maddi ziyan və s. mövcud olduğu təqdirdə, bununla bağlı məhkəməyə müraciət hüququnun olması izah olunmuşdur 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2017-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan 178.8-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 385.1, 386.1, 386.2, 427.2, 442, 443.1, 427.3-cü; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 238-253-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri 27.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı mənzillə bağlı hissəsini qismən təmin edərək göstərmişdir ki, hal hazırda bina "xxxx" ASC balansındadır və Cavabdeh1 MTK-nın həmin bina üzərində hər hansı hüquları mövcud deyil və ona dair hissədə rədd olunmalıdır. Hesab edir məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mülki iş materiallarından görünür ki, İddiaçı 2010-cu il mənzilə dair müqaviləni Cavabdeh1 MTK ilə bağlamışdır, hazırda həmin MTK mövcuddur. Mülki iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 MTK arasında bağlanmışxx.xx.2019-cu il tarixli razılaşmaya əsasən bina "xxxx" ASC balansına verilmişdir. Balansa verilən zamanı binada satılmamış mənzillər "xxxx" ASC-yə verilmişdir. Satılmış mənzillər isə Cavabdeh1 MTK-da qalmışdır. İddiaçı mənzili isə satılmış mənzillərin siyahısındadır. Göründüyü kimi hər iki cavabdeh öhdəlik daşıyır. Məhkəmənin qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə 1 ədəd qarajın təhvil verilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi qaraja dair MTK ilə iddiaçı arasında, eləcə də cavabdeh "xxxx" ASC ilə hər hansı müqavilə bağlanmamışdır, Cavabdeh1MTK tərəfindən razılıq ərizəsi verilmişdir. Həmin razılıq ərizəsində hansı kv.m ölçüdə, hansı mərtəbədə, hansı nömrəli qarajın verilməsi göstərilməmişdir. Eləcə də hər hansı maliyyə arayışı da mövcud deyildir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 MTK-nın həmin binaya dair hər hansı mülkiyyət hüquqları mövcud olmadığından, eləcə də digər cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında qarajla bağlı hər hansı müqavilə mövcud olmadığından, iddia tələbi qarajın təhvil verilməsi hissəsində əsassızdır və rədd edilməlidir. Hesab edir məhkəmə qarajla bağlı hissəyədə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 (həmin dövrdə MTK-nın sədri olmuş, hazırda MTK-nın təsisçilərindən biri) izahatında bildirmişdir ki, “qaraj barədə qeyd edim ki, Cavabdeh1 MTK-nin 25000 manat borcu var idi və həmin borcun əvəzləşdirilməsi üçün iddiaçıya qaraj təhvil verilmiş və qarajın ona təhvil verilməsi razılaşdırılmışdır. Hətta sözügedən məsələ ilə bağlı Cavabdeh1 MTK tərəfindən razılıq ərizəsi belə verilmişdir. Razılıq ərizəsinə diqqət etdikdə, hər iki tərəfin imzasının olduğunu, həmçinin Cavabdeh1 MTK-nın möhürünün olduğunu görə bilərik. O ki, qaldı qarajın iddiaçıya verilməsi və bununla bağlı məhz maliyyə arayışının olmamasına bununla bağlı qeyd edir ki, 25000 manat pulun əvəzində qarajın (əvəzləşdirmə olaraq) verilməsi və bunun ərizədə xüsusi olaraq qeyd edilməsi özü-özlüyündə maliyyə arayışıdır. Maliyyə arayışı ilə razılıq ərizəsi arasındakı məzmun olaraq tək fərq “İddiaçı tərəfindən 25000 manat pul tam olaraq ödənilmişdir” cümləsinin yazılmamasıdır. 29.Qətnamədən həmçinin, cavabdeh Azərbaycan Sənaye Korporasiya” ASC də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təsviri-əsaslandırıcı hisəsi nəzərə alınmaqla İddiaçı Bakı şəhəri, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişməsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasının 1 saylı blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzili və binanın altında 1 avtomobil üçün qaraja sahiblik, istifadə hüquqlarının bərpa edilməsi v.s. tələbinə dair iddia ərizəsinin "xxxx" ASC-yə münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq "xxxx" ASC-nin Cavabdeh1 MTK-nın problemli borcu üzrə tələb hüququ "xxxx" QSC-yə təhvil verilmişdir. Sözügedən Fərmanla tələb hüququnun "xxxx" QSC-yə keçdikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2-2(81)- 100/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin tələbi təmin edilmiş, Cavabdeh1 MTK-dan 31892.827,51 manat və 6.510.672,99 ABŞ dolları kredit borcunun və məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6.943 kv.m olan mənzillər, ümumi sahəsi 2.780 kv.m olan qeyri-yaşayış sahəsi, 120 ədəd yeraltı dayanacaq) yönəldilməsi, sonuncunun həmin əmlaklar üzərində hüquqlarına xitam verilməsi və iddiaçının bu əmlaklar üzərində hüquqlarının tanınması, cavabdehin üzərinə qeyd edilən əmlakın iddiaçının mülkiyyətinə təhvil verilməsi öhdəliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin üzərinə iddiaçının göstərilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, borc tələbinin yuxarıda qeyd edilən əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilmiş cəmi 20.728.800 manat dəyəri çıxdıqdan sonra, borcun 21.647.513,16 manat məbləğində hissəsinin cavabdehin digər əmlaklarına yönəldilməsi və həmin əmlakların hesabına borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin icrası çərçivəsində hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrinin 31 may 2018-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə 0,346904 ha torpaq sahəsində olan çoxmərtəbəli yaşayış binası "xxxx" QSC-nin xüsusi mülkiyyətinə verilmişdir. Bundan sonra, "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanının (bundan sonra- Fərman) icrası ilə bağlı Cavabdeh1 MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC-nin mülkiyyətindən "xxxx" ASCnin mülkiyyətinə verilməsinə dair 16 sentyabr 2019-cu il tarixli razılaşmaya, eləcə də bu Fərmanın icrası çərçivəsində "xxxx" ASC-nin və "xxxx" QSC-nin nümayəndələrindən ibarət yaradılmış Təhvil- Təslim Komissiyasının 18 sentyabr 2019-cu il tarixli, 23 nömrəli protokoluna əsasən yalnız Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0.346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən ümumi sahəsi 6.713 kv.m. olan, satılmamış 58 ədəd mənzil, 55 ədəd qaraj, 2.740 kv.m. ticarət zalları (qeyri-yaşayış) müvafiq qaydada "xxxx" ASC-nin balansına verilmişdir. Sözügedən dövlət əmlakının (mənzil və qaraj sahələri daxil olmaqla) "xxxx" ASC-nin mülkiyyətinə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilmiş və bu mübahisə doğurmayan faktdır. Hazırki iddia üzrə isə tələb olunan mənzil "xxxx" ASC-yə təhvil verilməmişdir, yəni 16 sentyabr 2019- cu il tarixli razılaşma, eləcə də bu Fərmanın icrası çərçivəsində "xxxx"ASC-nin və "xxxx" QSC-nin nümayəndələrindən ibarət yaradılmış Təhvil-Təslim Komissiyasının 18 sentyabr 2019-cu il tarixli 23 nömrəli protokoluna əsasən "xxxx"ASC-yə verilmiş, satılmamış 58 ədəd mənzildən heç biri deyil. Həmin mübahisəli mənzilin mülkiyyətçisi "xxxx" ASC olmadığından Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsi, 252-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilinə İddiaçı sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, həmin mənzilin İddiaçı naturada təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qətnamənin icrasını mümkünsüz edəcəkdir. Başqa sözlə desək bu mənzilin təhvil-təslimi Fərmanın icrası çərçivəsində "xxxx" ASC-ə verilmədiyindən və həmin mənzilin mülkiyyətçisi qeyri-müəyyən olduğundan sözügedən dövlət əmlakının "xxxx" ASC tərəfindən iddiaçıya verilməsi öhdəliyinin hüquqi əsası mövcud deyil. Mülki Məcələnin 43.1-ci maddəsi, eləcə də yuxarıda göstərilən işin faktiki halları onu sübut edir ki, Cavabdeh1 MTK müvafiq müqavilə üzrə tərəf olmaqla yanaşı, öz adından çıxış edən və öz öhdəliklərinə cavabdeh olan müstəqil hüquqi şəxsdir, ən əsası qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslərin dövlət reyestindən çıxarılmamışdır (ləğv edilməmişdir). Həmçinin "xxxx" ASC Cavabdeh1 MTK-nın hüquqi varisi deyildir. Bu səbəbdən də mülki münasibətlər zamanı Cavabdeh1 MTK-nın öhdəliklərinə görə "xxxx" ASC məsuliyyət daşımır. Qeyd ounan normanın tələblərindən və işin faktiki hallarından çıxış edərək, xüsusilə vurğulanmalıdır ki, Fərmanın tərkib hissəsi olan Əlavədə Cavabdeh1 MTK ilə yanaşı digər hüquqi şəxslərin öhdəliklərinin deyil, aktivlərinin (əmlaklarının) verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, birinci instansiyasının sözügedən işin faktiki hallarına düzgün qiymət verməməsi nəticə etibarilə yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən mübahisəli ünvanda yerində müayinə keçirilmiş və cavabdeh “MTK”-nın nümayəndəsi X7 iddiaçı tərəfindən tələb olunan mənzilin "xxxx" ASC-yə təhvil verilmədiyini, həmin mənzilin açarlarının Cavabdeh1 MTK-da olduğunu bildirmişdir. Lakin məhkəmə sözügedən əmlakın İddiaçı naturada təhvil verilməsi və s. öhdəliyinin Cavabdeh1 MTK-nın deyil, "xxxx" ASC-nin üzərinə qoyulması barədə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 31.İddiaçının apellyasiya şikayətinə qarşı cavabdeh "xxxx" ASC-nin Baş direktoru Kamran Nəbizadə tərəfindən özlərinin apellyasiya şikayəti ilə eyni məzmunlu etiraz təqdim edilərək əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın Cavabdeh1 MTK-ya tikinti üçün material pulu əvəzinə verdiyi 25.000 (iyirmi beş min) manat vəsaitin əvəzinə qarajın ona verilməsi tələbinə dair hissəsinə etiraz edərək bildiririk ki, iddia ərizəsinə əlavə edilən 15 dekabr 2014-cü il tarixli müvafiq ərizəsinə əsasən iddiaçının heç bir hüquqi əsas olmadan yalnız Cavabdeh1 MTKnın sədrinin müraciəti əsasında qarajın ona verilməsinə razılıq verilməsi mübahisə yaradan mühüm məqamlardan biridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Hər iki normativ hüquqi aktın tələblərindən də müəyyən edilir ki, daşınmaz əmlak barəsində mülkiyyət hüququnun əldə edilməsi üçün qanunvericilik başlıca şərt kimi əqdin olmasını və onun notariat qaydasında təsdiqlənməsinin vacibliyini vurğulayır. Bundan başqa, yuxarıda qeyd olunan "xxxx" QSC-nin Cavabdeh1 MTK-ya qarşı mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində sözügedən binada yerləşən qaraj sahələrinin "xxxx" QSC-nin mülkiyyətinə verilməsi təsdiq edilmişdir. Həmin qaraj sahələri daha sonra məlum Fərmanın icrası ilə əlaqədar "xxxx" ASC-nin balansına verilmişdir. Beləliklə, dövlət qeydiyyatına alınmamış daşınmaz əmlak barəsində bağlanılan hər hansı əqd etibarsız hesab edilməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 32.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 öz apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. 33.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 öz apellyasiya şikayətini müdafiə etdi, onun məzmunun uyğun izahat verərək şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin qarajla bağlı hissədə təmin edilməməsini xahiş etdi. 34.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətini qəbul etdi, İddiaçı apellyasiya şikayətini qarağın təhvil verilməsi istisna olmaqla, mənzilin təhvil verilməsi öhdəliyinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması hissəsində qəbul etdi, izahatında bildirdi ki, mübahisəli mənzil satılmış mənzil olduğundan, iddia mənzilin Cavabdeh1 MTK tərəfindən iddiaçıya təhvil verilməsi hissəsində əsaslı hesab edilə bilər. Mənzilin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə heç bir aidiyyatı yoxdur. Mənzil yerində mövcuddur. Mənzilin açarı “Abidə" Mənzil Tikinti Kooperativindədir. Qarağla bağlı hissədə iddia tam olaraq əsassızdır. Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən iddaçıya heç bir qaraj satılmamış, qarajla bağlı MTK-ya heç bir pul ödənilməmiş, iddiaçı tərəfindən material pulu olaraq 25000 manat pul verilməmişdir. Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvü İddiaçı tərəfindən verilmiş 15 dekabr 2014-cü il tarixli razılıq ərizəsinin Cavabdeh1 MTK-nın keçmiş sədri A.S.Mədətov tərəfindən təsdiq edilməsi, qarağın verilməsinin sübutu kimi qəbul edilə bilməz. 35.Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında qeyd etdi ki, mübahisəli mənzil satılmış mənzilə aid olduğundan, Cavabdeh1 MTK tərəfindən təhvil verilməlidir. Qarağla bağlı o, 15 dekabr 2014-cü il tarixli razılıq ərizəsini imzalamışdır. İddiaçı materialla bağlı 25000 manat xərc çəkib, lakin bununla bağlı sübut təqdim edə bilmir. Buna görə də, qarağ da iddiaçıya verilməlidir.

36. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 37.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 38.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 39.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 40.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 41.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 42.Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2017-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan 178.8-ci maddəsi. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. xx.xx.2008-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 43.Maddə 112.1.Mənzil tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 44.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 46.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 48.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49.Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətlərininin dəlillərini və iş materiallarının tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. 50.Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ilə Cavabdeh1 MTK ilə 06 yanvar 2009-cu il tarixdə Yasamal rayonu Tolstoy küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində yerləşən binada 11-ci mərtəbədə 2 otaqlı, 50 saylı mənzilin tikintisinə dair müqavilə bağlanmış, X2 müqavilə üzrə öhdəliyini yerinə yetirərək 53760 manat məbləğində ödəniş etmişdir. MTK tərəfindən müqavilə üzrə borcun olmamasına dair maliyyə arayışı verilmişdir. Daha sonra İddiaçı Cavabdeh1 MTK ilə 10 mart 2010-cu il tarixdə mənzilin tikintisinə dair müqavilə bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək 55200 manat məbləğində ödəniş etmişdir. Cavabdeh1 MTK tərəfindən müqavilə üzrə borcun olmamasına dair maliyyə arayışı verilmişdir. 10 mart 2010-cu il tarixdə Elvin Bağırov ərizə ilə mənzilini İddiaçı satdığından onun payçılıqdan azad edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzil üzrə iki müqavilə mövcud olsa da, X2 öz razılığı ilə iddiaçının xeyrinə payçılıqdan azad edildiyindən Yasamal rayonu Tolstoy küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində yerləşən binada 11-ci mərtəbədə 2 otaqlı, 50 saylı mənzilin iddiaçıya təhvil verilməli olması, onun həmin mənzil üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi ilə bağlı məhkəmə düzgün hüquqi nəticəyə gəlmişdir. 51.Lakin kollegiya hesab edir ki, qətnamə iddia tələbinin müqavilə öhdəliyinin icrasının və manealərin aradan qaldırılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması və Cavabdeh1 MTK-ya aid rədd edilməsi hissələrində maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə həmin hissələrdə ləğv edilərək, işdə olan sübutlar əsasında qeyd olunan hissələrdə yeni qətnamə qəbul edilməlidir. 52.Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq "xxxx" ASC-nin Cavabdeh1 MTK-nın problemli borcu üzrə tələb hüququ "xxxx" QSC-yə təhvil verilmişdir. Sözügedən Fərmanla tələb hüququnun "xxxx" QSC-yə keçdikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2-2(81)- 100/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin tələbi təmin edilmiş, Cavabdeh1 MTK-dan 31892.827,51 manat və 6.510.672,99 ABŞ dolları kredit borcunun və məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6.943 kv.m olan mənzillər, ümumi sahəsi 2.780 kv.m olan qeyri-yaşayış sahəsi, 120 ədəd yeraltı dayanacaq) yönəldilməsi, sonuncunun həmin əmlaklar üzərində hüquqlarına xitam verilməsi və iddiaçının bu əmlaklar üzərində hüquqlarının tanınması, cavabdehin üzərinə qeyd edilən əmlakın iddiaçının mülkiyyətinə təhvil verilməsi öhdəliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin üzərinə iddiaçının göstərilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, borc tələbinin yuxarıda qeyd edilən əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilmiş cəmi 20.728.800 manat dəyəri çıxdıqdan sonra, borcun 21.647.513,16 manat məbləğində hissəsinin cavabdehin digər əmlaklarına yönəldilməsi və həmin əmlakların hesabına borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 53.Bundan sonra, "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanının icrası ilə bağlı Cavabdeh1 MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC-nin mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair 16 sentyabr 2019-cu il tarixli razılaşmaya (Razılaşmanın 1-ci bəndi), eləcə də bu Fərmanın icrası çərçivəsində ASK” ASC-nin və "xxxx" QSC-nin nümayəndələrindən ibarət yaradılmış Təhvil-Təslim Komissiyasının 18 sentyabr 2019-cu il tarixli 23 nömrəli protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0.346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən ümumi sahəsi 6.713 kv.m. olan, satılmamış 58 ədəd mənzil, 55 ədəd qaraj, 2.740 kv.m. ticarət zalları (qeyriyaşayış) qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş ümumi 13.025.000,00 manat dəyərindən kreditor və vergi borcları çıxıldıqdan sonra xalis dəyərində "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilmişdir. 54.Göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2-2(81)- 100/2017 nömrəli qətnaməsinin icrası çərçivəsində hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrinin 31 may 2018-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə 0,346904 ha torpaq sahəsində olan çoxmərtəbəli yaşayış binası "xxxx" QSC-nin xüsusi mülkiyyətinə verilmiş, daha sonra isə "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanının icrası ilə bağlı Cavabdeh1 MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC-nin mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair 16 sentyabr 2019-cu il tarixli razılaşmaya əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0.346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən ümumi sahəsi 6.713 kv.m. olan, satılmamış 58 ədəd mənzil, 55 ədəd qaraj, 2.740 kv.m. ticarət zalları "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilmişdir. 55.Həmçinin mülki iş materiallarında olan "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanının icrası ilə bağlı Cavabdeh1 MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC-dən "xxxx" ASC-yə təhvil edilməsi barədə 05 noyabr 2019-cu il tarixli aktdan görünür ki, mübahisəli 50 saylı mənzil "xxxx" ASC-yə təhvil verilməmişdir. 56.Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış Yasamal rayonu Tolstoy küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində yerləşən binada 11-ci mərtəbədə 2 otaqlı, 50 saylı mənzilin tikintisinə dair müqavilə 10 mart 2010-cu il tarixdə bağlandığından və həmin mənzil yuxarıda qeyd olunduğu kimi 16 sentyabr 2019-cu il tarixli Razılaşmaya, 18 sentyabr 2019-cu il tarixli 23 nömrəli Protokola və 05 noyabr 2019-cu il tarixli təhvil təslim aktına əsasən "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilən mənzillərin siyahısında olmadığından, iddia tələbi cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin edilə bilməz. 57.Belə ki, mübahisəli mənzil satılmış mənzillərə aid olmaqla, Cavabdeh1 MTK-ya məxsus satılmamış mənzillər "xxxx" QSC-yə, sonra isə "xxxx" ASC-yə təhvil verilmişdir. Yəni, Cavabdeh1 MTK-nın öhdəliklərinin deyil, aktivlərinin (əmlaklarının) verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili də qeyd etmişdir ki, mübahisəli mənzil satılmış mənzil olduğundan, iddia mənzilin Cavabdeh1 MTK tərəfindən iddiaçıya təhvil verilməsi hissəsində əsaslı hesab edilə bilər. Mənzilin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə heç bir aidiyyatı yoxdur. Mənzil yerində mövcuddur. Mənzilin açarı “Abidə" Mənzil Tikinti Kooperativindədir. 58.Belə olduğu halda kollegiya hesab edir ki, mübahisələndirilən mənzilin İddiaçı naturada təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh1 MTK-nın üzərinə qoyulmalıdır. Bu hissədə iddianın "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid hissəsi əsaslı hesab edilə bilməz. 59.Kollegiya eyni zamanda qarajla bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı olmaqla, bununla bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi qaraja dair Cavabdeh1 MTK ilə iddiaçı arasında, eləcə də cavabdeh "xxxx" ASC ilə hər hansı müqavilə bağlanmamışdır. Eləcə də hər hansı maliyyə arayışı da mövcud deyildir. Cavabdeh1 MTK tərəfindən razılıq ərizəsi verilmişdir. Həmin razılıq ərizəsində hansı kv.m ölçüdə, hansı mərtəbədə, hansı nömrəli qarajın verilməsi göstərilməmişdir. İddiaçı Cavabdeh1 MTK-ya material pulu olaraq verdiyi 25000 manat pul əvəzində qaraj aldığını qeyd etsə də, nə o, nə də Cavabdeh1 MTK-nın keçmiş direktoru olmuş hazırki iş üzrə 3-cü şəxs Arif Mədətov bununla bağlı sübutlar təqdim etməmiş, Cavabdeh1 MTK-nın nümayəndəsi iddiaçının 25000 manat həcmində MTK-ya xərc çəkmədiyini, sonuncuya qaraj satılmadığını qeyd etmişdir. Digər tərəfdən qarajlar Cavabdeh1 MTK-nın aktivi olaraq (satılmamış əmlak) məhkəmə qərarı əsasında "xxxx" QSC-yə, sonda isə "xxxx" ASC-yə təhvil verilmişdir. Hazırda Cavabdeh1 MTK-nın həmin qarajlar üzərində hər hansı hüququ mövcud deyildir, eləcə də digər cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında qarajla bağlı hər hansı müqavilə bağlanmamışdır. Buna görə də, iddia tələbi qarajın təhvil verilməsi hissəsində əsassız olduğundan, məhkəmə tərəfindən düzgün olaraq rədd edilmişdir. 60.Həmçinin, məhkəmə düzgün olaraq İddiaçı izah etmişdir ki, razılıq ərizəsində qeyd edilən hallarla əlaqədar vurulmuş hər hansı maddi ziyan və s. mövcud olduğu təqdirdə, bununla bağlı məhkəməyə müraciət edə bilər. 61.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(004)-4065/2023 saylı qətnaməsi iddianın mənzillə bağlı cavabdeh "xxxx" ASC-yə aid təmin edilən və Cavabdeh1 MTK-ya aid rədd edilən hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissələrdə qismən təmin edilməli, Cavabdeh1 MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsi, 252-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilin İddiaçı naturada təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmalı, mənzillə bağlı iddia "xxxx" ASC-yə aid hissədə təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 62.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384,392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Azərbaycan Sənaye Korporasiya” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(004)- 4065/2023 saylı qətnaməsi iddianın mənzillə bağlı cavabdeh "xxxx" ASC-yə aid təmin edilən və Cavabdeh1 MTK-ya aid rədd edilən hissələrində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissələrdə qismən təmin edilsin. Cavabdeh1 MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsi, 252-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilin İddiaçı naturada təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulsun. İddia mənzillə bağlı "xxxx" ASC-yə aid hissədə təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar