Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13578/2019 27.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Sarıyev Əjdər Hakim oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1994/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli 245 saylı sərəncamı ilə Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında 2-ci mərtəbədə yerləşməklə Cavabdeh1 mülkiyyətində olan ümumi sahəsi 40.2 kv.m dən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının «A» blokunun 2-ci mərtəbəsində 46.23 kv.m təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik konpensasiya ilə təmin olunmaqla Nəsimi rayonu Salatın Əskərova küçəsi, ev 191 ünvanında yerləşən qeyri yaşayış sahəsindən Cavabdeh1 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması; eyni zamanda Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında zirzəmidə (yarımzirzəmidə) yerləşməklə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 40.6 kv.m təmirli qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri-yaşayış sahəsinin "həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının «A» blokunun zirzəmisində 46.69 kv.m təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik konpensasiya ilə təmin olunmaqla Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191, mənzil 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh2 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması, yeni inşa ediləcək yaşayış binasında zirzəmidən ibarət hazırkı qeyri yaşayış sahəsinin həcmindən 15% əlavə zirzəmidən ibarət sahə ilə, yeni tikiləcək bina hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı ilə və zirzəminin boşaldılması üçün 300 manat birdəfəlik konpensasiya ilə təmin olunmaqla Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191, mənzil 5 ünvanında Yerləşən zirzəmidən Cavabdeh2 çıxarılmaqla həmin qeyri- yaşayış sahəsinin boşaldılması; eyni şərtlərlə Nəsimi rayonu, Azadlıq prospekti 53 ünvanında yerləşən cavabdeh Məmmədov Bürhan Yavər oğlunun mülkiyyətində olan faktiki ümumi sahəsi 129.8 kv.m dən ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasında hazırkı yaşayış sahəsinin həcmindən 15% əlavə 149.27 kv.m təmirli yaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 350 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik konpensasiya verilməklə cavabdehlər X2 ailə üzvləri X4, X6, X7 ilə birlikdə Nəsimi rayonu Azadlıq prospekti 53 ünvanında yerləşən mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması; Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 53 ünvanında yerləşməklə cavabdeh Bürhan Məmmədovun mülkiyyətində olan 129.8 kv.m-dən, Nəsimi rayonu Salatın Əskərova küçəsi, ev 191 ünvanında yerləşməklə Cavabdeh1 mülkiyyətində olan 40.2 kv.m dən, Cavabdeh2 mülkiyyətində olan 40.6 kv.mdən ibarət qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin İddiaçı MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X9 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, Nəsimi rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2016 cı il tarixli 245 saylı sərəncamı ilə Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında 2-ci mərtəbədə yerləşməklə Cavabdeh1 mülkiyyətində olan ümumi sahəsi 40.2 kv.m dən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının «A» blokunun 2 ci mərtəbəsində 46.23 kv.m təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik konpensasiya ilə təmin olunmaqla Nəsimi rayonu Salatın Əskərova küçəsi, ev 191 ünvanında yerləşən qeyri yaşayış sahəsindən Cavabdeh1 çıxarılmaqlahəmin qeyri-yaşayış sahəsinin boşaldılması; eyni zamanda Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında zirzəmidə (yarımzirzəmidə) yerləşməklə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 40.6 kv.m təmirli qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri-yaşayış sahəsinin "həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının «A» blokunun zirzəmisində 46.69 kv.m təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik konpensasiya ilə təmin olunmaqla Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191, mənzil 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh2 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması yeni inşa ediləcək yaşayış binasında zirzəmidən ibarət hazırkı qeyri yaşayış sahəsinin həcmindən 15% əlavə zirzəmidən ibarət sahə ilə, yeni tikiləcək bina hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı ilə və zirzəminin boşaldılması üçün 300 manat birdəfəlik konpensasiya ilə təmin olunmaqla Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191, mənzil 5 ünvanında Yerləşən zirzəmidən Cavabdeh2 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması; ünvan 2 ünvanında yerləşməklə Cavabdeh1 mülkiyyətində olan 40.2 kv.m dən, Cavabdeh2 mülkiyyətində olan 40.6 kv.mdən ibarət qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin İddiaçı MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi; birgə iddiaçılar- Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus Nəsimi rayonu Salatın Əsgrova küçəsi 191 saylı hər iki qeyri-yaşayış sahələrinin cavabdeh İddiaçı MMC tərəfindən söküntüyə məruz qalması müqabilində: Cavabdeh1 münasibətdə Bakı şəhəri Nəsimi rayonu, Salatın Əskərova küçəsi ev 191 mənzil 5 ünvanında yerləşən sahəsi 40.2. kv.m. olan qeyriyaşayış sahəsinin əvəzinə həmin sahənin yerləşdiyi yerdə tikiləcək yeni yaşayış binasında 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% artıq sahə verməklə 48.24 kv.m. təmirli qeyri-yaşayış sahəsi həmin yeni sahə təmirli vəziyyətdə təhvil verilənədək aylıq 1000 AZN kirayə haqqı və qeyri-yaşayış sahəsinin boşaldılması üçün 300 AZN birdəfəlik kompensasiyanın ödənilməsi; Cavabdeh2 münasibətdə isə Bakı şəhəri Nəsimi rayonu. Salatın Əskərova küçəsi ev 191 mənzil 5 ünvanında yerləşən sahəsi 40.6. kv.m. olan zirzəmi/yarımzirzəmidə yerləşməklə qeyri-yaşayış sahəsinin əvəzinə həmin sahənin yerləşdiyi yerdə tikiləcək yeni yaşayış binasında 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% artıq sahə verməklə 48.72 kv.m. təmirli qeyri-yaşavış sahəsi həmin yeni sahə təmirli əziyyətdə təhvil verilənədək aylıq 1000 AZN kirayə haqqı və qeyri-yaşayış sahəsinin boşaldılması üçün 300 AZN birdəfəlik kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1994/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında 1-ci mərtəbədə yerləşməklə Cavabdeh1 mülkiyyətində olan ümumi sahəsi 40.2 kv.m dən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının «A» blokunun 2-ci mərtəbəsində 46.23 kv.m təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqının və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayonu Salatın Əskərova küçəsi, ev 191 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh1 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında zirzəmidə (yarımzirzəmidə) yerləşməklə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 40.6 kv.m təmirli qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri-yaşayış sahəsinin həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının «A» blokunun zirzəmisində 46.69 kv.m təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqının və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191, mənzil 5 ünvanında yerləşən qeyriyaşayış sahəsindən Cavabdeh2 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, ilkin iddia üzrə iddiaçının iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçıların iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birgə cavabdehlər həmçinin qarşılıqlı iddia ərizəsi ilə də müraciət etmişlər. Tərəflərin tələblərinin üst-üstə düşən yeganə hissəsi köçürülmə zamanı birdəfəlik ödənilən 300 AZN həcmində kompensasiya tələbi ilə bağlı olduğundan məhkəmə qeyd etmişdir ki, guya qarşılıqlı iddianı qismən təmin edir. Halbuki, qarşılıqlı iddianın əsas mahiyyəti qalıb kənarda. Məhkəmənin qarşılıqlı iddidanı rədd etməsi ilə əlaqədar öz mövqeyini əsaslandırdığı arqument bu olmuşdur ki, "heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir " Bu arqumentin qarşılıqlı iddia tələbi ilə nə əlaqə yaratması qarşılıqlı iddia üzrə birgə iddiaçılar olaraq onlara aydın olmamışdır. Bununla belə, nə dövlətin sosial proqramına qarşı çıxmırlar, nə də hansısa sahibkarın mənfəət qazanmasına qarışmırlar. Onlar qanunla öz haqqlarını tələb edirlər. Qarşılıqlı iddianın mahiyyəti və Nəsimi Rayon Məhkəməsində bütün keçirilmiş məhkəmə proseslərində cəmi 2 fikir səsləndiriblər. 1-ci onlara layihə təqdim edilsin. Ona görə ki, İddiaçı MMC qeyd edir ki, tiktinin qanuni icazəsi var! Tiksin! Amma onlara tikiləcək binanın layihəsini FHN-nin Dövlət ekspertizasından müvafiq möhürlə təsdiqlənmiş lahiyəsini təqdim etsin! 2-ci Cavabdeh2 məxsus qeyri yaşayış sahəsi asfaltla eyni səviyyədədir. Qeyri-yaşayış sahəsinin girişi 1-ci mərtəbədəndir. Onlara əvəzləşdirilən yeni qeyri-yaşayış sahəsi eynilə 1-ci mərtəbədən verilsin. Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsi də 1-ci mərtəbədə yerləşir. Əvəzləşdirilən qeyri-yaşayış sahəsi 1-ci mərtəbədən verilsin. Belə ki, Cavabdeh1 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX № ******* saylı, Qeydiyyat nömrəsi ********** saylı Çıxarış əsasında ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət növü üzrə 40.2 kv.m sahəsinin mülkiyyətçisidir. Cavabdeh1 Texniki Pasportunda nə yazılıb ki, pasport xx.xx.2018-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunub. Ünvanı- Bakı şəhəri Nəsimi rayonu. Salatın Əsgərova küçəsi , 191. Hüquq subyekti -Cavabdeh1. Reyestr nömrəsi **********09-05101-083003. Binanın tikildiyi il1900cü il sahəsi 40.2 kv.m. Mərtəbələrinin sayı 1/2-yəni iki mərtəbəli binanın 1-ci mərtəbəsi. Qeyri- yaşayış sahəsinin yerləşdiyi mərtəbə 1-ci mərtəbə. Belə olan halda nə üçün İddiaçı MMC ona 2-ci mərtəbəni təklif edir? və nə üçün məhkəmə də onun mülkiyyət hüququnu kobud şəkildə pozaraq onların dediyini edir? Əgər əvəzləşmədən söhbət gedirsə ondan 1ci mərtəbədəki qeyri-yaşayış sahəsini alırlarsa, 1-ci mərtəbədə olan qeyri-yaşayış sahəsini də versinlər. Eyni vəziyyət Cavabdeh2dır. Cavabdeh2 qız ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX № ******* saylı, Qeydiyyat nömrəsi ********** saylı Çıxarış əsasında ünvan 3 ünvanında yerləşən Qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət növü üzrə 40.6 kv.m. sahəsinin mülkiyyətçisidir. Cavabdeh2 Texniki Pasportunda nə yazılıb?! Pasport xx.xx.2013-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunub. Ünvanı: Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi 191. Reyestr nömrəsi **********09-05101-083001. Mərtəbələrinin sayı 1/2 - yəni iki mərtəbəli binanın 1-ci mərtəbəsi. Qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə yarım-zirzəmi və zirzəmi. Bu hissədə də məhkəmə birmənalı şəkildə “İddiaçı'' MMC-nin sözündən çıxmayaraq onun iddia tələbini təmin etmişdir. Burda da məhkəmə maddi hüquq normasının kobud pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə, Cavabdeh2 yeni yaşayış binasında zirzəmidə yer ayırmaqla qüvvədə olan Mənzil Məcəlləsini nəzərə almamışdır. Çünki, mənzil məcəlləsində zirzəmi sahəsi məcəllənin 35ci maddədə adı çəkilməklə ümumi istifadədə olan sahə kimi nəzərdə tutulur. Nə üçün vətəndaşın xüsusi mülkiyyəti ola-ola onu məhkəmə əlindən qanunsuz olaraq almalı və əvəzində ona ümumi mülkiyyət ümumi istifadədə olan sahəsi verməlidir. Yeni mənzil məcəlləsində zirzəmi sözünə başqa maddədə rast gəlmək mümkün deyil. Halbuki, məhkəmə iclaslarında hakimdən dəfələrlə xahiş olunmuş, bu zirzəmi təklifinə aydınlıq gətirilsin, bunun hüquqi rejiminə aydınlıq gətirilsin. Nəinki zirzəminin hüquqi rejiminə aydınlıq gəlmədi, heç zirzəminin layihəsi belə yazılı vəsatətlə tələb edilməsinə baxmayaraq məhkəməyə gətirilmədi. Bu barədə vəsatətlə məhkəmə qətnaməsində də toxunulmamışdır. Buna dair qətnamədə fikir bildirilməmişdir. Məhkəmənin qətnaməsində qeyd edilir ki. İddiaçı MMC tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı i1 tarixli 245 saylı Sərəncamı ilə Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfli, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsində yerləşən məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir və bununla bağlı olaraq MMC ilə İcra Hakimiyyəti arasında xx.xx.2017-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin də 2-ci bəndinə əsasən dünya iqtisadiyyatında baş verən böhranın təsirindən millli valyuta alıcılıq qabiliyyətini əvvəlcədən tikinti müddətində dəqiq müəyyənləşdirmək mümkün olmadığından Müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri aşağıdakı kimi müəyyən edilmişdir. Qəzalı vəziyyətdə olan binanın sakinlərinin tikinti başlamadan köçürülməsinə hər mənzil üçün birdəfəlik 300 AZN 1 otaqlı mənzillər üçün ayda 250 AZN, 2 otaqlı üçün və s. Məhkəmə də öz növbəsində müqavilənin bu bəndini rəhbər tutaraq birgə iddiaçılara 250 AZN aylıq kirayə haqqı təyin etmişdir. Halbuki, müqavilədəki bu meyarlar sırf mənzil üçün nəzərdə tutulmuşdur. Lakin, məhkəmə nəzərə almaq istəməmişdir ki, birgə iddiaçılarda olan sahə qeyri-yaşayış sahəsidir və ora sahibkarlıq obyekti-kafe kimi fəaliyyət göstərir. Belə olan halda 250 manatı qeyri-yaşayış sahəsinə münasibətdə tətbiq etmək düzgün deyildir. Beləliklə, yekun etibarilə, ilkin iddia ərizəsi ilə əvəzləşdirilməsi nəzərdə tutulan həmin “A” blokunun hansı kompleksdə yerləşməsi və mülkiyyətçilərə təklif edilmiş yeni qeyri-yaşayış sahələrinin məhz hansı binada yerləşməsi qaranlıq qalmaqdadır. Ümumiyyətlə, şirkətin tikinti layihələrinin dövlət ekspertizasından keçib-keçməməsi də onlara məlum deyildir. Ona görə də, birgə iddiaçıların mülkiyyətçi statusuna malik olmaqlarını nəzərə alaraq, birgə iddiaçıların Respublikamızın Ali qanunu olan Konstitusiyanın müdafiəsi və dövlət təminatı ilə qorunan, o cümlədən, dövlətin qoşulduğu X10 dair Konvensiyanın 1 saylı Protokolla müdafiəsinə təminat verilən mülkiyyət hüquqları mütləq şəkildə nəzərə alınmalı və sökünlünün həyata keçirilməsi birbaşa onların razılığı ilə həyata keçirilməlidir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Sarıyev Əjdər Hakim oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 mülkiyyətində olan ümumi sahəsi 40.2 kv.m dən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının «A» blokunun 2-ci mərtəbəsində 46.23 kv.m təmirli qeyri-yaşayış sahəsi, Cavabdeh2n isə mülkiyyətində olan ümumi sahəsi 40.6 kv.m təmirli qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri-yaşayış sahəsinin həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının «A» blokunun 1-ci mərtəbəsində 46.69 kv.m təmirli qeyri- yaşayış sahəsi verməyə razıdırlar. Belə ki, tikilməkdə olan binada zirzəmi deyil qaraj nəzərdə tutulub, amma qarajı obyektə çevirmək mümkündür. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC nümayəndəsinin iştirakını məhkəmə kollegiyasının iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. “xxxx” MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1994/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında 1-ci mərtəbədə yerləşməklə Cavabdeh1 mülkiyyətində olan ümumi sahəsi 40.2 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə “xxxx” MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə 48.24 kv.m təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayonu Salatın Əskərova küçəsi, ev 191 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh1 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılmalı, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında zirzəmidə (yarımzirzəmidə) yerləşməklə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 40.6 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə “xxxx” MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə 48.72 kv.m təmirli qeyri- yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191, mənzil 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh2 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılmalı, ilkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 191 ünvanında yerləşən 40.22 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət növü üzrə tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabının 20341 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 191 ünvanında yerləşən 40.6 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət növü üzrə tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 12559 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun Baş Konstruktoru Emil Əsədullayev, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 53,55,57,59 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında akta əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxx 2016-ci il tarixli, 34/10487 nömrəli tapşırığına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 53,55,57,59 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə vizual texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış keçirilənİddiaçı MMC-yə ayrılmış sahə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 53,55,57,59 saylı ünvanlarda yerləşir. Qeyd olunan ərazi 12 mənzildən ibarətdir. Bu ərazidə yerləşən fərdi yaşayış evləri bir və iki mərtəbəli olmaqla, XX əsrin əvvəllərində inşa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış evləri və mənzillərin mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Yaşayış evlərində və mənzillərdə təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq aşağıdakı tədbirlər yerinə yetirilməlidir: yaşayış evlərinin istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; sakinlərin təcili olaraq mənzillərdən çıxarılması; qeyd olunan yaşayış binasına gələn bütün kommunikasiya xətlərinin kəsilməsi; ərazinin şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun Baş Konstruktoru Emil Əsədullayev, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş ünvan 6 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında xx xxxxxx 2016-cı il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxx 2016-ci il tarixli, 34/10487 nömrəli tapşırığına əsasən ünvan 7 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə vizual texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış keçirilən İddiaçı MMC-yə ayrılmış sahə ünvan 8 ünvanlarda yerləşir. Qeyd olunan ərazi 42 mənzildən ibarətdir. Bu ərazidə yerləşən fərdi yaşayış evləri bir və üç mərtəbəli olmaqla, XX əsrin əvvəllərində inşa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış evləri və mənzillərin mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Yaşayış evlərində və mənzillərdə təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli 245 saylı Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Nəsimi rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016- cı il 25 fevral tarixli 86 №-li Qərarını rəhbər tutaraq və İddiaçınə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016-cı il tarixli xx/xx-1546 №-li Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti başçısı A.Y.Əsgərov ilə İddiaçı MMC-nin direktoru Ə.İbrahimov arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən İddiaçı MMC binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən əlavə olaraq 15%-dək sahəsi olan, təmirli mənzil sahəsi ilə təmin edilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən Şirkət yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, dünya İqtisadiyyatında baş verən iqtisadi böhranın təsirindən milli valyuta alıcılıq qabiliyyətini əvvəlcədən tikinti müddətinə dəqiq müəyvənləşdirmək mümkün olmadığından Müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: Qəzalı vəziyyətdə olan binanın sakinlərin tikinti başlamadan köçürülməsinə hər mənzil ücün birdəfəlik 300 (üç yüz manat) pul vəsaiti təqdim edilməsindən, b) köçürülən sakinlərə aid tikinti sahəsinin inşası başa çatdığı müddət ərzində hər ayın birinci həftəsi ərzində onlara ödəniləcək: 1 otaqlı mənzillər üçün ayda 250 (iki yüz əlli) manat, 2 otaqlı mənzillər üçün ayda 300 (üç yüz) manat, 4 otaqlı mənzillər üçün ayda 350 (üç yüz əlli) manat, 5 otaqlı mənzillər üçün ayda 400 (dörd yüz) manat, 5 otaqlı mənzillər üçün ayda 450 (dörd yüz əlli) manat; c) qəzalı vəziyyətli binanın sökülməsi, tikinti meydançasının hazırlanması, layihə sənədlərin hazırlanması, layihə üzrə tikinti işlərinin yerinə yetirilməsi və işə salma-sazlama işləri üçün - görülən işlərin həcmini və qiymətini təsdiq edən və tərəflərin nümayəndələrinin təsdiq etdiyi digər arayışlar əsasında təyin ediləcək audit hesabatı ilə dəyəri müəyyən ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət X8 26252 saylı, xx.xx.2018-ci il tarixli Ekspertiza rəyinin surətindən görünür ki, “Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin əhatə etdiyi ərazidə yaşayış binaları”nın tikinti layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikası qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli 356 saylı Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq, İddiaçı müraciətini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 74, 75, 75.1, 75.6-cı maddələrini və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1546 saylı, xx.xx.2016-cı il tarixli razılaşma məktubunu (təqdim olunmuş layihəyə əsasən), Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 96 saylı xx.xx.2017-ci il tarixli sərəncamını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət X8 26252 saylı, xx.xx.2018-ci il tarixli Ekspertiza rəyini nəzərə alaraq, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Obyektin Tikintisinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli, 495 nömrəli Qərarı ilə təsdiq edilmiş xx xxxxxx 2018ci il tarixli, 356 saylı İcazənin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərinə qiymət verərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş materiallarında olan süburlar əsasında iddia tələblərinə baxılaraq hüquqi qiymət verilməlidir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh1 ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət növü üzrə 40.6 kv.m sahəsinin, Cavabdeh2 isə ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət növü üzrə 40.6 kv.m. sahəsinin mülkiyyətçisidirlər. İş materiallarından həmçinin müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2017-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ilə «xxxx» MMC-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişmələrində yerləşən yaşayış evlərinin normativ istismar müddəti bitmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri- yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların mülkiyyətlərində olan mənzillərə dair İddiaçı MMC-nin vəsaiti hesabına aylıq müavinət (kirayə haqqı) verilməklə və gələcəkdə mənzillərin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 15% əlavə edilərək İddiaçı MMC-nin vəsaiti hesabına mənzil sahəsi ilə təmin edilməsi şərti ilə onların çıxarılması tələbini əsaslı hesab etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli 2 №-li qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, onlar dövlət, ictimai və fərdi mənzil fondlarının evlərində kirayədarla kirayəçi, kirayəçilərlə onların ailə üzvləri arasında yaranan mənzil mübahisələrini, vətəndaşlarla mənzil-tikinti kooperativləri arasında mənzil hüquq münasibətləri ilə əlaqədar yaranan mübahisələri və digər mənzil mübahisələrini, o cümlədən mənzil-tikinti kooperativlərinin evlərinin və ya vətəndaşlara mülkiyyət hüququ əsasında məxsus olan evlərin yaşayış sahəsini, həmçinin qeyri-yaşayış sahəsini və binasını özbaşına tutmuş şəxslərin çıxarılması ilə əlaqədar yaranan mübahisələri; həmin evlərin uçmaq təhlükəsi vardırsa, onlardan çıxarmaya; rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarlarına əsasən, sökülməli olan özbaşına tikilmiş evlərdən çıxarmaya; mülki-hüquqi öhdəliklərə əsaslanan (evin sökülməsi, əsaslı təmiri, evin qeyri-yaşayış binasına çevrilməsi və sairlə əlaqədar) tələblər üzrə yaşayış sahəsinin verilməsinə; yaşayış sahəsi verilməsi üçün məlumat verilməklə müdiriyyətin və ya müvafiq ictimai təşkilatın orqanının həmkarlar ittifaqının birgə qərarı ilə verilmiş yaşayış sahəsinə rayon (şəhər) icra hakimiyyəti orqanı order verməkdən imtina etdikdə, order verilməsinə dair mübahisələri həll edir. Belə ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların mülkiyyətində olan mənzillərin sökülməsi dövlət əhəmiyyətli layihə çərçivəsində həyata keçirildiyinə görə cavabdehlərin həmin mənzillərdən çıxarılması ilə bağlı tələb əsaslı olsa da, qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı MMC-yə ayrıldığından, həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2017ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən, iddia tələbi mənzilin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 15% əlavə edilərək cavabdehlərin mənzil sahələri ilə təmin edilməsi hissəsində əsaslı olmamışdır. Çünki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu isə o deməkdir ki, ilkin iddia tələbi həmin hissədə əsaslı olmamışdır. Məhkəmə kollegiyası həmçinin ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların mənafeyini və həmin ərazi üçün mövcud kirayə haqlarını və söküləcək olan sahənin təmir vəziyyətini nəzərə alaraq hesab edir ki, onlar yeni mənzil sahələri ilə təmin olunanadək İddiaçı MMC tərəfindən Cavabdeh2 aylıq 250 (iki yüz əlli) manat kirayə haqqı, mənzilin boşadılması üçün 300 (üç yüz) manat kompensasiya, Cavabdeh1 aylıq 250 (iki yüz əlli) manat kirayə haqqı, mənzilin boşadılması üçün 300 (üç yüz) manat kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: X13 Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Məhkəmə kollegiyası qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). X5 və X1rşı işdə X13 Məhkəməsi həmin iş üzrə qiymətləndirmə aparərkən qeyd edir ki, müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir. Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təklif edilən şərtlə ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında 1-ci mərtəbədə yerləşməklə Cavabdeh1 mülkiyyətində olan ümumi sahəsi 40.2 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə “xxxx” MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə 48.24 kv.m təmirli qeyri-yaşayış sahəsi, yeni qeyriyaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayonu Salatın Əskərova küçəsi, ev 191 ünvanında yerləşən qeyriyaşayış sahəsindən Cavabdeh1 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılmalı, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında zirzəmidə (yarımzirzəmidə) yerləşməklə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 40.6 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə “xxxx” MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə 48.72 kv.m təmirli qeyri- yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191, mənzil 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh2 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılmalı, ilkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbləri üzrə ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1994/2019 saylı iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında 1-ci mərtəbədə yerləşməklə Cavabdeh1 mülkiyyətində olan ümumi sahəsi 40.2 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə “xxxx” MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə 48.24 kv.m təmirli qeyri-yaşayış sahəsi, yeni qeyriyaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayonu Salatın Əskərova küçəsi, ev 191 ünvanında yerləşən qeyriyaşayış sahəsindən Cavabdeh1 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılmalı, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında zirzəmidə (yarımzirzəmidə) yerləşməklə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 40.6 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə “xxxx” MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə 48.72 kv.m təmirli qeyri- yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191, mənzil 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh2 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılmalı, ilkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1994/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında 1-ci mərtəbədə yerləşməklə Cavabdeh1 mülkiyyətində olan ümumi sahəsi 40.2 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə “xxxx” MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə 48.24 kv.m təmirli qeyri-yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayonu Salatın Əskərova küçəsi, ev 191 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh1 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılsın. Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191 mənzil 5 ünvanında zirzəmidə (yarımzirzəmidə) yerləşməklə Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 40.6 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə “xxxx” MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının 1-ci mərtəbədə obyektlər sırasında yol qırağında mövcud sahədən 20% əlavə edilməklə 48.72 kv.m təmirli qeyri- yaşayış sahəsi, yeni qeyri-yaşayış sahəsi hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və qeyri yaşayış sahəsinin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayonu, Salatın Əskərova küçəsi, ev 191, mənzil 5 ünvanında yerləşən qeyriyaşayış sahəsindən Cavabdeh2 çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılsın. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-13578/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13578/2019
27.11.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver