Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1359/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilin sahəsinə görə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X1, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-316/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 01 aprel 2010-cu il tarixli, AK-37 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin “Kredit-İnvest” filialı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 2 saylı evin 1 otaqlı, ümumi sahəsi 66,31 kv.metr olan 17 saylı mənzilinin satın alınması üçün İddiaçı 141 ay mülddətinə 22.142,33 manat məbləğində kredit verilib.
2. 01 aprel 2010-cu il tarixli, AK-37 saylı ipoteka müqaviləsinə əsasən, İddiaçı tərəfindən sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 2 saylı evin 1 otaqlı, ümumi sahəsi 66,31 kv.metr 17 saylı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulub.
3. 26 may 2021-ci il tarixli “Texniki Pasporta” əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə 2019-cu ildə inşa edilmiş 2 saylı binanın sənəd üzrə torpaq sahəsi 0,11 ha, faktiki sahəsi 0,11 ha-dır, Emin Dünyamılyevə satılmış 17 saylı mənzil binanın 3-cü mərtəbəsində yerləşir və 1 otaqlı olmaqla mənzilin ümumi sahəsi 54.1 kv.metr, yaşayış sahəsi isə 20,1 kv.metrdir. Otaqların təyinatına görə mənzil sahəsi 12,8 kv.metr olan dəhlizdən, sahəsi 15,0 kv.metr olan mətbəxdən, sahəsi 20,1 kv.metr olan yaşayış otağından, sahəsi 3,9 kv.metr olan sanitar qovşağından və sahəsi 2,3 kv.metr olan balkondan ibarətdir.
4. 31 may 2021-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci mahəllədə yerləşən, 2 saylı evin ümumi sahəsi 54,10 kv.metr 17 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" ASC cəlb olunmaqla qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin olunmaqla, cavabdeh “X3" MMC-dən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 2, blok 1, ümumi sahəsi faktiki 54.10 kv/m olan, 1 otaqdan ibarət, 17 saylı mənzil üçün, müqavilə əsasında 12.21 kv/m sahəyə görə artıq ödənilən 10,940 (on min doqquz yüz qırx) manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması, iddia üçün ödənilən dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh şirkət arasında olan razılaşmaya əsasən cavabdehin layihələrindən biri olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 2, blok 1, ümumi sahəsi 66.31 kv/m olan, 1 otaqdan ibarət, 14 saylı mənzili Texnikabank ASC-nin Kredit-lnvest filialı ilə AK 37 saylı, 01 aprel 2010-cu il tarixli kredit müqaviləsi bağlamaqla İpoteka yolu ilə almışdır. Həmin müqaviləyə əsasən mənzil ipoteka ilə yüklü edilmiş və bank tərəfindən 22 142.33 manat pul vəsaiti cavabdeh təşkilata ödənilmişdir. Kredit müqaviləsi ilə müəyyən edilmiş 22 142.33 manat pul vəsaitini 141 ay müddətinə bank təşkilatına ödəmişdir. Bundan başqa, cavabdeh tərəfindən 11 dekabr 2010-cu il tarixdə AKT əsasında 66.31 kv/m olan həmin mənzil ona təhvil verilmişdir. Qeyd etmişdir ki, kredit müqaviləsində mənzilin nömrəsi 14 göstəriİsə də, cavabdehin sənədlərində 14/17 kimi göstərilmişdir. 10 noyabr 2020-ci il tarixdə cavabdehin Bakıxanov layihəsi olan Uğur-2 Yaşayış Kompleksindən ona verilən 378 saylı arayışa əsasən onun mənzilə dair kommunal borcu da olmamışdır. Daha sonra mənzilin hüquqi qeydiyyata alınması üçün Daşınmaz Əmlakın dövlət reyestr Xidmətinə müraciət olunmuş və 31 may 2021-ci il tarixdə ona Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xidmətindən Çıxarış təqdim olunmuşdur. Həmin çıxarışı alarkan ona məlum oldu ki, çıxarışda mənzilin sahəsi 54.10 kv/m göstərilmişdir. Həmçinin mənzilin texniki pasportunda da eyni ilə 54.10 kv/m göstərilmişdir. Mənzildə ölçmə işləri apanlarkan da məlum olmuşdur ki, cavabdeh tərəfindən mənzilin ümumi sahəsi çox göstərilməklə bank təşkilatına sənədlər təqdim olunmuş və nəticədə ondan 12.21 kv/m sahənin pulu artıq olmaqla banka ödətdirilmişdir. Bu günə qədər etdiyi müraciətlərə isə əhəmiyyət verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab etmişdir ki, cavabdeh şirkətlə biz 66.31 kv/m olan mənzillə razılaşmışıq, lakin cavabdeh şirkət müqavilə üzrə öhdəliyini icra etməmiş, nəticədə aldadılaraq ona 54.10 kv/m olan mənzil verilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən ona bank təşkilatına artıq mənzil kvadratı üçün ödətirilmiş pul vəsaiti geri qaytarılmalıdır. Artıq ödədiyi pul vəsaitini ona görə cavabdeh qaytarmalıdır ki, həmin pulu bank təşkilatı onunla kredit müqaviləsi bağlayarkan cavabdehə tam şəkildə ödəmişdir. Həmin dövrdə mənzilin 1 kv/m-nə görə bank faizi ilə təxminən 896 manat müəyyən edilmişdi. Bank təşkilatına 12.21 kv/m üçün ümumilikdə 10,940 (on min doqquz yüz qırx) manat (896x12.21) pul vəsaiti ödəmişdir. İşin halları ilə və əlavə etdiyi sübutlarla tam təsdiq olunmuşdur ki, cavabdeh 10.940 manat pulu ona geri qaytarmalıdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-316/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış mənzil müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, İddiaçı mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 66,31 kv.metr müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxslərin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 421.1, 421.2, 437.1, 568.1, 577.1, 578.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 107, 119.1, 218.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-316/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi istinad edilən maddi hüquq normalarını deyil, qanunvericiliyə uyğun olmayan “ümumi sahə” anlayışını əsas götürməklə iddianı rədd edib və bununla da maddi hüquq normalarını hazırki mülki mübahisəyə düzgün tətbiq etməyib. Cavabdeh onunla müqavilə bağlayaraq üzərinə öhdəlik götürmüş olduğu halda, öhdəliyini lazımınca icra etməyib. Belə ki, onunla cavabdeh arasında bağlanmış müqavilədə xarici, daxili divarların altı, hebalə digər tikintialtı və yardımçı sahələrin mənzilin ümumi sahəsinə aid edilməsi göstərilməyib. Həmçinin, məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual normaların tələbləri pozulub.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normalarının tələbləri baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Belə ki, iddiaçı, apelyasiya şikayətində ona məxsus mənzilin ümumi sahəsinin 54,1 kv.metr olduğu halda, mənzilin divarları, arakəsmələri, dəhliz və eyvanları, habelə digər yardımçı sahələri də daxil edilməklə, ondan ümumi 66,31 kv.metr sahəyə görə pulun alınmasının qanunsuz olduğunu qeyd etsə də, divarların, arakəsmələrin, dəhliz və eyvanların, habelə digər yardımçı sahələrin mənzilin ümumi dəyərinə daxil edilməli olmaması barədə mötəbər sübutları nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməyib. Apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb həmçinin qeyd etmişdir ki, iddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu qeyd etsə də, həmin pozuntuların nədən ibarət olduğunu şikayətində əsaslandıra bilməyib.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4976/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(103)-3516/2022 saylı qətnaməsinin ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 15.1 Hazırki işdə birinci və apellyasiya instansiyası məhkəmələrinin baxdıqları mübahisə üzrə öhdəlik münasibətlərinə dair ümumi xarakterli maddi hüquq normalarına, yəni Mülki Məcəllənin 385.1, 421.1, 421.2, 437.1-ci maddələrinin, habelə alqı-satqı münasibətlərini tənzimləyən 568.1, 577.1, 578.1-ci maddələrinin tələblərinə istinad etsələr də, tərəflər arasındakı öhdəlik münasibətlərinin konkret olaraq hansı müqavilədən, yəni alqı-satqı və ya podrat müqavilələrindən irəli gəldiyini, bu öhdəliklərin, habelə müqavilənin predmetinə dair şərtlərin nədən ibarət olduğunu aydınlaşdırmayıblar və bu xüsusatlara dair konkret maddi hüquq normalarının dispozisiya şərtləri üzrə hüquqi dəyərləndirmə aparmayıblar. 15.2 Belə ki, əvvəla işdə, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsinə əsas olmuş 06 yanvar 2007-ci il tarixli, 1320 saylı müqavilənin əsli və ya lazımi şəkildə təsdiq edilmiş surəti yoxdur və iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 01 aprel 2010-cu il tarixli, AK-37 saylı ipoteka müqaviləsində, həmçinin mənzilin iddiaçıya təhvil verilməsinə dair onunla cavabdehin əməkdaşları tərəfindən tərtib edilərək imzalanış 11 dekabr 2010-cu il tarixli Aktda, sözügedən müqavilənin tarixinə və nömrəsinə istinad olunsa da, həmin sənədlər üzrə tərəflərin müqaviləni hansı şərtlərlə bağlamasını müəyyən etmək mümkün deyil. 15.3 Apellyasiya instansiyası məhkəməsi, tam hüquqlu məhkəmə kimi işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadığı halda, sözügedən müqavilənin əslini və ya lazımi şəkildə təsdiq edilmiş surətini məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən, işin obyektiv həlli üçün həmin müqavilənin predmetinə dair şərtləri aydınlaşdırmadan, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin alqı-satqı və ya podrat müqavilələrindən irəli gəlib-gəlmədiyini dəqiqləşdirmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. 15.4 Kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayırb hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk nöbədə sözügedən müqavilənin predmetinə dair şərtlər aydınlaşdırılmalı, tərəflər arasında öhdəliyin hansı müqavilədən irəli gəldiyi dəqiqləşdirilməli və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri nəzərə alınmaqla, iddianın əsaslı olub-olmadığına düzgün hüquqi qiymət verilməlidir. 15.5 Nəzərə alınmalıdır ki, alqı-satqı münasibətlərini tənzimləyən maddi hüquq normalarına görə, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə öhdədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər (Mülki Məcəllənin 578.1-ci maddəsi) 15.6 Həmçinin, podrat münasibətlərini tənzimləyən maddi hüquq normalarının mənasına görə, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (Mülki Məcəllənin 776-cı maddəsi). 15.7. Digər tərəfdən, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmeti olub. 15.8 Hazırki işdə iddiaçı, mübahisəli hala dair sübut kimi sözügedən mənzil barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına verilmiş 26 may 2021-ci il tarixli “Texniki Pasporta” və 31 may 2021-ci il tarixli Çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini iddia edir. Birinci instansiya məhkəməsi bu xüsusatı yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin edib və Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli rəyinə görə, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilmiş yaşayış kompleksinin 2-ci binasının 3-cü mərtəbəsində yerləşən 17 saylı mənzilin ümumi sahəsi 54,1 kv.metr olduğu müəyyən edilib. Mənzilin divarlarının, arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə, ümumi sahəsi 66,31 kv.metr olduğu müəyyən edilib. Ekspert hesablamaları Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaların” da nəzərdə tutulmuş qaydalar və əmsallar üzrə aparıb. 15.9 Apellyasiya instansiyası məhkəməsi, sözügedən ekspert rəyinə əsaslanaraq, gəldiyi nəticəni divarların, arakəsmələrin, dəhliz və eyvanların, habelə digər yardımçı sahələrin mənzilin ümumi dəyərinə daxil edilməli olmamasına dair iddiaçının məhkəməyə heç bir sübut təqdim etməməsi ilə əsaslandırıb. 15.10 Əvvəla, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinin mənasına görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablandığı halda, bayır, ara divarları, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələr mənzilin ümumi sahəsinə aid edilmir. 15.11 Digər tərəfdən, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). 15.12 Göründüyü kimi, bayır, ara divarlarının, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələrin mənzilin ümumi sahəsinə aid edilməməsi qanunda imperativ noma kimi müəyyən edilib. 15.13 Eyni zamanda, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə mənzilə dair “Texniki Pasport”un və Çıxarışın surətlərini təqdim edib. 15.14 Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında öhdəliyin alqı-satqı və ya podrat müqavilələrindən irəli gəldiyi müəyyən olunduqdan (müqavilə işdə yoxdur) və müqavilənin predmetinə dair şərtlər aydınlaşdırıldıqdan sonra, müqavilə işə əlavə edilmiş digər sübutlarla, yəni mənzilin “Texniki Pasportu”, Çıxarışı ilə birlikdə müqayisəli şəkildə təhlil edilməli, həmin sübutlara tətbiq edilməli maddi hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). 15.15. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya veribvermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla da müəyyən edilə bilər. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etmədiyi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
17. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, alqı-satqı müqaviləsini Cavabdeh MMC ilə bağladığını zənn edib. Ona görə də cavabdeh qismində Cavabdeh MMC-ni cəlb edib.
18. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onlara vəkil Cavabdeh MMC-ni deyil, "xxxx" ASC-ni cavabdeh qismində cəlb etməyi deməyib, məlumatları olsaydı cavabdehi düzgün seçərdilər.
19. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, Cavabdeh MMC şirkəti xx.xx.2013-cü il tarixdə "xxxx" MMC adı ilə təsis olunmuş, daha sonra xx.xx.2013-cü il tarixdə adı "xxxx" MMC olaraq dəyişdirilmiş, daha sonra xx.xx.2015ci il tarixdə adı “X7” MMC olaraq dəyişdirilmiş və ən son xx.xx.2016-cı il tarixdə şirkətin adı Cavabdeh MMC olaraq dəyişdirilmişdir. Lakin iş materiallarından göründüyü kimi iddiaçı iddia edir ki, cavabdehdən xx.xx.2007-ci il tarixli, 1320 saylı alqı-satqı müqaviləsi ilə mənzil almış, daha sonra "xxxx" ASC ilə xx.xx.2010-cu il tarixdə AK37 saylı kredit müqaviləsi bağlamış və evini ipoteka ilə yüklü etmişdir. Sözügedən alqı-satqı müqaviləsinin halhazırda onların şirkəti ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh MMC bu məhkəmədə cavabdeh tərəf ola bilməz, çünki şirkətin təsis olunma tarixi xx.xx.2013-cü ildir.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
21. Mülki Məcəllənin 389.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
22. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, “...Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
27. Belə ki, kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən araşdırma zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sorğunun cavabı olaraq məhkəməyə təqdim edilmiş 1320 nömrəli, 06 yanvar 2007-ci il tarixli müqavilədən görünür ki, “satıcı” adlandırılacaq “X10 Açıq Səhmdar Cəmiyyəti ilə “alıcı” adlandırılacaq İddiaçı müqavilə imzalanmış, müqaviləyə əsasən Satıcı X10 Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdiyi 2 saylı binanın, 1 blok, 14 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 66,31 kv.metr olan mənzili “alıcı” İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsində qeyd edilir ki, müqavilənin 1.1ci maddəsində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, balkon və (və ya) eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir.
28. İş materiallarında olan 31 may 2021-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci mahəllədə yerləşən, 2 saylı evin ümumi sahəsi 54,10 kv.metr 17 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb.
29. İddiaçı hazırkı iddiasında Cavabdeh MMC tərəfindən müqavilə şərtləri üzrə ona verilməli olan 66,31 kv.metr olan mənzil sahəsi əvəzinə 54,10 kv.metr sahəsi olan mənzil verildiyi üçün cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulduğunu bildirir və iddiaçı tərəfindən cavabdehə artıq ödənilmiş pul məbləğinin geri qaytarılmasını tələb edir.
30. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, müqavilədə göstərilən mənzilin sahəsi ilə ekspertin rəyi ilə müəyyən edilmiş sahə üst-üstə düşür və iddiaçının mülkiyyətində olan mənzilin sahəsinin 66,31 kv.metr olduğu müəyyən edilir. Maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına görə, iddiaçının tələbi əsassızdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, 1320 nömrəli, 06 yanvar 2007-ci il tarixli müqavilədən görünür ki, alqı-satqı müqaviləsi İddiaçı ilə X10 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmışdır. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsinin izahatından və iş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh MMC şirkəti xx.xx.2013-cü il tarixdə "xxxx" MMC adı ilə təsis olunmuşdır. MMC-nin adı "xxxx" MMC, “X7” MMC olaraq dəyişdirilmiş və son olaraq şirkətin adı xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC olaraq dəyişdirilmişdir.
32. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh MMC-nin X10 Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi bağlılığı müəyyən edilmir. Beləliklə, iddiaçı tərəfindən iddia tələbi düzgün olmayan cavabdehə qarşı yönəlmişdir.
33. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında öhdəlik hüquq münasibətləri yaranmadığından iddiaçının cavabdehdən pul tələb etməsinin heç bir hüquqi əsası yoxdur.
34. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 316/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh “X3" MMC-dən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 2, blok 1, ümumi sahəsi faktiki 54.10 kv/m olan, 1 otaqdan ibarət, 17 saylı mənzil üçün, müqavilə əsasında 12.21 kv/m sahəyə görə artıq ödənilən 10,940 (on min doqquz yüz qırx) manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması, iddia üçün ödənilən dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia tələbi təmin edilməməlidir.
36. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edillsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-316/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh “X3" MMC-dən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 2, blok 1, ümumi sahəsi faktiki 54.10 kv/m olan, 1 otaqdan ibarət, 17 saylı mənzil üçün, müqavilə əsasında 12.21 kv/m sahəyə görə artıq ödənilən 10,940 (on min doqquz yüz qırx) manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması, iddia üçün ödənilən dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev