Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1360/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” qarşılıqlı iddia tələbinə dai mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, yaşayış sahəsinə istifadə hüququnun itirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4314/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 26 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 28 sentyabr 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 mülkiyyətində olan ünvan 1 ünvanında olan ümumi sahəsi 60,9 kv.m, yaşayış sahəsi 47 kv.m olan 3 otaqlı mənzili ½ hissə ilə Cavabdeh1 və Cavabdeh2 hədiyyə etmişdir.
2. 23 yanvar 2021-ci il tarixli, AZ-İ № 368750 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Nümayəndə1 arasında bağlanmış nikaha Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən 11 yanvar 2021-ci il tarixdə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeydiyyatda olduğu və yaşadığı ünvan 2 ünvanda yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçının keçmiş həyat yoldaşı Solmaz Rufullayevin mülkiyyətində olmuş, 28 sentyabr 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzil qızları-cavabdehlərə bağışlanmışdır, o da mənzilin cavabdehlərə bağışlanmasına razılıq vermişdir. Mənzil keçmiş həyat yoldaşının adına rəsmiləşdirilməsinə baxmayaraq faktiki olaraq onun tərəfindən alınmışdır. Mənzil qızlarına bağışlandıqdan sonra iddiaçı həmin mənzildə yaşamağa davam etmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3898/2020 saylı qətnaməsi ilə keçmiş həyat yoldaşı ilə aralarında nikah pozulduqdan sonra yoldaşı və qızları ona həmin mənzildə yaşamağa imkan verməmişlər. Onun başqa yaşayış yeri yoxdur. Odur ki, mübahisəli mənzilə köçürülməsini xahiş edir.
5. Cavabdehlər iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı sahibliklərində olduğu ünvan 3 ünvanda yerləşən 24 saylı mənzilə dair yaşayışistifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Məhkəmənin 02 avqust 2021-ci il tarixli 2(004)-4314/2021 saylı qərardadı ilə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş, cavabdeh X1 isə iddiası iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmışdır.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən mübahisəli mənzil üzərində cavabdehlərin mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər mənzilin paylı mülkiyyətçiləridir. Valideynləri arasında nikah pozulduqdan sonra iddiaçı ilə ailə münasibətlərinə xitam verilmiş və bu səbəbdən Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsasən iddiaçının mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilmişdir.
8. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4314/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilərək, İddiaçı ünvan 3 ünvanda yerləşən 24 saylı mənzilə köçülürməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təqdim olunmuş sübutlardan və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı mübahisəli mənzil cavabdehlərə bağışlandıqdan sonra onların ailə üzvü - valideyni kimi həmin mənzildə yaşamaqda davam etmiş və Mülki Məcəlləsinin 228.5-ci maddəsinə mübahisəli mənzildən mənzilin mülkiyyətçiləri olan cavabdehlərlə bərabər istifadə etmək hüququna malikdir. İddiaçı cavabdehlərin anası ilə boşandıqdan sonra cavabdehlər iddiaçıya həmin mənzildə yaşamasına maneəçilik törədirlər. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə etməsinə ehtiyacının olmasına baxmayaraq mənzilin mülkiyyətçiləri, yəni cavabdehlər tərəfindən onun həmin mənzildən istifadəsinin mümkünsüz edildiyi müəyyən edildiyindən iddiaçının həmin mənzildən istifadə hüququna yalnız kompensasiya ödənilməsi şərti ilə xitam verilə bilər
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Qətnamədən ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4314/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə ümumiyyətlə səhv olmaqla, düzgün olmayan maddi hüquq normalarına əsaslanır. İş materiallarından göründüyü kimi, İddiaçı və cavabdehlərin anası Nümayəndə1 08 fevral 1984-cü ildə birgə nikaha daxil olurlar. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.1997ci il tarixli, 30/112158 qeydə alma nömrəsi ilə 747 nömrəli kitabın 112158-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən hazırda iddiaçının köçmək istədiyi ünvan 4 ünvanında yerləşən 24 saylı mənzil Nümayəndə1 mülkiyyətində olmuşdur. Belə ki, iddiaçı iddia tələbində həmin mənzili şəxsi vəsaiti hesabına aldığını qeyd etsə də, mənzilin məhz cavabdehlərin anası Nümayəndə1 adına olması, həmçinin ilkin iddia üzrə iddiaçının dediklərinin heç bir sübut növü ilə təsdiqlənməməsi bir daha iddiaçının iddia tələləbində qeyd etdiklərinin həqiqətə uyğun olmadığını təsdiqləyir. Qeyd edilən mənzil tərəflərin birgə nikah dövründə əldə etdiyi birgə mülkiyyəti olmuşdur. Bu səbəbdən həmin müddət ərzində sözügedən mənzildə yaşayan İddiaçı həmin mənzilə dair mülkiyyət hüququndan yaranan istifadə hüququ olmuşdur. Bir müddət sonra Rasim və Nümayəndə1lar birgə mülkiyyəti olan mənzillərini cavabdehlər Ləman və Aygün Rufullayevalara xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında bağışlayırlar. Bağışlama müqaviləsinin hüquqi nəticəsi kimi həm İddiaçı, həm Nümayəndə1 sözügedən mənzilə dair mülkiyyət hüquqlarını itirirlər. Beləliklə də, İddiaçı ünvan 4 ünvanında yerləşən 24 saylı mənzilə dair mülkiyyət hüququndan irəli gələn istifadə hüququna xitam verilir. Birgə ailə kimi bir yerdə yaşamağa davam edən Rufullayevlər ailəsinin üzvü İddiaçı sözügedən mənzildən yeni istifadə hüququ yaranır ki, o da Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulur. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd edilən qanun normasının tələbindən aydın olur ki, məhz ilkin iddia üzrə cavabdehlər Aygün və Cavabdeh1ların razılığı ilə İddiaçı ünvan 4 ünvanında yerləşən 24 saylı mənzilə yeni, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbindən irəli doğan istifadə etmək hüququ yaranmışdır. Naməlum səbəblərdən məhkəmə düzgün maddi hüquq normasını tətbiq etməyərək belə qənaətə gəlmişdir ki, tərəflər arası olan münasibətlər Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə əsasən tövsif edilməlidir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməsi qərara alınmışdır. Yəni ki, Məhkəmənin Mülki Məcəllənin 228.5ci maddəsinin tələblərini rəhbər tutaraq hazırkı məsələləri araşdırması, hətta iddiaçının istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın ödənilməsini mütləq bilməsi Konstitutsiya Məhkəməsinin mövqeyini ümumiyyətlə nəzərə almamaq deməkdir. Çünki qərarın nəticəvi hissəsinin tələblərinə əsasən 2017-ci il tarixli bağışlama müqaviləsində yaranan bu münasibətlər yalnız Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə tənzimlənir. Bundan əlavə, məhkəmə qərarında qeyd edilir ki, guya ki iddiaçının mənzildən istifadə etməsinə hər hansı ehtiyyacı var. Halbuki, məhkəmə iclaslarında iddiaçının özü də qeyd etmişdir ki, artıq ikinci dəfə ailə həyatı qurmuşdur, hazırda ayrı yaşayır, yeni həyat yoldaşı ilə çox da xoşbəxtdir. Nədənsə Məhkəmə bu tipli sübutlara ümumiyyətlə qiymət verməyərək iddiaçının digər heç bir sübuta əsaslanmayan replikalarını əsas tutaraq sonuncunun mübahisələndirilən mənzilə dair istifadə hüququnun mövcud olduğu qənaətinə gəlmişdir. Halbuki, qarşılıqlı iddia tələbində qeyd edildiyi kimi, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə İddiaçı verdiyi izahatlarını öz mövqeyinə uyğun qəbul edərək heçbir əlavə araşdırma aparmadan qənaətə gəlmişdir ki,guya ki onun hazırda yaşamağa yeri yoxdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının hazırda ikinci dəfə ailə həyatı qurması ilə bağlı izahatlarını nəzərə almayan Məhkəmə,bununla bağlı hər hansı bir araşdırma aparmadan tərəflərindən qəbul edilməyən iddiaçının digər yalanlarla dolu izahatlarını qəbul etmişdir ki, onlar heç bir halda əsaslı sübut növü hesab edilə bilməz. Tərəfin yaşamağa yeri olmamasını iddia edən Məhkəmə bununla bağlı heç bir dövlət orqanına müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarının tələblərinə zidd olaraq Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərini tətbiq etmiş və nəticədə səhv olaraq İddiaçı istifadə hüququnun olması qənaətinə gəlmişdir. Tərəflərarası yaranmış münasibətlər 2017-ci il tarixli bağışlama müqaviləsindən irəli gəldiyindən, Plenumun qərarına əsasən 2009-cu il tarixdən sonra Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri rəhbər tutulduğundan Məhkəmənin Mülki Məcəllənin tələblərinə istinad etməsi yolverilməzdir.
13. Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(103)-730/2022 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4314/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, eyni əsaslandırmanı təkrarlamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(102)- 3501/2022 saylı qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-730/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
17. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır: “...Mülki Məcəllənin 228.5-ci maddəsindən irəli gələn və məhdud əşya hüququ sayılan mənzildən istifadə hüququ belə, başqa bir mənzil əldə etmə və ya daimi olaraq başqa yaşayış sahəsinə köçmə əsası ilə aradan qalxırsa (kompensasiya verilmədən), eyni əsasların Mənzil Məcəlləsinin 30-cu maddəsindən yaranmış hüququ xətm edib-etməməsinə işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Hazırkı işdə Cavabdeh1 apellyasiya şikayətində bu xüsusatla bağlı olan dəlil irəli sürərək bildirmişdir ki, İddiaçı yeni ailə qurmaqla başqa yaşayış sahəsində yaşayır. Apellyator qeyd edir ki, bu faktı ilkin iddiaçı da təsdiqləmişdir. Buna baxmayaraq apellyasiya məhkəməsi həmin xüsusatları araşdırmamış, iddia olunan faktlar təsdiq olunacağı halda İddiaçı mübahisəli mənzilə münasibətdə hüququnun aradan qalxıb-qalxmadığına qiymət verməmişdir.”.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
18. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iş materiallarından göründüyü kimi İddiaçı və cavabdehlərin anası Nümayəndə1 08 fevral 1984-cü ildə birgə nikaha daxil olurlar. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.1997-ci il tarixli, 30/112158 qeydəalma nömrəsi ilə 747 nömrəli kitabın 112158-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən hazırda iddiaçının köçmək istədiyi ünvan 4 ünvanında yerləşən 24 saylı mənzil Nümayəndə1 mülkiyyətində olmuşdur. Belə ki, iddiaçı iddia tələbində həmin mənzili şəxsi vəsaiti hesabına aldığını qeyd etsə də, mənzilin məhz cavabdehlərin anası Nümayəndə1 adına olması, həmçinin ilkin iddia üzrə iddiaçının dediklərinin heç bir sübut növü ilə təsdiqlənməməsi bir daha iddiaçının iddia tələləbində qeyd etdiklərinin həqiqətə uyğun olmadığını sübut edir. Qeyd edilən mənzil tərəflərin birgə nikah dövründə əldə etdiyi birgə mülkiyyəti olmuşdur. Bu səbəbdən həmin müddət ərzində sözügedən mənzildə yaşayan İddiaçı həmin mənzilə dair mülkiyyət hüququndan yaranan istifadə hüququ olmuşdur. Bir müddət sonra Rasim və Nümayəndə1lar birgə mülkiyyəti olan mənzillərini cavabdehlər Ləman və Aygün Rufullayevalara xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında bağışlayırlar. Bağışlama müqaviləsinin hüquqi nəticəsi kimi həm İddiaçı, həm Nümayəndə1 sözügedən mənzilə dair mülkiyyət hüquqlarını itirirlər. Beləliklə də, İddiaçı ünvan 4 ünvanında yerləşən 24 saylı mənzilə dair mülkiyyət hüququndan irəli gələn istifadə hüququna xitam verilir.
19. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, onun tələbi yalnızca həmin ünvanda qeydiyyatda olmaqdır. Evi o alıb. Qızları hazırda ona düşmən kimi davranırlar. Ona qarşı təhqrilər edirlər. 3 ilə yaxındır ki, həmin mənzildə yaşamır. Onun istədiyi yalnız qeydiyyatda olmaqdır. Ona kompensasiya da vermirlər. İkinci ailə həyatını 2020-ci ildə qurublar. O köçüb gedib, sadəcə əşyalarını daşıyırdı, planı həmin evə qayıtmaq olmayıb. Kirayədə qalır. Müqavilə yoxdur. Tələbi odur ki, həmin evdə qeydiyyatı olsun, çünki ikinci ailəsi dağılsa köçə bilsin.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası baxmayaraq ilkin iddia üzrə digər cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə baxmayaraq ilkin iddia üzrə digər cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
21. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Konstitutsiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
23. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
24. Məcəllənin 30.2-ci maddəsində qeyd edilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia tələbi rədd edilməli və qarşılıqlı iddia tələbi təmin edilməlidir.
28. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən mənzil ilkin olaraq ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən cavabdehlərin anası – iddiaçının keçmiş həyat yoldaşı Nümayəndə1 adına qeydiyyata alınmış, daha sonra xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən cavabdehlərə bağışlanmışdır. İddiaçı Bakı şəhəri 12 saylı Notariat Kontoruna təqdim edilmiş ərizə ilə birgə nikah dövründə əldə edilən ünvan 5 ünvanında yerləşən 24 saylı mənzilin bağışlanmasına etiraz etmədiyini, razı olduğunu və mülkiyyət hüquqlarındam imtina etdiyini bildirmişdir. ünvan 4 ünvanında yerləşən 24 saylı mənzil xx.xx.2019-cu il tarixli çıxarış əsasında ilkin iddia üzrə cavabdehlər X3 və Cavabdeh1 paylı mülkiyyətindədir
29. İşin müəyyən olunan halı həmçinin, ondan ibarətdir ki, İddiaçı ilə Nümayəndə1 arasında nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)- 3898/2020 saylı qətnaməsi ilə pozulmuşdur.
30. İddiaçı yenidən ailə həyatı qurmuş və mübahisə predmeti olan mənzildə yaşamır.
31. Kassasiya instansiyasının qərarında şərh olunanları da əsas götürməklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
32. Belə ki, mübahisə predmeti olan və birgə nikah dövründə əldə edilmiş ünvan 6 ünvanında yerləşən 24 saylı mənzil cavabdehlərə bağışlanarkən iddiaçı 20 sentyabr 2017ci ildə notariat qaydasında ərizə verərək mənzilin bağışlanmasına razı olduğunu və mülkiyyət hüququndan imtina etdiyini qeyd etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzil üzərində mülkiyyət hüququ, o cümlədən onun tərkib hissəsi olan istifadə hüququ aradan qalxmışdır.
33. Bundan əlavə, mübahisə predmeti olan mənzil cavabdehlərin adına xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsində qeyd edilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
34. İddiaçı özü izahatında qeyd etmişdir ki: “o, 3 ilə yaxındır ki, həmin mənzildə yaşamır. Onun istədiyi yalnız qeydiyyatda olmaqdır. Ona kompensasiya da vermirlər. İkinci ailə həyatını 2020-ci ildə qurub. O, köçüb gedib, sadəcə əşyalarını daşıyırdı, planı həmin evə qayıtmaq olmayıb. Kirayədə qalır. Müqavilə yoxdur. Tələbi odur ki, həmin evdə qeydiyyatı olsun, çünki ikinci ailəsi dağılsa köçə bilsin.”. Göründüyü kimi iddiaçı özü təsdiqləyir ki, o, mənzilin mülkiyyətçiləri ilə birlikdə mənzildə yaşamır, ailə həyatı qurub və mənzildən gedib.
35. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30-cu maddəsi mülkiyyətçi ilə birlikdə yaşayan valideynin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququnu tanıyır. Bu hüquq ailə münasibətlərində irəli gələn və mənzil qanunvericiliyində nəzərdə tutulan bir hüquqdur. Məhkəmə kollegiyası iddiaçının yenidən ailə həyatı quraraq başqa mənzildə arvadı ilə yaşadığını və bu səbəbdən cavabdehlərlə birlikdə mübahisə predmeti olan mənzildə yaşamadığını nəzərə alaraq hesab edir ki, iddiaçının mənzilə istifadə hüququ aradan qalxdığından ilkin iddia rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir.
36. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Yasamal rayon Məhkəməsinin 2(004)-4314/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı Bakı şəhəri, H/Ş “Q.Şərq” küçəsi ev 303, 24 saylı mənzilə köçürülməsi barədə ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı ünvan 5 , 24 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.
38. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4314/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı Bakı şəhəri, H/Ş “Q.Şərq” küçəsi ev 303, 24 saylı mənzilə köçürülməsi barədə ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı ünvan 5, 24 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fuad Babayev