Məhkəmə qərarları › İş №2(103)-1362/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1362/2023

16.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1362/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/21 saylı, xx.xx.2021-ci il tarixli qərardadından mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 Məhərrəm oğlu, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə giriş-çıxış məqsədilə ayrıca darvazanın quraşdırılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1166/21 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1166/21 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh1 Məhərrəm oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evə köçürülməsi, fərdi yaşayış evinin kənarında əlavə giriş-çıxış darvazanın quraşdırılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi, evin kommunal xəttlərindən istifadələrinə, evin kommunal xəttlərindən istifadəsinə maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsinə dair iddia tələbi ayrıca icraata ayırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. İddiaçı nümayəndəsi (vəkili) Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı nümayəndəsi (vəkili) Vəkil şikayət verərək onun ləğv edilməsini, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili qismində tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətinin bərpasına dair ərizənin icraata götürülüb baxışa təyin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5-ci maddələrinin tələblərinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildikdə və ya “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bu Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qanunla müəyyən olunmuş formaya (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanununa edilmiş «Apellyasiya şikayətinin forması» başlıqlı əlavə 2də müəyyən edilmiş) əməl edilmədən verildiyindən, apellyasiya şikayətində əlavə 2-də nəzərdə tutulmuş qrafalara düzgün istinad edilmədiyindən geri qaytarmışdır. Daha sonra məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayəti gəldiyi qənaətə uyğun davranmayaraq apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki sözügedən şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apelyasiya şikayətinin qaytarılması üçün mövcud olan qüsurlar təkrarlanmışdır. Belə ki, təqdim olunmuş şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilmədiyi müəyyən edilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikası Qanunun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, yəni apellyasiya şikayətinin forma və məzmun tələbləri pozulduğundan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/21 saylı, xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və İddiaçı qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/21 saylı, xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət iddiaçıya geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar