Məhkəmə qərarları › İş №2(103)-13645/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13645/2019

20.11.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13645/2019 20.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 və 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (3cü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi) qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2082/2019 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ARDNŞ-nin Cavabdehndən ona verilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməyən hissəsi olan 3585,22 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 2082/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən 3585,22 (üç min beş yüz səksən beş manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2082/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı 2019-cu ilin iyun ayında ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuşdur. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. ARDNŞ-nin və ANQSİHİRİK-nin xx xxxxx 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmişdir. Qətnamənin məzmunundan görünür ki, məhkəmə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayının və ştatların ixtisarı ilə bağlı xitam verildiyini qeyd etməklə yanaşı, həmçinin yanlış olaraq hesab etmişdir ki, iddiaçıya ödənilən müavinət məhz dövlət büdcəsi hesabına verilən birdəfəlik müavinətdir və Vergi Məcəlləsinə görə dövlət büdcəsi hesabına verilən müavinətlər gəlir vergisindən azaddır. Lakin iş materiallarından da göründüyü kimi iddiaçı işçilərin və ştatların ixtisarı ilə əlaqədar deyil, yaşa görə pensiyaya çıxmaq istədiyinə görə öz ərizəsi ilə işdən azad edilmişdir. Dolayısıyla işçinin qaldırdığı problemin əsası işçi ilə işəgötürən arasındakı münasibətlər deyil, işçiyə ödənilən müavinətdən vergi tutulması ilə əlaqədar hansı müddəanın tətbiq olunmasıdır. Vergi Məcəlləsi işçilərlə bağlanmış əmək müqaviləsinə yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar xitam verildiyi halda onlara ödənilən birdəfəlik müavinətlərin və yalnız dövlət büdcəsi hesabına verilən digər dövlət müavinətlərinin vergidən azad edilməsini müəyyən etmişdir. Hazırkı iş üzrə iddiaçıya ödənilmiş pul vəsaiti isə nə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar verilən, nə də dövlət büdcəsi hesabına ödənilən birdəfəlik maddi yardımlara aid deyildir. Məhkəmə icrasında cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə icrasında iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddiaçıya ödənilən məbləğdən vergi tutulmalı olduğunu bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı cavabdehlə bağladığı “xx.xx.2011-ci il tarixli 248 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair işə götürənlə işçi arasında” xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 15737,85 manat məbləğində müavinətin ödənilməsi razılaşdırılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli SOCAR**********0070020B00115 nömrəli əmrinə əsasən iddiaçı Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli 15737,85 manat işdənçıxma müavinətindən 3585,22 manat gəlir vergisi tutulmuşdur. İddiaçı həmin tutulmanın əsassız olduğunu və cavabdehin aralarında bağlanmış razılaşmaya əməl etmədiyini bildirir. Cavabdehin mövqeyi apelyasiya şikayətində qeyd olunanlardan ibarətdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmiş və bununla da MPM-in 385.1.1 və 386-cı maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini əsası kimi göstərmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş xx xxxxx 2009-cu il tarixli əmr-qərarın surəti ilə sübut olunur. Həmçinin, iddiaçının əmək kitabçasında və onun işdən azad olunması ilə bağlı verilən əmrdə nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” əsası formal xarakter daşıyır, iddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və xx xxxxx 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur. Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğlərinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Kollegiya qeyd edir ki, işçiyə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işdənçıxma müavinətinin ödənilməsi Əmək məcəlləsinin 77-ci maddəsinin 3 və 7-ci bəndlərində müəyyən edilmişdir. Bunlar müəssisənin ləğv edilməsi, işçilərin sayı və ştatlarının ixtisar edilməsi, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişdirilməsi, müəssisənin ləğv edilməsi və peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi hallarıdır. Vergi məcəlləsinin 102.1.4-cü maddəsində yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatların gəlir vergisindən azad edilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə xitam verilməsi kimi qiymət verməklə iddiaçıya ödənilən müavinətin gəlir vergisindən azad olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən təqaüdə çıxması ilə əlaqədar olaraq öz ərizəsinə əsasən xitam verilmişdir. Həmin əsas görə isə işçiyə hər hansı müavinətin verilməsi nəzərdə tutulmamışdır. İddiaçıya ödənilən müavinət isə ARDNŞ-nin və ANQSİHİRİK-nin xx xxxxx 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarı və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07- 22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinətidir. Yəni iddiaçıya ödənilən müavinət yuxarıda qeyd edilən əmr-qərara uyğun olaraq tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşma olmuşdur. Həmin razılaşmada isə iddiaçıya 15737,85 manat məbləğində müavinətin ödənilməsi qeyd edilmiş, həmin məbləğdən hər hansı tutulmaların olacağı göstərilməmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında olan xx.xx.2019-cu il tarixli razılaşma müqavilədir və mülki hüquq normalarına əsasən tənzimlənir. Bu səbəbdən də cavabdeh Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 390.1 və 442-ci maddələrinə əsasən tənzimlənməli və həmin əsaslara görə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2082/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən 3.585,22 (üç min beş yüz səksən beş manat iyirmi iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar