Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1365/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı tələbi üzrə (Açar sözlər: ərazi aidiyyət) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə3, cavabdehlər Cavabdeh7 və Cavabdeh3, üçüncü şəxs Z.A.İbrahimovanın nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzilə köçürülmə və hərəkətlərin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 99/2022 saylı 08 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı X1 Əbdül Almas oğlu ilə 2008-ci ilin dekabrında faktiki, xx.xx.2012-ci ildə isə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Əbdül Əbdülov mübahisə predmeti olan Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, 73 ünvanında yerləşən evdə yay aylarında ailəsi ilə birlikdə yaşamış, yaşadığı dövrdə evin kommunal xərcləri onun tərəfindən ödənilmişdir.
2. Əbdül Əbdülov xx.xx.2020-ci il tarixdə ölmüşdür və həmin evlə bağlı aşağıdakı əmlak mübahisəsi yaranmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin ona qarşı özbaşına hərəkətlərinin qadağan edilməsi və Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı evinə uşaqları ilə bərabər köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, 2008-ci ilin dekabrında X8 ilə faktiki ailə qurmuş, xx.xx.2012-ci ildə isə rəsmi nikaha daxil olmuş, həmin vaxtdan da həyat yoldaşına məxsus Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, ev 73-də fasiləsiz yaşamış və birgə təsərrüfatı idarə etmişlər. Birgə nikahdan 5 övladı dünyaya gəlmişdir. xx.xx.2020-ci il tarixdə X8 həmin evdə ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Bundan sonra Cavabdeh7 Əbdül qızı polisə zəng vuraraq onun evdən oğurluq etməsi barədə məlumat vermişdir. Aydınlaşdırmaq üçün onlar polisə aparılmış, iddiaçının qardaşını orada qanunsuz həbs etmişlər. Evin açarını zorla alıb Cavabdeh1 Əbdül qızına vermişlər. Bütün cavabdehlər orada olmuşdur. Evində ev əşyaları, özünə bəxşiş verilmiş 30.000 manatdan artıq qızıl-zinət əşyaları, 20.000 manatdan artıq pulu qalmışdır. Uşaqlarının, özünün geyim əşyaları hazırda həmin evdədir. Onu 5 azyaşlı uşağı ilə evinə buraxmırlar. X5 müraciət etmiş, bələdiyyənin 36 saylı xx.xx.2021-ci il tarixli arayışında da həmin evin məhrum həyat yoldaşına məxsus olduğu göstərilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3335/2021 nömrəli, xx.xx.2021ci il tarixli qərardadı ilə mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə (müstəsna aidiyyət) əsasən, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5614/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2966/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
8. Qərardad belə əsaslandırılmışdır ki, mübahisə predmeti mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulması ilə bağlı deyildir. İddia cavabdehlərin özbaşına hərəkətlərinin qadağan edilməsi və Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı evinə uşaqları ilə bərabər köçürülməsindən ibarətdir. Odur ki, iddia tələbi MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşmür. Apellyasiya Kollegiyası MPM-nin 35.1-ci maddəsinə istinadən işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması qənaətinə gəlmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) 08 fevral 2022-ci il tarixli, 2(004)-99/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) 20 aprel 2022-ci il tarixli, 2(103)- 2999/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, X2 Cavabdeh1 və qeyrilərinə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ yaranmamışdır. İddia əsassız olduğundan rədd edilməlidir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı tərəf kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4195/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2999/2022 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
15. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, irəli sürülmüş tələb daşınmaz əşya üzərində iddia olunan sahiblik və istifadə hüquqlarının bərpası ilə bağlı olduğundan, mübahisənin düzgün həlli üçün sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında yuxarıda sadalanan iddialar üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Belə iddialara isə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılması MPM-nin 39.1-ci maddəsində açıqca göstərilmişdir.
16. Odur ki, hazırkı işə həmin normanın tətbiq edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadındakı mövqe qanuni və əsaslı olmamışdır. Kollegiya onu da bildirmişdir ki, iddiaçının əşya hüquqlarından, mənzil qanunvericiliyindən və ya faktiki vəziyyətdən irəli gələn qanuni sahibliyinin olubolmamasına işə mahiyyəti üzrə baxılarkən hüquqi qiymət verilməlidir. İşin ərazi aidiyyətinin həlli mərhələsində bu məsələlər araşdırma predmetini təşkil etmir.
17. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, hazırkı iş üzrə mübahisəyə müstəsna aidiyyət qaydasında daşınmaz əşyanın yerləşdiyi yerin məhkəməsində baxılmalı olduğu halda, MPM-nin 39.1-ci maddəsinin tələbləri pozularaq iddiaya Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə3 ərazi aidiyyəti qaydalarının pozulduğunu bildirərək, işin baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh7 və Cavabdeh3, üçüncü şəxs Z.A.İbrahimovanın nümayəndəsi-vəkili Nümayəndə2 işin baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Bu Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər
24. Mülki Prosessual Məcəllənin 387.2.9-cü maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
Tətbiq edilən hüquq normaları
25. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
26. 35.1-ci maddəsində ərazi aidiyyəti ilə bağlı nəzərdə tutulmuş ümumi qayda ondan ibarətdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
27. 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-99/2022 saylı 08 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.
31. Belə ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir.
32. Hazırkı işdə iddiaçının tələbi Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı evinə uşaqları ilə bərabər köçürülməsi barədədir. Tələb iddiaçının həmin yaşayış sahəsinə sahiblikdən və ondan istifadə etməkdən iradəsinə zidd şəkildə məhrum edilməsi ilə əsaslandırılmışdır.
33. Mülki Prosessual Məcəllənin 39-cu maddəsində təsbit edilmiş müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılır. Lakin, müstəsna aidiyyət qaydalarını tənzimləyən bu maddə daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir.
34. Belə ki, həmin maddənin məzmununa görə, müstəsna aidiyyət qaydaları daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan hüquqlarının pozulmasını aradan qaldırılmasına dair mübahisələrə şamil edilir.
35. İddia ərizəsinə nəzər salaraq qeyd edilməlidir ki, iddiaçının məhkəmədə həll edilməsi üçün irəli sürdüyü hazırki tələb Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan “əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” ilə əlaqədardır. Qanunvericilikdə də bu tələblərə müstəsna aidiyyət üzrə əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə tutulmuşdur.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının əşya hüquqlarından, mənzil qanunvericiliyindən və ya faktiki vəziyyətdən irəli gələn qanuni sahibliyinin olubolmamasına işə mahiyyəti üzrə baxılarkən hüquqi qiymət veriləcəkdir. İşin ərazi aidiyyətinin həlli mərhələsində bu məsələ hazırki araşdırmanın predmetini təşkil etmir.
37. Beləliklə hazırki işə ərazi aidiyyət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, bununla da iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-99/2022 saylı 08 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzilə köçürülmə və hərəkətlərin qadağan edilməsi” tələbinə dair mülki işə ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398 və 402.2.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-99/2022 saylı 08 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzilə köçürülmə və hərəkətlərin qadağan edilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov