Məhkəmə qərarları › İş №2(103)-1366/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1366/2024

06.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1366/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 cəlb olunmaqla maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(004)-3847/2023 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X.Əliyevanın xx.xx.2023-cü il tarixli, 435 saylı qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(004)- 3847/2023 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir. Həmin qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1366/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün hesab edilməklə baxılması üçün təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən ərizəçi elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, apellyasiya şikayətinin geri götürülməsini bildirməklə apellyasiya baxışına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, ərizəçi tərəfindən apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə hazırki apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi istinad edilən maddədə apellyasiya şikayətindən imtinanı iddia tələbindən imtinaya, apellyasiya şikayətinin etiraf edilməsini isə iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 cəlb olunmaqla maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(004)-3847/2023 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və Ərizəçi münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400 və 405-cİ maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 cəlb olunmaqla maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(004)-3847/2023 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi qəbul olunsun və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar