Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1367/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh2, X7 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı payın müəyyən edilib paya uyğun çıxarış verilməsi tələbi barədə ilkin iddiasına; Qarşılıqlı iddia üzrə iddiaçı X5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Naib qızı və Cavabdeh2 qarşı mənzilə hüququ olan şəxsləri müəyyən edib, mənzili özəlləşdirib paylı mülkiyyətə verilməsi barədə qarşılıqlı tələbi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5445/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı/cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə ddiaçı İddiaçı ilkin iddia üzrə Cavabdeh2, X7 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı mənzilindəki payını müəyyən edib, payına uyğun çıxarış verilməsi tələbi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı mənzili X2na ailə üzvləri nəzərə alınaraq 07 iyun 1971-ci il tarixli 104896 nömrəli orderə əsasən verilmişdir. X2 22.04.1984-cü il tarixində kəskin ürək-damar çatışmazlığından vəfat etmişdir. X1 19.10.1977-ci il tarixində ürək-damar çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. X3 və X19, Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi 6 saylı evin 20 saylı məzilindən qeydiyyatdan çıxaraq özlərinə məxsus evdə yaşayırlar. Orderdə adı qeyd olunan Cavabdeh2 və cavabdeh X13 isə Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı məzilində pasport qeydiyyatındadırlar. Cavabdeh2 öz ailə üzvləri ilə bu mənzildə qeydiyyatda olsalar da onlar X2na məxsus bağ sahəsində özlərinə ev tikib 20 ildən artıqdır ki, orada yaşayırlar. İddiaçı isə cavabdeh X13 ilə sözü gedən mənzildə yaşayır. O mənzilin mətbəxindən, hamam otağından lazimi kimi istifadə edə bilmir, mütəmmadi olaraq qaz, su, işıq sərfiyyatı üstündə aralarında dava-dalaş olur iddiaçını söyür, təhqir edir, mənzildə rahat yaşamağa qoymur, iddiaçının başqa yaşayış yeri yoxdur. Dəfələrlə Cavabdeh2 və cavabdeh X7 Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı mənzilinin özəlləşdirilməsinə dair müraciət etsə də, razılıq əldə edə bilməmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX xidmətinin 1 saylı idarəsinə də müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Naib qızı və Cavabdeh2 qarşı Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı mənzilə hüququ olan şəxsləri müəyyən edib, mənzilin özəlləşdirilib paylı mülkiyyətə verilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Naib qızı ilə Aşıq Ələsgər küçəsi, ev 6, mənzil 20-də yaşayırlar. Cavabdeh2 sözü gedən mənzildə ailə üzvləri ilə qeydiyyatda olsalar da, X2na məxsus bağ sahəsində özlərinə ev tikib 20 ildən artıqdır ki, orada yaşayırlar. Onunla cavabdeh İddiaçı Naib qızı mənzildən birgə istifadəsi mümkün olmayan vəziyyətə çatıb. Mütəmmadi olaraq dava-dalaşlar baş verir. Bu səbəbdən də, mənzilin özəlləşdirilib, gələcəkdə satılıb ayrı-ayrı mənzillərə çıxmağa zərurət yaranmışdır. Mənzil X2na order ilə ailə üzvləri nəzərə alınaraq verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5445/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 15.09.2021-ci il tаrixli, 2(011)-5445/2021 saylı qətnaməsinin ləğv edilməsi, Xətai rayonu, A.Ələsgər küçəsi 6 saylı evin, 20 saylı mənzilindəki payını müəyyən edib payına uyğun onun adına çıxarışın verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəci ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan suiistifadəyə yol verilmir. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ilkin tələbinin rədd edilməsi hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ilkin tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan SSR Bakı şəhəri X9 104896 nömrəli 07.06.1971-ci il tarixli orderinə əsasən Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, ev 6, mənzil 20 ayrılmışdır. Orderə əsasən həmin evdə X11, Ağayeva Bikəxanım, Cavabdeh1, İddiaçı, Cavabdeh2, Ağayeva Zamina, Ağayeva Afətin birgə yaşamaqları göstərilmişdir. Ölüm haqqında şəhadətnamələrə əsasən, X6 19.10.1977-ci il tarixində, X11 isə 22.04.1984-cü il tarixində ölmüşdür. AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 14.04.2021-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, ev 6, mənzil 20-də İddiaçı, Cavabdeh2, Cavabdeh1, X15, X10, Maraqlı şəxs1, X16 qeydiyyatdadırlar. İddiaçı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin cavab məktubuna əsasən 104896 saylı orderin və ya qeyd olunan orderin arxiv arayışının əsli, mənzili özəlləşdirməyə razılıqları bərədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) ilə ASAN Xidmət Mərkəzlərinə müraciət edəcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı və X13 mübahisə predmeti olan mənzilə dair əmlak kirayə müqaviləsi üzrə tərəf olmadıqlarına görə onların dövlət mənzil fonduna aid yaşayış sahəsinə dair payların müəyyən edilməsi və ya mənzilə dair çıxarış verilməsi barədə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təsdiq edən hüquqmüəyyənedici sənədi olmadığından, o müvafiq subyektiv hüquqa, malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Bundan başqa kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının subyektiv mülahizələrinə əsaslanır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı/cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5445/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi “ilkin tələbinin rədd edilməsi hissəsində” dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1367/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1367/2022
01.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver