Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1367/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 varisi İddiaçı cavabdeh X2 qarşı “borc və tutmanın ipoteka predmetinə yönədilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi baxılmamış saxlanılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı X5 varisi İddiaçı cavabdeh X2 qarşı “borc və tutmanın ipoteka predmetinə yönədilməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1804/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X5 əvəzinə (Bakı şəhəri, 21 saylı notariat kontorunda xx.xx.2017 tarixdə verilimiş 7844 reyestr nömrəli etibarnamə əsasında) nümayəndəsi İddiaçı ilə X4rasında bağlanmış 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alan X2 25.000 (iyirmi beş min ABŞ dolları) məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2017 tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. X5 əvəzinə (Bakı şəhəri, 21 saylı notariat kontorunda xx.xx.2017 tarixdə verilimiş 7844 reyestr nömrəli etibarnamə əsasında) nümayəndəsi İddiaçı ilə X6 arasında bağlanmış 10 iyun 2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 30 ünvanında yerləşən yaşayış sahəsi 27 kv.m olan 9 nömrəli 2 otaqlı mənzili 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayana ipotekaya qoyulmuşdur.
3. X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.
4. Bakı şəhəri notariat kontorunun xx.xx.2018-ci il tarixli 853 nömrəli çıxarışına əsasən xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X11 vəfatı ilə əlaqədar, mərhum X5 vərəsələrinin müraciəti əsasında vərəsəlik işi açılmış, mərhum X5 vərəsələri arvadı- X14, qızı X8, oğlu - X12, oğlu - X13 müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 (iyirmi beş min) ABŞ dolları pulun ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəsinə uyğun tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 30 ünvanda yerləşən ümumi sahəsi 27 kv metr olan 9 nömrəli iki otaqlı mənzilə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Sonradan iddiaçı iddia ərizəsinə əlavə verərək 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 (iyirmi beş min) ABŞ dolları pulun və 13.000 ABŞ dolları faizin, cəmi 38.000 ABŞ dollarının ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəsinə uyğun tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 30 ünvanda yerləşən ümumi sahəsi 27 kv metr olan 9 nömrəli iki otaqlı mənzilə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh X2 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində borc pul lazım olduğunu və ona borc verməyini İddiaçıdan xahiş etmişdir. Borc verilməsinə razılaşıb 21 saylı notariat kontorunda 10 iyun 2017-ci ildə kredit müqaviləsi bağlanmışdır. Cavabdehə 25.000 ABŞ dolları məbləğində pulu İddiaçı cavabdehə verib, cavabdeh isə xx.xx.2017- ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı olaraq aralarında 10 iyun 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış RX ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 27 kv metr olan 9 nömrəli iki otaqlı mənzili cavabdeh tərəfindən ipotekaya qoyulmuşdur. Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi cavabdeh yerinə yetirməmişdir, borc məbləğini qaytarmamışdır, qaytarmaqdan yayinmışdır və müqavilənin şərtlərini birtərəfli qaydada pozmuşdur, öhdəliyin icrasından yayınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1804/2019 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata məzənnəsinə uyğun manat hesabı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 30 ünvanda yerləşən ümumi sahəsi 27 kv metr olan 9 nömrəli iki otaqlı mənzilə yönəldilsin, ipoteka predmeti ilkin satış qiyməti 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 295, 317.1, 319.1, 319.6, 427.3, 442, 443.1, 448.1, 739-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun qanunun 34.1, 39.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Belə ki, X9 ölən gün, yəni xx.xx.2018-ci il tarixdə oğluna verdiyi etibarnamə qüvvədən düşmüşdür. Bundan başqa, iddiaçı Əsgər X3 olsa belə, o halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilməli idi. Lakin, iddiaçı həmin şəhadətnaməni məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməmişdir. Məhkəmənin istinad etdiyi "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə hesabatı isə ekspert rəyi deyildir və əsas kimi qəbul edilə bilməz. Bundan başqa iddiaçı əslində faizə pul verən şəxsdir və xx.xx.2017-ci il tarixli kredit və ipoteka müqaviləsini bağlamaqda məqsədi, niyyəti cavabdehin əmlakına, yəni evinə yiyələnməkdən ibarət olmuşdur. Həmin borcun əksər hissəsi faiz şəklində qaytarılmış, lakin bu zaman da iddiaçı cavabdehin etibarından sui-istifadə edərək, onu aldatmış, bu barədə heç bir yazılı qəbz verməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22(103)-51/2021 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1804/2019 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4332/22 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22(103)-51/2021 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi qismən, tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qətnamə cavabdehdən kredit borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 15.1 Məhkəmə kollegiyası tutmanın ipotekaya yönəldilməsi hissəsi ilə bağlı müəyyən edir ki, cavabdehə məxsus daşınmaz əmlakın kreditin təminatı üçün ipoteka ilə yüklü edilməsi barədə xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması, həmçinin ipotekaya tutma yönəldilməsi barədə ipotekaqoyana qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilməsi və bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə sübutlar iş materiallarında mövcud deyildir. Bu isə tutmanın ipotekaya yönəldilməsini mümkünsüz edən hallardır. 15.2 Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Qanunun 11-ci və 36-cı maddələrinin tələblərinin yerinə yetirilib-yetirilməməsinin yoxlanılması üçün qətnamə tutmanın ipotekaya yönəldilməsi hissəsində ləğv edilməli vəiş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. 15.3 Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş yeni baxışa göndərilməli, qətnamə cavabdehdən kredit borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh X1 vəkili Vəkil1 elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq müqavilə yeni bağlandığından iş materiallarındakı yeni sənədlər ilə tanış olmaq üçün zərurət yarandığı, həmçinin xx.xx.2023-cü il tarixdə icraatında Bakı Hərbi Məhkəməsində əvvəlcədən təyin olunmuş cinayət işinin olduğunu bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:
18. Mülki Məcəllənin 317.1-ci maddəsində qeyd edilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. (Maddə 317.2)
19. Həmin Məcəllənin 319.1-ci maddəsində qeyd edilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
20. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində qeyd edilir ki, ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
21. Qanunun 11.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
22. Həmin Qanunun 11.2-ci maddəsində qeyd edilir ki, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
23. Qanunun 36.1-ci maddəsində qeyd edilir ki, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
24. Qanunun 36.2-ci maddəsində qeyd edilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
25. Qanunun 36.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
26. Qanunun 36.3-1-ci maddəsində qeyd edilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır.
27. Qanunun 36.4-cü maddəsində qeyd edilir ki, tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
29. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə ərizə baxılmamış saxlanılmalıdır.
31. Belə ki, iş materiallarında göründüyü kimi, X5 əvəzinə (Bakı şəhəri, 21 saylı notariat kontorunda xx.xx.2017 tarixdə verilimiş 7844 reyestr nömrəli etibarnamə əsasında) nümayəndəsi İddiaçı ilə X6 arasında 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinin icrasının təminatı olaraq 10 iyun 2017-ci il tarixli ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən cavabdeh X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 30 ünvanında yerləşən yaşayış sahəsi 27 kv.m olan 9 nömrəli 2 otaqlı mənzili ipotekaya qoyulmuşdur.
32. İddiaçı X5 varisi İddiaçı cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyinə istinad edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın cavabdehə məxsus əmlaka yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən işə təkrar apellyasiya qaydasında baxılması zamanı məhkəməyə təqdim edilmiş - X5 varisi İddiaçı tərəfindən cavabdeh X2 ünvanlanmış bildirişdə qeyd edilir ki, cavabdehlə mərhum atası X11 arasında arasında 10 iyun 2017-ci il tarixli kredit müqaviləsi bağlanmış və 10 iyul 2017-ci il tarixədək qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) ABŞ dolları borc pul verilmişdir. Eyni zamanda aralarında 10 iyun 2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən, xx.xx.2008ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reysterində 629 nömrəli reyestr kitabının, 57775 nömrəli vərəqədə qeydə alınmış, reyestr nömrəsi **********88-05101-093003 olan, qeydiyyat nömrəsi ********** daşınmaz əmlakın dövlət reyestr xidmətindən RX nömrəli ******* Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr,ev 30 ünvanında yerləşən yaşayış sahəsi 27 lev.m olan 9 nömrəli 2 otaqlı mənzil ipoteka saxlayana ipotekaya qoyulmuşdur. Bildirişdə həmin məbləğin 3 gün müddətinə ödənilməsinin təmin edilməsi, əks təqdirdə mənzilin açıq hərracda satılaraq borcun ödənilməsinə yönəldilməsi və mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Bildiriş 23 fevral 2023-cü il tarixdə cavabdehə ünvanlanmışdır.
34. Digər tərəfdən məhkəməyə kollegiyası qeyd edir ki, X5 varisi İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə bildirişin qeydiyyata alınması barədə ərizəsi məhkəməyə təqdim edilmişdir, ərizə xx.xx.2023-cü il tarixdə İdarə tərəfindən qəbul edilmişdir.
35. Həmçinin Məhkəmə işlərinin Elektron idarəetmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubda qeyd edilir ki, İddiaçı ********** saylı xx.xx.2023 tarixli elektron müraciətinə əsasən ünvan 6 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
36. Qanunvericiliyin tələbindən göründüyü kimi, borcun ipoteka müqaviləsi üzrə ipotekaverənə məxsus əmlaka tutma yönəldilməsi üçün ilkin olaraq bununla bağlı ipotekasaxlayan tərəfindən müvafiq bildiriş göndərilməklə xəbərdarlıq edilməli, bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alındıqdan sonra ipotekasaxlayanın tutma yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır.
37. Hazırkı halda iş materiallarından görünür ki, X5 varisi İddiaçı bu tələbə əməl etmədən (ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi cavabdehə ünvanlanmamış, bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydiyyata alınmamış) tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.
38. İşə təkrar apellyasiya baxışı zamanı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bildiriş və bildirişin qeydə alınması ilə bağlı sənədinin tarixinə nəzər salındıqda müəyyən olunur ki, bildiriş 23 fevral 2023-cü il tarixdə, yəni iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl deyil, işə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı göndərilmişdir.
39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq X5 varisi İddiaçı tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsində qeyd edilir ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır.
41. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarında qeyd edilir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır...Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir... Qeyd etmək lazımdır ki, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur... Məhkəmələrə izah edilsin ki, məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir... İddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir.”
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.01, 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ: Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1804/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsi qismən – “tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi” hissəsində ləğv edilsin. İddiaçı X5 varisi İddiaçı cavabdeh X2 qarşı “tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kasassiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev