Məhkəmə qərarları › İş №2(103)-1371/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1371/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1371/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə və Cavabdeh2 MMC-yə qarşı "hərrac protokolunun və hərrac nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3540/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-48/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 BOKT ASCnin xeyrinə cavabdeh X5 14324,92 manat əsas, əsas borca hesablanmış 8066,88 manat faiz borcu, cərimə borcu 1000 manat olmaqla, cəmi 23391.8 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X11 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən edilməsi və həmin yaşayış sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin hesabına iddiaçının xeyrinə ümumilikdə 23391.8 manat məbləğində pul vəsaitinin ödənilməsi, borc məbləği tam ödənildikdən sonra qalan məbləğin cavabdeh X9 qaytarılması və tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqda cavabdehlər ən geci bir ay ərzində evi tərk etmədikdə evin boşaldılaraq əmlakları ilə birlikdə evdən çıxarılmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 manatın cavabdeh X5 alınaraq, dövlət büdcəsinə Az.MEM, VÜEN**********, X7, Kod 210005, VÖEN **********, m/h AZ 41, NABZ**********0000003944, SWİFT. Bik: CTREAZ 22 hesaba keçirilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-48/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-48/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 2(012)-48/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə X11 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsi Cavabdeh2 MMC-yə sifariş verilmişdir. Cavabdeh2 MMC-nin açıq hərracın keçirilməsinə dair 16 sentyabr 2022-ci il tarixli bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən X11 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə dair ilkin hərracın keçirilməsi 11 oktyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) və hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) dərc olunmuşdur. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 14 oktyabr 2022-ci il tarixli 2018/22 nömrəli bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evininin satış qiyməti 85.000 manat müəyyən edilməklə təkrar hərracın keçirilməsi 28 oktyabr 2022-ci il tarixə saati 11:00-a təyin edilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) və hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) dərc olunmuşdur. Eyni zamanda xx.xx.2022-ci il tarixdə hərrac təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) dərc olunmuşdur. Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli, 2156/22 saylı “ipoteka predmetinin əldə edilməsi barədə” təklifinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə Abşeron Rayon Məhkəməsinin 2(012)- 48/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Abşeron rayon İcra şöbəsi tərəfindən verilmiş 17/751588104N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə ipoteka ilə yüklü edilmiş X12 məxsus olan ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 222.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini təkrar hərracdakı satış qiymətinin (təkrar hərracda satış qiyməti 85.000 manat) 25 faizindən az olmayan qiymətə əldə etməsi təklif olunmuşdur. Cavabdeh2 MMC-nin “Hərracın baş tutmamasına dair” protokolunun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 48/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Abşeron rayon İcra şöbəsi tərəfindən verilmiş 17/751588104N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə ipoteka ilə yüklü edilmiş X12 məxsus olan ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 222.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satışının keçirilməsi üçün təkrar hərrac xx.xx.2022-ci il tarixinə, saat 11:00-a təyin edilmişdir. Təyin olunmuş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Cavabdeh2 MMC-nin Abşeron rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2289/22 saylı məktubunun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-48/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Abşeron rayon İcra şöbəsi tərəfindən verilmiş 17/751588104N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə X12 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 222.9 kv.metr ümumi sahədən ibarət 32 saylı fərdi yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinin tələbinə uyğun olaraq təkrar hərracdakı satış dəyərinin 25 faizindən az olmamaqla xx.xx.2022-ci il tarixli, 2156/22 saylı “İpoteka predmetinin əldə edilməsi barədə məktub”la ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə təklif olunmuşdur. İpoteka saxlayan Cavabdeh1 BOKT ASC 04 noyabr 2022-ci il tarixli, 3067- 112022 nömrəli məktubla ipoteka predmetini təklif edilən 63.750 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X3” nəzdində Cavabdeh2 MMC tərəfindən 21 noyabr 2022-ci il tarixində hərracın yekunları barədə 255/22 saylı protokol tərtib olunmuşdur. Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli, 255/22 saylı “X17 barədə Protokol”unun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka predmeti olan, ilkin satış dəyəri 100.000 manat məbləğində müəyyənləşdirilən, borclu X12 məxsus olan, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 222.9 kv.metr ümumi sahədən ibarət 32 saylı fərdi yaşayış evi Abşeron Rayon Məhkəməsinin 2(012)-48/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Abşeron rayon İcra şöbəsi tərəfindən verilmiş 17/751588104N saylı, xx.xx.2022-ci il tarixli sifariş əsasında qalib alıcı Cavabdeh1 BOKT ASC tərəfindən “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsinə əsasən əmlakın tələbkara təklif edilən qiyməti - təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 85.000 manat) 25% az olmamaqla, yəni 63.750 manata əldə olunmuşdur. Qalib alıcı, ipoteka saxlayan Cavabdeh1 BOKT ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. 4504 saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, qətnamə ilə auksion arası fərq olaraq 40328.2 manat məbləğində pul Cavabdeh1 BOKT ASC tərəfindən ödənilmişdir. Cavabdeh1 BOKT ASC-nin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, X15 və X9 xx.xx.2022-ci il tarixdə, saat 11:00-da keçiriləcək hərrac baş tutmamışdan əvvəl təşkilata olan borcun tam olaraq ödənilməsi və əmlakın girovdan azad edilməsi təklif olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 29 nömrəli aktının surəttindən görünür ki, sifarişçi Cavabdeh1 BOKT ASC tərəfindən 289623 saylı qaimə ilə Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Qazıyeva küçəsi, ev 32 və Binəqədi rayonu, Əcəmi ünvan 4 ünvanlarda yaşamadıqları üçün sifarişçiyə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə və Cavabdeh2 MMC-yə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş 255/22 saylı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" hərrac protokolunun və hərracın nəticələrinin edibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 48/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 BOKT ASC-nin xeyrinə cavabdeh X5 14324,92 manat əsas, əsas borca hesablanmış 8066,88 manat faiz borcu, cərimə borcu 1000 manat olmaqla, cəmi 23391.8 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh X11 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən edilməsi və həmin yaşayış sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti hesabına iddiaçının xeyrinə ümumilikdə 23391,8 manat məbləğində pul vəsaitinin ödənilməsi, borc məbləği tam ödənildikdən sonra qalan məbləğin cavabdeh X9 qaytarılması və tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqda cavabdehlər ən geci bir ay ərzində evi tərk etmədikdə evin boşaldılaraq əmlakları ilə birlikdə evdən çıxarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 manatın cavabdeh X5 alınaraq dövlət büdcəsinə Az.MEM, VÜEN**********, X7, Kod 210005, VÖEN **********, m/h AZ 41, NABZ01360100 **********44, SWİFT Bik: CTREAZ22 hesaba keçirilməsi qət olunmuşdur. Həmin qətnamə icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixində icraata başlanılmışdır. Daha sonra tələb icra edilmədiyindən tutma Abşeron Rayon Məhkəməsinin 2(012)-48/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-158810 4N saylı məktubu ilə Cavabdeh2 MMCyə göndərilmiş və hərracın keçirilməsi xahiş olunmuşdur. İddiaçı Dadaş qızına miras qalmış əmlak olan ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə dair cavabdeh tərəfindən hərrac keçirilmiş, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə hərrac baş tutmadığından ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinin tələblərinə uyğun olaraq təkrar harracdakı satış dəyərinin 25 faizindən az olmaqla xx.xx.2022-ci il tarixli, 2156/22 saylı “ipoteka predmetinin əldə edilməsi barədə məktub”la ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə təklif olunmuş və təklif ipoteka saxlayan tərəfindən qəbul edilərək 63.750 manat məbləğində əldə edilməsinə razı olduğu bildirilmişdir. Qeyd olunan razılığa əsasən Cavabdeh2 MMC tərəfindən 21 noyabr 2022-ci il tarixində “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” X17 barədə 255/22 saylı protokol tərtib olunmuşdur. Hərrac nəticəsində müəyyən edilmiş fərq məbləği olan 40328,20 manat pul vəsaiti altı ay sonra xx.xx.2023-cü il tarixində Abşeron İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülmüşdür. Hərracın keçirilməsi zamanı qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan hərracın keçirilməsi və hüquqi nəticələri etibarsız hesab olunmalıdr. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi X11 mülkiyyətində deyil, mərhum X8 mülkiyyətində olmuş və ipoteka ilə yüklü edilmişdir. X13 xx.xx.2018-ci il tarixində ölmüşdür. Ondan miras qalmış ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixli "qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında X14, X15 və İddiaçı 1/3 miras payı müəyyən edilmiş, həmin tarixli “Miras payının bağışlanması müqaviləsi”nə əsasən X14 və X15 vərəsəlik hüququ haqqında şəhadətnəmayə əsasən onlara düşən payı İddiaçı bağışlamışlar. X1 miras qalmış əmlak İddiaçı mülkiyyətinə keçmişdir. Keçirilmiş hərraclar barədə isə İddiaçı hər hansı bir məlumat verilməmiş, məhkəmə qətnaməsində, icra vərəqəsində, icraata başlamaq haqqında qərarda və könüllü icra müddəti barədə bildirişdə, hərracın keçirilməsinə dair sifarişdə, hərrac məktublarında, təkliflərdə və X17 barədə 255/22 saylı protokolda və digər zəruri sənədlərdə ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi X8 deyil X11 mülkiyyətində olan əmlak kimi qələmə verilmiş və fərq ödəniş məbləğinin isə X9 verilməsi nəzərdə tutulmuşdur. Bununla da İddiaçı mülkiyyət gözləntisi olan ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən və həmin evin hərrac vasitəsilə satılması nəticəsində ona çatacaq fərq məbləğindən məhrum olmuşdur. Bununla bağlı qeyd edilməsi zəruridir ki, hazırda iş üzrə iddiaçı hərracın keçirilmə yeri və vaxtı barədə məlumatlı olmadığından və buna dair bildirişlər lazımi qaydada təqdim edilmədiyindən “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsində nəzərdə tutulmuş və ipoteka qoyana verilmiş hüquqlardan istifadə imkanının qarşısı alınmışdır. Halbuki hərracın keçirilməsi barədə iddiaçı məlumatlı olsa idi, habelə bu barədə bildirişi rəsmi qaydada qəbul etsəydi bu zaman iddiaçı ipoteka predmetinin təkrar hərrac baş tutmamış elan edildikdə və ya ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək hərracın keçirilməsinə səbəb olmuş icra sənədi üzrə borcunu tam ödəyərək öz əmlakının satışının qarşısını ala bilərdi ki, nəticədə öz əmlakından məhrum olmazdı. Qanunvericiliyin müddəsından göründüyü kimi evi ipotekaya qoymuş şəxs həmin şəxs olduqda onun vərəsəsi hərraca dəvət olunmalı və hərraca çıxarılmış daşınmaz əmlakın alınması onlara təklif edilməli idi. Lakin hərrac təşkilatşısı bütün bunları etməmiş, iddiaçının fərdi yaşayış evini qiymətindən aşağı məbləğdə Cavabdeh1 BOKT ASC-yə satmışdır və bununla da iddiaçının hüquqlarını kobud qaydada pozmuşdur. Cavabdeh1 BOKT ASC tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir və etirazda qeyd olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)- 48/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq cavabdeh X12 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi, 32 saylı fərdi yaşayış evi satılması üçün ilkin satış qiyməti 100000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx.xx.2022-ci il tarixli, 255/22 saylı protokola və alqı-satqı müqaviləsinə əsasən "xxxx" BOKT ASC tərəfindən 63750 manata əldə edilmişdir. xx.xx.2022-ci il tarixli, 255/22 saylı protokola və alqı-satqı müqaviləsinə əsasən “Finoko" BOKT ASC sözügedən fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış almışdır. 11 oktyabr 2022-ci il tarixinə, saat 11:00-da Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi, 32 saylı fərdi yaşayış evi ipoteka predmetinin ilkin satış qiyməti 100000 manat məbləğində olmaqla ilkin hərracının keçiriləcəyi barədə "xxxx" MMC tərəfindən tərəflərə xx.xx.2022-ci il tarixində məktub göndərilmişdir. “BirjaNews” xəbər saytında xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş elanda 11 oktyabr 2022-ci il tarixinə, saat 11:00-da Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi, 32 saylı fərdi yaşayış evi olan ipoteka predmetinin ilkin satış qiyməti 100000 manat məbləğində olmaqla ilkin hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. İddiaçı və X12 ipoteka predmetinin hərraca çıxarılma vaxtı və yeri barədə, eləcə də hərrac baş tutmamışdan əvvəl təşkilata olan borcunun tam olaraq ödənilməsini və əmlakı girovdan azad edilməsi barədə təklifi xx.xx.2022-ci il tarixli məktub vasitəsi ilə göndərilmişdir. Həmin məktublar ünvançıların həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. 28 oktyabr 2022-ci il tarixinə, saat 11:00-da Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi, 32 saylı fərdi yaşayış evi olan ipoteka predmetinin ilkin satış qiyməti 85000 manat məbləğində olmaqla təkrar hərracının keçiriləcəyi barədə "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən tərəflərə xx.xx.2022-ci il tarixində məktub göndərilmişdir. "BirjaNews“ xəbər saytında xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş elanda 28 oktyabr 2022-ci il tarixinə, saat 11:00-da Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi, 32 saylı fərdi yaşayış evi olan ipoteka predmetinin ilkin satış qiyməti 85000 manat məbləğində olmaqla təkrar hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. İddiaçı və X12 ipoteka predmetinin hərraca çıxarılma vaxtı və yeri barədə, eləcə də hərrac baş tutmamışdan əvvəl təşkilata olan borcunun tam olaraq ödənilməsi və əmlakın girovdan azad edilməsi barədə təklif xx.xx.2022-ci il tarixli məktub vasitəsi ilə göndərilmişdir. Həmin məktublar ünvançılar tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır. İlkin və təkrar hərrac baş tutmadığına görə xx.xx.2022-ci il tarixində "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən "Finoko” BOKT ASC-yə "ipoteka predmetinin əldə olunmasına dair" təklif məktubu göndərilmişdir. Təqdim edilən sübutlardan da göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(012)-48/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifarişi üzrə X11 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi, 32 saylı fərdi yaşayış evi ilkin və təkrar hərrac baş tutmadığına görə "xxxx" BOKT ASC-yə təklif olunmuş və xx.xx.2022-ci il tarixli, 255/22 saylı protokola əsasən “Finoko" BOKT ASC-nin balansına keçmişdir. Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-48/2021 saylı qətnaməsi icraya yönəldilərkən qanunvericiliyin tələblərinə riayət edilmiş, ipoteka haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərə məlumat verilməklə ilkin və təkrar hərrac keçirilmişdir. Odur ki, qanunla hərrac təşkilatının hərracın keçirilməsi barədə bildirişi yalnız göndərmək və kütləvi informasiya vasitələrində elan vermək vəzitəsi vardır. Təqdim edilən sübutlardan da göründüyü kimi, cavabdeh qurum hər iki öhdəliyini qanunla müəyyən edilmiş qaydada həyata keçirmişdir. Bu səbəbdən də hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. Hərrac qanunvericiliyin tələblərinə tam riayət edilməklə keçirilmişdir. Bununla yanaşı Cavabdeh2 MMC “Elektron Məhkəmə” sistemi vasitəsi ilə etiraz ərizəsini məhkəməyə ünvanlayaraq bildirmişdir ki, hazırki etiraz mülahizələrinə əlavə edilən Abşeron rayon İcra şöbəsindən Cavabdeh2 MMC-yə ünvanlanmış 17/751588104N saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-48/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 100.000 manat olmaqla, ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 222.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması “Əmlak Hərrac Mərkəzi" MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 11 oktyabr 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, tələbkar “Finoko" BOKT ASC-yə, o cümlədən borclular X12, X9 1859/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Hazırki etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 11 oktyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 11 oktyabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin fərdi yaşayış evi ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 85.000 min manata olmaqla, 28 oktyabr 2022-ci il tarixdə, saat 11:00-da təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. Hazırki etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair" xx.xx.2022-ci il tarixli, 2018/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. Hazırki etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair" 28 oktyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, 28 oktyabr 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Hazırki etiraz mülahizələrinə əlavə edilən xx.xx.2022-ci il tarixli, 2156/22 saylı "ipoteka predmetinin əldə olunmasına dair" təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan Cavabdeh1 BOKT ASC 04 noyabr 2022-ci il tarixli, 3067-112022 nömrəli məktubla ipoteka predmetini təklif edilən 63.750 manat məbləğə əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən "X3" nəzdində Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 255/22 saylı “X17 barədə Protokol" tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə “Əmlak Hərrac Mərkəzi" MMC-nin 2289/22 saylı, xx.xx.2022-ci il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırki iddia ərizəsində göstərilən ünvanına müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3540/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi məhkəmədə araşdırılmış sübutlarla və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Belə ki, iddiaçı təkrar hərracın keçirilməsi barədə ona məlumat verilməməsini qeyd etsə də, iş materiallarında olan sənədlərdlə müəyyən olunmuşdur ki, həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Odur ki, Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci, “İcra haqqında” Qanunun 53.2, 61.1, 61.2-ci; “İpoteka haqqında” Qanununun 41.2, 42.1, 43.4, 43.5, 43.7, 44-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mülki, icra və ipoteka haqqında qanunvericiliyinin tələblərini nəzərə almamışdır. Həmçinin məhkəmə İddiaçı hərracdan məlumatlı olmasını qeyd etsə də iş materiallarında iddiaçıya göndərilmiş hər hansı məktub, həmin məktubun çatmasına dair bir xəbərnamə və ya məktubun kötüyü belə mövcud deyil. Bundan başqa mübahisəli əmlak X11 mülkiyyətində olmadığı halda onun əmlakı kimi qələmə verilmiş və iddiaçının mülkiyyəti əsassız keçirilmiş hərrac nəticəsində satılmışdır. Eyni zamanda icra sənədi üzrə icraat dayandırıldığı icraat təzələnmədən hərrac keçirilmişdir. Bununla yanaşı hərrac təşkilatşısı iddiaçının fərdi yaşayış evini qiymətindən aşağı məbləğdə Cavabdeh1 BOKTASC-yə satmışdır və bununlada iddiaçının hüquqlarını kobud qaydada pozmuşdur Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Son məhkəmə iclası barədə cavabdehə məlumat verilsə də, nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Qanun: 53.2 Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin (vergi borcuna görə siyahıya alınmış daşınar əmlaka münasibətdə vergi orqanının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 61.1. və 61.2. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İpoteka haqqında” Qanunun: 41.2 Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 42.1 Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara, tələb edilərək baxış keçirilmiş Abşeron rayon məhkəməsinin 2(012)-48/2021 saylı mülki iş materiallarındakı bəzi sənədlər əsasında hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixjə X8 adına qeydiyyat keçməklə ona müvafiq çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixində ölmüşdür. İddiaçı Cavabdeh1 BOKT ASC-nin xeyrinə cavabdeh X5 14324,92 manat əsas, əsas borca hesablanmış 8066,88 manat faiz borcu, cərimə borcu 1000 manat olmaqla, cəmi 23391.8 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və s .tələblər üzrə məhkəməyə müraciət etmiş, cavabdeh qismində həmçinin mərhumun oğlu X15 göstərilmişdir. Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-48/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış, icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra sənədinin tələbinə uyğun olaraq cavabdeh X12 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi, 32 saylı fərdi yaşayış evi satılması üçün ilkin salış qiyməti 100000 manat olmaqla açıq hərraca çıxarılmışdır. İş materiallarından görünür ki, keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamış və "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx.xx.2022-ci il tarixli, 255/22 saylı protokola və alqı-satqı müqaviləsinə əsasən "xxxx" BOKT ASC tərəfindən 63750 manata əldə edilmişdir. Hazırda iddiaçı təkrar hərracın keçirilməsi barədə ona məlumat verilməməsini qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının dəlilləri əsassızdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli əmlaın ilkin satış qiyməti 100.000 manat müəyyən edilmiş, iddiaçı bu qiymətdən yaxud digər hallardan narazı idisə həmin işdə bunu mübahisələndirə bilərdi, ancaq mübahisələndirməmiş, ilkin satış qiyməti ilə razılaşmışdır. Bundan əlavə qeyd edilməlidir ki, ilkin hərracın keçirilməsi 11 oktyabr 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, tələbkar “Finoko" BOKT ASC-yə, o cümlədən borclular X12, X9 1859/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. “Hərracın baş tutmamasına dair” 11 oktyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 11 oktyabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin fərdi yaşayış evi ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 85.000 min manata olmaqla, 28 oktyabr 2022-ci il tarixdə, saat 11:00-da təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. “Təkrar hərracın keçirilməsinə dair" xx.xx.2022-ci il tarixli, 2018/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. “Hərracın baş tutmamasına dair" 28 oktyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, 28 oktyabr 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixli, 2156/22 saylı "ipoteka predmetinin əldə olunmasına dair" təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan Cavabdeh1 BOKT ASC 04 noyabr 2022-ci il tarixli, 3067-112022 nömrəli məktubla ipoteka predmetini təklif edilən 63.750 manat məbləğə əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən "X3" nəzdində Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 255/22 saylı “X17 barədə Protokol" tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə “Əmlak Hərrac Mərkəzi" MMC-nin 2289/22 saylı, xx.xx.2022-ci il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra şöbəsinə göndərilmişdir. Göründüyü kimi, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada icra vərəqəsində ünvanına bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka qoyanın ölümündən sonra iddiaçının bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, X13 xx.xx.2018-ci il tarixində öləndən sonra ondan miras qalmış ünvan 2 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixli "qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında X14, X15 və İddiaçı 1/3 miras payının müəyyən edilməsi, həmin tarixli “Miras payının bağışlanması müqaviləsi”nə əsasən X14 və X15 vərəsəlik hüququ haqqında şəhadətnəmayə əsasən onlara düşən payı İddiaçı bağışlaması, X1 miras qalmış əmlak İddiaçı mülkiyyətinə keçməsi ilə bağlı cavabdehlərin məlumatlı olmasına dair heç bir sübut təqdim edilməmişdir. Başqa sözlə, hərrac mərkəzi ona təqdim edilmiş sənədlər əsasında qanuni əsaslarla hərrac keçirilmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər X9 və X12 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-48/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən xx.xx.2021-ci ildə verilmiş apelyasiya şikayətində İddiaçı hazırda ünvan 6 ünvanında yerləşən 0,08 hatorpaq sahəsinə və üzərində yerləşən 222,9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evində özü və oğlunun yaşamasını, qızının isə qeydiyyatda olmasını qeyd etmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-3401/2021 xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı hazırkı iş üzrə tərəf olmadığı üçün apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(012)-48/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(012)-48/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmış, sonuncu həmin qərardaddan şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(012)-48/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən xx.xx.2021-ci ildə verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-48/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli qərardaddan şikayətin verilmə müddətinin bərpa olunması barədə ərizəsi təmin edilməyərək müddətin bərpasından imtina edilmiş və şikayətin geri qaytarılması qərara alınmışdır. İş materiallarından görünür ki, bütün bu sadalananlar İddiaçı X11 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən 222.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi prosesinin başlanmasından tam məlumatlı olmasını təsdiq edir. Qeyd edilənlər barədə tam məlumatlı olan İddiaçı və ailə üzvlərinin təşəbbüsu ilə onlara Sumqayıt «Asan xidmət» mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamə ilə X8 vərəsələri X14, X15 və İddiaçı və onların hər biri miras əmlakdan 1/3 irs alması müəyyən olunmuşdur. Daha sonra “miras payın bağışlanması müqaviləsi” bağlanmış və vərəsə X14, X15 vərəsəlik hüququ haqqında şəhaətnaməyə əsasən onlara düşən miyas payını İddiaçı bağışlamışlar. Məhkəmə kollegiyası hesab edir ki, hərrac və onun keçirilməsi barədə məlumatlı olan şəxslərin mübahisəli əmlakla bağlı keçirilməli olan hərracın nəticələrinin qanuniliyini əvvəlcədən şübhə altına almaq məqsədi ilə hüquqdan sui-istifadə yolu ilə əldə etdikləri “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamə və “miras payın bağışlanması müqaviləsi” mübahisələndirilən və qanuni əsaslarla həyata keçirilmiş hərracın protokolunun və hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddianın əsaslı olmasına hüquqi əsas yaratmır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 255/22 saylı protokola əsasən “Finoko" BOKT ASC-nin balansına keçməsinə baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 2 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 222.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində hazırda X8 mülkiyyyət hüququnun qeydə alınmışdır. Başqa sözlə, mübahisəli əmlak üzərində hazırda “Finoko" BOKT ASC-nin mülkiyyət hüququ qeydə alınmamışdır. Kollegiya hesab edir ki, “Finoko" BOKT ASC-nin ünvan 2 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 222.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra Sumqayıt «Asan xidmət» mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamə və eyni tarixli “miras payın bağışlanması müqaviləsi” adlanan sənədlərin qanuniliyi mübahisələndirilmək hüquqlarının olması izah olunmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3540/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar