Məhkəmə qərarları › İş №2(103)-1375/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1375/2022

02.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1375/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədirlik edən və məruzəçi), Vahid Nəriman oğlu Sadıqovdan və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3, Cavabdeh və 3-cü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia tələbi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(009)-2325/2021 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia tələbi rədd edilmişdir. Həmin Qətnamədən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 06.01.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. X1 tərəfindən verilmiş apellyasiya şikayəti poçt vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir . Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, yəni X6 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi ilkin olaraq apellyasiya şikayətini yoxlayır və həmin maddədə göstərilən hallarda apellyasiya şikayətini geri qaytarmaq səlahiyyətinə malikdir; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və həmin maddənin tələblərinə cavab verən apellyasiya şikayətini işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verdiyi apellyasiya şikayəyi apellyasiya baxışından çıxarılmalı və mülki iş üzrə X6 tərəfindən verilən apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixl qətnaməsindən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsinin 06.01.2022-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(009)-2325/2021 saylı qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar