Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1376/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC və Nəsimi rayon icra şöbəsi cəlb edilməklə pul tələbinə dair mülki iş üzrə Açar sözlər: (zaminlik müqaviləsindən irəli gələn öhdəlik üzrə pulun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(004)-2989/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin İddiaçı MMC-yə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcun ödənilməsi üzrə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi əsasında tam həcmdə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 2.Zaminlik müqaviləsi üzrə borclu "xxxx" MMC üzərinə götürdüyü öhdəliyin şərtlərini pozduğu üçün, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 622368,53 manatın, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 920 manat dövlət rüsumunun əvəzinin, cəmi 623288,53 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi xahiş etmişdir. 4.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 726418,12 manat məbləğində borcun, müqavilələr üzrə hesablanmış 72641,81 manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 4000 manat xərcin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC-dən 761.794,48 manat məbləğində borcun, müqavilələr üzrə hesablanmış 38.089,72 manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 2.000 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 manat dövlət rüsumunun, ümumilikdə 802.978,70 (səkkiz yüz iki min doqquz yüz yetmişsəkkiz manat, yetmiş qəpik) manat pul vəsaitinin İddiaçının xeyrinə tutulması qət edilmişdir. "xxxx" MMC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişin 2.2-ci bəndinə görə, "xxxx" MMC iddiaçıya 152 S saylı, 21 may 2019-cu il tarixli alğı-satqı haqqında müqaviləyə və GD/19-016 saylı, 18 sentyabr 2019-cu il tarixli konsiqnasiya anbarında saxlama müqaviləsinə əsasən qalıq borcunu, yəni 761.794,48 (yeddi yüz altmış bir min yeddi yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində pulu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür: - 10 fevral 2023-cu il tarixədək – 170.000 manat (ƏDV daxil); - 10 aprel 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 10 iyul 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 10 oktyabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 31 dekabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil). Bundan əlavə, sazişlə müəyyən olunmuşdur ki, "xxxx" MMC Sazişin 2.2-ci bəndində göstərilmiş ödəniş öhdəliklərini lazımınca icra etməzsə (hər hansı ödənişi vaxtında ödəməzsə və ya qismən ödəyərsə), bu halda iddiaçı qalıq borcun tamamilə ödənilməsi, o cümlədən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə onun xeyrinə tutulması qət edilmiş 38.089,72 manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 2.000 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 manat dövlət rüsumunun əvəzinin "xxxx" MMC-dən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmaqla, iş üzrə icraata xitam verilmişdir. Sonradan, iddiaçı ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında xx.xx.2023-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən, cavabdeh iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə öhdəliklərin 802.978,70 manat pulun ödənilməsinin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" MMC iddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Yəni, "xxxx" MMC barışıq sazişinə əsasən iddiaçıya bu günə kimi 317.948,62 manat (ƏDV daxil) ödəməli olduğu halda, cəmi 152.542,38 manat (ƏDV xaric) ödəniş etmiş, nəticədə sazişin 2.2-ci bəndi ilə müəyyən olumuş ödəniş öhdəliyini lazımınca icra etməmişdir. Bu səbəbdən iddiaçı barışıq sazişinin təsdiq olunmasına dair məhkəmə qərardadının icraya yönəldilməsi üçün məhkəməyə ərizə vermişdir. Hazırda barışıq sazişi üzrə "xxxx" MMC-nin iddiaçıya 581.184,31 manat (ƏDV daxil) qalıq borcu mövcuddur. İddiaçı cavabdehə pretenziya göndərməklə, zaminlik müqaviləsindən irəli gələn öhdəliyinin icra olunması xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, 622.368,53 manat məbləğində pul, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 920 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 623.288,53 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş edir. 5.Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 622368,53 manatın, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 3500 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 920 manat dövlət rüsumunun əvəzinin, cəmi 626788,53 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə rəqdim edərək, Cavabdeh 618438,15 manatın, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 3500 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 920 manat dövlət rüsumunun əvəzinin, cəmi 622858,15 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. 7.Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, "xxxx" MMC borcunu qəbul edir, borcun ödənilməsindən yayınmır. Sadəcə şirkətin maliyyə problemləri olduğu üçün ödənişlərin bir hissəsini gecikdirmişdir. Hal-hazırda şirkətin əmlakları üzrə həbs qoyulmuşdur. Yəni iddiaçı ödənişləri etməkdə davam edir. Buna görə də qalıq məbləğin Cavabdeh tutulmasına əsas və zərurət olmadığını bildirmişdir. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 29 noyabr 2023-cü il tarixli, 2(004)-2989/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Gülnar Babazadə) iddia qismən təmin edilərək, Cavabdeh 31 yanvar 2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-2(103)-82/2023 saylı icra sənədi üzrə ödənilməmiş 618438,15 (altı yüz оn səkkiz min dörd yüz otuz səkkiz manat on beş qəpik) manat məbləğində pul, hüquqi xidmətə çəkilmiş xərcə görə 1250 (min iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 920 (doqquz yüz iyirmi) manat olmaqla, cəmi 620608,15 (altı yüz iyirmi min altı yüz səkkiz manat on beş qəpik) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan: 9.12 yanvar 2023-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, İddiaçı, direktoru Nümayəndə şəxsində və digər tərəfdən cavabdeh "xxxx" X2, direktoru Cavabdeh şəxsində, iddiaçının cavabdehə qarşı "pul tələbinə dair" iddiası ilə bağlı tərəflər, öz aralarındakı mübahisənin barışıq yolu ilə həll edilməsi barədə razılığa gəlmişlər. 10.Bakı Apellyasiya Məhkəməsinin 25.01,2023-cü il tarixli, 2-2(103)-82/2023 saylı qərardadından müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərinin təsdiq edilmişdir: "xxxx" MMC iddiaçıya 152 S saylı, 21 may 2019-cu il tarixli alqı-satqı haqqında müqaviləyə və GD/19-016 saylı, 18 sentyabr 2019-cu il tarixli konsiqnasiya anbarında saxlama müqaviləsinə əsasən qalıq borcunu, yəni 761.794,48 (yeddi yüz altmış bir min yeddi yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində pulu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür: - 10 fevral 2023-cu il tarixədək – 170.000 manat (ƏDV daxil); - 10 aprel 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 10 iyul 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 10 oktyabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 31 dekabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil). Cavabdeh Sazişin 2.2-ci bəndində göstərilmiş ödəniş öhdəliklərini lazımınca icra etməzsə (hər hansı ödənişi vaxtında ödəməzsə və ya qismən ödəyərsə), bu halda İddiaçı qalıq borcun tamamilə ödənilməsi, o cümlədən Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2848/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun xeyrinə tutulması qət edilmiş 38.089,72 manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 2.000 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 manat dövlət rüsumunun əvəzinin "xxxx" MMC-dən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir.
11. “Gulfstream Distribution" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin şəxs ilə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 12 yanvar 2023-cü il tarixli Barışıq Sazişinə (bundan sonra Saziş) əsasən öhdəliklərin tam yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini (802978.70 manat məbləğində) öz üzərinə götürür. -Müqavilənin 2.1-ci bəndinə əsasən, Sazişə görə borclu Şəxs ("xxxx" MMC) qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Zamin (Cavabdeh) Şəxs ("xxxx" MMC) qarşısında borclunun öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. -Müqavilənin 2.3-cü bəndinə əsasən, borclu zaminlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvericilikdə və ya bu müqavilədə və ya ona əlavədə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, zamin və borclu birgə məsuliyyət daşıyırlar. 12."xxxx" MMC-nin 29 noyabr 2023-cü il tarixli GD23/245 saylı arayışından görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə (Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-82/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadı ilə təsdiq olunmuşdur) əsasən, "xxxx" MMC ümumilikdə 184540,55 AZN məbləğində pulu İddiaçı MMC-yə ödəmiş, qalan ödənişləri isə icra etməmişdir. Beləliklə, həmin barışıq sazişinin 2.2-ci bəndinin şərtinə uyğun olaraq, "xxxx" MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu pul məbləği aşağıdakı kimidir: 577253,93 manat (ƏDV daxil) - qalıq borc; 38.089,72 manat - cərimə (dəbbə pulu); - 2.000 manat - hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş xərc; 400 manat - ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş xərc; - 694,50 manat - iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu. Cəmi borcu 618438,15 (altı yüz on səkkiz min dörd yüz otuz səkkiz manat 15 qəpik) manat təşkil edir. 13.Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün Yasamal rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. 14.Yasamal Rayon icra şöbəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 27.11,2023cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, 25.01,2023-cü il tarixli icra sənədi üzrə iş üzrə tələbkar İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən 618438,15 manat məbləğində borc vardır. 15.İddiaçı MMC “vəkalət verən” "xxxx" MMC “vəkalət alan” olmaqla imzalanmış 05 yanvar 2023-cü il tarixli XS20/0123 nömrəli müqaviləyə 23 yanvar 2023-cü il tarixli 01 nömrəli əlavənin 4-cü bəndinə əsasən vəkalət verən vəkalət alana birdəfəlik 3500 manat pul ödəyir. 16.26 may 2023-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" LLC-yə məxsus hesaba 4000 manat köçürülmüşdür. Ödənişin təyinatı kimi EBDG 272958 saylı xx.xx.2023 tarixli e-qaimə və XS 20 0123 saylı xx.xx.2023 tarixli müqavilə qeyd edilmişdir. 17.24 may 2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən 1250 manat Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. Ödənişin təyinatı kimi EBDG443310 saylı xx.xx.2023 tarixli e-qaimə və 123 saylı xx.xx.2023 tarixli müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir. 18.Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin İddiaçı MMC-yə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcun ödənilməsi üzrə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi əsasında tam həcmdə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. "xxxx" MMCnin bugünə olan borcu 618438,15 (altı yüz on səkkiz min dörd yüz otuz səkkiz manat 15 qəpik) manat təşkil edir. 19.Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı qarşısında zaminlik müqaviləsindın irəli gələn öhdəliklərini icra etməmiş, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. 20.Həmçinin, məhkəmə, göstərilmiş hüquqi yardıma görə 1250 (min iki yüz əlli) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını ədalətli və ağlabatan hesab etmişdir. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 442, 443.1, 448.1, 470.1, 472-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
22.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 25.01,2023-cü il tarixli, 2-2(103)-82/2023 saylı qərardadından müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərinin təsdiq edilmişdir: "xxxx" MMC iddiaçıya 152 S saylı, 21 may 2019-cu il tarixli alğı-satqı haqqında müqaviləyə və GD/19-016 saylı, 18 sentyabr 2019-cu il tarixli konsiqnasiya anbarında saxlama müqaviləsinə əsasən qalıq borcunu, yəni 761.794,48 (yeddi yüz altmış bir min yeddi yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində pulu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür: - 10 fevral 2023-cu il tarixədək – 170.000 manat (ƏDV daxil); - 10 aprel 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 10 iyul 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 10 oktyabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 31 dekabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil). Cavabdeh Sazişin 2.2-ci bəndində göstərilmiş ödəniş öhdəliklərini lazımınca icra etməzsə (hər hansı ödənişi vaxtında ödəməzsə və ya qismən ödəyərsə), bu halda iddiaçı qalıq borcun tamamilə ödənilməsi, o cümlədən BakıKommersiya Məhkəməsinin e-2-2(113)- 2848/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun xeyrinə tutulması qət edilmiş 38.089,72 manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 2.000 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 manat dövlət rüsumunun əvəzinin "xxxx" MMC-dən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin şəxs ilə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 12 yanvar 2023-cü il tarixli Barışıq Sazişinə (bundan sonra Saziş) əsasən öhdəliklərin tam yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini (802978.70 manat məbləğində) öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, Sazişə görə borclu Şəxs ("xxxx" MMC) qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Zamin (Cavabdeh) Şəxs ("xxxx" MMC) qarşısında borclunun öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. Müqavilənin 2.3-cü bəndinə əsasən, borclu zaminlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvericilikdə və ya bu müqavilədə və ya ona əlavədə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, zamin və borclu birgə məsuliyyət daşıyırlar. İşdən göründüyü kimi, 12 yanvar 2023-cü il tarixli Barışıq Sazişinə (bundan sonra Saziş) əsasən öhdəliklərin tam yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini 802978.70 manat məbləğindən 184.540,55 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Yasamal Rayon icra şöbəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 27.11,2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə iş üzrə tələbkar İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən 618438.15 manat məbləğində borc vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qalıq borcun digər əmlak hesabına ödənilməsini tələbkar İddiaçınə təklif etmiş, lakin İddiaçı tərəfindən münasibət bildirilməmişdir. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti BakıApellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, 25.01,2023-cü il tarixli qərardadı ilə təsdiq edilmiş 12 yanvar 2023-cü il tarixli Barışıq Sazişinə əməl etməyə çalışır. Qeyd edir ki, "xxxx" MMC borcun ödənilməsindən yayınmır. Sadəcə şirkətin maliyyə problemləri olduğu üçün ödənişlərin bir hissəsini gecikdirmişdir. Hal-hazırda şirkətin əmlakları üzrə həbs qoyulmuşdur. Yəni iddiaçı ödənişləri etməkdə davam edir. Bu baxımdan hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, məhkəmə, göstərilmiş hüquqi yardıma görə 1250 (min iki yüz əlli) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını ədalətli və ağlabatan hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC “vəkalət verən” "xxxx" MMC “vəkalət alan” olmaqla imzalanmış 05 yanvar 2023-cü il tarixli XS20/0123 nömrəli müqaviləyə 23 yanvar 2023-cü il tarixli 01 nömrəli əlavənin 4-cü bəndinə əsasən vəkalət verən vəkalət alana birdəfəlik 3500 manat pul ödəyir. İş materiallarında olan 26 may 2023-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" LLC-yə məxsus hesaba 4000 manat köçürülmüşdür. Ödənişin təyinatı kimi EBDG 272958 saylı xx.xx.2023 tarixli eqaimə və XS 20 0123 saylı xx.xx.2023 tarixli müqavilə qeyd edilmişdir. İş materiallarında olan 24 may 2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən 1250 manat Bakı şəhəri 33 saylıVəkil Bürosunun hesabına köçürülmüşdür. Ödənişin təyinatı kimi EBDG443310 saylı xx.xx.2023 tarixli e-qaimə və 123 saylı xx.xx.2023 tarixli müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir. Hesab edir ki, məhkəmənin hüquqi xidmətlərin göstərilən xidmət haqqının 1250 manat məbləğində ödənilməsini ağlbatan məbləğ deyil. Bununla bağlı nəzərə alınmalıdır ki, tərəflər müqavilə bağlamaqda azad olsalar da bu qarşı tərəfin maddi məsuliyyətini artırmağa yönələn hərəkət olmamalıdır. Hazırkı işin mahiyyətini və xarakterini, mürəkkəb kazusa malik olmadığını nəzərə alaraq hesab edir ki, qeyd edilən tələb üzrə göstərilən hüquqi müdafiəyə görə 1250 manat məbləğində hüquqi xidmət haqqı ağlabatan məbləğ olmadığından və cavabdehin üzərinə artıq maddi yükün qoyulmasına səbəb olduğundan hazırkı iş üzrə hüquqi xidmət haqqı olaraq cavabdehdən tutulmalı məbləğin aşağı məbləğdə müəyyən edilməsi ağlabatandır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 27.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 29.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 30.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 31.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 32.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 33.Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 34.Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 35.Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 38.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 40.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(004)-2989/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 44.Kollegiya ilk olaraq qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. 45.Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 46.Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 47.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. 48.Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 49.Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. 50.Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Zaminlik müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin marağı onda ifadə olunur ki, zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (Mülki Məccəllə, maddə:470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (Mülki Məccəllə, maddə: 472.1) 51.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin İddiaçı MMC-nə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcun ödənilməsi üzrə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi əsasında tam həcmdə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. "xxxx" MMC tərəfindən 10 fevral 2023-cu il tarixədək – 170.000 manat (ƏDV daxil); - 10 aprel 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 10 iyul 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 10 oktyabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 31 dekabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil) ödənilməli olduğu halda, cəmi 184540,55 manat ödəniş olunmuş, bugünə olan borcu 618438,15 (altı yüz on səkkiz min dörd yüz otuz səkkiz manat 15 qəpik) manat təşkil edir. 52.Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. 53.İş materiallarından göründüyü kimi xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh-zamin şəxs, borclu "xxxx" MMC ilə kreditor-İddiaçı MMC bağlanmış 12 yanvar 2023-cü il tarixli Barışıq Sazişinə (bundan sonra Saziş) əsasən öhdəliklərin tam yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini (802978.70 manat məbləğində) öz üzərinə götürmüş, borclu isə öz öhdəiliyini lazımınca icra etməmişdir. 54.Öhdəliyin icra edilməməsinin hüquqi anlayışını təsbt edən Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 55.İş materiallarından da göründüyü kimi borclu "xxxx" MMC barışıq sazişi ilə müəyyən edilmiş ödənişləri vaxtında icra etməmişdir. Cavabdeh apellyasiya şikayətində borclunun öz öhdəliyini icra etməkdən yayınmadığını sadəcə maliyyə problemləri ilə əlaədar ödənişləri gecikdirdiyini bildirsə də, qeyd olunan hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 56.Belə olan halda kollegiya hesab edir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə "xxxx" MMC üzərinə götürdüyü öhdəliyi lazimi qayda icra etmədiyindən və Cavabdeh, İddiaçı MMC ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcun ödənilməsi üzrə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi əsasında tam həcmdə birgə məsuliyyəti öz üzərinə götürdüyündən işin müəyyən edilmiş fakitki halları zaminlik və öhdəliklə bağlı hüquq münasibətlərini tənzimləyən qanunvericiliyin qeyd olunan normalarının dispozitiv şərtləri ilə uzlaşdığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 57.Buna görə də kollegiya hesab edir ki, borclu "xxxx" MMC tərəfindən icra edilməmiş öhdəliyin Cavabdeh iddiaçının xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticətə gəlmişdir. 58.Həmçinin kollegiya hesab edir ki, məhkəmə hüquqi yardıma görə ağlabatan məbləğ olaraq 1250 manatın tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. 59.Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(004)-2989/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 60.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 61.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 62.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 63.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 64.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(004)-2989/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov