Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1377/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə mülki iş üzrə (açar sözlər: iş üzrə icraata xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5141/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından Ərizəçi nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə X11 X18 Hillsborough county 33617 saylı ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5141/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadına əsasən Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş X6 Vəziyyəti aktları bürosunun ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Nailə Xamitovanın xx.xx.2023-cü il tarixdə ölməsi müəyyən edilmiş, lakin sözügedən sənəd qanunun tələblərinə uyğun leqallaşdırılmadığından qeydiyyat orqanı tərəfindən sözügedən sənəd əsasında Nailə Xamitovanın ölmü qeydə alınmamış və bu səbəbdən əriəzçi məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə X11 X6 Vəziyyəti aktları bürosunda ölümünü təsdiq edən sənəd olduğundan hazırki işin icraatına xitam verilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Ərizəçi nümayəndəsi Vəkil Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 5141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, əks halda qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə baxılmış, lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)–5141/2024 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdiir. Hesab edir ki, qərardad qanunsuz və əsassız olaraq qəbul edilmiş və aşağıdakılara əsasən ləğv edilməlidir. Belə ki, ərizəçi ərizə ilə müraicət edərək bildirmişdir ki, mərhum X7 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Mərhum X7 Ərizəçi bacısıdır. Mərhum ölümündən bir müddət əvvəl yaşamaq üçün X5 getmişdir. O, xx.xx.2023-cü il tarixdə X11 X18 Hillsborough county 33617 saylı ünvanda ölmüş və orada da dəfn edilmişdir. Ölümündən sonra X3 bu barədə “ölüm faktına dair sertifikat” verilmişdir. Həmin sənədin surəti məhkəməyə təqdim edilmişdir. Ölüm faktının qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ölümün qeydə alınmasından imtina edilmişdir. Halbuki, mərhum Nailə Xamitova həqiqətən X3 ölmüşdür. Onun ölüm faktını təsdiqləyən “ölüm faktına dair sertifikat” və onun qohumları olan şahidlər vardır. Hazırda müvafiq sənədləşdirmə işlərinin aparılması üçün mərhum X1 ölüm faktının təsdiq edilməsi və bunun əsasında ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Məhkəmənin qərardadında isə qeyd edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş X6 Vəziyyəti aktları bürosunun ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Nailə Xamitovanın xx.xx.2023-cü il tarixdə ölməsi müəyyən edilmiş, lakin sözügedən sənəd qanunun tələblərinə uyğun leqallaşdırılmadığından qeydiyyat orqanı tərəfindən sözügedən sənəd əsasında Nailə Xamitovanın ölmü qeydə alınmamış və səbəbdən əriəzçi məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də məhkəmənin qənaətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2023cü il tarixdə X11 X6 Vəziyyəti aktları bürosunda ölümünü təsdiq edən sənəd olduğundan hazırki işin icraatına xitam verilməlidir. Lakin məhkəmə onu nəzərə almamışdır ki, ərizəçinin bacısı ölümündən bir müddət əvvəl yaşamaq üçün X5 getmişdir. O, xx.xx.2023cü il tarixdə X11 X18 Hillsborough county, 33617 saylı ünvanda ölmüş və orada da dəfn edilmişdir. Hətta onun orada dəfn olunmasını təsdiq edən qəbir daşının da foto şəkilləri məhkəməyə təqdim edilmişdir. Ölümündən sonra X3 bu barədə “ölüm faktına dair sertifikat” verilmişdir. Həmin sertifikatın surəti də əldə edilmişdir. Lakin onun rəsmi təsdiqlənməsi yalnız X3 yerləşən Azərbaycan Respublikasının Səfirliyinə müraciət edilməsi yolu ilə öz həllini tapa bilər. Lakin ərizəçinin oraya getməsi üçün viza alınması, eyni zamanda, müəyyən məbləğdə maddi vəsaitin xəcrlənməsi lazımdır. Belə olan halda, ərizəçinin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və X4 Azərbaycan Respublikasındakı Səfirliyinə qeyd olunan xx.xx.2023-cü il tarixli, ********** saylı “ölüm haqqında şəhadətnamə”nin əslinin qeydiyyatının mövcud olub-olmaması barədə məlumat verilməsi ilə bağlı müraciət edilsə də, hal-hazıradək müraciətlərinə cavab verilməmişdir. Belə olan halda ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa hansı qaydada ala bilər axı. Göründüyü kimi birinci instansiya məhkəməsi əsassız olaraq iş üzrə icraata xitam vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-5141/2024 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün 7 gün müddətində mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2.kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli № 3 Qərarı Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bənd 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Bənd 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təsdiq etdiyi Konsul leqallaşdırması haqqında Təlimat Bənd 3. Konsul leqallaşdırması üzrə funksiyalar: a) xarici ölkələrdə - Azərbaycan Respublikasının konsulluqları, b) Azərbaycan Respublikasında - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayətdə qeyd edilmiş hallar qərardadın ləğvi üçün əsas ola bilməz, qərardadla gəlinmiş nəticə işin hallarına uyğun olduğundan şikayət təmin edilməməlidir. Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsi tərəfindən verilmiş XXİ-JQ 309703 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonunda doğulmuş, atası X8, anası isə X12muşdur. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 125499 nömrəli doğum haqqındda şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X8, anası isə X10muşdur. X6 Vəziyyəti aktları bürosunun xx.xx.2023-cü il tarixli ölüm haqqında Ştat fayl N ********** saylı şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Nailə Xamitova xx.xx.2023-cü il tarixdə 64 yaşında X11 X18 Hillsborough county, 33617 saylı ünvanında vəfat etmiş, bu barədə Ştat qeydiyyatçısı tərəfindən N ********** saylı qeydiyyat aparılmışdır. Bakı şəhəri Maraqlı şəxs 25 may 2024-cü il tarixli, 3-16-5/8-16344/24 nömrəli məktubu ilə X1 ölümü haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə baxılarkən X1 ölümünün X13 vəziyyəti aktları bürosu tərəfindən qeydə alınması və bu barədə müvafiq sənədin təqdim edilməsi, ölüm haqqında təqdim edilmiş həmin sənəd qanunvericiliyə müvafiq qaydada leqallaşdırıldıqdan sonra tələb olunan aidiyyatı orqanlara təqdim olunmasının mümkün olması, ölüm haqqında təqdim edilmiş sənədin qanunvericiliyə müvafiq leqallaşdırılmasından imtina edildiyi halda aidiyyatı üzrə müraciət edilə biləcəyi Ərizəçi nümayəndəsi (vəkili) Vəkil bildirilmişdir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 xx.xx.2023-cü il tarixdə 64 yaşında X11 X18 Hillsborough county, 33617 saylı ünvanında vəfat etmiş, bu barədə X6 Vəziyyəti aktları bürosu tərəfindən xx.xx.2023cü il tarixli ölüm haqqında Ştat fayl N ********** saylı şəhadətnamə tərtib olunmuş, ərizəçinin nümayəndəsi həmin şəhadətnamənin surətini Bakı şəhəri Maraqlı şəxsnə təqdim etmiş, maraqlı şəxs həmin sənədin müvafiq qaydada leqallaşdırıldıqdan sonra tələb olunan aidiyyatı orqanlara təqdim olunmasının mümkün olmasını bildirsə də, ərizəsi bacısının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ərizəni icraatına qəbul etsə də, sonradan MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam vermişdir. Göründüyü kimi ərizəçi bacısının ölüm faktının müəyyən edilməsini xahiş etsə də, özünün məhkəməyə təqdim etdiyi şəhadətnamənin surətindən müəyyən olunur ki, mərhumun öldüyü günədək yaşadığı ölkədə ölüm akt qeydi tərtib olunaraq bu barədə onun qohumlarına şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədənin Azərbaycan Respublikasının ərazisində istifadə edilə bilinməsi üçün isə müvafiq qaydada leqallaşdırılması tələb olunur. Belə ki, bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Kollegiya qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun və ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hazırkı işdə ərizəçinin bacısının ölüm faktını təsdiq edən sənəd mövcüd olduğundan o, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə deyil, həmin sənədin leqallaşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təsdiq etdiyi Konsul leqallaşdırması haqqında Təlimatın 3-cü bəndinə əsasən, konsul leqallaşdırması üzrə funksiyalar Azərbaycan Respublikasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi, xarici ölkələrdə Azərbaycan Respublikasının səfirlik və konsulluqları tərəfindən həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5141/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1377/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1377/2025
27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver