Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1379/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-659/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Nizami Rayon Məhkəməsinin 2(007)-659/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası təmin edilmişdir
2. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək baxışa təyin edilmişdir.
3. Hazırda qətnamədən digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin rayon məhkəməsinə göndərilməsi barədə Nizami Rayon Məhkəməsindən 2(007)- 659/2024 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu daxil olunmuşdur.
4. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 hazırki məsələnin həllini kollegiyanın mülahizəsinə buraxdığını bildirdi.
5. Mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
6. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə kollegiyası iddiaçı tərəfin fikrini dinləyib və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, digər cavabdehlərin Nizami Rayon Məhkəməsinin 2(007)-659/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-in 360-364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
9. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq,
qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1379/2025 nömrəli, xx.xx.2025-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Nizami Rayon Məhkəməsinin 2(007)-659/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-in 360-364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.